Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-570/2023 23.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh və onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin hissəvi olaraq bank hesabına köçürülməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin hissəvi olaraq bank hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah münasibətlərinə xx.xx.2020 tarixli 2(011)- 455/2020 nömrəli məhkəmə qətnaməsi ilə xitam verilmiş, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 anası Cavabdeh yanında saxlanılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14605/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixindən hesablanmaqla iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay aylıq qazancın və başqa gəlirlərin 1/3 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsinə dair məktub xx.xx.2020-ci il tarixində iddiaçıya göndərilmişdir. İddiaçı Cavabdeh ilə nikahından olan 2 uşağı analarının himayəsində qalır və hər ay məhkəmə qətnaməsi ilə nəzərdə tutulan iddiaçının qazancının 1/3 hissəsi miqdarında aliment cavabdehin xeyrinə tutulur. İddiaçının maaşı 10000 manatdan artıqdır və bu məbləğdən aliment kimi tutulan miqdarın 3000 manatdan (hansı ki, bir çox aylarda 5000 və 8000 manat və daha artıq olur) çox olduğu, eyni zamanda iddiaçının pilot kimi öz işinin icrası ilə əlaqədar etdiyi səyahətlərdə uşaqları üçün əşyalar alması, uşaqların digər gündəlik tələbatları üçün çəkilən xərcləri qarşılaması göz önünə alınmaqla, 2 uşağın saxlanması üçün kifayət qədər uzun müddətdir ki, tutulan bu vəsaitin bunun üçün ifrat olduğu göz önündədir. Bu məbləğin ay ərzində azyaşlı uşaqlara tamamilə xərclənməsi inandırıcı deyil. Aliment tutulan müddət ərzində həmin pul vəsaitinə uşaq üçün hər hansı dəyərli əşya alınmamışdır ki, bu hal iddiaçıda ödənilən pul vəsaitinin başqa məqsədlərə, cavabdehin öz xərclərinə yönəlməsi ehtimalını yaradır. Bu situasiyada iddiaçı nəinki öz əmək haqqının cavabdeh tərəfindən öz şəxsi ehtiyacları üçün sərf olunmasından narahatdır, həmçinin övladlarının yaşayışı üçün zəruri olan məbləğin (193 manat) də yenə cavabdehin şəxsi ehtiyaclarına sərf olunduğunu güman etməyə haqlıdır. Bu tənasübsüz pul sərfiyyatının mənbəyinin isə cavabdehin xeyrinə tutulan və uşaqların ehtiyacları tam ödənildikdən sonra artıq qalan yüksək məbləğdəki pul vəsaitinin olduğu aydındır. Belə ki, İddiaçı aylıq qazancından cavabdehin xeyrinə tutulan alimentin minimum miqdarı olan 3000 manatdan (hansı ki, bir çox aylarda 5000 və 8000 manat və daha artıq olur) artıq olan məbləğin 50%-i, yəni uşaqlar yetkinlik yaşına çatanadək onların adına açılmış bank hesabına köçürüləcək məbləğ 2000 manata yaxındır və yenə bir çox aylarda onun miqdarı 3000 manata yaxınlaşır və hətta daha da artıq olur. Bu məbləğ uşaqlar arasında bərabər bölündükdə isə onların hər birinin adına ayrıca olaraq açılmış bank hesablarına köçürüləcək məbləğ ən azı 1000 manat təşkil edir. Cavabdeh özünün və uşaqlarının yaşayışını və digər ehtiyaclarını təmin etmək üçün isə hər ay ən azı 2000, bir çox aylarda isə 3000 manata yaxın vəsait qalır ki, bu miqdar onların hər üçünün layiqli həyat səviyyəsini təmin etmək üçün kifayət edir. Eyni zamanda, iddiaçı tərəfindən uşaqların bir çox ehtiyaclarının mütəmadi olaraq qarşılandığını da nəzərə alınsa, qeyd edilən məbləğdən artıq olan tutulmanın onun cavabdeh tərəfindən sui-istifadə olunmasına gətirib çıxaracağı nəticəsinə gəlmək qaçınılmazdır. Ona görə də bu sui-istifadənin qarşısının alınması, onun minimuma endirilməsi üçün iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin 50 faizi uşaq yetkinlik yaşına çatanadək onun adına açılmış bank hesabına köçürülməlidir. Bu həm də uşağı, iddiaçının qazancı ilə bağlı gələcəkdə yarana biləcək risklərdən sığortalanması məqsədi daşıyır. İddiaçı iddia ərizəsində göstərilənləri nəzərə alaraq, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı onun qazancının ⅓ hissəsi miqdarda Cavabdeh xeyrinə tutulan alimentin ½ hissəsinin onların hər biri üçün müvafiq olaraq alimentin ¼ hissəsi miqdarında olmaqla X2 və X7 adına açılacaq bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh və onun nümayəndəsi Vəkil2 iddiaya etiraz edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdirlər. İddiaçının nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, İddiaçı 2 övladının saxlanılması üçün onun əmək haqqından tutulan məbləğin həddindən artıq ifrat olduğunu, əmək haqqından tutulan məbləğin ay ərzində övladlarına xərclənmədiyini göstərmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində onun əmək haqqından tutulan məbləğin cavabdehin öz xərclərinə yönəldilməsini ehtimal edir və bu vəsaitdən övladları üçün hər hansı bir dəyərli əşya alınmadığını qeyd etmişdir. İddiaçı ərizəsində hər iki uşaq üçün ödədiyi alimentin miqdarının ifrat dərəcədə çox olmasını, həmin məbləğin cavabdeh tərəfindən öz xərclərinə yönəldilməsini əsas gətirmiş, lakin konkret olaraq heç bir sübut iddia ərizəsinə əlavə etməmişdir. İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində övladları üçün ödədiyi alimentin cavabdeh tərəfindən öz xərclərinə yönəldilməsini ehtimal etdiyini göstərmişdir. Bu bir daha iddiaçının tələbinin əsassız və ehtimallar üzərində qurulduğunu təsdiq edir. Uşaqların saxlanması, tərbiyəsi, təhsili və istirahəti kifayət qədər böyük xərc tələb edir. Son zamanlar dünyada baş verən iqtisadi böhran ölkədən yan keçməmişdir. Bu da ölkədə qiymət artımına gətirib çıxarmışdır. Qiymətlərin qalxması həm ölkədə istehsal olunan, həm də xaricdən gətirilən məhsullarda müşahidə edilir. O cümlədən həm kənd təsərrüfatı, həm də sənaye məhsulları, eləcə də əhaliyə göstərilən xidmətlər bahalaşıb. Bu da öz növbəsində insanların aylıq xərclərinin kəskin şəkildə artımına səbəb olmuşdur. İddiaçı ərizəsində cavabdehin övladları üçün dəyərli bir əşya almadığını, uşaqlarının bir çox ehtiyacları qarşılandığını qeyd etsə də, bu halları təsdiq edən sübut təqdim etməmişdir. Halbuki, cavabdeh Abdinova (Məlikova) Cəmilə Tofiq qızı mütəmadi olaraq övladlarının yaşayışı və digər ehtiyaclarını yüksək səviyyədə təmin edir. Həmçinin Abdinova (Məlikova) Cəmilə Tofiq qızı övladlarının təhsilinə xüsusi diqqət ayırır. Belə ki, "xxxx" MMC-nin direktoru E.M.İsgəndərov tərəfindən verilmiş Arayışlardan məlum olur ki, X14 və X9 "xxxx" MMC-nin Poliqlot şöbəsinə İngilis dili xidməti üzrə qəbul olunmuşdurlar. Hər birinin aylıq təhsil haqqı 70 manat olmaqla hər ay 140 manat təşkil edir. Bundan əlavə Abdinova (Məlikova) Cəmilə Tofiq qızı övladlarının rəsmə olan marağını və həvəsini nəzərə alaraq fərdi şəkildə rəsm dərsləri almaları üçün övladlarına rəsm müəllimi tutmuşdur. Fərdi şəkildə öz evində rəsm dərsləri keçən X10 tərəfindən təqdim olunmuş arayışdan məlum olur ki, X9 həfdədə 2 dəfə olmaqla ayda 80 manat, X14 isə həfdədə 1 dəfə olmaqla ayda 80 manat olmaqla dərslərə qatılırlar. Dərslər ev şəraitində aparıldığı üçün qəbz təqdim edə bilmir. Abdinova (Məlikova) Cəmilə Tofiq qızı övladlarının hər tərəfli yüksək təhsil almaları və onların daha da dünyagörüşlü böyümələri üçün hər şey edir. Abdinova (Məlikova) Cəmilə Tofiq qızı övladı X7 şahmata olan marağını nəzərə alaraq, onun şahmat dərslərinə getməsini təmin edir. Belə ki, "xxxx" MMC-nin direktoru H.Mustafayev tərəfindən verilmiş arayışdan məlum olur ki, X14 "xxxx" MMC-nin Şahmat dəslərinə qəbul edilmiş, aylıq təhsil haqqı 70 manat təşkil edir. İddiaçı bu günə kimi övladları üçün yaşayış üçün mənzil almamışdır. Hal-hazırda Abdinova (Məlikova) Cəmilə Tofiq qızı övladları ilə birlikdə kirayə mənzildə yaşayırlar və kirayə haqqı 800 manat təşkil edir. Bundan öncə isə kirayə yaşadığı mənzilin kirayə haqqı aylıq 600 manat (03 aprel 2020-ci il tarixli Daşınmaz əmlakın icarə müqaviləsi ərizəyə əlavə olunur) olmuşdur. Həmçinin Abdinova (Məlikova) Cəmilə Tofiq qızı övladlarının rahat yaşamalarını təmin etmək övladları üçün dayə tutmuşdur. Hər ay dayəyə uşaqlarına baxmaq üçün 500 manat ödəyir. Kirayə haqqı və dayəyə verilən ödənişdən əlavə aylıq kommunal və digər sosial xidmət haqlarını nəzərə alsaq (xüsusi ilə soyuq qış aylarında) Abdinova (Məlikova) Cəmilə Tofiq qızı aylıq kirayə, dayə, kommunal və digər sosial xidmətlərlə birlikdə minimum ay ərzində 1600-1700 manat ödəniş edir. İddiaçı iddia ərizəsində övladlarının gələcəyini düşündüyünü əsas gətirərək övladlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı onun qazancının 1/3 hissəsi miqdarda Cavabdeh xeyrinə tutulan alimentin ½ hissəsinin onların hər biri üçün müvafiq olaraq alimentin ¼ hissəsi miqdarda olmaqla “X2 və X7 adına açılacaq bank hesabına köçürülməsi” tələb edir. Uşaqlarının adına bank hesabının açılması məqsədilə Abdinova (Məlikova) Cəmilə Tofiq qızına müraciət etməmişdir. Həmçinin İddiaçı övladlarının gələcəyini düşünürsə, ilk öncə onları mənzillə təmin etməlidir. Yuxarıda qeyd olunduğu kimi onun övladları hal-hazırda kirayə mənzildə yaşayır. Həmçinin Cavabdeh övladlarının sağlamlığını daim diqqətdə saxlayır, mütəmadi olaraq uşaqlarını həkimə aparır və lazımi müalicələri etdirir. X21 tərəfindən təqdim olunmuş arayışdan məlum olur ki, xx.xx.2014- cü il təvəllüdlü X14 xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə kəskin tonzillit diaqnozu ilə müalicə alınmışdır. - A01097508№-li qəbzə görə 16.09 manat (X21) xx.xx.2022-ci il tarixli kassa mədaxil çeki 500 manat X21 tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə görə X11 göstərilən tibbi xidmətin dəyəri 668 manat təşkil etmişdir. - 00918622№-li qəbzə görə 10 manat (X21-pediator kontrol yoxlanış) - 00918622№-li qəbzə görə 36 manat (X21-Pediatrın ilkin baxışı) - 00918622№-li qəbzə görə 35 manat (X21-COVİD-19 testi) - 00918622№-li qəbzə görə 117 manat (X21- Hemoqram, A qrup streptokokk, C-reaktiv protein,Gündüz stasionarı) - A01097508№-li qəbzə görə 10 manat (X21-pediatorun kontrol baxışı,V\d inyeksiya-TTY) X9: - X21 tərəfindən təqdim olunmuş arayışdan məlum olur ki, xx.xx.2014-cü il təvəllüdlü X14 xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə kəskin tonzillit diaqnozu ilə müalicə alınmışdır. - A01097508№-li qəbzə görə 10.00 manat (X21 pediatorun kontrol baxışı,V\d inyeksiya- TTY) - xx.xx.2022-ci il tarixli kassa mədaxil çeki 500 manat - X21 tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə görə X5 göstərilın tibbi xidmətin dəyəri 667 manat təşkil etmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzi 37.87 manat (X21) - 00918620№-li qəbzə görə 45.00 manat (X21-pediator ilkin baxışı) - 00918620№-li qəbzə görə 10.00 manat (X21-Pediatrın kontrol baxışı) - 00918620№-li qəbzə görə 35.00 manat (X21-COVİD-19 testi) - 00918620№-li qəbzə görə 117.00 manat (X21-Hemoqram, A qrup streptokokk, C-reaktiv protein,Gündüz stasionarı,tibbi bacısı xidməti) Yuxarıda qeyd olunanlardan əlavə olaraq Cavabdeh tərəfindən 144 və 132.30 manat məbləğində alınmış dərmanların ödəniş çekləri də etiraz ərizəsinə əlavə olunur. Həmçinin Cavabdeh tərəfindən övladlarının geyimi daima diqqətdə saxlanılır və övladları üçün geyimlər alır. Buna sübut olaraq “ZARA” geyim mağazsından 79 manat və “PAPİTO KİDS” mağazasından 235.32 manat məbləğində alınmış geyimlərin ödəniş çekləri etiraz ərizəsinə əlavə olunur. Qeyd olunan qəbzlər əldə olanlardı. Bu tələblə məhkəməyə müraciət olunacağını cavabdeh tərəf bilmirdi, bu səbəbdən çox qəbzləri saxlamamışlar. Etiraz ərizəsinə əlavə olunmuş Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli 17/142491 nömrəli məktubundan müəyyən olur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1425/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə İddiaçı Abdinova (Məlikova) Cəmilə Tofiq qızına 68678.5 manat borcu vardır. İcra sənədi üzrə borclu olan İddiaçı könüllü şəkildə borcunu ödəməmişdir. Bu səbəbdən icra sənədi üzrə tutulma onun əmək haqqına yönəldilmiş, bu günə kimi cəmi 19987 manat Abdinova (Məlikova) Cəmilə Tofiq qızına ödəniş olunmuşdur. Yuxarıda qeyd olunan hal bir daha təsdiq edir ki, İddiaçı istər aliment, istərsə də icra sənədi üzrə borcunu könüllü şəkildə ödəmir, bu səbəbdən tutulmalar onun əmək haqqına yönəldilmişdir. Ailə Məcəlləsinin 55.3-cü maddəsinə görə, “Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər”. Göstərilən hüquq norması mahiyyət etibarilə imperativ norma deyildir və məhkəmənin belə bir öhdəliyi olmamalıdır. İddiaçı onun qazancının 1/3 hissəsi miqdarda Abdinova (Məlikova) Cəmilə Tofiq qızının xeyrinə tutulan alimentin ½ hissəsinin onların hər biri üçün müvafiq olaraq alimentin ¼ hissəsi miqdarda olmaqla “X2 və X7 adına açılacaq bank hesabına köçürülməsi” gələcəkdə uşağın anasına bürokratik əngəllər yaratmaqla, uşağın maddi maraqları naminə aliment vəsaitinin yetkinlik yaşına çatana qədər onun təhsili, geyimi, müalicəsi və sair xərclərin ödənilməsində çətinliklər yaradacaqdır. İddiaçının nümayəndəsi göstərmişdir ki, ödənilən aliment məbləğindən uşaqların anası yəni Cəmilə Abdinova (Məlikova) tərəfindən sui-istifadə edir. Hesab edirik ki, alimentin cavabdeh tərəfindən sui-istifadə edilərək xərclənməsi barədə göstərilənlər yalan və böhtan xarakterlidir və məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməsini istərdik. Həmçinin qeyd etmək istəyirəm ki, cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14605/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi könüllü şəkildə icra edilməmişdir. Bu səbəbdən qeyd olunan icra sənədinin icrası iddiaçının əmək haqqına yönəldilmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbində qeyd etdiyi hallar fərziyə və ehtimallardan ibarətdir, mülki iş materialarında iddia tələbini təsdiq edən heç bir mötəbər sübut yoxdur. Bu səbəbdən də iddia tələbinə dair iddia ərizəsi məhkəmə tərəfindən təmin edilməməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmadır. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən Binəqədi rayon İcra şöbəsinin rəisi Ədliyyə Müşaviri İlham Həsənova ünvanlanmış nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən "xxxx" MMC-dən “X24 Aviaşirkəti” MMC-yə keçirilib, İddiaçı 2019-2020-2021-ci illər üzrə əmək haqqı və başqa gəlirlərindən aylıq tutulmalar cəmi 56132.33 manat, köçürmələr cəmi 56132.33 manat təşkil edir. İş materiallarında olan “X25 Aviaşirkəti” MMC tərəfindən “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil1 ünvanlanmış xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən hal-hazıra kimi “X25 Aviaşirkəti” MMC-nin Boeinq747 HG-nin ikinci pilot vəzifəsində işləyir, aylıq əmək haqqı 2022-ci ilin avqust ayı üçün 12517 manat təşkil edir, əmək haqqının 33%-i yəni 3432.57 manat aliment məbləğinə tutulmuş, ümumi tutulmalar 7316.03 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən X11 verilən arayışdan görünür ki, o həqiqətən "xxxx" MMC-nin Poliqlot şöbəsinə İngilis dili xidməti üzrə qəbul edilmişdir. X7 aylıq təhsil haqqı 70 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən X5 verilən arayışdan görünür ki, o həqiqətən "xxxx" MMC-nin Poliqlot şöbəsinə İngilis dili xidməti üzrə qəbul edilmişdir. X3 aylıq təhsil haqqı 70 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən X11 verilən arayışdan görünür ki, o, həqiqətən "xxxx" MMC-nin Şahmat dərslərinə qəbul edilmişdir. X7 aylıq təhsil haqqı 70 manat təşkil edir. İş materiallrında xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Səadət Cəbiyeva öz evində fərdi rəsm dərsləri verir. X12 həftədə 2 dəfə olmaqla ayda 80 manat, X14 həftədə 1 dəfə olmaqla ayda 80 manat dərslərə qatılaraq ödəniş edirlər. Dərslər ev şəraitində aparıldığı üçün qəbz verə bilmir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Cavabdeh ünvanlanmış 17/1424914-16 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14605/2019 nömrəli, xx.xx.2019-cu il tarixdən hesablanmaqla iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq tələbkar Cavabdeh ödənilməsinə dair icra sənədi xx.xx.2020-ci il tarixdən icraata daxil olmuş və xx.xx.2020-ci il tarixdə borclu İddiaçı əmək haqqından tutulması ilə bağlı verilən sorğuya, xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən müəyyən olunmuşdur ki, 2022-ci ilin sentyabr ayı da daxil olmaqla ümumilikdə 132183.78 manat aliment pulu Cavabdeh hesabına köçürülmüşdür. 2022-ci ilin sentyabr ayından sonrakı aylarda da tutulmalara aparılaraq Cavabdeh hesabına köçürülmüş, lakin həmin aylarda köçürülən məbləğ barədə məlumat mövcud deyildir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1425/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 68678.5 manat borclu İddiaçı tutularaq tələbkar Cavabdeh hesabına ödənilməsinə dair icra sənədi xx.xx.2022-ci il tarixdə Binəqədi rayon icra şöbəsinin icratına daxil olmuş, xx.xx.2022-ci il tarixdə borclunun əmək haqqısına yönəlmiş və həmin icra sənədi üzrə hazırkı vaxta kimi ümumilikdə 19987 manat məbləğində pul borclu İddiaçı tutularaq Cavabdeh hesabına köçürülmüşdür. İcra sənədi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada icra hərəkətləri davam etdirilir. İş materiallarında olan X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın İcarə müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən 43 saylı mənzil 1 il müdddətinə icarə haqqı aylıq 600 manat olmaqla icarəyə verilmişdir. İş materiallarında olan X21 tərəfindən X5 verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 Medical Center xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində kəskin tonzillit diaqnozu ilə müalicə almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli A01097510 nömrəli qəbzdən görünür ki, xəstə X17-17 Pediatrın kontrol baxışı xidmətinə görə 10 manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli çıxarşdan görünür ki, “X21”in hesabına xəstə Aliyə Məlikova üçün ümumilikdə 677 manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan “X21” tərəfindən X11 verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X9 “X21”də xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində kəskin tonzillit diaqnozu ilə müalicə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, o, dayə işləyir, tərəflərin övladlarına dayəlik edir və 450 manat maaş alır. Uşaqlar hazırlıqlara gedir. Ana əlindən gələni edir ki, uşaqlar normal qidalana bilsin. Ödənişlərlə bağlı elə yerlər olur ki, qəbz verilmir. Uşaq mütəmadi olaraq nəsə istəyir. Cəmilə xanımın maşını yoxdur. O, uşağı məktəbə taksi ilə aparıb gətirir. Cəmilə xanım kirayə mənzildə yaşayır. O, uşaqların atasını görmüşdür, atası nə ona, nə də uşaqlara pul verməyib. Onun Cəmilə xanımın mənzilə nə qədər kirayə haqqı ödədiyi barədə məlumatı yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plemunun xx.xx.2016-cı il tarixli qərarına əsasən alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-455/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X14 anası Cavabdeh yanında saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il başqa gəlirinin 1/3 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14605/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixindən hesablanmaqla iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay aylıq qazancın və başqa gəlirlərin 1/3 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. İş materiallarından da göründüyü kimi iddiaçının aylıq əmək haqqı 2022-ci ilin avqust ayı üçün 12517 manat təşkil etmiş, onun 33%-i yəni 3432.57 manat pul vəsaiti aliment öhdəliyinə tutulmuşdur. Göründüyü kimi tərəflərin birgə nikahlarından olan uşaqların saxlanması üçün iddiaçı aylıq 3432.57 manat məbləğində aliment ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq alimentin ½ hissəsinin uşaqların bank hesabına köçürülməsini xahiş edir. Belə ki, cavabdeh uşaqların xərclərinin çox olduğuna, kirayə mənzildə yaşadığına və iddiaçı tərəfindən əlavə yardımın edilməməsinə istinad etsə də, təqdim olunan sənədlər üzrə iddiaçı tərəfindən ödənilən aliment uşaqların saxlanması üçün 1 aylıq xərclərdən kifayət qədər çoxdur. Bununla yanaşı cavabdeh tərəfin təqdim etdiyi Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin məktubu ilə təsdiq edilir ki, 2022-ci ilin sentyabr ayı da daxil olmaqla ümumilikdə 132183.78 manat aliment pulu Cavabdeh hesabına köçürülmüşdür. Həmçinin digər Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1425/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə 19987 manat məbləğində pul borclu İddiaçı tutularaq, Cavabdeh hesabına köçürülmüşdür, yəni keçən il təxminən 152000 manat məbləğində pul vəsaiti cavabdehin hesabına köçürülmüşdür və bununla yanaşı hər ay müəyyən olunmuş miqdarda alimentlə və ikinci icra vərəqəsinin icrası ilə bağlı hər ay ümumilikdə 5000 manatdan artıq məbləği təşkil edən ödənişlər mütəmadi olaraq iddiaçının əmək haqqından cavabdehin xeyrinə tutulur. Cavabdehin hesabına köçürülən məbləğlərin kifayət qədər yüksək olmasına, hətta bir mənzilin alınması üçün də yetərli olmasına baxmayaraq, onun hələ də kirayədə yaşaması iddiaçının cavabdehə köçürülən pul vəsaiti üzərində səmərəli sərəncam verilməməsi ehtimalını ağlabatan edir. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından olan övladlarının yetkinlik yaşına çatanadək onların adına bank hesabının açılması və ödənilən alimentin ½ hissəsinin həmin bank hesabına köçürülməsi uşaqların mənafeyi nəzərə alınmaqla məqsədəmüvafiq hesab olunmalıdır. Məhkəmə eyni zamanda cavabdeh tərəfindən uşağın xəstəliyi ilə əlaqədar olaraq ödənilmiş pul vəsaitləri ilə bağlı sənədlərə münasibətdə hesab edir ki, uşağın xəstəliyi daimi xarakter daşımır və ödənilən alimentin ½ hissəsi həmin xərcləri kifayət qədər qarşılayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı onun qazancının ⅓ hissəsi miqdarda Cavabdeh xeyrinə tutulan alimentin ½ hissəsinin onların hər biri üçün müvafiq olaraq alimentin ¼ hissəsi miqdarında olmaqla X2 və X7 adına açılacaq bank hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2-ci, 20.1ci, 20.2-ci, 22-ci maddələrinə və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı onun qazancının ⅓ hissəsi miqdarda Cavabdeh xeyrinə tutulan alimentin ½ hissəsinin onların hər biri üçün müvafiq olaraq alimentin ¼ hissəsi miqdarında olmaqla X2 və X7 adına açılacaq bank hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-570/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-570/2023
23.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver