Məhkəmə qərarları › İş №e-2(011)-5174/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5174/2025

23.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5174/2025 23.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə mediasiyaya müraciət edildiyi xx.xx.2025-ci il tarixindən etibarən hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulması, xx.xx.2022ci il təvəllüdlü X2 3 yaşına çatanadək Cavabdeh iddiaçının xeyrinə tutulması və Cavabdeh 50 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəm iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, xx.xx.2017-ci il tarixində Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X4 adında 2 uşaqları vardır. Əvvəllər aralarındakı münasibətlər yaxşı olsa da, sonradan pisləşmişdir, aralarındakı münasibətlər tamamilə pozulmuşdur, hal-hazırda iddiaçı cavabdehlə ayrı yaşayır, faktiki ər-arvad kimi yaşamırlar, amma birgə nikahdan olan uşaqlar öz yanında, himayəsindədir. İddiaçı bir ana kimi uşaqların mənəvi qayğılarına yetərincə qalsa da, maddi qayğılarının öhdəsindən təkbaşına gələ bilmir, buna görə də cavabdeh uşaqların saxlanması xərclərini ödəməlidir. İddiaçı hal-hazırda müvəqqəti işləmir, 3 illik analıq məzuniyyətinə çxımışdır. Buna görə də xx.xx.2022-ci il təvəllüdlü X2 üç yaşına çatanadək saxlanması üçün hər ay 300 manat alimentin Cavabdeh alınması zəruridir. Sonda İddiaçı iddia tələbinin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddiaçının izahatına uyğun izahat verərək, sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən X5 bildirmişdir ki, “iddiaçı mənim rəfiqəmdir, eyni zamanda qonşumdur. Mən 6-cı mərtəbədəyəm, o da 7-ci mərtəbədə yaşayır. 2 uşağı var. Cavabdehlə ailəvi dostuq, yoldaşım İddiaçının yoldaşı ilə dostdur. Ən son keçən həftə Vadimi uşaqları ilə görmüşəm. Parkda gəzdirirdi uşaqları. Vadim uşaqları ilə vaxt keçirməyə gəlmişdi. Vadim başqa yerdə qalır. Kirayə qalır. Apreldən kirayə alır başqa ünvanda. Vadim ayrı yaşayır 19 apreldən. Üst mərtəbədə qalıram deyə bilirəm ayrıdırılar. Və İddiaçı ilə hər gün görüşürəm ondan bilirəm. Onsuz da Vadim burada olmur. Gələndə 20 gündən bir gəlir. Gələndə uşaqlara görə gəlir. Öz fikrimə görə belə deiyəm. Hansı məqsədlə gəlir dəqiq bilmirəm. ərzaqla görərm Vadimi yəgin ki, eləyir evə bazarlıq. Yoldaşı ilə evdə mübahisə olanda mənim məlumatım olur. İddiaçı ilə danışırıq. Hətta məndən pul belə istəyib iddiaçı məndən də başqa dostundan da . Pulu az miqdarda istəyir 100 manat. Evə pul verməyinə verir. Amma öncəki yaşayışları yoxdur. İndi yoldaşı nə vaxt istəyir atır. Jalə ondan heç vaxt heç nə istəmir. Bəzən görmüşəm ki 200 manat göndərib. Mənə bütün göndərdiklərini demir. ən son keçən ay göndərib 200 manat. Uşaqların əvvəlki təminat səviyyəsi ilə fərqlər var. Bu hiss olunur. Əvvəl birlikdə Türkiyəyə gedirdilər. Apreldən bu günə kii harasa billikdə getməklərinin şahidi olmamışam, lakin 1-2 dəfə görmüşəm uşaqları gəzdiriblər. Bulvara, Teatra aparmışdılar. Həmin vaxt amma Jalə qıraqda oturmuşdu. Bunun səbəbi aralarında olan mübahisə idi. Uşaqlara təsir etməsin deyə Vadim həmin günü uşaqlarla çox vaxt keçirtdi. Bu hadisə 2 ay əvvəl olub. Uşaqlar iyun ayınun sonunda Başqa məktəbdə oxumaq üşün imtahan verirdi onda da birlikdə getmişdirlər. Vadim uşaqlarını sevir, onlara baxır. əvvəlki kimi baxmır amma. Vadimlə Jalənin münasiblətləri gərgindi deyə o manipulasiya üçün onlara əvvəlki kimi baxmır. Sərf maddi cəhətdən deyirəm bunu. Əlində əşyalarla evə gəldiyin görməmişəm. Bir dəfə Vadim apreldən sonra gəllmişdi evə reysdən gəlmişdi deyə uşaqlarla birgə yatdı”. İş materiallarında olan AZ-İİ seriyalı, 241055 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 arasında xx.xx.2017-ci il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3001 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Frolova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 279409 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixində Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İV seriyalı, 834604 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/9/2025- 00553 saylı, xx.xx.2025-ci il tarixli X1 (İMS) iştirak edilməməsi barədə Arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə isə mediasiya prosesində iştirak etmişdir. İddiaçı tərəfindən 50 manat İMS xərci ödənmişdir. Mübahisənin predmeti aliment tələbidir. İş materiallarında olan Azərbaycan Respublikası Xətai 45 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1 nömrəli Arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olması və orada yaşayıb yaşamaması tərəflərindən araşdırılmış, mənzilə baxış keçirilmişdir və Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq 2025-ci ilin aprel ayından həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində təyyarə bələdçisi vəzifəsində işləyir və onun əməkhaqqı 2750 manat təşkil edir. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, Cavabdeh "X9 Aviaşirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətində təyyarəçi vəzifəsində işləyir və onun əməkhaqqı 11400 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikah bağlanmışdır, onların birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, tərəflər arasındakı nikah pozulmamışdır, uşaqlar hal-hazırda ananın yanında qalır, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində təyyarə bələdçisi vəzifəsində işləyir və onun əməkhaqqı 2750 manat təşkil edir. Cavabdeh "X9 Aviaşirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətində təyyarəçi vəzifəsində işləyir və onun əməkhaqqı 11400 manat təşkil edir. Cavabdeh uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment ödəməyə razıdır. Bununla belə, alimentin təyin edilməsini istisna edən, həmçinin iddiaçının müraciət etməsinə baxmayaraq cavabdehi aliment ödəməkdən imtina etməsi halları məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulmalı aliment miqdarının müəyyən edilməsinə münasibətdə qeyd edir ki, bu zaman tərəflərin ailə və maddi vəziyyəti, uşaqların saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olması, uşaqların əvvəlki yaşayış səviyyəsi və onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər hallar, cavabdehin iddia tələbini qəbul etməsi, habelə iddiaçının alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması barədə xahişi nəzərə alınmalı və cavabdehdən hər ay əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutulması müəyyən edilməlidir. Məhkəmə, həmçinin xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulması tələbinə münasibətdə, cavabdehin razılığının olmasını, cavabdehin maddi vəziyyətini, əmək haqqının məbləğini (11400 manat), habelə cavabdehin aliment məbləğini qəbul etməsini nəzərə alaraq bu məqsədlə aliment tutulmasını mümkün sayır və belə aliment miqdarının iddia tələbi həcmində hər ay sabit pul məbləğində olmaqla 300 manat həddində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, alimentin hansı vaxtdan tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı aliment tələbi ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti ərizənin məhkəməyə verildiyi həmin tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən, valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə – qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs ailə həyatına hörmət hüququna malikdir. Bu hüquq yalnız həmin maddədə və qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda müdaxiləyə məruz qala bilər. Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır....Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay onun əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında, xx.xx.2022-ci il təvəllüdlü X2 üç yaşına çatanadək saxlanması üçün, hər ay 300 manat olmaqla, sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və alimentin məbləğinin illik ödəmə məcmusu (45600 manat) nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 226.8 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay onun əmək haqqı və digər gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. xx.xx.2022-ci il təvəllüdlü X2 üç yaşına çatanadək saxlanması üçün, xx.xx.2025-ci il tarixdən hesablanmaqla, hər ay 300 (üç yüz) manat olmaqla sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh 226 (iki yüz iyirmi altı) manat 80 (səksən qəpik) məbləğində dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamənin aliment hissəsi dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar