Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6212/2022 20.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 oktyabr 2021-ci il tarixdən hesablanmaqla cavabdehdən 06 iyun 2011-ci il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqının dörddə bir hissəsi miqdarında aliment ödənişinin hər ay iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən iddia tələbi əsasında 2(011)-6212/2022 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına 16 sentyabr 2022-ci il tarixdə daxil olmuşdur. İddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması barədə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(011)-404/2021 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının dəyişdirilərək 24 avqust 2007-ci il təvəllüdlü X3 və 06 iyun 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən iddia tələbi əsasında 2(011)-6104/2022 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına 12 sentyabr 2022-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-6104/2022 saylı işlə bir icraatda birləşdirilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-6212/2022 saylı mülki iş üzrə iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2 (011)-6104/2022 saylı mülki iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan, gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hazırkı iş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-6104/2022 saylı işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Digər tərəfdən, göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən iddialar əsasında mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 43.1-43.2 və 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi barədə iddiası üzrə 2(011)-6212/2022 saylı mülki işlə; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması barədə iddiası üzrə 2(011)-6104/2022 saylı mülki iş birləşdirilsinlər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-6212/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6212/2022
20.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver