Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6134/2022 17.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı – aliment məbləğinin azaldılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı övladı X3 18 yaşı xx.xx.2022-ci il tarixdə tamam olduğundan 2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7492/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində 15 nömrəli akt qeydi ilə bağlanılmış nikah pozulmuş, xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 anası Cavabdeh yanında qalmış, 23 sentyabr 2021-ci il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancın (başqa gəlirlərin) yarışı miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda 2(011)-7492/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnamə verilmiş icra vərəqəsinə əsasən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində icraya yönəldilmişdir və hazırda icradadır. İddiaçı 18 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmasına baxmayaraq iddiaçının qazancının yarısı məbləğində aliment tutulur və icra məmuru tutulmanı davam etdirir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-7149/2021 saylı qətnaməsi ilə, 23 sentyabr 2021-ci il tarixdən başlayaraq xx.xx.2004-cü il tarixdə doğulmuş X3, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 507661 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2004-cü il tarixdə İmişli şəhərində anadan olmuşdur. Onun atası İddiaçı, anası Cavabdehdır. 08 sentyabr 2022-ci il tarixli Bakı 5 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ailə münasibətləri davam edən münasibətlər olduğuna görə tərəflərin ailə vəziyyətində dəyişiklik olmuş, hazırda xx.xx.2004-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatmışdır. Odur ki, məhkəmə qeyd olunanlar əsasında belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2004-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatdığına görə, iddiaçı həmin uşağa görə aliment ödəməkdən azad edilməli, məhkəmə qətnaməsi ilə iddiaçıdan tutulan alimentin məbləği azaldılaraq yalnız iki uşağa görə tutulmalıdır. Beləliklə, xx.xx.2004-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatdığından Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılmalıdır. xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 22 may 2004-cü il tarixdən başlayaraq İddiaçı aylıq qazancın (başga gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-7149/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılsın. xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 22 may 2004-cü il tarixdən başlayaraq İddiaçı aylıq qazancın (başga gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-6134/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6134/2022
17.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver