Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5242/2024 09.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X5 cavabdeh Həsənova (Bayramova) Kəmalə Adil qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X2 doğum haqqında şəhadətnaməsinin “Atası” qrafasında X4 haqqında qeydə alınmış məlumatların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər 28 sentyabr 2001-ci ildə ailə qurmuşlar və nikahları həmin tarixdə Balakən Rayon Qeydiyyat Şöbəsində 290 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan 2002-ci il təvəllüdlü X8 və 2007-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə münasibətləri normal olsa da, bir müddətdən sonra münasibətləri pozulmuşdur. Xasiyyətlərinin bir-birinə uyğun gəlməməsi səbəbindən cavabdehlə bir yerdə yaşamaqları baş tutmamış və iddiaçı Malik Gasanov 2018-ci ilin fevral ayından yaşadıqları evi tərk edib çıxmış və bir daha geri qayıtmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7569/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 ilə Cavabdeh arasında xx.xx.2001-ci il tarixdə 290 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmuşdur. X9 iddiaçının xəbəri olmadan süni mayalanma yolu ilə xx.xx.2022-ci il tarixdə dünyaya uşaq gətirmişdir. Lakin, həmin uşağın atası iddiaçı deyil. Mübahisənin həlli ilə əlaqədar olaraq Bakı 16 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. xx.xx.2023-cü il tarixdə Bakı 16 saylı Mediasiya Təşkilatında tərəflər arasında barışıq sazişi bağlanmışdır. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 atasının X6 olmadığını etiraf etmiş və bununla bağlı sənədləşmə işlərinin aparılması üçün 2 ay müddətində müvafiq icra hakimiyyəti orqanlarına ərizə ilə müraciət etməyi öz üzərinə götürmüşdür. Müvafiq icra hakimiyyəti orqanına müraciət olunmuşdur, lakin müvafiq icra hakimiyyəti orqanı, yəni VVAQ şöbəsi barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunmasını tələb etmişdir. Odur ki, Mediasiya Təşkilatında bağlanmış Barışıq sazişinin təsdiq edilməsi məqsədi ilə Bakı şəhəri Xəta rayon Məhkəməsinə ərizə ilə mürciət etmişlər. Bakı şəhəri Xətai Rayon məhkəməsinin 2(011)-3198/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə tərəfindən iddia icraatı qaydasında məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Odur ki, iddia icraatı qaydasında məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Sonda Nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul edərək izahatında bildirdi ki, tərəflər xx.xx.2001-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından 2002-ci il təvəllüdlü X8 və 2007-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur, əvvəllər münasibətləri normal olsa da, bir müddətdən sonra münasibətləri pozulmuşdur, iddiaçı 2018-ci ilin fevral ayından evi tərk etmişdir, münasibətlərinə faktiki olaraq son qoyulmuşdur, birlikdə yaşamamışdırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7569/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 ilə Cavabdeh arasında xx.xx.2001-ci il tarixdə 290 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmuşdur. xx.xx.2022ci il təvəllüdlü X7 nikah dövründə anadan olsa da, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 atasının X6 olmadığını etiraf edir. Sonda Vəkil qeyd olunanların nəzərə alınmasını, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 240066 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 2099 № ilə qeyd edilmişdir, onun atası X6, anası Cavabdehdır. İş materiallarında olan Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 456789 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və Cavabdeh arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 351 № ilə qeyd edilmişdir. İş materiallarında olan 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş 13 oktyabr 2023-cü il tarixli MŞB/16-02028 saylı “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”dən görünür ki, tərəflər atalığın müəyyən edilməsi üzrə mübahisə ilə bağlı məsələnin barışıq yolu ilə həll edilməsi barədə razlığa gəlirlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2001-ci il tarixdə bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir, atalığı mübahisələndirilən uşaq X7 nikaha xitam verildiyi tarixdən əvvəlki dövrdə - xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, uşağın doğum haqqında şəhadətnaməsində onun atası kimi X6, anası kimi isə Cavabdeh göstərilmişdir, iddiaçı xx.xx.2022-ci il təvəllüdlü X2 doğum haqqında şəhadətnaməsinin “Atası” qrafasında X4 haqqında qeydə alınmış məlumatların etibarsız hesab edilməsini tələb edir, cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 atasının X6 olmadığını etiraf edərək iddia tələbini qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq, uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliliyini nəzərə ala bilər. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş Metexan Həsənovun atası olmaması faktı müəyyən edilməli, xx.xx.2022-ci il təvəllüdlü X2 doğum haqqında şəhadətnaməsinin “Atası” qrafasında X4 haqqında qeydə alınmış məlumatlar etibarsız hesab edilməli, X2 doğum haqqında akt qeydləri kitabında 28 iyun 2022-ci il tarixində 2099 № ilə qeyd olunmuş ataya dair məlumatlar silinməlidir. Məhkəmə, dövlət rüsumunun kimə aid edilməsi məsələsinə münasibətdə hesab edir ki, hazırkı iddia təmin edildiyindən, tərəflərin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasına əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş Metexan Həsənovun atası olmaması faktı müəyyən edilsin. X2 doğum haqqında akt qeydləri kitabında 28 iyun 2022-ci il tarixində 2099 № ilə qeyd olunmuş ataya dair məlumatlar ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-5242/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5242/2024
09.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver