Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6089/2025 15.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Nağıyev Vüqar Güloğlan oğlu, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi, aliment və digər” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi, aliment və digər” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024 tarixli nikaha məhkəmə qaydasında xitam verilməsi, xx.xx.2025 təvəllüdlü X1 anası Yusubova (Rzayeva) Aytən Həzi qızının himayəsinə verilməsi, uşağın saxlanılması ilə bağlı cavabdehdən qazancının ¼ hissəsi qədər alimentin aylıq olaraq tutulması və iddiaçıya ödənilməsi, iddiaçının xeyrinə, cavabdehdən, uşağın 3 yaşına qədər olan müddətdə (xx.xx.2028-dək), hər ay minimum əmək haqqı məbləğində alimentin tutulması, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satılması və yekunda birgə mülkiyyətçilərə çatası məbləğin yarısının iddiaçıya ödənilməsi barədə, iddiaçıya hədiyyə kimi verilmiş cehiz əşyalarının iddiaçıya qaytarılması və iddiaçının soyadının "Rza" olaraq dəyişdirilərək tam adının X2 müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, iddia ərizəsinin məzmunundan da müəyyən olunduğu kimi iddiaçı cavabdehə qarşı 7 tələb irəli sürmüşdür ki, bu tələblərdən – nikahın pozulması, yetkinlik yaşına çatmayan uşağın hansı valideynin himayəsində saxlanılmasının müəyyən edilməsi və aliment tələblərinə bir icraatda baxılması mümkün olsa da, digər 3 tələbə, yəni, birgə nikah dövründə əlavə edilmiş əmlakın bölünməsi, iddiaçıya məxsus cehiz əşyalarının geri alınması və iddiaçının soyadının dəyişdirilməsindən ibarət tələblərə bir icraatda baxıla bilməz. Məhkəmənin mövqeyinə əsasən iddiaçı cavabdehlə aralarında bağlanmış nikahın pozulması, uşağın onun himayəsinə verilməsi, aliment barədə və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, iddiaçıya məxsus cehiz əşyalarının geri alınması barədə ayrı-ayrılıqda iddia ərizələri ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə iddiaçının sonuncu tələbi olan – iddiaçının soyadının dəyişdirilməsi barədə tələbinə münasibətdə isə qeyd edir ki, iddiaçı həmin tələbini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 30.4-cü maddəsinə istina edərək, nikah pozulduqdan sonra qadının öz soyadına qayıtmaq hüququnun olması ilə əsaslandırsa da, həmin iddia tələbinə məhkəmə tərəfindən baxıla bilməz. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 183-cü maddəsinə əsasən ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması (qeydiyyat bu Məcəllənin 23.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsi) zamanı bunu müvafiq icra hakimiyyəti orqanına bildirməlidir. Ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır. Həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz ərizəyə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 112.1.2-ci maddəsinə əsasən əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddiaçı ona cehiz kimi verilmiş məişət avadanlıqları və mebellərin cavabdehdən geri alınmasını, eləcə də, birgə nikah dövründə əldə edilmiş əmlakın açıq hərrac vasitəsilə satılaraq, əldə edilmiş pul vəsaitinin yarısının ona ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda ödəniləcək dövlət rüsumu iddia tələbində göstərilən əmlakların bazar qiymətlərinə uyğun olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmsallar nəzərə alınmaqla hesablanmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verildiyindən, yəni irəli sürülən iddia tələbləri birbiri ilə əlaqədar olmadığından iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi, aliment və digər” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №e-2(011)-6089/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6089/2025
15.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver