Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6260/2024 12.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı Oba Market MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİ:
1. İddiaçı Oba Market MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
İşə baxan məhkəmənin mövqeyi:
3. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
4. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki iş icraata götürülməmişdən əvvəl iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması mülki prosessual qanunvericiliyin tələblərindən biridir.
5. İddia ərizəsi əsasında müəyyən edilmişdir ki, iddiaçının tələbi maddi ziyanın ödənilməsi tələbidir. Belə ki, iddiaçı Oba Market MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Oba Market MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə 2239,42 manat və mediasiya xərci kimi ödənilmiş 55 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı öz iddia ərizəsində dövlət rüsumunun ödənilməsi hissəsində “mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəmə müraciət edərkənmediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumundan azaddır” qeyd etsə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən öncə mediasiya sessiyasında iştirak etmək məcburi tələb deyildir. Həmçinin, hazırki iddia ərizəsi üzrə iddiaçının tələbi maddi ziyanın ödənilməsi- pul tələbi olmaqla qanunvericiliyə müvafiq qaydada qiymətləndirilən iddia kateqoriyasına aid edilir və iddiaçının tələbi 2239,42 manatın cavabdehdən tutulması olduğundan iddia qiymətinə müvafiq olaraq hazırki iş üzrə 42,39 manat (qırx iki manat otuz doqquz qəpik) dövlət rüsumunun ödənilməsi zəruridir.
7. Məhkəmə qeyd edir ki, dövlət rüsumu qanunvericiliklə nəzərdə tutulmuş qaydada və məbləğdə ödənilməmişdir (və ya onun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir), eyni zamanda əlavə sübutlar iddiaya əlavə edilməmişdir. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
8. Eyni zamanda iddia ərizəsinin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunur.
9. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-in 152, 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:
1. İddiaçı Oba Market MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.
2. X1 MMC-yə hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova