Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5341/2025 03.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı Cavabdeh himayəsində olan X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay Xətai Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 8(011)-121/2025 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8154/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən tutulan və sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.2 misli həddində indeksasiya olunmuş aliment məbləğinin azaldılaraq ölkə üzrə müəyyən olunmuş yaşayış minimumuna bərabər olan 2025-ci il üçün alimentin minimum məbləğində, yəni 246 manat məbləğində indeksasiya olunması, eyni zamanda mediasiya xərci olan 50 manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən mənim xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-121/2025 saylı qərardadı ilə Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-8154/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən tutulan və sonraki artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş aliment məbləğinin azaldılaraq 280 manat müəyyən olunmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, tələbkar Cavabdeh ərizəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8154/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh ödənilməli olan alimentin məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 1,2 misli həddində indeksasiya olunmuşdur. Belə ki, hələ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8154/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 üçün ondan, yəni, cavabdeh İddiaçı hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Tələbkar Cavabdeh ərizəsini təmin edərək məhkəmə qeyd etmişdir ki, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin 2017-ci ildə təyin olunmasını və həmin ildə minimum aylıq əmək haqqının 116 manat olmasını nəzərə alaraq müəyyən edir ki, 2017-ci ildə minimum aylıq əmək haqqının 1,2 misli həddində aliment tutulması qət edildiyindən, alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 1,2 misli həddində indeksasiya olunmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki ,alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edildiyindən, analoji olaraq indeksasiya qaydasında artırılan aliment məbləğinin tutulmasına da tətbiq edilir. Tərəfindən apellyasiya şikayəti verilərək Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-121/2025 saylı qərardadını ləğv edərək, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2025-ci il üçün alimentin minimum məbləğində (246 manat) tutulması barəsində yeni qərardadın çıxarılmasını xahiş etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 8(103)- 98/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və Xətai Rayon Məhkəməsinin müvafiq qərardadı qüvvədə saxlanılmışdır. Lakin yuxarı instansiya məhkəməsi tərəfindən onun aliment məbləğinin azaldılması barədə müstəqil iddia qaldırmaq hüququ izah olunmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsi izah etmişdir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsininin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsinə əsas ola bilər. Bu məqsədlə tərəflərdən istənilən biri məhkəməyə iddia ilə müraciət edə bilər. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə onun aylıq gəlirini nəzərə almadan hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 8154/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh birinci ailə həyatından doğulmuş övladına görə 140 manat məbləğində aliment ödəyir. İkinci dəfə ailə həyatı quraraq X2 ilə 2021-ci ilin 12 mart tarixində nikaha düşmüşdür. Qeyd olunan bu nikahdan xx.xx.2017-ci il tarixli X6 və xx.xx.2014-cü il tarixli X5 adlı övladları dünyaya gəlmişdir. Göründüyü kimi, o boşanandan sonra ikinci dəfə ailə həyatı qurmuşdur və iki övladı var. Lakin, Xətai Rayon Məhkəməsi bu faktı nəzərə almayaraq birinci nikahdan olan övladı üçün ödədiyi 140 manat aliment məbləğini indeksasiya edərək 2025-ci ilin minimum əmək haqqının 1.2 misli məbləğində müəyyən etmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən ölkədə minimum aylıq əmək haqqı 1 yanvar 2025-ci ildən etibarən 400 manat müəyyən edilib. Belə olan halda onun ödəməli olacağı alimentin məbləği 480 manat edir. Halhazırda yeganə iş yeri olan müəssisədən aldığı əmək haqqı 770 manat məbləğindədir. Əgər aldığı 770 manatdan 480 manatını hər ay birinci nikahdan olan övladına ödəsə, hazırki nikahdan olan iki övladını saxlaya bilməyəcək. Həm birinci, həm də ikinci nikahdan olan uşaqlar onundur və onları saxlamaq boynunun borcudur. 2017-ci ildə 140 manat aliment məbləği müəyyən ediləndə o işsiz idi. Hazırki iş yerində 2021-ci ildən əmək fəaliyyəti ilə məşğuldur. 2017-2021-ci illərdə işsiz olmağına baxmayaraq bir dəfə olsun övladının alimentini gecikdirməmişdir. O övladlarının qayğısına qalmağının tərəfdarıdır və onların sağlam şəraitdə yetişməsi üçün əlindən gələni etməyə də hazırdır. Lakin hal-hazırda onun aldığı 770 manat əmək haqqından başqa heç bir yerdən gəliri yoxdur və hər ay çətinliklə aliment məbləğini ödəməyi çatdırır. Həmçinin yaranan çətin vəziyyət səbəbindən artıq qazanc əldə etməyə məcbur edilmək neqativ halların baş verməsinə səbəb ola bilər. Alimenti ödəməyə gücü çatmadığı təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilər. Nəticə olaraq isə övladları ilə əlaqənin kəsilməsinə və onların ata qayğısından məhrum qalmaqlarına səbəb ola bilər. Məhkəmə onun yeni ailə həyatını qurduğunu və hazırkı nikahdan iki övladının olmasını görməzdən gələrək alimentin məbləğini az qala 4 dəfəyədək qaldırmışdır. Hər dəfə minimum aliment məbləği artanda ödəməli olduğu alimentin məbləği artırılmaması hissəsində qeyd edə bilər ki, əvvəla, bu məbləğin artırılması barədə müraciət etmək qarşı tərəfin hüququ idi. Hər dəfə vaxtında müraciət olunacağı təqdirdə minumum aliment məbləği nə qədər idisə ödəyəcək. Lakin, o da atadır, uşağına məhkəmənin təyin etdiyi 140 manatdan artıq ödənişlər etmişdir hər ay. Ad günlərində bahalı hədiyyələr almışdır övladına (qızıl boyunbağı, bilərzik və s). Bunları qeyd etməkdə məqsədi odur ki, qarşı tərəf o hüququndan istifadə etməsə də, o övladıa xatir həmişə ona lazımi qədər pul vermişdir. Hətta bir dəfə olsun aliment ödənişlərini gecikdirməmişdir. Göründüyü kimi bu şəraitdə məhkəmə onun hazırki iki övladını qətiyyən düşünməmiş və 770 manat maaş alan birinin 480 manatını aliment kimi tutulması üçün müəyyən etmişdir. Hələ xüsusi şəkildə qeyd etmişdir ki, hazırda kirayə qalır və aylıq kirayə pulu ödəyir. Belə ki, uzun illərdir ki, yaşamaq üçün mənzili yoxdur. Hazırda ikinci nikahdan olan ailəsi ilə kirayə qalmaq üçün aylıq 600 manat kirayə pulu ödəyir. Kirayə qaldığı mənzil 3 otaqlıdır və ünvan 1 ünvanında yerləşir. Bu gün Bakı şəhərində kirayə qiymətləri hamıya məlumdur. Bundan əlavə maddi vəziyyətinin pis olması və borcları ilə əlaqədar xx.xx.2025-ci il tarixində Rabitəbank ASC-nin Lənkəran filialından 22.500 manat kredit götürmüşdür və aylıq 750 manat məbləğində kredit ödəyir. Onlara yaxşı məlumdur ki, hazırda kommunal xidmətlərin, gündəlik tələbat və ərzaq məhsullarının qiymətləri yüksəkdir və bahalaşmaqda davam edir ki, bu da gündəlik dolanışıq üçün daha çox pul tələb edir. Göründüyü kimi onun aylıq xərcləri bu qədər olduğu təqdirdə birdən-birə 480 manat alimenti ödəməyi ən azından hazırki iki uşağının vəziyyətini çox pis vəziyyətə gətirib çıxaracaqdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək məhkəmədən təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, məhkəmədən iddianın rədd edilməsinin xahiş etmişdir. İşin halları: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)- 8154/2017 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cavabdeh İddiaçı hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Tələbkar Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, alimentin minimum əmək haqqına uyğun indeksasiya edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)- 121/2025 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8154/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh ödənilməli olan alimentin məbləğinin xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 1,2 misli həddində indeksasiya olunması qərara alınmışdır. Borclu İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2025-ci il üçün alimentin minimum məbləğində (246 manat) tutulması barədə yeni qərardadın çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-98/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-121/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 110. Alimentin indeksasiyası 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13. Uşağın zəruri maddi təminat hüququ Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Bəli ki, məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Ailə Məcəlləsinin 76.1-ci maddəsi uşaqların sayından asılı olaraq onlar üçün valideynlərdən məhkəmə qaydasında hər ay tutulan alimentin miqdarını (qazancın və (və ya) başqa gəlirlərin hissəsi kimi) müəyyən edir. Həmin Məcəllənin 76.2-ci maddəsi nəzərdə tutur ki, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Məhkəmə qeyd edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Qüvvədə olan qanunvericiliyə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8154/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləği azaldılaraq 81,20 manat miqdarında müəyyən edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən uşaqlar üçün təyin edilmiş alimentin miqdarı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun olaraq müəyyən edilərək, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.7 misli (81,20 / 116 (2017-ci il üzrə minimum əmək haqqı məbləği) həddində aliment tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-8154/2017 saylı qətnaməsi ilə tutulan alimentin məbləği azaldılsın. xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.7 misli miqdarında aliment tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5341/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5341/2025
03.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver