Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5339/2022 27.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, Nərimanov rayon məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(005)-806/2017 saylı qətnaməsi ilə borclu X5 28 oktyabr 2016-cı il tarixdən başlayaraq, 04 aprel 2013-ci il təvəllüdlü X6 və 03 dekabr 2014cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 136.6 manat olmaqla, cəmi 273.2 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Nərimanov rayon məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(005)-806/2017 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və bununla əlaqədar olaraq məhkəmə tərəfindən müvafiq rayon İcra və Probasiya şöbəsinə icra vərəqəsi göndərilmişdir. Probasiya şöbəsi tərəfindən araşdırma aparılarkən müəyyən edilmişdir ki, Beyləqan rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(020)-872/2019 saylı qətnaməsilə borclu X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Beyləqan rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(020)-872/2019 saylı qətnaməsinin alınması məqsədilə Beyləqan rayon Məhkəməsinə Vəkil sorğusu verilmişdir. Əlavə olaraq, cavabdehlərin qeydiyyat ünvanları barədə məlumat əldə edilməsi məqsədilə MAPS şöbəsinə Vəkil sorğusu verilmişdir. Bu səbəbdən də, 04 aprel 2013-ci il təvəllüdlü X7 və 03 dekabr 2014-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin borclunun valideynləri yəni uşaqların baba və nənəsi olan Cavabdeh1 və Cavabdeh2 tutulması zərurəti yaranmışdır. O, heç bir yerdə işləmir və heç bir yerdən rəsmi gəliri yoxdur. İddiaçı göstərilənləri nəzərə alaraq, onunla X8 birgə nikahından doğulmuş 04 aprel 2013ci il təvəllüdlü X7 və 03 dekabr 2014-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin uşaqların babası və nənəsi Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, aliment məbləğinin azaldılmasını əsas gətirməklə cavabdehlərdən aliment məbləğinin 150 manat tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh2 nümayəndəsi X16 ərizə təqdim etməklə yanaşı, ərizədə cavabdehə qarşı irəli sürülmüş iddia tələbinə münasibətdə iddia tələbinin 150 manat həcmində qəbul etdiyini qeyd etmişdir. Məhkəmə iclası barədə digər Cavabdeh1 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 806/2017 saylı, 01 mart 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X12 qarşı “nikahın ləğv edilməsi, uşaqların yanında qalması və aliment” tələbinə dair iddiasıqismən təmin olunmuş, tərəflər arasında 13 may 2013-cü il tarixdə bağlanmış nikahın pozulmuş, 04 aprel 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş X9 və 03 dekabr 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş X3 anaları İddiaçı himayəsinə verilmiş və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 136.6 manat olmaqla, cəmi 273.2 manat sabit pul məbləğində alimentin X5 İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 03 dekabr 2014-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası X15, anası isə İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 04 aprel 2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası X15, anası isə İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST mərkəzi tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan “Muğan” Klinikası tərəfindən verilmiş müayinələrin nəticələrindən görünür ki, Cavabdeh2 müxtəlif tarixlərdə həmin klinikada müayinələrdən keçmiş, ona xəstəlikləri ilə bağlı fərqli diaqnozlar qoyulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən bu məcəllənin 88—92-ci maddələrində göstərilmiş şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər. 93.2. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir. 93.3. Aliment tələb edən ailə üzvünü eyni zamanda bir neçə şəxs saxlamağa borclu olduqda, məhkəmə onların maddi və ailə vəziyyətindən asılı olaraq aliment vəzifəsinin yerinə yetirilməsində onlardan hər birinin iştirakının miqdarını müəyyən edir, həm də məhkəmə bütün bu şəxslərə və ya onlardan yalnız birinə, yaxud da bir neçəsinə iddia verildiyindən asılı olmayaraq aliment verməyə borclu olan bütün şəxsləri nəzərə alır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələb etdiyi məbləğ uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinə uyğun olmasa da, alimentin məbləği müəyyən edilərkən cavabdehlərin sağlamlıq vəziyyətləri, xəstəlikləri və özlərinin yardıma ehtiyaclarının olması, həmçinin tərəflər arasında alimentin miqdarının razılaşdırılması nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə 150 manat aliment məbləğinin tutulması razılaşdırıldığından həmin məbləğdə aliment tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddia məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 04 aprel 2013-ci il təvəllüdlü X2 və 03 dekabr 2014-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay ümumilikdə cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5339/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5339/2022
27.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver