Məhkəmə qərarları › İş №e-2(011)-6307/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(011)-6307/2020

26.10.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(011)-6307/2020 26.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə ünvan 1 ünvanında yerləşən kreditor Tələbkar MMC-nin Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə əmr icraatı qaydasında baxaraq müəyyən etdi: Kreditor Tələbkar MMC Borclu qarşı “borc tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu Tələbkar MMC-dən xx xxxxx 2019-cu il tarixli 01-AGT000035737 saylı alğı-satqı müqaviləsinə əsasən kredit yolu ilə dəyəri 874 manat olan Samsung A505 DS64 Black markalı telefon almışdır. Borclunun xx xxx 2019-cu il tarixdən başlayaraq hər ayın 09-dan gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 70 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, müqavilə üzrə kreditora 774 manat borcu qalmışdır. Ona görə də borcludan 774 manat əsas, 20 manat dövlət rüsumunun, cəmi 794 manat pulun Tələbkar MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması xahiş olunur. İş materiallarından görünür ki, kreditor Tələbkar MMC ilə Borclu arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli 01-AGT000035737 saylı alğı-satqı müqaviləsinə əsasən alıcı Tələbkar MMC-dən 874 manat dəyərində mobil telefon almışdır. Borclunun 774 manat borcu vardır. Kreditor Tələbkar MMC tərəfindən məhkəmə əmrinin verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor Tələbkar MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığının təsdiq olunduğu üçün məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdi: xx xxxx 1959-cu ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Sadıxcan küçəsi, 4 saylı evin 40 saylı mənzilində qeydiyyatda olan Borclu 774 (yeddi yüz yetmiş dörd) manat əsas və 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 794 (yeddi yüz doxsan dörd) manat pul vəsaiti Tələbkar MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar