Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5917/2025 09.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5401/2016 nömrəli, 15 avqust 2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh İddiaçıYaqub oğlundan tutulmalı olan minimim əmək haqqının 1,11 misli həddində sabit pul məbləğində təyin edilmiş alimentin miqdarının azaldaraq, minimum əmək haqqının 0,615 misli həddində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5401/2016 nömrəli, 15 avqust 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ilə X7 arasında xx.xx.2011-cı il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 943 nömrə ilə qeyd edilmiş nikahın ləğv edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X5 anası X1 yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment ödənişinin İddiaçı tutularaq X3 ödənilməsi qət edilmişdir. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 235/2025, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin olunması və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5401/2016 nömrəli, 15 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh İddiaçı tutularaq, iddiaçı Cavabdeh ödənilməli olan alimentin məbləğinin 11 mart 2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Belə ki, İddiaçı uzun illərdir ki, əmək fəaliyyəti ilə məşğul deyildir. Rəsmi və düzənli olaraq hər hansı bir yerdə çalışmır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanun”a əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-235/2025, xx.xx.2025-ci il tarixli qərardadı ilə isə iddiaçının hər ay 440 manat aliment ödənişi etməsi qərara alınmışdır. Bugünədək İddiaçı maddi vəziyyətində müsbətə doğru hər hansı dəyişiklik olmamışdır və qeyd edilən qərar əsasında müəyyən edilmiş aliment artımını ödəmək üçün maddi rifah halına sahib deyildir. Bu hal isə hər iki valideyn arasında münasibətlərin daima gərgin vəziyyətdə qalmasına və bu halın ata-uşaq münasibətlərinə də sirayət etməsinə səbəb olacaqdır Tərəflərin mövqeləri: İddiaçı vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının hər ay 440 manat məbləğində alimenti ödəməyə maddi imkanı yoxdur, o, yalnız hər ay 246 manat məbləğində aliment ödəmək iqtidarındadır. Alimentin məbləği 440 manat təyin olunduqdan sonra da, hazırkı vaxta qədər iddiaçı 240-250 manat məbləğində aliment ödəyir. Qalan məbləğ isə aliment borcu olaraq yığılır. Eyni zamanda, o, iddiaçının ailə vəziyyətində hər hansı dəyişikliyin olmadığını bildirmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qismən qəbul edərək, uşağın hər il tələbatlarının, buna uyğun olaraq da xərclərinin artdığını, iddiaçının alimentdən başqa uşağın xərclərində iştirak etmədiyini qeyd etmiş və iddiaçıdan tutulan alimentin hər ay 400 manat məbləğinə qədər azaldılmasına razı olduğunu bildirmişdir. Cavabdeh həmçinin ailə vəziyyətində hər hansı dəyişikliyin olmadığını qeyd etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 894509 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası X4r. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5401/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı ilə X8 arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 943 nömrə ilə qeyd edilmiş nikahın ləğv edilməsi, boşanmadan sonra xx.xx.2012-ci il təvəllüdlü X5 anası X2 yanında qalmasının müəyyən edilməsi, İddiaçı birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-235/2025 saylı, xx.xx.2025-cı il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5401/2016 nömrəli, 15 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh İddiaçı tutularaq, iddiaçı Cavabdeh ödənilməli olan alimentin məbləği 11 mart 2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1574/2025 saylı, xx.xx.2025-cı il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq İddiaçı hər ay 246 manat sabit pul məbləğinin tutulması” barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı 13 saylı Mediasiya Təşkilatının mediatoru X10 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/13-00605 saylı mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı alimentin miqdarının azaldılması tələbi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət etmiş lakin, tərəflər arasında ilkin mediasiya sessiyası baş tutmamışdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatlar əsasında müəyyən edilir ki, iddiaçının qüvvədə olan rəsmi iş yeri yoxdur. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatlar əsasında müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Qarabağ Regional Mədəniyyət İdarəsində musiqi müəlliməsi vəzifəsində işləyir və onun aylıq əmək haqqı məbləği 1041,67 manat təşkil edir. İşin müəyyən edilən halları: Tərəflər xx.xx.2011-ci il tarixində nikaha daxil olmuşlar, onların birgə nikahlarından bir övladları doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5401/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan uşağın anasının himayəsində saxlanılması və onun saxlanılması üçün hər ay 117 manat məbləğində alimentin İddiaçı tutularaq X3 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-235/2025 saylı xx.xx.2025-cı il tarixli qərardadına əsasən İddiaçı tutulan alimentin miqdarı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddində indeksasiya edilmişdir. Hazırda iddiaçı gəlirlərinin olmadığını bildirərək alimentin 246 manata qədər azaldılmasını xahiş edir, cavabdeh isə alimentin 400 manata qədər azaldılmasına razı olduğunu qeyd edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə aşağıdakı məsələlərin araşdırılması vəzifəsi qoyulmuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşqul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Göründüyü kimi, tərəflərin ailə vəziyyətinin dəyişməsi dedikdə aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi, maddi vəziyyətinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər. Hər bir halda işə baxan məhkəmə tərəflərin həm də diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsi alimenti ödəmək vəzifəsindən azad edə bilər. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün iddiaçıdan tutulan alimentin məbləği 117 manat həddində müəyyən edilmişdir. Alimentin məbləği həmin vaxtdan sonra yalnız xx.xx.2025-ci il tarixli qərardadla indeksasiya olunaraq hazırkı vaxt üçün 440 manata dəyişdirilmişdir. Məhkəmə iclası zamanı cavabdehin bildirdiyinə əsasən müəyyən edilir ki, iddiaçı uşağın saxlanmasında yalnız alimentin ödənilməsi ilə kifayətlənmişdir. Lakin qeyd olunmuş qanunvericilikdən də görünür ki, uşağın yalnız maddi deyil, eyni zamanda mənəvi tələbatlarının təmin edilməsi də valideynin vəzifəsidir. İşin hallarından isə görünür ki, yetkinlik yaşına çatmayan uşaq cavabdehin himayəsində olmaqla onun təlim tərbiyəsi ilə əsasən ana məşğul olmuşdur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, tərəflərin uşağın saxlanmasındakı rolu nəzərə alınmaqla, hazırda iddiaçı tərəfindən ödənilən alimentlə uşağın maddi tələbatının mümkün qədər yüksək saxlanılması təmin edilməlidir.. Eyni zamanda məhkəmə qeyd edir ki, tutulan alimentin məbləği müəyyən edilərkən iddiaçının maddi imkanı və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olaraq götürülməlidir. Aydındır ki, indeksasiya ilə bağlı ərizələrə baxılarkən qeyd olunan məsələlərə qiymət verilməsi həmin məhkəmə baxışının predmetinə daxil olmur. Aliment indeksasiya olunandan sonra yeni formalaşmış alimentin məbləğinin tərəflərin maddi vəziyətinə təsirinə hazırkı predmet çərçivəsində qiymət verilməlidir. Hazırkı məhkəmə araşdırması zamanı tərəflərin maddi və ailə vəziyyətində dəyişikliyin olmaması müəyyən edilmişdir. Lakin indeksasiya icraatından sonra alimentin məbləğinin 117 manatdan faktiki olaraq hazırkı mərhələdə 440 manata qədər yüksəlməsi, rəsmi gəlirləri olmayan iddiaçının maddi vəziyyətini çətinləşdirmişdir. Bu hal həmçinin onunla sübut olunur ki, alimentin məbləği minimum əmək haqqının 1,1 misli, yəni 440 manat olduqdan sonra iddiaçı tərəfindən aliment ödənişləri hər ay tam icra oluna bilməmişdir. Belə ki, iddiaçı hər ay 240-250 manat məbləğləri arasında aliment ödəyə bilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qəbul edilən məhkəmə qətnaməsi həm ədalətli olmalı, həm də icrası mümkün olan məhkəmə aktı olmalıdır. Qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, alimentin məbləği mübahisənin ədalətli həll olunması üçün azaldılmalıdır. Yeni təyin olunan alimentin məbləğinin müyyənləşdirilməsi isə hazırkı mübahisənin həlli vacib olan məsələsidir. Alimentin məbləği müəyyənləşdirilərkən həm tərəflərin qarşılıqlı münasibətləri, həm də uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması mütləq nəzərə alınmalıdır. Cavabdeh ona ödənilən 117 manat alimentin məbləğinin az olmasını hesab edərək, alimentin 246 manata qədər artırılması üçün 2025-ci ilin əvvəlində iddia icraatı qaydasında iddia qaldırmışdır. Həmin icraat çərçivəsində iddia tələbi rədd olunmuş və ona indeksasiya ilə bağlı müraciət etmək hüququ izah edilmişdir. Tərəf öz növbəsində həmin hüququndan istifadə etdikdən sonra hazırkı mübahisə meydana gəlmişdir. Yəni faktiki olaraq Cavabdeh hüquqi arzusunun alimentin məbləğinin 246 manata qədər artırılması olduğu halda, indeksasiya nəticəsində alimentin məbləği 440 manata qədər artmışdır. Hazırda isə cavabdeh alimentin 246 manata qədər azaldılmasına razı olmadığını, yalnız 400 manata qədər azaldılmasına razı olduğunu qeyd etmişdir. Məhkəmə alimentin məbləğini dəyişərkən qeyd edir ki, uşaq üçün ödənilən alimentin məbləği 2016-cı ildən 2025-ci ilədək 117 manat olmuş, cari ilin mart ayından isə yeni məbləğ müəyyən olunsa da faktiki olaraq 240-250 manat aralığında ödənilmişdir. Ona görə uşağın əvvəlki təminatının səviyyəsinə təsir etməyəcək qədər alimentin məbləği azaldıla bilər. İddiaçı tərəf alimentin məbləğinin uşaq üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsinə qədər azaldılmasını istəsə də, nəzərə alınmalıdır ki, uzun müddət ərzində uşağın maddi və mənəvi saxlanması yükü ananın üzərində olmuşdur. Ata tərəfinin bu vaxta qədər yalnız təyin olnmuş alimentin ödənilməsi ilə kifayətlənilməsi, bir valideyn kimi vəzifələrin tam həyata keçirilməsini istisna edir. Odur ki, uşağın hazırkı yaş aralığı ilə bağlı onun təhsili, geyimi, həmyaşıdları ilə sosial tədbirlərdə iştirakı nəticəsinə yaranan və digər maddi xərcləri, həmçinin bu vaxta qədər uşağın saxlanması yükünün əsasən ananın üzərində olması nəzərə alındıqda təyin olunacaq alimentin məbləğinin yaşayış minimumu səviyyəsinə qədər azaldılması ədalətli hesab oluna bilməz. Ona görə iddiaçı tərəfindən ödənilməsi mümkün olan ən yüksək məbləğdə alimentin miqdarı müəyyən edilməlidir. Alimentin məbləğinin iddiaçı tərəfindən 246 manat, cavabdeh tərəfindən isə 400 manat həddində müəyyən edilməsi təkliflərini, tərəflərin maddi gəlirlərini, onların uşağın saxlanmasında iştirakının həcmini, həmçinin yuxarıda qeyd olunan digər məsələləri nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək 300 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə bu qənatə gələrkən, həm uşağın təminatın səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, həm də qəbul ediləcək qətnamənin icrasının mümkün olmasını nəzərə almışdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı təyin olunan aliment uşağın saxlanmasının, yəni valideynlik vəzifəsinin həyata keçirilməsinin məcburi məhkəmə qaydasıdır. Valideynlər nəzərə almalıdır ki, aliment uşağın minimum dolanacaq xərcləridir. Valideynlər könüllü olaraq öz fəaliyyətlərini, uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasına, mütərəqqi tələblər əsasında təhsil almasına, layiqli vətəndaş kimi formalaşmasına yönəltməlidirlər. Çünki, uşağın öz valideynləri tərəfindən tərbiyə olunması, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Alimentin tutulma qaydası ilə bağlı məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün tutulan aliment “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamının 1-ci bəndinə uyğun olaraq, 2025-ci il üzrə ölkə üzrə mövcud olan 400 manat minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, cavabdehdən aliment 2025-ci il üzrə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,75 misili (300 manat (məhkəmə tərəfindən müəyyən edilən aliment) : (bölünsün) 400 (2025-ci il üzrə minimum əmək haqqı) = 0,75) həddində tutulmalıdır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-235/2025 saylı xx.xx.2025-cı il tarixli qərardadına əsasən xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olumuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №e-2(011)-5917/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5917/2025
09.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver