Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6298/2023 11.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 03 may 2008-ci il tarixdə rəsmi nikah bağlamışdır. Həmin nikahdan xx.xx.2009-cu il təvəllüdlü qızları Xəzra, xx.xx.2011-ci il təvəllüdlü qızlar Nigar və xx.xx.2019-cu il təvəllüdlü oğulları Adil anadan olmuşlar. Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən 28 sentyabr 2022-ci il tarixdə nikahlarının ləğv edilməsi və uşaqların onun himayəsində qalması barədə qətnamə qəbul edilmişdir. Həmin vaxt o, aliment istəməmişdir, çünki cavabdeh ona söz vermişdir ki, ona kömək edəcəkdir. Qətnamə qəbul edilərkən cavabdeh işləmirdi, hal-hazırda cavabdeh işləyir və bu səbəbdən də, o, istəyir ki, cavabdehdən alimentin tutulması rəsmiləşdirilsin. O, hesab edir ki, birgə nikahlarından olmuş uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü qızları Xəzra, xx.xx.2011-ci il təvəllüdlü qızlar Nigar və xx.xx.2019-cu il təvəllüdlü oğulları Adilin saxlanması üçün hər ай onun qazancından və (və ya) başqa gəlirlərinin ikidə bir hissəsi (yəni 50%) hər ay алиментин və mediator xidmətinə görə 56 manat məbləğində ödənilmiş rüsumun onun xeyrinə тутулмасы barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4989/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin olunmuş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə bağlanmış və 1110 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması və tərəflərin birgə nikahlarından olan uşaqları 21 oktyabr 2009-cu il təvəllüdlü X2, 27 yanvar 2011-ci il təvəllüdlü X3 və 10 dekabr 2019-cu il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılmaları qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 367421 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, tərəflərin birgə nikahdan olan uşaqları X5 xx.xx.2009-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 641914 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, tərəflərin birgə nikahdan olan uşaqları X6 xx.xx.2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 390948 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, tərəflərin birgə nikahdan olan uşaqları X7 xx.xx.2019-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. 2-ci maddəyə görə bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 21 oktyabr 2009-cu il təvəllüdlü X2, 27 yanvar 2011-ci il təvəllüdlü X3 və 10 dekabr 2019-cu il təvəllüdlü X1 üçün hər ay qazancının (başqa gəlirlərinin) ikidə bir hissəsi miqdarında aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddia məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh 21 oktyabr 2009-cu il təvəllüdlü X2, 27 yanvar 2011-ci il təvəllüdlü X3 və 10 dekabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ikidə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin ½ hissəsi, yəni 25 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulsun. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən : İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-6298/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6298/2023
11.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver