Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(011)-6308/2020 26.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə ünvan 1 ünvanında yerləşən kreditor Tələbkar MMC-nin Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə əmr icraatı qaydasında baxaraq müəyyən etdi: Kreditor Tələbkar MMC Borclu qarşı “borc tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu Tələbkar MMC-dən xx xxxxxx 2019-cu il tarixli 01-AGT000033402 saylı alğı-satqı müqaviləsinə əsasən kredit yolu ilə dəyəri 864 manat olan Samsung A7** DS *** Black markalı telefon almışdır. Borclunun xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ayın 01-dan gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 69 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, müqavilə üzrə kreditora 721 manat borcu qalmışdır. Ona görə də borcludan 721 manat əsas, 20 manat dövlət rüsumunun, cəmi 741 manat pulun Tələbkar MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması xahiş olunur. İş materiallarından görünür ki, kreditor Tələbkar MMC ilə Borclu arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 01-AGT000033402 saylı alğı-satqı müqaviləsinə əsasən alıcı Tələbkar MMC-dən 864 manat dəyərində mobil telefon almışdır. Borclunun 721 manat borcu vardır. Kreditor Tələbkar MMC tərəfindən məhkəmə əmrinin verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor Tələbkar MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığının təsdiq olunduğu üçün məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdi: xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, Yat 1, ev 8 qeydiyyatda olan Borclu 721 (yeddi yüz iyirmi bir) manat əsas və 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 741 (yeddi yüz qırx bir) manat pul vəsaiti “Tələbkar" MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-6308/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(011)-6308/2020
26.10.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver