Məhkəmə qərarları › İş №e-2(011)-5863/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5863/2023

11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5863/2023 11.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı X1 vəkili və nümayəndəsi Vəkil, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X4 Cavabdehnə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən onun xeyrinə 40.000 (qırx min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 210 manat dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərbəliyev Məhəmməd X5 ilə xx.xx.1996-cı il tarixində ailə həyatı qurmuşdur. Bədbəxt hadisə baş verənə qədər onlar Göyçay rayonu Kürd kəndində ona məxsus fərdi yaşayış evində yaşayırdılar. Belə ki, 06 dekabr 2011-ci il saat 08 radələrində yoldaşı Yeganə 4 gözlü qaz plitəsini alışdırıcı vasitə ilə işə salmaq istəyərkən partlayış baş vermişdir. Bu hadisə baş verdikdən sonra yoldaşını təcili yardım maşını ilə Göyçay şəhər xəstaxanasına çatdırdılar. Bir gecə orada qaldıqdan sonra vəziyyəti ağır olduğuna görə həkimlərin rəyi ilə təcili tibbi yardım maşını ilə Bakı şəhərində yerləşən Əziz Əliyev adına Az.DHTİ-nin plastik və rekonstruktiv cərrahiyyə klinikasına aparıldı. Plastik və rekonstruktiv cərrahiyyə klinikasında 13 dekabr 2013-cü il tarixinə qədər ağır xəstə olaraq reanimasiya şöbəsində həyat mücadiləsi verdi. Həmin qısa vaxt həm onun, həm də oğlu üçün tərif edilməz iztirablarla keçdi. Ancaq iztirabları son olmadı, 13 yanvara qədər Yeganənin almış olduğu yanıq yaraları nəticəsində baş vermiş orqanizmin ümumi yanıq intoksikası onun həyatına son qoydu. Həm onun, həm də oğlu üçün ağrılı günlər başladı. Yeganə onun üçün vəfalı həyat yoldaşı, bir çox işlərdə yardımçı, dəstək idi. 22 illik həyat yoldaşı yoxluğunu hər gün dərindən hiss edir, keçmiş gözəl günləri xatırlayanda ürəyi ağrıyır. Göyçay Rayon Məhkəməsinin 1(046)-56/2018 saylı, 13 noyabr 2018-ci il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Cavabdeh əməkdaşının işinə, səhlənkar, vicdansız, laqeyd münasibət göstərdiyi əməlləri nəticəsində o 27 illik həyat yoldaşı Yeganəni faciəvi surətdə itirmişdir. Belə ki, hökmdən görünür ki, X12 xx.xx.2015-ci il tarixindən Cavabdeh İB X18 İstismar İdarəsinin Göyçay rayonu üzrə təmir-bərpa xidmətinin rəisi vəzifəsində işləyərkən işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerin yetirməmiş, yəni “Ağsu X16 İdarəsinin təmir-bərpa xidmətinin rəisinin vəzifə Təlimatı”nın 1.1-ci bəndinə, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.15, 1.19-cu bəndlərinə, ”Qazdan istifadə qaydaları”nın 3.1.3, 3.1.6, 3.2.7, 3.2.9 və 3.2.10-cu bəndlərinə, həmçinin texniki təhlükəsizlik qaydalarının pozulması hallarının aradan qaldırılmasını təmin etməli olduğu halda bunu etməyərək, nəticədə 18 dekabr 2015-cı il tarixdə Göyçay rayonu, Kürd kəndində daimi yaşayan X5 evin mətbəxində dəm qazının sızması nəticəsində sonuncunun baş vermiş partlayışda ehtiyatsızlıqdan ölməsinə səbəb olmuşdur. Onların bu xoşbəxt ailə münasibətləri sadə həyatlarındakı ən böyük sevinc qaynağı idi. Bu baxımdan mərhum yoldaşının ölümü nəticəsində keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı, iztirab və s. kimi halları nəzərə alaraq ona dəymiş 40.000 (qırx min) manat məbləğində mənəvi zərər cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq ona ödənilməlidir. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsindəki texniki nösanların aradan qaldırılmasına dair ərizə verərək bildirmişdir ki, cavabdehin mərhum yoldaşı plastik və rekonstruktiv cərrahiyyə klinikasında 13 dekabr 2013-cü il tarixinə qədər ağır xəstə olaraq reanimasiya şöbəsində həyat mücadiləsi verdi. Həmin qısa vaxt həm onun, həm də oğlu üçün tərif edilməz iztirablarla keçdi. Ancaq iztirabları son olmadı, 13 dekabra qədər Yeganənin almış olduğu yanıq yaraları nəticəsində baş vermiş orqanizmin ümumi yanıq intoksikası onun həyatına son qoydu. 21 illik həyat yoldaşı yoxluğunu hər gün dərindən hiss edir, keçmiş gözəl günləri xatırlayanda ürəyi ağrıyır. Cavabdeh əməkdaşının işinə, səhlənkar, vicdansız, laqeyd münasibət göstərdiyi əməlləri nəticəsində o 21 illik həyat yoldaşını Yeganəni faciəvi surətdə itirmişdir. Belə ki, hökmdən görünür ki, X12 xx.xx.2015ci il tarixindən Cavabdeh İB X18 İstismar İdarəsinin Göyçay rayonu üzrə təmir-bərpa xidmətinin rəisi vəzifəsində işləyərkən işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerin yetirməmiş, yəni “Ağsu X16 İdarəsinin təmir-bərpa xidmətinin rəisinin vəzifə Təlimatı”nın 1.1-ci bəndinə, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.15, 1.19-cu bəndlərinə, ”Qazdan istifadə qaydaları”nın 3.1.3, 3.1.6, 3.2.7, 3.2.9 və 3.2.10-cu bəndlərinə, həmçinin texniki təhlükəsizlik qaydalarının pozulması hallarının aradan qaldırılmasını təmin etməli olduğu halda bunu etməyərək, nəticədə 06 dekabr 2015-cı il tarixdə Göyçay rayonu, Kürd kəndində daimi yaşayan X5 evin mətbəxində dəm qazının sızması nəticəsində sonuncunun baş vermiş partlayışda ehtiyatsızlıqdan ölməsinə səbəb olmuşdur. Cavabdeh məhkəməyə iddia tələbinə yazılı etiraz verərək, bildirmişdir ki, 06 dekabr 2017-ci il tarixində, saat 08:00 radələrində Göyçay rayonunun Kürd kəndində baş vermiş partlayış hadisəsi Cavabdeh İB əməkdaşı tərəfindən qəsdən törədilməmişdir, hadisə ehtiyyatsızlıqdan baş vermişdir. Bu səbəbdən, iş üzrə iddia tələbinin 40.000 manat qiymətləndirilməsi ağlabatan deyildir. Belə ki, ehtiyyatsızlıqdan bas vermiş cinayət hadisəsi zamanı vurulan zərər məbləği, qəsdən törədilmiş cinayət hadisələri zamanı vurulan zərər məbləğindən düzgün fərqləndirilməlidir. Cavabdeh İB-nın işçisi X6 Azərbaycan Respublikası CM- nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi zamanı, Göyçay Rayon Məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varis kimi tanınmış İddiaçı təqsirləndirilən şəxs ilə barışmışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı tərəfindən Göyçay Rayon Məhkəməsinə verilmiş yazılı ərizədən də müəyyən olunmuşdur ki. o. X11 ilə barışmış, onun təqsirləndirilən şəxs X8 qarşı heç bir şikayəti və maddi tələbi yoxdur Hadisə 2017-ci ildə baş vermiş, mənəvi zərərlə bağlı tələb isə 6 il sonra irəli sürülmüşdür. İddia tələbinin hadisədən sonrakı yaxın illərdə deyil, daha sonradan, aradan uzun müddət keçdikdən sonra qaldırılması mənəvi zərərin əvvəlki illərə nisbətdə təsir gücünü zəiflədir. Belə ki, İddiaçı hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə lıazırki vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. İddiaçı, 22 illik həyat yoldaşı rəhmətə getdikdən sonra onun yoxluğunu hər gün dərindən hiss etdiyini qeyd etmişdir. Lakin, işin görünən tərəfi odur ki. iddiaçı rəhmətə getmiş həyat yoldaşının boşluğunu aradan qaldırmış, ona qarşı vəfalılığını nümayiş etdirməmiş, 50 yaşından sonra ikinci baharını yaşamaq məqsədilə yenidən evlənmişdir. Rəhmətə getmiş yoldaşı üzərindən iddiaçının pul qazanıb yeni xanımına zadəgan həyatı yaşatmaq istəməsi, yeni xanımına son model mobil telefon alacağı, geyim-libas alacağı, ziyafətlərə və restoranlara qonaq edəcəyi, onun digər emosional ehtiyaclarını qarşılaması və s. kimi belə hallar rəhmətə getmiş həyat yoldaşına qarşı hörmətsizlikdir. İddiaçı X1 vəkili və nümayəndəsi Vəkil iddia tələblərinin məzmununa uyğun izahat verərək iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X7 yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 08 iyun 2023-cü il tarixində verilmiş 05/Q-183 saylı arayışdan görünür ki, X5 13 dekabr 2017-ci ildə ölmüşdür. Bununla bağlı 23 dekabr 2027ci ildə 25 nömrəli akt qedi tərtib olunmuşdur. Ölüm səbəbi septik şok müəyyən edilmişdir. İş materiallarında olan Göçay Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. X8 təyin olunan əsas cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunaraq şərtı hesab olunmuşdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, X11 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz” X9 X16 İdarəsinin Göyçay Xidmət Sahəsinin Təmir-bərpa xidmətinin rəisi vəzifəsində işləyərək, yerinə yetirdiyi inzibati-təsərrüfat funksiyalarına əsasən vəzifəli şəxs olmaqla, Ağsu X16 İdarəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş 03 aprel 2015-ci il tarixli "Ağsu X16 İdarəsinin Təmir-bərpa xidmətinin rəisinin vəzifə Təlimatı”nın 1.1-ci bəndinə uyğun olaraq qaz təsərrüfatında texniki-təhlükəsizlik qaydaları, istehsalatın sanitariyası, elektrik təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsinə nəzarət etməli, inzibati rayon ərazisində təbii qaz istehlakçılarına təhlükəsiz və fasiləsiz xidmət göstərməli, təbii qazın istifadəsi zamanı təhlükə yaranacağını aşkar edərsə, bu təhlükənin aradan qaldırılması üçün təcili tədbirlər həyata keçirməli (qaz təchizatının dayandırılması da daxil olmaqla), təbii qazla əlaqədar baş verə biləcək qəzaların, bədbəxt hadisələrin, yanğınların, partlayışların baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməli, istismarda olan qaz kəmərlərinin, qaz təchizatı sisteminin, cihazların, bağlayıcı və qaz tənzimləyici qurğuların yerləşməsini, miqdarını, texniki vəziyyətini və təhlükəsiz istismarını təmin etməli, qüvvədə olan "Qaz təsərrufatında təhlükəsizlik qaydaları”nın 1.19-cu bəndinə əsasən qaz təsərrüfatının müəssisə və təşkilatların vəzifəli şəxsi kimi qaydaların pozulması nəticəsində qəza və ya bədbəxt hadisə baş verib-verməməsindən asılı olmayaraq şəxi məsuliyyət daşıdığı, eni zamanda özünün tabeliyində olan şəxslərin buraxdıqları səhvlərə görə də məsuliyyət daşıdığı, 12 may 2011-ci tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 nömrəli qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə qaydaları”nın 3.1.3, 3.1.6, bəndlərinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı olduğu halda, bunlara əməl etməyərək Göyçay rayonu, Kürd kəndində partlayış baş vermiş fərdi yaşayış evindən 19-20 metr məsafədə təqribən 1 metr dərinlikdən keçən 63 mm-lik polietilen qaz xəttində "xxxx" MMC tərəfindən 14 noyabr 2017-ci il tarixdə aşkar edilmiş 100 VOL səviyyəli qaz sızmasını aradan qaldırmadan işinə vicdansız və laqeyd münasibət göstərməklə həmin yeraltı qaz xəttindəki qaz sızmasını aradan qaldırmayaraq Təmirbərpa xidmətinin rəisinin vəzifə Təlimatı”nın 1.1-ci bəndinin, “Qaz təsərrufatında təhlükəsizlik qaydaları”nın 1.19-cu bəndinin və “Qazdan istifadə qaydaları”nın 3.1.3, 3.1.6, bəndlərinin tələblərini pozmuş göstərilən hərəkətlərinin həmin ünvanda yaşayan şəxslərin ölümünə və ya digər ağır nəticələrə səbəb olacağı ehtimalını görməli olduğu halda, üzərinə düşən xidməti vəzifələrini yerinə yetirməyərək onları görməmiş, nəticədə 06 dekabr 2017-ci il tarixdə həmin qaz xəttindən sızan qaz Göyçay rayonunun Kürd kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin darvazasının önündəki mərkəzləşdirilmiş germetik kanalizasiya quyusuna, oradan da İddiaçı yaşadığı evin mətbəxinin kanalizasiya borusu vasitəsi ilə evin mətbəxinə yığılmış, partlayış konsentrasiyası həddinə çatan havaqaz qarışığının alışdırıcı mənbənin təsirindən yanması nəticəsində ehtiyatsızlıqdan X3 almış olduğu yanıq yaraları nəticəsində baş vermiş orqanizmin ümumi yanıq intoksikasiyasından 13 dekabr 2017-ci il tarixdə saat 23:45-də Bakı şəhərində yerləşən Ə.Əliyev adına Az.DHTİ-nin plastik və rekonsturuktiv cərrahiyə klinikasında ölməsinə səbəb olan səhlənkarlıq etmişdir. “Azemis Elektron Məhkəmə İnformasiya Sistemi”nin iddiaçıya aid anket məlumatlarından görünür ki, X4 evlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün ilk növbədə cavabdehin işçisinin iddiaçının ailə üzvlərinin ölümündə təqsirli olub-olmaması, habelə cavabdehin öz işçisinin hərəkətinə görə məsuliyyət daşıyıb-daşımaması araşdırılaraq hüquqi qiymət verilməlidir. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdeh təşkilatın X19 İstismarı İdarəsinin Göyçay rayonu üzrə təmirbərpa xidmətinin rəisi X6 əməlinin qanuna zidd olması, cinayətin baş verməsində onun təqsirli olması, habelə onun əməli nəticəsində iddiaçının ailə üzvlərinin ölməsi iş materialları ilə öz təsdiqini tapır. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının arvadının ölməsində cavabdeh təşkilatın işçisinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilir. Mülki hüquq pozuntusu törətmiş Mahir Məmmədovun hərəkətlərinə görə cavabdeh təşkilatın məsuliyyət daşımasının qanuni əsası Mülki Məcəllənin qeyd edilən 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəaya əsasən hüquqi və ya fiziki şəxsin öz işçsinin törətdiyi deliktə görə məsuliyyət daşıması üçün əsasən iki şərt tələb olunur: birinci, deilikt törətmiş şəxs hüquqi və ya fiziki şəxsin işçisi olmalıdır. Mülki Məcəllənin 1099.1-ci maddəsinin mənası baxımından işçinin dairəsi Mülki Məcəllənin 1099.2-ci maddəsində (işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun) göstərilmişdir. İkincisi, delikt işçinin əmək (qullu, mənsəb) vəzifələrinin icrası zamanı törədilməlidir. İltifat Nuriyevin cavabdeh təşkilatın işçisi olması işin mübahisəsiz halıdır. X10 əmək vəzifələrinin icrası zamanı törətməsi qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Beləliklə, cavabdeh təşkilatın işçisi Mahir Məmmədovun törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması işdə olan sübutlar əsasında təsdiqini tapır. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçisinin təqsirindən iddiaçının arvadı ölmüşdür. Şübhəsiz ki, arvadının itirməsi iddiaçıda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, və s. kimi hallarla müşayiət edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin işçisinin təqsirli hərəkətləri nəticəsində iddiaçının arvadının ölməsi və bunun nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 25.000 manat pulun tutulması adekvat hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəməklə əlavə xərc çəkdiyindən iddia tələbi ödənilmiş 162 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Mənəvi zərərə görə 25.000 (iyirmi beş min) manat pul məbləği Cavabdehndən tutularaq İddiaçı ödənilsin. 162 (bir yüz altmış iki) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar