Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5116/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyin icrası və əmlak” tələblərinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyin icrası və əmlak” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin 3 hissəsində, aliment ödənişi ilə bağlı gəlinmiş razılığa əməl edilərək 300 manat aliment məbləğinin könüllü şəkildə əmək haqqı və başqa gəlirlərindən tutulub iddiaçıya məxsus olan bank kartına ödənilməsi məqsədi ilə işlədiyi müəssənin (hərbi hissənin) mühasibatlıq şöbəsinə (maliyyə idarəsinə) təqdim edəcəyinə dair öz üzərinə götürdüyü öhdəliyin icra edilməsi, iddiaçıya məxsus olan 6000 manat dəyərində olan qızıl-zinyət əşyaları 2 sırğa, 2 üzük, 1 boyunbağı, 1 qolbağı, boyunbağı ilə qolbağı dəst koplekt şəkildə, sırğa ilə üzük dəst komplekt şəkildə və nişan üzüyünün cavabdehdən alınaraq iddiaçıya qaytarılmasına, bu mümkün olmadıqda 6000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə, yüksək keyfiyyətli hüquqi yardım alınması ilə bağlı vəkilə ödədiyi 500 manatın, etibarnamə alınması üçün notariusa rüsum kimi ödədiyi 17 manat məbləğində pulun, eləcə də məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 81 manat olmaqla, ümumilikdə 598 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə əbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddələrinin tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.7-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsində bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi geri qaytarılmalıdır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; 22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Hesab edirəm ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi barışıq sazişinin aliment hissəsinin icra edilməsi tələbi, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı xüsusi icraat qaydasında 10 gün müddətində baxılmalı, qızıl-zinət əşyalarının qaytarılmasına dair tələb isə iddia icraatı qaydasında baxılmalı olduğundan və iddiaçı tərəfindən tələblər birləşdirdiyindən, həmin tələblərin birlikdə baxılması mümkün olmadığından, ərizə geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 151, 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyin icrası və əmlak” tələblərinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən qüsuru aradan qaldırdıqdan sonra o, ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5116/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5116/2025
30.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver