Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5909/2024 24.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı MMC ilə X1 arasında bağlanmış 29 sentyabr 2020-ci il tarixli MAS-2829saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF632772 ban nömrəli, ağ rəngli avtomobil 10800manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 19 yanvar 2021-ci il tarixdə X1, X2 və İddiaçı MMC arasında MAS-2829saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 29 sentyabr 2020-ci il tarixli MAS-2829 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri A.Cəlilov öz üzərinə götürmüşdür. 23 yanvar 2021-cu il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-2829saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 29 sentyabr 2020-ci il tarixli MAS-2829saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(011)-806/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 777.74 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı elektron portaldan alınmış çıxarış təsdiq edir. Bakı Nəqliyyat Agentliyi tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli BNA 2142372saylı protokola görə 32 manat, xx.xx.2022-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, ümumilikdə 96 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X5 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur.
İddiaçının tələbi:
2. İddiaçı Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 96 manat məbləğində pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
3. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
4. İddiaçıya məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
6. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli № MAS-2829 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq alanın sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar LX” markalı **-PG- *** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF632772 ban nömrəli, ağ rəngli avtomobil X1 tərəfindən 10800 manata İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir.
7. xx.xx.2020-ci tarixli “Təhvil-təsim aktı”na əsasən, “Khazar LX” markalı avtomobil X3 tərəfindən təhvil verilmiş, İddiaçı MMC-nin təmsilçisi X6 ğlu tərəfindən qəbul edilmiş və lizinq alan kimi X1 tərəfindən qəbul edilmişdir.
8. 19 yanvar 2021-ci il tarixdə X1, X2 və İddiaçı MMC arasında MAS-2829 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 29 sentyabr 2020-ci il tarixli MAS-2829 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Aslan Cəlilov öz üzərinə götürmüşdür.
9. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən X1 və X2, X1 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan Khazar LX markalı, 99PG082 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar.
10. 23 yanvar 2021-ci il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-2829 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 29 sentyabr 2020-ci il tarixli MAS- 2829 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür.
11. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən X2 və Cavabdeh, X2 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan Khazar LX markalı, 99PG082 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar.
12. Bakı Nəqliyyat Agentliyi tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli BNA ******* saylı protokola əsasən Cavabdeh 32 manat məbləğində cərimə olunmuşdur.
13. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-806/2023 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək Cavabdeh 29 sentyabr 2020-ci il tarixli MAS-2829 saylı daxili lizinq müqaviləsinə əsasən 611.02 (altı yüz on bir manat iki qəpik) manat əsas, 156.72 (bir yüz əlli altı manat yetmiş iki qəpik) manat mükafat, 10 (on) manat dəbbə pulu olmaqla, ümumilikdə 777.74 (yeddi yüz yetmiş yeddi manat yetmiş dörd qəpik) manat pul vəsaiti və 23 (iyirmi üç) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qalan 8.08 (səkkiz manat səkkiz qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Konstitusiyası:
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
17. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali MəhkəməsininPlenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı:
1. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.
19. Məhkəmə 23 yanvar 2021-cu il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-2829 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsinə əsasən cavabdehdən maddi zərərə görə 96 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində iddia tələbini qismən əsaslı hesab edir.
20. Məhkəmə işin mübahisəsiz halı olaraq qeyd edir edir ki, 23 yanvar 2021-ci il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış MAS-2829 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən və 29 sentyabr 2020-ci il tarixli MAS-2829 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Bakı Nəqliyyat Agentliyi tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli BNA ******* saylı protokolundan isə aydın olur ki, Cavabdeh 32 manat məbləğində cərimə olunmuşdur.
21. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mülki iş materiallarına əlavə edilmiş digər cərimə protokollarında Cavabdeh cərimə tətbiq edilməsi müəyyən edilməmişdir, eyni zamanda digər cərimə protokollarının Cavabdeh tərəfindən ödənilməsini şərtləndirən hər hansı bir sübut İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilməmişdir.
22. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçı yəni, lizinq verən cavabdehə lizinq götürdüyü obyektdən istifadə üçün şərait yaratmış, Khazar LX markalı, 99PG082 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini onun istifadəsinə vermişdir. Cavabdehin avtomobili idarə edən zaman onun təqsirli hərəkətləri nəticəsində cərimə yazılmış, nəticədə tələb hüququ güzəşt edilən İddiaçı MMC-yə zərər dəymişdir.
23. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 32 manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
Məhkəmə xərcləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və rüsum ödənilməsi üçün iddiaçıdan tutulmuş 0,40 manat xidmət haqqı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia tələbi qismən təmin edilsin.
2. Cavabdeh 32 (otuz iki) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin.
3. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul və rüsum ödənilməsi üçün iddiaçıdan tutulmuş 0,40 (qırx qəpik) manat xidmət haqqı məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin.
4. İddia qalan hissədə təmin edilməsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova