Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6022/2022 29.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların atadan alınıb anaya qaytarılması və aliment” barədə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2015-ci il təvəlüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi, uşaqların saxlanılması üçün hər uşağa görə 193 manat məbləgində olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək uşaqların hazırda onunla birlikdə Sabirabad rayonu, Bulduq kəndində yaşadığından mülki işin aidiyyəti üzrə Sabirabad rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı ərizəyə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqlarının cavabdehdən alınaraq ona qaytarılmasını tələb etmişdir. İş materialları ilə həm də müəyyən olunur ki, yetkinlik yaşına çatmayan uşaqlar hal-hazırda cavabdehlə birlikdə Sabirabad rayonu, Bulduq kəndində yaşayırlar və Sabirabad rayonu İ.Mirzəyev adına Bulduq kənd tam orta məktəbində təhsil alırlar. Məhkəmə hesab edir ki, bu halda, iddiaçı aidiyyət qaydasını pozmaqla Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir, belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bundan başqa, məhkəmə qeyd edir ki, uşaqların valideynlərin hansının himayəsində saxlanılması məsələsi ilə bağlı müəyyən prosessual hərəkətlər - Qəyyumluq və Himayəçilik komissiayısının işə cəlb edilməsi, uşaqlarının fikirlərinin dinlənilməsinə zərurət olacağı halda da, yaranacaq çətinliklərin qarşısının alınması məqsədilə mülki işin Sabirabad Rayon Məhkəməsinə göndərilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “uşaqların atadan alınıb anaya qaytarılması və aliment” barədə ərizəsinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-6022/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6022/2022
29.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver