Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5320/2021 18.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı ünvan 1 ünvanda yerləşən kreditor Tələbkar MMC-nin Borclu qarşı “borcun ödənilməsi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor Tələbkar MMC Borclu qarşı “borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 106 manat borc məbləği, 40 manat cərimə və 20 manat məbləğində dövlət rüsumunun, cəmi 166 manat pulun tutularaq tələbkara ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditorun ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə belə hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 278.2.5-ci maddəsinə əsasən, məhkəmə əmrinin çıxarılması barədə verilmiş ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. Həmin Məcəllənin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından məhkəmə imtina edir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, kreditor tərəfindən borcluya xəbərdarlıq məktubu göndərilməmiş, həmin məktubun tərəfə göndərilməsinə dəlalət edən hər hansı sübut ərizəyə əlavə edilməmiş və ərizəyə əlavə edilmiş sənədlərin siyahısının arasında göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 279.2.1 və 279.2.2-ci maddələrinə əsasən, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa və verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, kreditor məsələnin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənədi, yəni borclunu borcunu ödəməsi ilə bağlı əvvəldən xəbərdar etməsinə dair sənədi ərizəyə əlavə etmədiyindən hazırkı ərizənin məhkəmə icraatı Azərbaycan Respublikası MPM-in tələblərinə uyğun olaraq mümkün deyildir. Məhkəmə belə hesab edir ki, göstərilən səbəblərdən Azərbaycan Respublikasının MPM-nin 279-cu maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 279-cu maddəsini rəhbər tutaraq, qərara aldı: Kreditor Tələbkar MMC-nin Borclu qarşı “borcun ödənilməsi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-5320/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5320/2021
18.06.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver