Məhkəmə qərarları › İş №e-2(011)-5232/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5232/2021

25.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5232/2021 25.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı X4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı nikahın pozulması, nikah pozulduqdan sonra uşağın ananın yanında qalması, birgə nikahdan olan 11 mart 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət edilən vaxtdan başlayaraq Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X6 Cavabdeh ilə 18 iyun 2017-ci il tarixdə birgə nikaha daxil olmuş və nikahı 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində rəsmiləşdirilmişdir. Rəsmi nikahı bağlandıqdan sonra cavabdeh ilə bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışdır. Birgə nikahdan 11 mart 2020-ci il tarixdə X3 anadan olmuşdur. Ailə münasibətləri bir müddət yaxşı olsa da, sonralar cavabdehin təqsiri üzündən tədricən pozulmağa başlamışdır. Onlar faktiki olaraq bir ailə kimi yaşamırlar. Hazırda cavabdeh ilə ailə münasibətlərini bərpa etmək qeyri-mümkündür, nikahları formal xarakter daşıyır, ailə münasibətlərinin bərpa edilməsi və ər-arvad kimi birgə yaşamaqları mümkün deyildir. Belə olan halda, hesab edir ki, cavabdehlə arasında bağlanılmış nikah məhkəmə qayasında pozulmalı və nikah pozulduqdan sonra azyaşlı övladı iddiaçı ilə qalmalıdır. Bundan sonra cavabdeh son vaxtlar atalıq borcunu yerinə yetirmir və uşağına maddi yardım göstərmir. Cavabdehin valideynlik vəzifələrini yerinə yetirməməsi övladının tələbatını qarşılaya bilməməyinə gətirib çıxarmışdır. İddiaçı X4 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə dəqiqləşmə verərək, X6 və Cavabdeh arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra uşağın ananın yanında qalması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı X4 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarından müəyyən olunmuşdur ki, Cavabdeh ilə X4 nikahının bağlanması barədə 18.06.2017-ci il tarixdə 1542 nömrəli akt qeydi tərtib edilmişdir. Tərəflərin nikahda olduqdları dövrdə 11.03.2020-ci il tarixdə X3 anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli 2(011)-3631/2021 nömrəli Qətnaməsinin surətindən görünür ki, məhkəmə iddiaçı Cavabdeh 11.03.2021-ci il təvəllüdlü X2 atası olmamasının müəyyən edilməsi, 11.03.2020-ci il tarixdə doğum akt qeydi kitabında 1666 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydində dəyişiklik edilərək müvafiq olaraq ata haqqında məlumatların çıxarılması qət edilmişdir. Tərəflərə barışmaq üçün 3 ay müddət verilmişdir. Həmin müddətin sonunda iddiaçı tərəflərin barışdıqları ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Məhkəmə hesab edir ki, tərəflər biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın bir-birini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Həmçinin, tərəflərə barışmaları üçün 3 ay vaxt təyin edilmiş, onlar təyin edilmiş müddət ərzində barışmamışdırlar. Hazırda isə iddiaçı nikahın pozulmasına təkid edir. Odur ki, tərəflərin nikahları pozulmalıdır. Bununla yanaşı məhkəmə nikah pozulduqdan sonra 11.03.2021-ci il təvəllüdlü X2 hansının yanında saxlanılmasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Məhkəmə yuxarıda istinad edilən normativ-hüquqi aktların normalarını və işdə olan sübutları nəzərə alaraq, hesab edir ki, tərəflər boşandıqdan sonra 11.03.2020-ci il təvəllüdlü X3 anası X4 yanında qalmalıdır. Məhkəmə qeyd edir ki, mülki iş üzrə iddiaçının aliment tələbi olmadığından birgə nikahdan olan uşağın saxlanılması üçün alimentin tutulması məsələsinə məhkəmə tərəfindən qiymət verilmir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. X6 və Cavabdeh arasında 18.06.2017-ci il tarixdə 1542 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. 11.03.2020-ci il təvəllüdlü X3 anası X4 yanında saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar