Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5533/2023 18.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, İlkin iddia tələbi üzrə Cavabdeh, İlkin iddia tələbi üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia tələbi üzrə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ ilə əlaqədar pul” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya hüququ ilə əlaqədar pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, şirkətlərində “İpoteka predmeti olan əmlakın sığortası” növü üzrə sığortalanmış X3 mülkiyyətində olan ünvan 1, 43 saylı mənzilə xx.xx.2023-cü il tarixində subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Xətai rayonu 82 saylı MKİS nümayəndələrinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli arayışa əsasən, subasma hadisəsinin baş verməsinə səbəb kimi həmin mənzilin üst mərtəbələrində yerləşən Cavabdeh mülkiyyətində olan 45 nömrəli mənzilində istilik sistemində olan vintilin sınması nəticəsində yaranan su axıntısı göstərilmişdir. Beləliklə, yuxarıda göstərilmiş X3 mülkiyyətində olan ünvan 1, 43 saylı mənzilə su axması nəticəsində ona məxsus mənzilin tavanı və divar kağızlarına, döşəmədə olan laminanta, habelə mənzilin elektrik naqillərinə 2404 manat məbləğində zərər dəymiş və ƏS23007 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən əmlak 32,78% dəyərində sığortalandığına görə 788 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh su basma hadisəsi nəticəsində verilmiş sığorta ödənişi olan 788 manat məbləği və 30,40 manat dövlət rüsumu, ümumilikdə 818, 40 manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASCyə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, ilk iddia üzrə qeyd olunan hadisədə onun hər hansı təqsiri olmamışdır. Bununla bağlı tərəfindən dəfələrlə yazılı şəkildə iddiaçıya da, "xxxx" ASC-yə müvafiq ərizələr verilmişdir. Həmin sənədləri etirazına əlavə etmişdir. Hadisə baş verən an dərhal müvafiq orqanlara, o cümlədən də hadisənin birbaşa təqsirkarı "xxxx" ASC-yə məlumat verilmiş, lakin heç bir tədbir görülməmişdir. Hazırki iş üzrə bütün məsuliyyət "xxxx" ASC-nin üzərinə düşür. Onların cavabdeh kimi cəlb edilməsi zəruriliyini göstərərək ərizə vermişdir. Belə ki, qəza səbəbi və qəzadan sonra istiliyin dayandırılması üçün müvafiq tədbirin görülməməsi və bu cür tədbirin görülməsi üçün zəruri olan ümumi qapayıcı kranın olmaması onların təqsiridir. Əvvəl məhkəməyə verdiyi ərizədə qeyd etdiyi kimi, həmin hadisə baş verən an dərhal müvafiq orqanlara, o cümlədən də hadisənin birbaşa təqsirkarı "xxxx" ASC-yə məlumat verilmiş, lakin heç bir tədbir görülməmişdir. Hazırki iş üzrə "xxxx" ASC-nin üçüncü şəxs və ya cavabdeh kimi cəlb edilməsi zəruridir. Belə ki, qəza səbəbi və qəzadan sonra istiliyin dayandırılması üçün müvafiq tədbirin görülməməsi və bu cür tədbirin görülməsi üçün zəruri olan ümumi qapayıcı kranın olmaması onların təqsiridir. Belə ki, binada kiminsə evində qəza baş verərsə, bunun qarşısının alınması üçün heç bir texniki tədbir görmək mümkün deyildir. İkinci cavabdeh tərəfindən texniki təhlükəsizlik qaydaları pozulmuş, birinci cavabdeh isə dəymiş zərərin ödənilməsinə məsul olduğu halda bunu etməmişdir. Eyni zamanda bu hadisədə təqsirin olub-olmaması və dəymiş zərərin müəyyən edilməsi barədə yalnız müvafiq sahədə xüsusi biliyi olan ekspert tərəfindən müəyyən edilə bilər. Ona görə iş üzrə müvafiq ekspertizalar da təyin edilməlidir. Bundan başqa zərəri ödəyən tərəf olaraq ilk iddia üzrə iddiaçı "xxxx" ASC zərərin əvəzini həm də ona ödəməlidir. Ona həmin hadisə nəticəsində 2000 manat zərər dəymişdir ki, həmin zərər müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməlidir. Göründüyü kimi, hazırki iddia təmin ediləcəyi təqdirdə ilkin iddia rədd olunacaqdır. Bu səbəbdən hazırki ərizəsinə də ilk iddia ilə birgə baxılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı göstərilənləri nəzərə alaraq, ona dəymiş zərər görə cavabdehlərdən 2000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 ilkin iddia tələbini müdafiə etməklə yanaşı, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbini isə qəbul etmədiklərini və qarşılıqlı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə Cavabdeh ilkin iddia tələbinə etiraz etməklə ilkin iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bununla yanaşı izahatında bildirmişdir ki, hadisə baş verən zaman "xxxx" ASC-nin qaynar xəttinə müraciət etmiş, lakin heç kim gəlib mənzilə baxmamışdır. Bu səbəbdən o, məcbur qalaraq qonşu usta çağırmış və su axıntısını dayandırmışdır. Hamamda vintil qırıldığından və suyun təzyiqi normadan yüksək olduğundan evin 4 otağını da su basmışdır. Hadisə baş verdikdən 1 saat sonra "xxxx" ASC-dən bir şəxs gəlmiş və binanın ümumi suyunun bağlanmasına irad bildirmişdir. Binada birinci mərtəbədən beşinci mərtəbəyə qədər elə bir ümumi qapayıcı olmamışdır ki, su sızması qonşu mənzillərə də keçməsin. Binaya yeni köçəndə kombi olmamış, sonradan "xxxx" ASC tərəfindən quraşdırılmışdır. Cavabdeh həmçinin bildirmişdir ki, onunla "xxxx" ASC arasında heç bir müqavilə olmamışdır. O, qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 qarşılıqlı iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, binaya ümumi nəzarət edən İcra hakimiyyəti və MKTB-dir. Mənzildən keçən kommunikasiya xəttinə görə vətəndaş özü cavabdehlik daşıyır. Hadisə zamanı vətəndaş ilk növbədə MKTB-yə məlumat verməli idi. Kommunikasiya xətlərini "xxxx" ASC çəkməmişdir. Ümumiyyətlə "xxxx" ASC-yə binaya, mənzillərə girməyə məhdudiyyət vardır. Ancaq qazanxanaya nəzarət edə bilər. Qəza Cavabdeh öz mənzilində quraşdırdığı istilik sistemində olan vintilin keyfiyyətsiz olduğu üçün sınması nəticəsində isti su axıntısı baş vermişdir. Nümayəndə qeyd olunanlara əsasən qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin və onların nümayəndələrinin çıxışlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli ƏS 23007 nömrəli ipoteka predmeti olan əmlakın sığortasına dair sığorta ödənişi aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış X5 məxsus ünvan 1, 43 saylı mənzilə subasma nəticəsində 2404 manat maddi zərər dəymiş, X5 788 manat sığorta ödənişi edilmiş, subroqasiya hüququ irəli sürülməli şəxsin Cavabdeh olduğu müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş PİM220098 nömrəli İpoteka predmeti olan əmlakın sığortası şəhadətnaməsinin surətindən görünür ki, X5 məxsus ünvan 1 ünvanında yerləşən 77.52 m2 ümumi sahədən ibarət 4 otaqlı 43 saylı mənzil "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında 26 aprel 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X5 788 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 82 saylı MKİS-nin rəisi R.Eldarzadə, mühəndisi R.Xanpaşayev və sahə nəzarətçisi H.Heydərov tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, 82 saylı MKİS-ə Xudu Məmmədov küçəsi, ev 33, 43 saylı mənzilə su axıntısı ilə bağlı şikayət daxil olmuş və həmin evin 45-ci mənzilinin (ev sahibi Cavabdeh) istilik sistemində olan vintilin sınması nəticəsində isti su axıntısı baş vermişdir. Hər iki mənzilə ziyan dəymişdir. Ev sahibinin sözlərinə görə bu hadisə istilik sistemində olan təzyiqin normadan yüksək olmasından baş vermişdir. İş materiallarında olan 23/008 MS nömrəli Əmlakın qiymətləndirilməsinə dair Müstəqil Ekspert rəyinin surətindən görünür ki, müstəqil sığorta eksperti Əhməd Talıblı tərəfindən ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə baxış zamanı müəyyən olunmuşdur ki, üst mərtəbədən sızan sular nəticəsində sığoratlı mənzilin otaqların divarlarına və tavan hissələrinə zərər dəymişdir. Zərərin məbləği 2404 manat hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında istifadədə olan 88.55 kv/m ümumi sahədən ibarət 43 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən,dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 226.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzəktamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsi müəyyən edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, "xxxx" ASC tərəfindən PİM220098 nömrəli İpoteka predmeti olan əmlakın sığortası şəhadətnaməsi əsasında sığortalanmış X5 məxsus ünvan 1 ünvanında yerləşən 77.52 m2 ümumi sahədən ibarət 4 otaqlı 43 saylı mənzilə xx.xx.2023-cü il tarixində Cavabdeh məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində 2404 manat məbləğində zərər dəymiş, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında yerləşən 77.52 m2 ümumi sahədən ibarət 4 otaqlı 43 saylı mənzilə dəymiş zərərə görə 788 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən sığorta hadisəsi ilə əlaqədar 82 saylı MKİS-in tərtib etdiyi aktla da müəyyən olunmuşdur ki, X5 məxsus ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə Cavabdeh məxsus 45 saylı mənzildən su axması nəticəsində hər iki mənzilə maddi ziyan dəymişdir. Cavabdeh qəzanın baş verməsində "xxxx" ASC-nin təqsirinin olmasını bildirsə də, iş materialları ilə sübut olunur ki, həmin təşkilat yaşayış sahələrinin daxilində olan qurğulara görə məsuliyyət daşımır, həmin qurğular vətəndaşların öz seçimi ilə quraşdırılır. Məhkəmə hesab edir ki, sığorta şirkəti tərəfindən zərərçəkənə sığorta ödənişi ödənildiyindən və bu fakt iş materiallarında olan ödəniş tapşırığı ilə təsdiq olunduğundan, ilkin iddia əsaslı olduğu üçün təmin edilməli, "xxxx" ASC tərəfindən ödənilmiş 788 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq ilkin iddia tələbi üzrə iddiaçıya ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, Cavabdeh ilə "xxxx" ASC arasında müqavilə münasibətləri mövcud olmadığından, eyni zamanda Cavabdeh məxsus mənzildə su axma hadisəsinin baş verməsində qarşılıqlı iddia tələbi üzrə cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin təqsirinin olması sübuta yetirilmədiyindən, eyni zamanda qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İlkin iddia tələbi üzrə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ ilə əlaqədar pul” tələbinə dair ilkin iddiası təmin edilsin. İlkin iddia tələbi üzrə Cavabdeh 788 manat sığorta ödənişi və dövlət büdcəsinə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu tutularaq ilkin iddia tələbi üzrə iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40 manat dövlət rüsumları tərəflərin qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5533/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5533/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver