Məhkəmə qərarları › İş №e-2(011)-5910/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5910/2024

04.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5910/2024 04.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 15 dekabr 2014-cü il tarixdə Tovuz rayonu, Abulbəyli kəndi, Y.Sadıqov küçəsindən keçən qaz kəmərinin yerin altına düşən hissəsində korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qaz torpağın altı ilə X7 məxsus evin otaqlarına dolmuş və həmin gün saat 21:15 radələrində əmələ gəlmiş partlayış konsentrasiyalı qaz hava qarışığı evin gəlini X3 evə daxil olub işığı yandırdığı zaman yaranmış qığılcımın təsirindən alışaraq yanğınla müşayiət olunan partlayış baş vermiş, nəticədə sonuncu ümumi bədən səthinin 73.5 %-nin İİİ dərəcəli yanığı, ağır yanıq şoku, sifətin, hər iki yuxarı və aşağı ətrafların, gövdənin arxa səthinin, yuxarı tənəffüs yollarının yanığı ilə müşaiyət olunan xəsarətlər almış və aldığı xəsarətlərdən yaranmış yanıq toksemiyasından 06 yanvar 2015-ci il tarixdə müalicə aldığı xəstəxanada ölmüşdür. Hadisə nəticəsində həyatını itirmiş X4 iddiaçının doğma qızı olmuşdur. Ceyran onun üçüncü, sonbeşik övladı olmuşdur. Ceyranı çətinliklə böyüdüb onun ali təhsil almağına nail olmuşdur. 2010-ci ildə Ceyran Tovuz rayonu Abulbəyli kənd sakini X13 ilə ailə qurub həmin vaxtdan Abulbəyli kəndində yaşayırdı. Bu evlilikdən X11 və X9 adlı ikiazyaşlı övladı vardı. X4 08 may 1989-cu il tarixdə Tovuz rayonunda anadan olmuş, hadisə baş verən vaxt Tovuz rayonu Abulbəyli kəndində yaşamış, ali təhsilli, evli, evdar xanım, himayəsində ikiazyaşlı övladı olmuşdur. X4 15 dekabr 2014-cü il tarixdə saat 21:15 radələrində Tovuz rayonu, Abulbəyli kəndi ərazisində yerləşən yaşadığı evdə baş vermiş partlayış nəticəsində xəsarət almasından dərhal sonra qohumların və qonşuların köməyi ilə əvvəlcə Tovuz rayon mərkəzi xəstəxanasına, daha sonra X22 Xəstəxanasına, sonradan isə Bakı şəhəri 5 saylı Şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdirilmiş və aldığı xəsarətlərdən 06 yanvar 2015-ci il tarixdə həmin xəstəxanada ölmüşdür. Bundan sonra cənazə qohumlarına təhvil verilmiş və mərhum Tovuz rayon qəbirstanlığında dəfn olunmuşdur. İddiaçı hesab edir ki, hadisə nəticəsində 99000 manat mənəvi ziyan dəymişdir. Mərhum qızı X1 rayonu Abulbəyli kəndində ailəsi ilə birlikdə yaşayırdı. Mərhum qızı X4 rəhmətə gedən zaman oğlu Elcanın 3 yaşı vardı, qızı Nurcanın isə hələ 1 yaşı tamam olmamışdı. Ceyran iddiaçının sonbeşik övladı olduğu üçün onun yeri qəlbində tam başqa olmuşdur. Ceyranın həyatdan vaxtsız getməsi iddiaçının ömrünə ən böyük zərbə olmuşdur. Elə ağır zərbə olmuşdur ki, hadisədən sonra iddiaçı hələ də özünə gələ bilməmişdir. Ceyranın yaşadığı evdə partlayış olması və xəsarət alması barədə hadisədən bir neçə dəqiqə sonra xəbər tutub xəstəxanaya yollanmış, qızının hadisədən sonra sağ qalması onun həyatla ölüm-qalım mübarizəsindən qalib çıxacağına iddiaçıda ümidlər yaratmışdır. Ceyranın aldığı yanıq xəsarətlərinin ağırlığı, həkimlərin ona qoyduğu dioqnuzun nə qədər ciddi olduğunu başa düşsə də, xəstəxanalarda keçən hər dəqiqə, hər saat qızının yenidən normal həyatına geri dönəcəyinə ümidlərini biraz da artırmışdır. Təxminən 20 gün özünü yalan ümidlərlə aldatmış, qızı sağalar deyə dualar etmiş, Allahdan imdat diləmişdir. Öz övladını torpağa verməyə heç cür razılaşmayaraq Allahdan qızının əvəzinə iddiaçının canını almağını, iddiaçının ömründən kəsib Ceyranın ömrünə calamağını istəmişdir. Lakin 06 yanvar 2015-ci il tarixi iddiaçının bu ümidlərini də gözündə qoymuşdur. Bəli, həmin gün qızı Ceyran gözlərini bu dünyaya qapayıb əbədiyyətə qovuşmuşdur. Qızının bu faciəvi şəkildə ölümündən sonra hələ də, özünə gələ bilməmişdir və bu ölüm ona mənəvi iztirablar verir. Qızının bu ölümü həyatının sonuna qədər onda sağalmayacaq dərin izlər buraxmışdır. Qızının bu vaxtsız ölümündən sonra həyatda qalmağını özünə mənasız bilir. Onun körpə balalarının “anam hardadı, anam nə zaman gələcək” sualları qarşısında aciz qalmağı iddiaçını sağ ikən qəbrə qoymuşdur. Bu işıqlı dünyanı gözündə zülmətə çevirmişdir. Qızı Ceyranın ölüm səbəbi Cavabdeh əməkdaşlarının məsuliyyətsizliyi və səhlənkarlığıdır. Əgər Cavabdeh aidiyyəti əməkdaşları öz işinə vicdanla, məsuliyyətlə yanaşsaydılar bu faciə baş verməyəcəkdi. Əgər Cavabdeh aidiyyəti əməkdaşları öz işinə vicdanla, məsuliyyətlə yanaşsaydılar ömrünün ahıl çağlarında vaxtsız bala dərdi görməyəcəkdi. Əgər Cavabdeh aidiyyəti əməkdaşları öz işinə vicdanla, məsuliyyətlə yanaşsaydılar nəvələri Elcan və Nurcan anasız böyüməyəcəkdi, onların da, bu həyatda qayğısına qalan anası olacaqdı. Ona görə də, bu ziyan Cavabdeh tərəfindən ödənməlidir. Bu ziyan nə qədər ödənsə də, qızını heç kəs heç vaxt geri qaytara bilməyəcək. Cavabdeh vaxtında bütün yoxlamalarını və bütün təhlükəsizlik tədbirlərini görsəydilər qızı Ceyran hal-hazırda həyatda olardı. Bundan başqa Cavabdeh qızını iddiaçıdan alıb ona bu iztirabları yaşatdığı üçün rəsmi internet səhifəsində ondan üzr istəməlidir. İddianın verilməsi üçün vəkilin göstərdiyi hüquqi yardıma görə müqavilə bağlanması üçün iddiaçı 300 manat pul ödəmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdehndən onun xeyrinə 99000 manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 manat, ümumilikdə 99300 manat pulun və ödənilmiş 390 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan XİV-ЖГ seriyalı, 369897 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 08 may 1989-cu il tarixdə Tovuz rayonu Xatınlı kəndində anadan olmuşdur, atası X2, anası isə İddiaçıdır. İş materiallarında olan Tovuz rayonu Xatınlı kənd icr nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 423210 nömrəli ölüm haqqında şəhadətnamənin dublikatından görünür ki, X4 06 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 1(62)-35/2015 saylı 14 iyul 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh İB-nin X24 Sahəsinin işçiləri olmuş X8, X14 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxılaraq, X8, X14 və X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə Dövlət yerli özünü idarə etmə orqanlarında rəhbər və madidi məsul vəzifə tutma hüquqlarından məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cavabdeh İB-dən 28005 manatın alınıb mülki iddiaçı X7 verilməsi, mülki iddianın qalan hissədə rədd edilməsi hökm edilmişdir Həmin hökmdən müəyyən edilir ki, X14 2010-cu ilin iyun ayının 21-dən 2015-ci ilin aprel ayının 15-dək X24 Sahəsmıa Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəzadispetçer xidmətinin növbə rəisi vəzifəsində işləyən zaman, üzərinə yarığın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, «Azərbaycan Respublikasında, yanğın təhlükəsizliyi Qaydaları»nın 1.2, 1.7.. «Qaz təsərrüfatında təhlükəsizlik Qavdaları»nın 9.30 və «Qaz təsərrüfatında texniki təhlükəsizlik Qaydalarının 3.3.7 bəndlərinin tələblərini kobud surətdə pozaraq yanğın təhlükəsizliyini təmin etməyərək 15 dekabr 2014-cü il tarixdə saat 10:00-da Tovuz QİS-in qəza-dispetçer xidmətində növbədə olduğu zaman rayonun Abulbəyli kəndinin Y.Sadıqov küçəsində qaz iyi gəlməsi barədə məlumat almasına baxmayaraq, qeyd ohman ünvana getməmiş, qaz iyi hiss edildiyi Y.Sadıqov küçəsindən keçən Tovuz QİS-in balansında və istismarında oma 57 mm diametrli yeganə qaz kəmərini, kəmərdən hər iki tərəfə 15 metr məsafədə yerləşən evlərin zirzəmisində, kanalizasiya və başqa kommunikasiya quyularında qaz olubolmamasını yoxlamamış, elecə də qaz sızma yerini aşkar edib nasazlığın aradan qaldırılması üçün zəruri tədbirlər görülməsini təmin etməmişdir. Qaz kəmərinin yerin altına düşən hissəsində korroziyo nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qaz torpağın altı ilə X7 məxsus evin otaqlarına dolmuş və həmin gün saat 21:15 sadələrində əmələ gəlmiş partlayış konsentrasiyalı qaz hava qarışığı ev sakini X3 evə daxil olub işığı yandırdığı zaman yaranmış qığılcımın təsirindən alışaraq yanğınla müşayiət olunan partlayış baş vermişdir. Nəticədə zərərçəkmiş C.Ə.Əmiraslanova ümumi bədən səthinin 73,5%-nin İİİ dərəcəli yanığı, ağır dərəcəli yanıq şoku, sifətin, hər iki ,«xan və aşağı ətrafların, gövdənin arxa səthinin, yuxarı tənəffüs yollarının ymıığı ilə müşayiət olunan xəsarətlər almış və aldığı xəsarətlərdən yaranmış yanıq toksemiyasından 06 yanvar 2015-ci ıl tarixdə müalicə aldığı xəstəxanada ölmüş, həmçinin evin və içərisindəki əşyaların partlayışın və yanğının təsirinə məruz qalaraq yararsız hala düşməsi səbəbindən X19 azına tikinti üzrə 25755,0 manat, əmtəə üzrə 7947 manat 50 qəpik, cəmi 33702 manat 50 qəpik maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır." Mülki Məcəllənin 1097.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdə olan sübutlarla təsdiq edilir ki, cavabdeh ARDNŞ Cavabdeh İB-nin işçiləri olan X8, X14 və X10 vəzifəli şəxslər kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan iddiaçının övladı X3 ölümünə səbəb olan səhlənkarlıq etmişlər. Hal-hazırda iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində arvadının ölməsi və onun mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının gənc yaşda övladının faciəvi şəkildə həlak olması, bunun nəticəsində ailənin natamam qalması, onun yaşadığı ruhi sarsıntılar iddiaçıya mənəvi zərərin yetirilməsinə dəlalət edir. İddiaçı cavabdeh qismində Cavabdeh göstərsə də, mülki işdə olan sübutlarla təsdiq edilir ki, zərər Cavabdeh işçilərinin səhlənkarlığı nəticəsində yetirilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini 99000 manat məbləğində qiymətləndirsə də, məhkəmə həmin məbləği müəyyən edərkən, işin faktiki hallarını, habelə cavabdehin mənəvi zərərin yetirilməsində rolunu və qəsdinin olmamasını, cavabdehin işçiləri tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan, səhlənkarlıq nəticəsində törədilməsini, eyni zamanda hadisənin baş verməsindən uzun müddət keçməsini nəzərə almalıdır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin işçilərinin səhlənkarlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının övladının həlak olması ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları, yuxarıda qeyd edilmiş maddi və prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdehndən 50000 (əlli min) manat məbləğində dəymiş mənəvi ziyanın İddiaçı xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 50000 (əlli min) manat məbləğində dəymiş mənəvi ziyan İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyindən dövlət rüsumu kimi və hüquqi yardıma görə ödənilmiş 690 manatın 50%, yəni 345 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 50%, yəni 345 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar