Məhkəmə qərarları › İş №e-2(011)-5663/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5663/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5663/2024 26.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızı İddiaçı SŞ ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2022-ci ildə Cavabdeh tərəfindən idarə olunan “Khazar SD” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “Opel Zafira” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. “İş materiallarına əlavə edilmiş 103228 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan çıxarışdan (isb) göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Khazar SD” markalı, ** PD ***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur.

2. İş materiallarına əlavə olunmuş Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli hesabata əsasən hadisə zamanı ““Opel Zafira markalı, ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1000 AZN (min manat) məbləğində ziyan dəymişdir İddiaçı Sığorta Şirkəti ASC görə dəymiş zərərləri aradan qaldırmış və iş materiallarına əlavə edilmiş 2552 nömrəli ödəniş tapşırığına əsasən “Opel Zafira” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərəçəkən X1 1000 AZN (min manat) sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyirik ki, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan avtomobil idarə etdiyi və hadisə yerini tərk etdiyi üçün ona qarşı subroqasiya hüququmuz yaranmışdır.

3. Belə ki, iş materillarına əlavə edilmiş Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(003)-1004/2022 saylı qərarından görünür ki, Əliyev X2 Xətalar Məcəlləsinin və 327.6 və 332.4-cü maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. 1000 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.

İddiaçının tələbi:

4. Cavabdeh “Opel Zafira” markalı ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1000 (min) manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

5. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.

İş materiallarına əlavə edilmiş sənədlər:

6. 103228 №-li, 16 mart 2022-ci il tarixli sığorta aktına əsasən, xx.xx.2021-ci il tarixində sığortalanmış avtomobil OPEL ZAFİRA markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1000 manat məbləğindədir. Ödənilmiş sığorta ödənişi 1000 manat məbləğindədir.

7. "xxxx" Sığorta ASC tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli, O-AP-2022-2015 №-li pretenziya məktubuna əsasən (xx.xx.2022-ci il tarixli poçt qəbzi0), "xxxx" Sığorta Şirkəti tərəfindən həyata keçirilən sığorta ödənişini yəni, 1000 manat məbləğində pulu 10 gün ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi xahiş edilmişdir. Zərər məbləği qeyd edilən müddət ərzində şirkətə ödənilməzsə İddiaçı Sığorta Şirkəti ASC-nin iddia ərizəsi ilə Məhkəmə orqanlarına müraciət edəcəyi bildirilmişdir

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1004/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir.

9. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təsərrüfatları barədə arayışa əsasən, Xəzər RPİ-nin DYPŞ bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 16:00-da Xəzər rayonu, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir.

10. 17 mart 2022-ci il tarixli, 2552 №-li ödəniş tapşırığına əsasən, "xxxx" Sığorta Şirkəti tərəfindən 8977,66 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödəniş tapşırığına əlavəyə əsasən X1 1000 manat ödənilmişdir.

11. Xəzər Rayon Polis İdarəsində Cavabdeh tərəfindən verilmiş izahat.

12. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabata əsasən ümumi məbləğ 1000 manatdır.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar üfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1. Tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

14. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanunu: 37.1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

15. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3 Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1 İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə mülki iş üzrə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

18. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh tərəfindən idarə olunan Khazar SD markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində “Opel Zafira” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. İnzibati tənbehvermə haqqında Qərara və mülki iş materiallarına əlavə edilmiş digər sənədlərə əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsi öz təsdiqini tapmışdır.

19. Məhkəmə qeyd edir ki, baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayındığından, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə, yəni cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. İddiaçı "xxxx" Sığorta Şirkəti ASC “Opel Zafira” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin aradan qaldırılması üçün zərərçəkən şəxsə 1000 manat məbləğində sığorta ödənişi etdiyinə görə, həmin məbləği subroqasiya qaydasında Cavabdeh tələb etməkdə haqlıdır.

20. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi olan 1000 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməlidir.

Məhkəmə xərcləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. İddia ərizəsi təmin edildiyinə görə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. Cavabdeh 1000 (min) manat pul məbləği “Atəşgah" Sığorta Şirkəti ASC-yə ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-yə ödənilsin

4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar