Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6065/2024 27.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 6 saylı notariat ofisi və Cavabdeh4 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 6 saylı notariat ofisi və Cavabdeh4 qarşı Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDKR publik hüquqi şəxs 14 saylı Şamaxı İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, iş üzrə iddiaçı olan İddiaçı anası X4 xx.xx.2007-ci ildə vəfat etmişdir. Bununla əlaqədar xx.xx.2009-cu ildə 6 saylı notariat kontoru qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Şamaxı rayonunda yerləşən 2,2032 ha torpaq sahəsinə oğlu iş üzrə iddiaçı olan İddiaçı miras olaraq mülkiyyətinə keçmişdir. Bu torpağa dair iddiaçı ƏMDK-nin yanında DƏDRXnin 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli, **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən 2,2032 ha torpaq sahəsinə tam mülkiyyət hüququ əldə etmişdir. İddiaçı neft-qaz sənayəsində işlədiyi üçün işi ilə əlaqədar xaricdə işləmək təklif almışdır. 2009-cu ildən mütəmadi Rusiya Federasiyasına ezamiyyətlərə gedirdi, amma 2011-ci ildən 2021-ci ilə kimi daimi əsaslarla xarici ölkə olan Rusiya Federasiyasında işləməyə başlamışdır. Ölkədə olmadığı təqdirdə bütün əmlakına dair hüquqi hərəkətlərin həyata keçirilməsi üçün keçmiş bacısının ərinə 10 il müddətinə xx.xx.2009-cu ildə 6 saylı notariat kontorunda iş üzrə Cavabdeh1 etibarnamə vermişdir. Bir müddət sonra 2018-2019-cu illərdə iş üzrə Cavabdeh1 öz arvadı ilə (hazırkı iddiaçının bacısı olan) ailə münaqişəsi zəmində münasibətləri pozulduqdan sonra Cavabdeh1 qaynı olan hazırkı İddiaçı ilə də münasibətləri kəskinləşir. Bu müddət ərzində 2019-cu ilin əvvəlindən İddiaçı səhhətində, xüsusilə ürək nahiyəsində ciddi tibbi problemlər mövcud olur, bununla bağlı Azərbaycan Respublikası Diaqnostik Mərkəzi xx.xx.2019-cu il tarixdə Aorta-koronar şuntlama və mirtal qapaq dəyişdirilməsi əməliyyatı məqsədi ilə RMDM-ə yatırılmışdır. İş üzrə cavabdeh olan Cavabdeh1 bu vəziyyətdən istifadə edərək, adına verilmiş 10 il müddətinə etibarnamənin bitməsinə bir neçə ay qalmış, iddiaçının ciddi sağlamlıq problemlər olmasında istifadə edərək, etibarnamə əsasında iddiaçının adından anasından vərəsəlik əsasında əldə etmiş ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə xx.xx.2019-cu ildə Cavabdeh2 ilə 10.000 manata alqı-satqı etmişdir. Qeyd olunmalıdır ki, Cavabdeh1 etibarnamə əsasında alqı-satqı etmiş torpaq mülkiyyətindən əldə etdiyi vəsaiti hazırkı iddiaçıya verməmişdir. Həmçinin ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsini 10.000 manata, bazar qiymətindən dəfələrlə aşağa formal alqı-satqı etmişdir, öz yaxın adamının adına rəsmləşdirmişdir. Həmin torpaq sahəsini Legal Prime MMC qiymətləndirmə şirkətinin rəyinə əsasən ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinin hazırkı bazar qiyməti 419000 manat təşkil edir. Hazırkı iddiaçı sağlamlığını bərpa edəndən sonra bu torpaq sahəsini xx.xx.2024-cü il satmağa qərar vermişdir, əfsuslar olsun ki, alqısatqı zamanı bu torpağın ona məxsus olmaması məlum olmuşdur. Cavabdeh1 torpağın əsli olan çıxarışı təqdim etmədən, onun surətini çıxarmış və 6 saylı notariat konturunda onu surəti əsasında alqı-satqı əməliyyatı aparmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Şamaxı rayon notarius tərəfindən alqı-satqı müqaviləsinin surətini əldə etmişdir. Ona məxsus olan mülkiyyətin başqasına satılması barədə xəbər xx.xx.2024-cü ildən xəbəri olmuşdur. İddiaçı ölkədə olmadığı təqdirdə bütün əmlakına dair hüquqi hərəkətlərin həyata keçirilməsi üçün keçmiş bacısının ərinə 10 il müddətinə xx.xx.2009-cu ildə 6 saylı notariat kontorunda iş üzrə Cavabdeh1 etibarnamə vermişdir. Cavabdeh1 etibarnamə əsasında ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsini 10.000 manata iş üzrə digər Cavabdeh2 satmışdır, real bazar qiyməti Legal Prime MMC qiymətləndirmə şirkətinin rəyinə əsasən ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinin hazırkı bazar qiyməti 419000 manat təşkil edir. Cavabdeh1 etibarnamə əsasında alqı-satqı etmiş torpaq mülkiyyətindən əldə etdiyi vəsaiti hazırkı iddiaçı verməmişdir. Həmçinin Cavabdeh1 etibarnamə əsasında iddiaçının sağlamlıq durumundan istifadə edərək ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə dair ƏMDK-nin yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2009cu il tarixli, **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışın surətini əldə edərək alqı-satqı əməliyyatını həyata keçirmişdir. Qeyd olunanlardan aydın olur ki, iddiaçının həmin torpaq sahəsini satılması barədə xəbəri olmamışdır, onun birbaşa iradəsinə zidd alqı-satqı aparılmışdır. Belə ki, İddiaçı sağlamlığını bərpa edəndən sonra maliyyə durumu yaxşı olmadığı və təqaüddə olduğu üçün bu torpaq sahəsini xx.xx.2024- cü il satmağa qərar vermişdir, əfsuslar olsun ki, alqısatqı zamanı bu torpağın ona məxsus olmaması məlum olmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə Şamaxı rayon notarius tərəfindən alqı-satqı müqaviləsinin surətini əldə etmişdir. Ona məxsus olan mülkiyyətin başqasına satılması barədə xəbər xx.xx.2024-cü ildən xəbəri olmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə dair rəsmləşdirilən 4Ə-4 nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair dövlət reystrindən verilmiş çıxarış ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahatında əlavə olaraq bildirmişdir ki, məhkəmə baxışı dövründə ona məlum olmuşdur ki, ona məxsus olan mübahisəli torpaq sahəsi Cavabdeh1 yenə də satılmışdır. Belə ki, notariatdan məhkəməyə göndərilmiş notariat işlərindən təsdiq edilmişdir ki, Cavabdeh1 etibarnamə əsasında 04 yanvar 2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlayaraq, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsini 10.000 manata Cavabdeh2 satmış, 28 sentyabr 2019cu il tarixdə Cavabdeh2 yenə etibarnamə almış və Cavabdeh2 əvəzinə müqaviləni imzalayaraq, mübahisəli torpaq sahəsini xx.xx.2021-ci il tarixdə Cavabdeh4 yenə də 10000 manat müqabilində satmışdır. Bununla bağlı olaraq iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə dair rəsmləşdirilən 4Ə-4 nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin və AN-İ nömrəli, ******* saylı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə digər Cavabdeh2, Bakı şəhəri 6 saylı notariat ofisivə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı tərəfindən 07 may 2009-cu il tarixdə Cavabdeh1 etibarnamə verilmiş, etibarnamənin müddəti 07 may 2019-cu il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 2.2032 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 24 aprel 2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı (əvəzinə Cavabdeh1) tərəfindən verilmiş **********067 nömrəli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı rayon Ərazi dairəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş **********14 reyestr vı ********** qeydiyyat nömrəli çıxarış əsasında etibarnamə ilə təmsil etdiyi İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanındakı torpağı satmaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Şamaxı rayon notariat ofisinin xüsusi notariusu X8 tərəfindən 4Ə-4 reyestr nömrəsi ilə təsdiq edilmiş satıcı İddiaçı (əvəzinə Cavabdeh1) ilə alıcı Cavabdeh2 arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.2032 ha torpaq sahəsini alıcıya 10000 manat müqabilində satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 2.2032 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 10 yanvar 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş 28 sentyabr 2019-cu il tarixli 888265 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 10 il müddətinə etibarnamə verilmişdir. İş materiallarında olan Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən 4Ə-522 reyestr nömrəsi ilə təsdiq edilmiş satıcı Cavabdeh2 (əvəzinə Cavabdeh1) ilə alıcı Cavabdeh4 arasında bağlanmış 15 dekabr 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.2032 ha torpaq sahəsini alıcıya 10000 manat məbləğinə satmışdır. İş materiallarında olan Respublika Diaqnostika Mərkəzi tərəfindən verilmiş 10 noyabr 2019-cu il tarixli epikrizdən (F13) görünür ki, İddiaçı mitral (qapağın) çatmamazlığı, qeyristabil stenokardiya diaqnozu qoyulmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 22 may 2024-cü il tarixli LP- 076/2024 saylı mütəxəssis rəyindən müəyyən edilir ki, ünvan 1ində yerləşən 2.2032 ha torpaq sahəsinin hazırkı bazar qiyməti 419000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş QCM/A 03-032/24 nömrəli 26 avqust 2024-cü il tarixli torpaq sahəsinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ünvan 1ində yerləşən 2.2032 ha torpaq sahəsinin 04 yanvar 2019-cu il tarixə dəyəri 282000 manat, hazırkı dövrə dəyəri 348000 manat təşkil etmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə 359. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. Xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda, onun səlahiyyəti yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.( 337-ci maddə) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.4-cü maddəsi) Əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödənilməlidir. (Mülki Məcəllənin 337.5-ci maddəsi) Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. (339.1-ci maddə) Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (339.2-ci maddə) Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (339.3-cü maddə) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, mülki işin faktiki hallarından və məhkəmədə bilavasitə tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmuş, bununla bağlı qeyd daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 24 aprel 2009-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən 07 may 2009-cu il tarixdə Cavabdeh1 (iddiaçının bacısının keçmiş əri) etibarnamə verilmiş, etibarnamənin müddəti 07 may 2019-cu il tarixədək müəyyən edilmişdir. Cavabdeh1 həmin etibarnamə əsasında iddiaçını xəbərdar və məlumatlandırmadan onun tərəfindən başqa məqsədlər üçün verilmiş etibarnamədən suiistifadə edərək, iddiaçı üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlayaraq, iddiaçının mülkiyyətində olan ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsini 04 yanvar 2019-cu il Cavabdeh2 10000 manata satmış, həmin torpaq sahəsi ilə bağlı çıxarış Cavabdeh2 adına çıxarış 10 yanvar 2019-cu il tarixdə verilmişdir. Məhkəmə baxışında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 ikinci dəfə ona Cavabdeh2 tərəfindən verilmiş etibarnamədən istifadə etməklə həmin torpaq sahəsini eyni qiymətlə yenidən digər cavabdeh İsmayılov X3. Hazırda iddiaçı həmin torpaq sahəsinə dair bağlanmış alqısatqı müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan sübutlarla təsdiq edilir ki, 2019-cu il tarixdən iddiaçının sağlamlığında problemlər olmuş, iddiaçı həmin tarixlərdə Moskva şəhərində olmuş və həmin alqı-satqı müqavilələrinin bağlanmasından iddiaçının məlumatı olmamışdır. Mübahisəli torpaq sahəsi iki dəfə 10000 manat müqabilində satılsa da, "xxxx" MMC tərəfindən verilmiş QCM/A 03-032/24 nömrəli 26 avqust 2024-cü il tarixli torpaq sahəsinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ünvan 1ində yerləşən 2.2032 ha torpaq sahəsinin 04 yanvar 2019-cu il tarixə dəyəri 282000 manat, hazırkı dövrə dəyəri 348000 manat təşkil etmişdir. Digər tərəfdən hər iki alqı-satqı müqavilələrində satıcı qismində etibarnamə əsasında Cavabdeh1 iştirak etmişdir. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisənin predmeti olan torpaq sahəsinin satılması ilə bağlı iradə ifadəsi olmadığından, həmin torpaq sahəsi real dəyərindən qat-qat aşağı qiymətə satıldığından, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud olduğundan, iddia tələbi təmin edilməli, ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə dair Şamaxı rayon notariat ofisinin xüsusi notariusu X8 tərəfindən 4Ə-4 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı (əvəzinə Cavabdeh1) ilə Cavabdeh2 arasında 04 yanvar 2019-cu il tarixdə bağlanmış "Daşınmaz əmlakın alqı-satqı Müqaviləsi" və Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən 4Ə-522 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh2 (əvəzinə Cavabdeh1) ilə Cavabdeh4 arasında 15 dekabr 2021ci il tarixdə bağlanmış "Daşınmaz əmlakın alqı-satqı Müqaviləsi" etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 yanvar 2019-cu il tarixdə verilmiş reyestr nömrəsi ********** qeydiyyat nömrəsi olan ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsi üzərində Cavabdeh2, həmçinin Cavabdeh4 adına aparılmış qeydlər və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar ləğv olunmalı, əqdlər etibarsız hesab edildiyindən onun hüquqi vəziyyəti əvvəlki vəziyyətinə qaytarılmalı olduğundan həmin torpaq sahəsinə dair əvvəlki mülkiyyətçi İddiaçı mülkiyyət hüququ bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə dair Şamaxı rayon notariat ofisinin xüsusi notariusu X8 tərəfindən 4Ə-4 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı (əvəzinə Cavabdeh1) ilə Cavabdeh2 arasında 04 yanvar 2019-cu il tarixdə bağlanmış " Daşınmaz əmlakın alqı-satqı Müqaviləsi" etibarsız hesab edilsin. Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən 4Ə-522 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh2 (əvəzinə Cavabdeh1) ilə Cavabdeh4 arasında 15 dekabr 2021-ci il tarixdə bağlanmış "Daşınmaz əmlakın alqı-satqı Müqaviləsi" etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 yanvar 2019-cu il tarixdə verilmiş reyestr nömrəsi ********** qeydiyyat nömrəsi olan ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsi üzərində Cavabdeh2, həmçinin Cavabdeh4 adına aparılmış qeydlər və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar ləğv olunsun. ünvan 1ində yerləşən 2,2032 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-6065/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6065/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver