Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6247/2023 31.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Ağaməmməd oğlunun iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh İB-nə qarşı – cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən mənəvi zərərə görə 70.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 300 manat dövlət rüsumunun tutaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 şəhər QİS-nin 5 saylı Qaz təsərrüfatı sahəsində nəzarətçi-çilingər işlədiyi zaman Mingəçevir şəhəri M.P.Vaqif küçəsi 14 nömrəli evin 43-cü mənzilində yerləşən hamam otağında quraşdırılmış PQ-4 tipli su qızdıran qaz plitəsinə tüstü bacalarının birləşdirilinəsinin mümkün olub-olmamasını müəyyən etmək üçün tüstü bacalarında sormanın normallığını, tutulmanın olub-olmamasını, bacaların su qızdırıcısının kipliyini yoxlamayaraq, qaz cihazını tüstü bacasına birləşdirici borunun vertikal hissəsinin uzunluğu, yəni qaz cihazının tüstü aparıcı qol borusunun aşağı hissəsindən borunun horizontal hissəsinin oxuna qədər məsafənin 0,5 metrdən az olmasına, su qizdırıcısının qaz verilməsi kəsildikdə, alov söndükdə və tüstü bacasında lazımi seyrəlmə olmadıqda odluqlarının söndürülməsini təmin edəcək avtomatik qurğu ilə təchiz edilməməsinə nəzarət etməyərək, “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın 3.110, 3.81. 3.86, 3.96, 3.102, 9.238-ci bəndlərinin tələblərini pozmuş, aşkar olunan qüsurlar barədə akt tərtib etməyərək, evə daxil olan qaz xəttində qaz təminatını dayandırmaq barədə “Yaşayış və ictimai binalarda daxili qaz avadanlıqlarına texniki baxış və xidmətin aparılmasi üzrə Təlimat”ın 1.3, 1.7, 1.8, 1.11, 3.1, 3.2 və 3.5-ci bəndlərini və “Mingəçevir Qİİ-nin evdaxili qaz kəmərlərinə qaz cihazlarına xidmət üzrə sahələrin nəzarətçisinin vəzifə Təlimatı”nın 2.1 və 2.2-ci bəndlərinin tələblərini pozmuş, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazimi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli oldugu və ya görə biləcəyi halda, cinayətkarcasına etinasızlıq göstərməklə onları görməmiş, nəticədə 28 mart 2010-cu il tarixdə Mingcevir şəhəri, Vaqif kuçəsi 14 saylıevin, 43-cü rnənzilində, vanna otağında, qızı 19 iyul 2006-cı ildə anadan olmuş X9 və oğlu 28 iyul 2007-ci ildə anadan olmuş X7 dəm qazından zəhərlənərək ölmüşlər. Bundan başqa o, Mingəçevir şəhər Qaz İstismar sahəsinin rəis müavini “Ədilov” və kommersiya şöbəsinin rəisi “Abdulrəhmanov” tərəfindən təsdiq edilmiş, Cavabdeh Regionlar üzrə qaz istismarı idarəsi Mingəçevir şəhər Qaz İstismar sahəsinin ştampı vurulmuş, üz qabığının alt səhifəsində “Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydaları” yazılmış, 80 səhifədən ibarət, nömrələnmiş, üzərində “Yusibov Möhübbət”, içərisində abonentin adı, soyadı”, qaz cihazlarının adları, abonentin imzası, nəzarətçinin imzası, il və tarix yazılmaqla sütunlara bölünmüş, rəsmi sənəd olan “Abonentlərin qaz cihazlarından təhlükəsiz istifadə qaydaları üzrə təlimatin keçirilməsi jurnalı”nın 42-ci səhifəsinin 42-ci qrafasında abonentin imzası cərgəsində X10 imzasını 29 yanvar 2010-cu il tarixdə başqa şəxslərə etdirməklə, yəni qaz cihazlarından təhlükəsiz istifadə qaydaları üzrə təlimatın keçirilməsi jurnalına şəxsi niyyətlərlə bilə-bilə yalan məlumatlar daxil etməklə, vəzifə saxtakarlığı etmişdir. X16 oglu Mingəçevir şəhər QİS-nin 5 saylı Qaz təsərrüfatı sahəsində xidmət rəisi (sahə rəisi) vəzifəsində işlədiyi zaman “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 1.19-cu bəndinə uygun olaraq, özünün tabeçiliyində olan nəzarətçi-çilingərin buraxdığı səhvlərə görə də məsuliyyət daşımaqla, Mingəçevir Qİİ-nin rəisi tərəfindən 2008-ci il tarixdə təsdiq edilmiş “Mingəçevir Qİİ-nin sahə rəisinin vəzifə təlimatı”na uygun olaraq sahə çilingərlərinə tapşırıqlar verib, onun yerinə yetirilməsinə nəzarət etməli oldugu halda, tabeçiliyində olan Mingəçevir şəhər QİS-də 5 saylı sahənin nəzarətçisi vəzifəsində işləyən X4 fəaliyyətini yerində yoxlamamiş, sahə çilingərlərinə tapşırıq verib, onun yerinə yetirilməsinə nəzarət etməmiş, “Mingəçevir Qİİ-nin sahə rəisinin vəzifə təlimatı”nın tələblərini pozmuş, işə vicdansız və laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmiş, nəticədə Mingəçevir şəhər M.P.Vaqif küçəsi 14 saylı evin 43-cü mənzilində, vanna otağında, qızı 19 iyul 2006-ci il təvəllüdlü X9 və oğlu 28 iyul 2007-ci il təvəllüdlü X7 28 mart 2010-cu ildə dəm qazından zəhərlənərək ölmüşlər. Hadisə ilə əlaqədar cinayət işi başlanmış, Cavabdeh X6 şəhər QİS-nin 5 saylı Qaz təsərrüfatı sahəsində nəzarətçiçilingər vəzifəsində işləyən X8 və Mingəçevir şəhər QİS-nin 5 saylı Qaz təsərrüfatı sahəsində xidmət rəisi (sahə rəisi) vəzifəsində işləyən X16 oglu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.2, 313, 314.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəməyə verilmişlər. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-6/2011 nömrəli, 27 yanvar 2011-ci il tarixli hökmü ilə X14 oglu Azərbaycan Respublikasi CM-nin 124.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadliqdan məhrum etmə cəzasına, CM-nm 313-cü maddəsi ilə təqsirli bilinərək, qazancından dövlət nəfinə 10 faiz tutulmaqla, 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla, CM-nin 68.1.3-cü maddəsinə əsasən cəzaların toplanması zamanı islah işlərinin üç günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, yəni 2 (iki) il müddətinə islah işləri 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Möhübbət Yusibova təyin edilmiş cəzaları qismən toplama yolu ilə üzərində qəti olaraq, 2 (iki) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək, 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmişdir. X12 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək, 1 (bir) il sınaq rnüddəti müəyyən olunmaqla, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmişdi Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil Ağaməmməd oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 300 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materillarında olan, AZ İ 408615 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə ölmüş, ölüm səbəbi isə dəm qazı ilə zəhərlənmə göstərilmişdir. İş materiallarında olan, Mingəçevir şəhər Məhkəməsi tərəfindən verilən 1(051)- 6/2011 saylı, xx.xx.2011-ci il tarixli hökmdən görünür ki: İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 28 mart 2010-cu il tarixli, 04 №-li rəyindən görünür ki, X5 bədənində sol çiyin oynağının üst səthində, sağ bazunun aşağı 1/3-sm bayır səthində, sağ bazunun yuxarı bayır 1/3-do sıyrıqlar, alının tüklü hissəsində qançır, alının sağ yuxarı tüksüz hissəsində, sağ baldırın ön səthində, sağ yanağında 3X1 sm ölçüdə zəif nəzərə çarpan göyümlül-qırmızımtıl rəngdə qançırlar olmuşdur, xəsarətlər həyati olmuş, ölümündən bir qədər əvvəl yetirilmişdir, sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin olunmamışdır. X5 meyiti üzərində olan xəsarətlərin onun yıxılması zamanı hər hansı bir predmetə dəyməsi nəticəsində əmələ gələ bilməsi inkar olunmur. X5 meyitindən götürülmüş qanın - məhkəmə-kimyəvi tədqiqatı zamanı onun qanında 80 % karboksihemoqloban aşkar olunmuşdur ki, bu da onun dəm qazı ilə zəhərlənməsini sübut edən əlamətdir və birbaşa oıııın ölümünə səbəb olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 28 mart 2010-cu il tarixli, 05 №-li rəyindən görünür ki, X2 bədənində sağ budun ön səthində və sağ diz-oynağının ön səthində göyümtül-qırmızımtıl rəngdə qançırlar olmuşdur, xəsarətlər həyati olmuş, ölümündən bir qədər əvvəl yetirilmişdir, sağlam şəxslər üçün götürüldükdə yüngül xarakterli xəsarətlər qrupuna aiddir. X2 meyiti üzərində olan xəsarətlərin onun yıxılması zamanı hər hansı bir predmetə dəyməsi nəticəsində əmələ gələ bilməsi inkar olunmur. X2 meyitindən götürülmüş qanınn məhkəmə-kimyəvi tədqiqatı zamanı onun qanında 76 % karboksihemoqloban aşkar olunmuşdur ki, bu da onun dəm qazı ilə zəhərlənməsini sübut edən əlamətdir və birbaşa onun ölümünə səbəb olmuşdur. İş materiallarında olan, Mingəçevir şəhər Məhkəməsi tərəfindən verilən 1(051)- 6/2011 saylı, xx.xx.2011-ci il tarixli hökmdən görünür ki, X8 Azərbaycan Respublikası CMnin 124.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirli bilinərək, qazancından dövlət nəfinə 10 faiz tutulmaqla, 2 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanmış, Azərbaycan Respublikası CM-nin 68.1.3-cii maddəsinə əsasən cəzaların toplanması zamanı islah işlərinin üç günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, yəni 2 il müddətinə islah işləri 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Möhübbət Yusibova təyin edilmiş cəzaları qismən toplama yolu ilə onun üzərində qəti olaraq, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Möhübbət Yusibovun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək, 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, Davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək məhkumun üzərinə vəzifə kimi qoyulmuş, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməmiş, X12 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Vüsal Abdullayevin barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək, 1 il sınaq müddəti müəyyən olunmaqla, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş,Sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək məhkumun üzərinə vəzifə kimi qoyulmuş, Sınaq müddəti ərzində məhkumların davranışı üzərində nəzarəti həyata keçirmək Mingəçevir şəhər İcra bölməsinə tapşırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına əsasən, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Plenumun qərarında əlavə olaraq qeyd edilmişdir ki, ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10-cu maddəsinə əsasən Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı vəiztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarı: Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. -Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. - Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Həmçinin qeyd etmək lazımdır ki, həqiqətən mənəvi sarsıntı keçirmiş hər bir şəxs keçirdiyi mənəvi iztirabın və zərərçəkmişlə yaxınlıq dərəcəsinə müvafiq olaraq digər iddiaçılarla birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdir. Yəni bu halda təzminat hər bir iddiaçıya ayrı- ayrılıqda da müəyyən edilə bilər. Nyu-York Apellyasiya Məhkəməsi “McDougald v. Garber” işi üzrə 1989-cu il tarixli qərarında göstərmişdir ki, “Maddi zərər pulla kompensasiya edilə bilər; lakin mənəvi sarsıntı və iztirab və həyat eşqinin azalması kimi mənəvi zərərlərin ödənilməsi, pulun zərər çəkənin məruz qaldığı zərəri kompensasiya etməsi barədə hüquqi fiksiyaya söykənir … Biz, pulun ağrını azaldacağını və ya zərər çəkənin qabiliyyətini bərpa edəcəyini düşünməsək də, bu fiksiyanı qəbul edirik. Biz, itirilmişi qiymətləndirməyi ümid etmirik, lakin mövcud şəraitdə pul kompensasiyası təsəlli vasitəsi kimi çıxış edə bilər”. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının iki azyaşlı övladının ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. Məhkəmə hesab edir ki, iddiaçının ən yaxın ailə üzvü hesab edilən iki azyaşlı övladının ölümü nəticəsində, o psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmişdir. Buna görə də, iddiaçı övladlarının ölümü ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ var. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçının öz iki azyaşlı övladını itirməsi onun üçün həyatındakı ən sarsıdıcı hadisədir. Onda kədər, xəyal qırıqlığı, qəzəb, mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaradır. Belə ki, övlad itkisi valideyn yaşlandıqca onun həyatında daha çox boşluq hissinin yaşamasına səbəb olur. Məhkəmə hesab edir ki, övladlarının ölməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və övladlarının həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Yaxınlara ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı olmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət kəsb edir. Hazırkı iş üzrə isə iddiaçının iki övladının olması və digər iki övladından məhz cavabdehin işçisinin təqsiri ucbatından məhrum olduğu işin diqqətəlayiq məqamıdır. Təqsirkarın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərərin məbləğindən fərqləndirilməlidir. Ona görə ki, ehtiyatsızlıqla cinayət törədən şəxs həmin əməlin ictimai-təhlükəli nəticələrini ya görmür, və yaxud arzu etmir, amma qəsdən cinayət törədən şəxslər əksinə, ictimaitəhlükəli nəticəni görür, arzu edir(daha təhlükəli əməl). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 240 manat məbləğində dövlət rüsumunun əvəzi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehndən mənəvi zərərə görə 50000 (əlli min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdehndən 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-6247/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6247/2023
31.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver