Məhkəmə qərarları › İş №e-2(011)-605/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-605/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-605/2023 27.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “sığorta müqaviləsi üzrə mübahisələr” tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, caavbdeh Cavabdeh 865 manat məbləğində pul vəsaitinin, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 0,40 manat xidmət haqqının, ümumilikdə 895,40 manat vəsaitin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.F.Həsənov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, “Hyundai SantaFe” minik markalı, 90UG990 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci ilədək PDS********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi əsasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanıb, müqavilənin qüvvədə olduğu müddət ərzində xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Neapol küçəsində yol nəqliyyat hadisəsi baş verib, hadisə zamanı Cavabdeh məxsus və onun tərəfindən idarə olunan “Hyundai SantaFe” minik markalı, 90UG990 qeydiyyat nişanlı avtomobillə X5 tərəfindən idarə olunan “X7-Prado” minik markalı, 10BK171 qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri, Xətai rayon DYPŞ tərəfindən qəbul olunmuş “İnzibati tənbeh vermə” haqqında xx.xx.2022-ci il tarixli, TP5045229 №-li Qərara əsasən, “Hyudai SantaFe” minik markalı, 90UG990 qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh AR İXM-nin 327.1 və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə müəyyən olunmuş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir, sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, “X7-Prado” minik markalı, 10BK171 qeydiyyat nişanlı avtomobilə 865 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir, bununla əlaqədar iş üzrə sığorta ödənişi ilə bağlı 12116/2022 №-li akt tərtib edilməklə sığorta qaunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Şirkət tərəfindən 865 manat məbləğində sığorta ödənişi faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür, subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar Şirkət tərəfindən xx.xx.2022-ci il tarixində cavabdehə pretenziya məktubu göndərilsə də, bugünədək şirkətə iş üzrə hər hansısa ödəniş daxil olmamışdır. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan ******* saylı, xx.xx.2022-ci il tarixli, “İnzibati xəta haqqında” protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 17:50-də Cavabdeh “Hyundai Santafe” minik markalı, 90UG990 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.1 və 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan TP5045229 №-li, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 17:50-də Cavabdeh “Hyundai SantaFe” minik markalı, 90UG990 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 12116/2022 №-li sığorta ödənişi ilə bağlı aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, Bakı şəhərində baş vermiş sığorta hadisəsi nəticəsində “AzərSığorta” DSKŞ tərəfindən xx.xx.2022-ci il tarixdə müəyyən edilən 865 (səkkiz yüz altmış beş) manat məbləğində ümumi zərər X3 ödənilmişdir. İş materiallarında olan 39576 №-li ödəniş tapşırığının surətindən görünür ki, AR Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X1 hesabına 865,0 manat pul – sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” pretenziyanın surətindən görünür ki, şirkətin subroqasiya hüququnun təmin edilməsi üçün 865 manat vəsaitin Cavabdeh ona təqdim olunmasından sonra 7 gün ərzində göstərilən bank hesabına köçürülməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müstəqil ekspert rəyinin surətindən görünür ki, “X7 Prado” minik markalı, 10BK171 qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləğinin 865 manat olması müəyyyən edilmişdir. İş materiallarında olan AD № 871246 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X7-Prado” minik markalı, 10BK171 qeydiyyat nişanlı avtomobilin sahibi X4r. İş materiallarında olan xx.xx.2022-ci il tarixi, ********** №-li mədaxil qəbzinin surətindən görünür ki, AR Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh məxsus “Hyundai SantaFe” minik markalı, 90UG990 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2021ci il tarixindən xx.xx.2022-ci ilədək “Avtonəqliyyat vasitəsi sahilərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmışdır, cavabdeh tərəfindən idarə olunan həmin avtomobil xx.xx.2022-ci il tarixdə X5 tərəfindən idarə olunan “X7-Prado” minik markalı, 10BK171 qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sonuncuya zərər dəymiş, cavabdeh isə “İnzibati tənbeh vermə haqqında” Qərarla İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək cərimə olunmuşdur, zərər vurulmuş həmin avtomobilin təmir-bərpa xərci 865 manat təşkil edir, “X7-Prado” minik markalı, 10BK171 qeydiyyat nişanlı avtomobilin sahibi X4r, avtomobilə dəymiş zərərə görə iddiaçı tərəfindən E.R.Məmmədova 865 manat sığorta ödənişi edilmişdir. Bununla belə cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, zədələnmiş avtomobilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, o, sığorta ödənişini subroqasiya qaydasında cavabehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən, sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 865 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat və bank xidməti üçün ödənilmiş 0,40 manat Cavabdeh aid edilməli, ondan 30,40 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ödənilmiş sığorta məbləği kimi 865 (səkkiz yüz altmış beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 40 (qırx) qəpik alınaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar