Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5954/2025 19.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları: 1 İddiaçı Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü X2 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş və X1 anası İddiaçı himayəsində qalması qət edilmişdir. xx.xx.2022-ci il tarixdə tərəflər arasında alimentlə bağlı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Cavabdeh nikahdan olan uşağı xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022ci il tarixdən etibarən 193 (yüz doxsan üç) manat məbləğində sabit pul məbləğində alimentin İddiaçı ödənilməsi ilə bağlı razılığa gəlmişdir.
2. Məhkəmənin nəzərinə çatdırır ki, artıq bir ilə yaxındır ki, Cavabdeh Qarabağ Dövlət Universitetində rəhbər vəzifədə işləyir. Yuxarıda qeyd edilən barışıq sazişi ilə müəyyən olan aliment məbləği övladının saxlanılması üçün kifayət etmir. Ona görə də dəfələrə cavabdehdən alimentin məbləğini artıraraq qazancının ¼ hissəsi miqdarında ödəməsini xahiş etsə də, o, bu müraciətlərindən imtina etmişdir. Mübahisənin məhkəmədənkənar qaydada, yəni mediasiya vasitəsi ilə həll etməyə cəhd etsəm də, bu, öz müsbət nəticəsini verməmişdir. Ona görə də o hazırda bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İddiaçının tələbi:
3. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişlə müəyyən olunmuş sabit pul məbləğində alimentin dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay onun aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı X5 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
4. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikah münasibətinə xitam verilmiş bir ata kimi, həmin gündən bəri övladı Cəmilə Məmmədli üçün məhkəmənin təyin etdiyi alimenti vaxtında və tam şəkildə ödəyir. xx.xx.2022-ci il tarixdə mediasiya yolu ilə əldə edilən razılaşmaya əsasən 193 manat aliment ödəmək üçün razılıq əldə edilmişdir. Bununla belə həmin tarixdən etibarən ilk öncə bir müddət 200 manat, sonradan 235 manat, hazırda isə 250 manat məbləğində aliment ödəmək öhdəliyini yerinə yetirmişdir. Bu günə qədər, çox nadir hallar xaric olmaqla aliment ödənişlərində heç bir gecikmə və ya borc yaranmamışdır. Onun üçün ata olmaq yalnız aliment öhdəliyini icra etməklə bitmir. Övladı ilə mütəmadi görüşərək hər dəfə onun geyimi, əyləncəsi və digər ehtiyacları üçün orta hesabla əlavə 100 manat xərcləmişdir. Çünki bilir ki, bir övlad üçün atanın sevgisi, diqqəti və yanında olması maddi təminat qədər dəyərlidir. İddiaçı tərəfindən alimentin artırılması ilə bağlı müraciət olunmuşdur. Lakin hazırkı maliyyə vəziyyəti və öhdəlikləri nəzərə alınmadan yüksək məbləğdə artımı tələbi onun üçün real olaraq mümkün deyil. O 2023-cü il 16 may tarixində ikinci dəfə ailə həyatı qurmuş və 20 fevral 2024-cü ildə ikinci övladı, Nihan Cavabdeh qızı dünyaya gəlib. Hazırda iki övladı arasında həm maddi, həm də mənəvi baxımdan ədalətli bölüşdürmə aparmaq üçün çalışır. Qeyd etmək istəyir ki, kirayədə yaşamağın çətinliyi onu Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə mənzil almağa vadar etmişdir. 21 may 2025-ci ildən 25 illik ipoteka öhdəliyi götürmüşdür. Hər ay 1090 AZN ipoteka və 110 AZN sığorta ödənişi olmaqla ümumilikdə 1200 AZN miqdarında sabit ödəniş edir. Xüsusilə qeyd etmək istəyir ki, iddiaçının məhkəməyə müraciət ərizəsində qeyd etdiyi kimi əlavə gəlirləri mövcud deyil. Bundan əlavə, 23 iyul 2024cü ildən Təhsil Nazirliyinin təyinatına əsasən Qarabağ Universitetinin Mükəmməllik Mərkəzində, yenicə işğaldan azad olunmuş Xankəndi şəhərində çalışır. Bu qərarı təkcə iş kimi deyil, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin qanı bahasına azad edilmiş torpaqlarda xidmət missiyası kimi qəbul etmişdir. Bu səbəbdən ailəsındən, həyat yoldaşından və körpə övladından uzaqda yaşamağı gözə almışdır. Xankəndidə yaşadığı ev üçün aylıq 250 AZN icarə haqqı ödəyir, eyni zamanda Bakıda yaşayan ailəsinin xərclərini qarşılayır. Hazırda aylıq gəliri 2000 manatdır. Bu məbləğdən 250 manat ilk nikahdan olan qızı Cəmilə Məmmədlinin həyat şəraitini təmin etmək üçün aliment olaraq ödəyir, 1200 manat ipoteka və sığorta ödənişlərinə xərcləyir, 250 manat Xankəndidəki kirayə haqqına, qalan hissəsini isə Bakıda yaşayan ailəsinin gündəlik xərclərinə və onun yol/yaşayış xərclərinə sərf edir. Qalan məhdud vəsaitlə həm Cəmilə üçün əlavə xərcləri, həm də digər ailə üzvlərimin ehtiyaclarını qarşılamağa məcburdur. 30 iyun tarixində 15 saylı Mediasiya Bürosunda vəkil Nərvin Mahmudovanın iştirakı ilə keçirilən görüşdə maliyyə vəziyyətini ətraflı izah edərək alimentin yalnız 50 manat artırılaraq 300 manat olması təklifini vermişdir. Bu, onun real maliyyə imkanlarımın yeganə sərhədidir. Lakin iddiaçı tərəfindən 500 manat tələb olunmuşdur. Bir ata kimi övladının həyat şəraitini yaxşılaşdırmaq üçün əlbəttə daha çox ödəniş etmək istəyir. Yalnız indiki halda bu məbləğin ödənilməsi onun mövcud öhdəliklərim fonunda qeyrimümkündür. İddiaçının hər ay aylıq qazancımın ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq ödəniş miqdarının artırılması tələbinin qəbul edilməməsini, bir ata olaraq iddiaçının tələbinə hörmət əlaməti olaraq indi ödədiyi 250 manat aliment miqdarına 50 manatlıq artım edərək (250 manatdan 300 manata) maksimum 300 manat ödəməyi öz öhdəsinə götürə biləcəyini, aliment miqdarının qeyd olunan miqdarda təyin edilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
5. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2017-ci il tarixli qətnaməsi ilə nikah münasibətinə xitam verildiyini, bir ata kimi, həmin gündən bəri övladı Cəmilə Məmmədli üçün məhkəmənin təyin etdiyi alimenti vaxtında və tam şəkildə ödədiyini, xx.xx.2022-ci il tarixdə mediasiya yolu ilə əldə edilən razılaşmaya əsasən 193 manat aliment ödəmək üçün razılıq əldə etdiyini, bununla belə həmin tarixdən etibarən ilk öncə bir müddət 200 manat, sonradan 235 manat, hazırda isə 250 manat məbləğində aliment ödəmək öhdəliyini yerinə yetirdiyini, ata olmağın yalnız aliment öhdəliyini icra etməklə bitmədiyini, övladı ilə mütəmadi görüşərək hər dəfə onun geyimi, əyləncəsi və digər ehtiyacları üçün orta hesabla əlavə 100 manat xərclədiyini, 2023-cü il tarixində ikinci dəfə ailə həyatı qurduğunu və ikinci övladı, Nihan Cavabdeh qızının dünyaya gəldiyini, hazırda iki övladı arasında həm maddi, həm də mənəvi baxımdan ədalətli bölüşdürmə aparmaq üçün çalışdığını, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduma hər ay 1200 AZN miqdarında sabit ödəniş etdiyini, Xankəndidə yaşadığı ev üçün aylıq 250 manat icarə haqqı ödədiyini, valideynlərinin 60 yaşlarını keçdiyini, bu səbəbdən onlara kömək olduğunu, eyni zamanda bacısının nikahının pozulduğunu bu səbəbdən də onun da hazırda ailəsinin tərkibində olduğunu, iddia tələbi təmin ediləcəyi təqdirdə maddi imkanı kifayət etməyəcəyi üçün övladı ilə ünsiyyətdə ola bilməyəcəyini, hazırki iş yerini tərk edərək Bakı şəhərinə qayıtmalı olacağını bildirmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. AZ- T 305177 №li Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2015-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır.
8. Bakı Şəhəri Suraxamı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-7529/2017 saylı qətnaməyə əsasən iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 1 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikah pozulması və akt qeydləri kitabındakı 874 saylı nikah qeydinin ləğv edilməsi, xx.xx.2015-ci təvəllüdlü X1 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx.xx.2015-ci təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2017-ci il tarixindən başlayaraq hər ay 136 (yüz otuz altı) manat sabit pul məbləğində aliment və uşağın 3 (üç) yaşına çatanadək iddiaçıya maddi kömək kimi 100 (yüz) manat məbləğində aliment İddiaçı xeyrinə tutulması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
9. AZ–İ № 358979 saylı “Nikahın pozulması haqqında” Şəhadətnaməyə əsasən Cavabdeh ilə İddiaçı nikahına xx.xx.2017-ci il tarixdə xitam verilmişdir.
11. xx.xx.2022-ci il tarixli “Barışıq Sazişi”.
12. Bakı 15 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş X4 X8 Etdirilə Bilməməsi barədə arayışa əsasən, İddiaçı və Cavabdeh mediasiya sessiyasında iştirak etmişdir. (İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir.)
13. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Konstitusiyası:
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
15. xx.xx.1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiya:
3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
16. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya:
8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanun:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il Qərarı.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
25. Belə ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§17). Qanunverici məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur.
26. Məhkəmə qeyd edir ki, 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. (§23)
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (§22).
28. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir (§14). Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə) (§15), dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən, Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir.
29. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə müəyyən olunmuş sabit pul məbləğində aliment dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay onun aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı X5 ödənilməlidir.
30. Məhkəmə hesab edir ki, aliment tutulmasının əvvəli Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. (§23)
Məhkəmə xərcləri:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı alimentin tutulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan, iddia tələbi qiymətləndirilməyən iddia olduğundan və iddiaçı 50 manat məbləğində mediasiya xərci ödədiyindən ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay əmək haqqının və digər gəlirlərinin ¼ (dörddə biri) miqdarında aliment tutularaq İddiaçı ödənilsin.
3. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın.
4. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova