Məhkəmə qərarları › İş №e-2(011)-6168/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6168/2022

25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6168/2022 25.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehdən 108,43 manat məbləğində sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 138,83 manat məbləğində pulun tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 88,43 manat məbləğində sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 118,83 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə iddiaçı ilə Vüsal Cəfərli arasında xx.xx.2014-cu il tarixdə PM********** saylı sığorta müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçıya Natiq Nuriyevə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (bundan sona – Mənzil) xx.xx.2020-cü il tarixdən xx.xx.2023-ci il tarixədək daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə sığorta hadisəsi baş vermiş, ünvan 2 ünvanında yerləşən evdən su axıdılması nəticəsində Vüsal Cəfərliyə məxsus Fərdi evə maddi ziyan dəymiş və xx.xx.2021-ci il tarixli Sığorta aktına əsasən 153 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən dəymiş zərərin 70.87 % hesablanmaqla 108,43 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən faydalanan şəxsə (X1) ödənilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 1 ünvanında yerləşən 65 saylı mənzil nömrəli mənzildən su axıdılması nəticəsində "xxxx" ASC-də (bundan sonra ASC) “Daşınmaz əmlakın icbari sığortası” üzrə sığortalanmış Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 1 ünvanında yerləşən 62 saylı mənzilə maddi zərər dəymişdir. Hadisə barədə MTK tərəfindən xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Baş vermiş hadisə ilə bağlı ASC tərəfindən 108.43 məbləğində sığorta ödənişi həyata keçirilmişdir X1 məxsus olan ünvan 3 ünvanında yerləşən mənzil ASC tərəfindən sığorta dəyəri 60000 manat olmaqla, dəyən zərərin 70.87 %-i məbləğində qismən sığortalanmışdır. xx.xx.2021-ci il tarixli zərərin hesablanması aktından və xx.xx.2021-ci il tarixli sığorta aktından müəyyən olunur ki sığorta hadisəsi nəticəsində ünvan 1 ünvanında yerləşən mənzilə dəymiş zərər 153 manat məbləğində müəyyən edilmişdir, dəymiş zərərin 70.87%-i hesablanmaqla ödənilməli olan sığorta ödənişinin məbləği 108.43 manat təşkil edir. "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, ünvan 4 ünvanında yaşayan cavabdeh tərəfindən ünvan 5 ünvanında yerləşən mənzilə su axıdılması nəticəsində həmin mənzilə maddi ziyan dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətindən müəyyən olunur ki, ASC tərəfindən dəymiş ziyanın aradan qaldırılması üçün 108.43 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazlarını və ona əlavə edilmiş sənədlərini göndərməsi barədə məlumatlandırılmışlar. Cavabdehin əsaslandırılmış etirazları məhkəməyə göndərilməmişdir. Məhkəmə ərizənin dəlillərini və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən müddəaların mənasından da görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün sığorta hadisəsinin baş verməsi və zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir. İş materialları ilə iddiaçının subroqasiya hüququnun yaranması müəyyən edilir. Birinci şərt, yəni sığorta hadisənin baş verməsidir ki, bu sığorta obyektinə dəymiş zərərlə bağlıdır. Sığorta obyekti olan Mənzilə zərər dəyməsi iş materialları əsasında öz təsdiqini tapır. Vüsal Cəfərliyə məxsus Mənzilə cavabdehin mənzilindən su axması iş materialları əsasında öz təsdiqini tapır. Belə ki, "xxxx" MTK tərəfindən tərtib edilmiş Aktda cavabdehin yaşadığı 65 saylı mənzildən Vüsal Cəfərlinin yaşadığı 62 saylı mənzilə su axıdılması müəyyən edilmişdir. Göründüyü kimi, Mənzilə su axıdılması ilə nəticələnən sığorta hadisəsi baş vermişdir. Subroqasiya hüququnun yaranması üçün ikinci şərtin, yəni zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi də, iş materialları ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, sığortalanmış Mənzilə dəymiş zərərə görə görə heablanmış 108,43 manat sığorta ödənişi iddiaçı tərəfindən Vüsal Cəfərliyə ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, daşınmaz əmlakın icbari sığortası növü üzrə maddi zərər dəymiş Mənzilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, əmlaka (mənzilə) zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçıya keçmişdir. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, sığorta ödənişi cavabdehdən alınmaqla yanaşı ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də onlardan alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 88,43 manat məbləğində sığorta ödənişi və 30,40 manat məbləğində dövlət rüsumu, cəmi 118,83 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar