Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5706/2023 20.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdeh Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının etibarnamə üzrə nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçı cavabdehlər Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi, mənzilin ipotekadan çıxarılması və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Pakistan Milli Bankının Bakı Filialı ilə X6 arasında bağlanmış, X4 məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin banka ipotekaya qoyulması barədə 09 mart 2011-ci il tarixli 60 saylı ipoteka müqaviləsinə xitam verilməsi, X4 məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin ipotekadan azad edilməsi, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə dair Pakistan Milli Bankının Bakı Filialının adına verilmiş mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən mənzil iddiaçının anası X3 mülkiyyətində olmuşdur. Pakistan Milli Bankının Bakı Filialı ilə X17 arasında 09 mart 2011-ci il tarixli, 176 saylı kredit müqaviləsi bağlanmış və həmin kreditin təminatı olaraq Pakistan Milli Bankının Bakı Filialı ilə X13 arasında bağlanmış 09 mart 2011-ci il tarixli, 61 saylı ipoteka müqaviləsinə əsasən X8 məxsus ünvan 3 ünvanda yerləşən mənzil və Pakistan Milli Bankının Bakı Filialı ilə anam X6 arasında bağlanmış 09 mart 2011-ci il tarixli, 60 saylı ipoteka müqaviləsinə əsasən iddiaçının anası X4 məxsus Bak şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən mənzil banka ipotekaya qoyulmuşdur. Pakistan Milli Bankının Bakı Filialı cavabdehlər X15, X8 və X4 qarşı “kredit müqaviləsi üzrə borcun, əsas borca hesablanmış faizlərin tutulması və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə X17 və həmin müqavilə üzrə zaminlər X13 və X2 Pakistan Milli Bankının Bakı Filialının xeyrinə əsas və faiz borcu birlikdə, cəmi 56.875,30 manat, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına və tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş, Pakistan Milli Bankının Bakı Filialı ilə X13 arasında bağlanmış 09 mart 2011-ci il tarixli, 61 saylı ipoteka müqaviləsinə əsasən X8 məxsus Bak şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 8, mən 136 ünvanda yerləşən və Pakistan Milli Bankının Bakı Filialı ilə X6 arasında bağlanmış 09 mart 2011-ci il tarixli, 60 saylı ipoteka müqaviləsinə əsasən X4 məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən mənzillərə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X6 30 mart 2015-ci il tarixdə vəfat etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı öz xahişi ilə qanun üzrə vərəsə kimi anasını əvəz etmişdir. Xətai Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(011)-476/2019 saylı qətnaməsi ilə Pakistan Milli Bankının Bakı Filialının iddiası qismən təmin edilmiş, cavabdeh X10 09 mart 2011-ci il tarixli, 176 saylı kredit müqaviləsi üzrə 21886,1 manat məbləğində pul vəsaitinin Pakistan Milli Bankının Bakı Filialının xeyrinə tutulması, tələbin cavabdeh X8 məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi,ev 8, mən 136 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 85.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, artıq qalan məbləğin X8 geri qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(103)-3404/2020 saylı qətnaməsi ilə iddiaçı Pakistan Milli Bankının Bakı Filialının və cavabdehlər X7 və İddiaçı apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Xətai Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(011)-476/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Yuxarıda göstərilən qətnamə qanunvericilikdə nəzərdə tutulmuş müddətdən sonra qüvvəyə minmişdir və icraya yönəldilmişdir. Sonradan məlumat verilmişdir ki, hansısa yollarla Pakistan Milli Bankının Bakı X1 mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən mənzili öz mülkiyyətinə keçirmişdir. AR DƏDRX 1 saylı ərazi idarəsinə verilmiş sorğuya cavab olaraq göstərilmişdir ki, X3 mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən mənzili "xxxx" MMC-nin hərracın yekunları barədə 13 dekabr 2021-ci il tarixli 84/01 saylı protokoluna (Xətai Rayon Məhkəməsinin 2(011)-41/2020 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə, Xətai rayon İcra şöbəsinin xx/xx-29632/10 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubuna və "xxxx" ASC-nin məktubuna əsasən) və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Pakistan Milli Bankının Bakı Filialının adına qeydiyyadan keçmişdir və onun mülkiyyətindədir. Xətai Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(011)-476/2019 saylı qətnaməsindən görünür ki, X14 09 mart 2011-ci il tarixli, 176 saylı kredit müqaviləsi üzrə olan bocunun, 21886,1 manat məbləğində pul vəsaitinin Pakistan Milli Bankının Bakı Filialına ödənilməsi X8 məxsus Bak şəhəri, Xətai rayonu, Telnov küçəsi,ev 8, mən 136 ünvanda yerləşən mənzilə yönəldilməsi qət edilmişdir. Buna görə də iddiaçının anası X4 məxsus Bak şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən mənzilin ipoteka ilə yüklü qalmasının heç bir hüquqi və faktiki əsası qalmamışdır. AR Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə verilmiş sorğuya cavab olaraq göstərilmişdir ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 41/2020 saylı, 22 avqust 2019-cu il tarixli icra sənədinə əsasən X10 09 mart 2011-ci il tarixli, 176 saylı kredit müqaviləsi üzrə 21886,1 manat məbləğində pul vəsaitinin Pakistan Milli Bankının Bakı Filialının xeyrinə tutulması gösərilmişdir. Tələb cavabdeh X8 məxsus ünvan 3 ünvanda yerləşən mənzilə yönəldilmişdir. Həmin mənzilin ilkin satış qiyməti 85.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcu ödənilməli, artıq qalan məbləğ X8 geri qaytarılmalıdır. İcraata başlamaq haqqında qərar və icra sənədinin surəti borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Həmin mənzilin hərracda satılması ilə bağlı Daşınar və Daşınmaz Əmlakın satışı üzrə Hərrac Mərkəzinə sifariş verilmişdir. 28 sentyabr 2021-ci il tarixli açıq hərracın keçirilməsinə dair 01 nömrəli bildiriş 08 oktyabr 2021-ci il tarixdə, 26 oktyabr 2021-ci il tarixli açıq hərracın keçirilməsinə dair 02 nömrəli bildiriş 01 noyabr 2021-ci il tarixdə Xətai rayon icra şöbəsinə daxil olmuşdur. Lakin hal-hazırkı tarixədək hərracın yekunlaşmasına dair yekun protokol yerli quruma daxil olmamışdır. Sorğunuzda qeyd olunan X3 mülkiyyətində olmuş Bak şəhəri, Xətai rayonu, Xocalı prospekti,ev 8, 136 saylı mənzil yuxarıda göstərilən icra sənədində qeyd olunmadığı üçün hərraca iddiaçı tərəfindən çıxarılmamışdır. Xətai Rayon İcra Şöbəsi tərəfindən sorğuya cavabda X3 mülkiyyətində olmuş, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8, 136 mənzilin icra sənədində qeyd olunmadığı üçün hərraca çıxarılmadığı göstərilsə də, AR DƏDRX 1 saylı ərazi idarəsindən sorğuya cavabda göstərilmişdir ki, X3 mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən mənzilin Xətai rayon İcra şöbəsinin xx/xx-29632/10 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən Pakistan Milli Bankının Bakı Filialının adına qeydiyyatdan keçmişdir. Göstərilən məktublardakı ziddiyyətlərdən məlum olur ki, Pakistan Milli Bankının Bakı filialı iddiaçının anası X3 mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8, 136 saylı mənzil icra orqanı tərəfindən hərraca çıxarılmadığı halda saxtakarlıq yolu ilə həmin mənzili öz adına keçirmişdir. Belə hesab edir ki, bu saxtakarlıqlar və saxtakarlıq edən şəxslərin dairəsi məhkəmənin gedişində müəyyənləşdirilməli və müvafiq hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara məlumat verilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələbinə əməl etmək və baş vermiş saxtakarlıqlarla bağlı Pakistan Milli Bankının Bakı Filialına tərəfimdən məktub göndərilmiş, Pakistan Milli Bankının Bakı Filialı ilə X6 arasında bağlanmış, X5 məxsus Bakışəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən mənzilin banka ipotekaya qoyulması barədə 09 mart 2011-ci il tarixli, 60 saylı ipoteka müqaviləsinə xitam verilməsi və həmin mənzilin ipotekadan azad edilməsini istəmişdir. Pakistan Milli Bankının Bakı Filialı tərəfindən 07 iyul 2023-cü il tarixli, 105 saylı qeyri-müəyyən cavab verilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə iclasında Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının etibarnamə üzrə nümayəndəsi və vəkili X16 iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 476/2019 saylı 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdehlər X10 09 mart 2011-ci il tarixli, 176 saylı kredit müqaviləsi üzrə üzrə 21.886,10 manat məbləğində pul vəsaitinin iddiaçı Pakistan Milli Bankının Bakı filialının xeyrinə tutulması, tələbin cavabdeh X8 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində istifadə olunan 0.20172 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 136 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 85.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabadehlərin banka olan borcunun ödənilməsi, artıq qalan məbləğin X8 geri qaytarılması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Daha sonra sözügedən qətnaməyə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 41/2020 saylı 16 avqust 2023-cü il tarixli qərardadı ilə düzəliş edilərək - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-476/2019 saylı, 22 avqust 2019-cu il tarixli qətnaməsinə düzəliş edilsin və qətnamənin nəticə hissəsində tələbin yönəldiyi əmlak “Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, küçəsində istifadə olunan 0.20172 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 136a nömrəli mənzil” kimi oxunması qərara alınmış, sözügedən qərardaddan X7 vəkili Nümayəndə tərəfindən şikayət verilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-41/2020 saylı 12 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət qimsən təmin edilmiş, qərardad ləğv edilərək ərizəyə baxılması üçün iclas təyin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(011)-41/2020 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-476/2019 saylı 22 avqust 2019-cu il tarixli qətnaməsinə düzəliş edilmiş və qətnamənin nəticə hissəsində qeyd olunan daşınmaz əmlakın “Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, küçəsində istifadə olunan 0.20172 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 136a nömrəli mənzil” kimi oxunması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9/2021 saylı 09 mart 2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar X7 və X14 cavabdeh Pakistan Milli Bankının Bakı filialına qarşı “müqavilə öhdəliyinə xitam verilməsi və əmlakın ipotekadan azad edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İpoteka haqqında” Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanunu: 48-ci maddəsinə əsasən, ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda, bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin 09 mart 2011-ci il tarixli 60 saylı ipoteka müqaviləsinə xitam verilməsi hissəsinə qiymət verərək qeyd edir ki, müqavilə 3 illik müddətə bağlanmışdır. Müqavilənin bitmə müddəti 2014-cü ilin mart ayı olmuşdur. Hazırda müqavilə artıq qüvvədən düşmüşdür. Belə olan halda müqavilənin ləğv edilməsi ilə bağlı olan tələb təmin edilə bilməz. Daha sonra məhkəmə iddia tələbinin X4 məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin ipotekadan azad edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı mənzilin ipotekadan azad edilməsini xahiş etsə də, qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-476/2019 saylı 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş öhdəliklərinin icrasına dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə dair Pakistan Milli Bankının Bakı Filialının adına verilmiş mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, hazırkı çıxarışın verilməsinə əsas məhkəmə qətnaməsinin icrası prosesində keçirilmiş hərracın nəticəsi olmuşdur. İstinad olunan hərracın nəticələri mübahisələndirilmədən çıxarışın məhkəmə qaydasında ləğv edilməsi yolverilməzdir. Odur ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Beləliklə, yuxarıdakılar nəzərə alınaraq iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı cavabdehlər Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Pakistan Milli Bankının Bakı Filialı ilə X6 arasında bağlanmış, X4 məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin banka ipotekaya qoyulması barədə 09 mart 2011-ci il tarixli 60 saylı ipoteka müqaviləsinə xitam verilməsi, X4 məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin ipotekadan azad edilməsi, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə dair Pakistan Milli Bankının Bakı Filialının adına verilmiş mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-5706/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5706/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver