Məhkəmə qərarları › İş №e-2(011)-6360/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6360/2025

09.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6360/2025 09.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı – Cavabdeh tərəfindən **********00333 nömrəli qaz abunə hesabının iddiaçının adına qaytarılması və mənzilə qaz verilişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağsu rayon Kalva kəndində rəhmətlik valideynlərinə məxsus evdə yaşayır. Sözügedən mənzildə 11 nəfər qeydiyyata alınmış o cümlədən onun 3 övladı və həyat yoldaşı həmin mənzildə yaşamışdırlar. Mənzil yarasız halda olduğu üçün FHN tərəfindən yeni mənzil tikilmişdir. Mənzildə qaz abunə hesabı olmuşdur. Mənzilin qaz abunə hesabı iddiaçının adına rəsmiləşdirilmişdir, qaz abunə kodu **********00333 olmuşdur. Buna görə də iddiaçı ilə qaza dair müqavilə bağlanmışdır. Bir il bundan qabaq mənzilin qaz xətti kəsilmişdir. Bununla qaz idarəsində olanda ona bildirdilər ki, qaz abunə kodunun X9 öz adına keçirmişdir.Sonradan isə qaz idarəsi qaz verilişin dayandırmışdır. X10 iddiaçının qardaşı qızıdır. X7 ilə X15 ailəli olmuş bu nikahda onların qız övladları olmuşdur. Sonradan 2010-cu ildə onların nigahları pozulmuşdur. Nikah pozulduqdan sonra Məmmədova Aygün hal-hazırda Əzizova Aygün özünəməxsus olan Şamaxı şəhərində 28 may küçəsində yaşamışdır. Nikah pozularkən Aygünə Ağsu rayon Kalva kəndində yaşamaq hüququ verilməyib və həmin evdə qeydiyyatı yoxdur. Ancaq buna baxmayaraq qaz abunə hesabın azyaşlı qızın adına keçirmişdir. Hal-hazırda mənzildə qaz verilişi dayandırlıb. Dəfələrlə qaz idarəsinə müraciət edilsədə qazı bərpa edilməmişdir. Tərəflərin izahatı: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AKX-05298xx/xx-2023 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı abonə kodu: **********00333) ilə Cavabdeh İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AKX-05314xx/xx-2023 nömrəli müqavilənin surətindən görünür ki, X9 abonə kodu: **********00333) ilə Cavabdeh İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, istehlakçı X10 məhkəmə qərarına əsasən sayğac quraşdırılmasının bərpa edilməsinə görə müraciət etmişdir, istehlakçının nümayəndəsi kimi İddiaçı aktı imzalamışdır. Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən arayışdan görünür ki, X1 Əkbər Cəfərqulu oğlunun qardaşıdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Kalva Kənd İnzibati Ərazi X14 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Ağsu rayonunun Kalva kəndində qeydiyyatdadır, həmin kənddə mərhumə anası X11 məxsus fərdi yaşayış evi 2019-cu ilin fevralında baş vermiş zəlzələ zamanı FHN tərəfindən qəzalı evlər siyahısına daxil edilmiş, köhnə ev sökülərək, yerində FHN tərəfindən yeni ev tikilib istifadəyə verilmişdir, İddiaçı yeni ev istifadəyə verildikdən sonra həyat yoldaşı ilə birlikdə həmin evdə yaşayır və hal-hazırda bu evdə onlardan qeyri kimsə yaşamır. Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X16 xx.xx.2002-ci il tarixdə Ağsu rayon, Kalva kəndində vəfat etmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, X9 xx.xx.2011-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır. Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-55/20225 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı üzərinə Ağsu rayonu, Kalva kəndində yerləşən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin tərtibi ilə bağlı ölçü işlərinin aparılmasına imkan və şərait yaratması, mane olmaması vəzifəsi qoyulmuşdur. Həmin qətnamə çıxarılarkən tədqiq edilmiş sübutlardan: -Şamaxı Rayon Məhkəməsinin 2(074)-1107/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh X12 qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X7 ilə cavabdeh X15 arasında Ağsu rayonu Kalva kənd İcra Nümayəndəliyində xx.xx.2010-cu il tarixdə 02 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X5 anası X8 yanında saxlanılması qət edilmişdir. - xx.xx.2019-cu il tarixli baxış aktından görünür ki, Ağsu rayonu, Kalva kəndində X4 fərdi yaşayış evinə vizual texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, evin divarlarında divar birləşmələrində, qapı, pəncərə boşluqları ətraflarında qopmalar, aralanmalar və müxtəlif çatlar vardır. - Ağsu Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 05 nömrəli istismara icazə sənədindən görünür ki, Ağsu rayonu, Kalva yerləşən 2 otaqlı fərdi yaşayış evinin X7 tərəfindən istismarına icazə verilmişdir. - Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 14 saylı Şamaxı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdi ki, X3 xx.xx.2023-cü ildə vəfatı ilə əlaqdar X5 nümayəndəsi X13 ərizəsi əsasında xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Ağsu rayonunun ərazisində yerləşən daşınmaz əmlaka yüklülüyün və məhdudiyyəıtin olub olmaması barədə arayış və ya çıxarış verilməsi xahiş olunmuşdur. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə,dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Həmin Qaydalarının 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydalarının 6.4-cü bəndi nəzərdə tutur ki, Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 36.1.2-ci maddəsinə görə təbii qazın boru kəmərləri ilə nəqli (Azərbaycan Respublikası ərazisindən tranzit nəqli və Azərbaycan Respublikasının hüdudlarından kənara ixracı istisna olmaqla), saxlanması, paylanması və (və ya) təchizatı xidmətləri - təbii inhisar fəaliyyəti sahələridir. Həmin Məcəllənin 40.5.9-cu maddəsinə görə təbii inhisar fəaliyyətinin nəticəsi olan məhsulu satmaq imkanına malik olduqda müştərilərlə belə məhsulun satışına dair müqavilə bağlamaqdan əsassız olaraq imtina etmək Məhsulların istehsalı (satışı) zamanı təbii inhisar subyektlərinə qadağan edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Ağsu rayonunun Kalva kəndində qeydiyyatdadır, həmin kənddə yerləşən fərdi yaşayış evində yaşayır. İddiaçı (abunə kodu: **********00333) ilə Cavabdeh İB arasında qaz paylayıcısı ilə məşiət qaz qurğusu istifadəçisi qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli, AKX- 05298xx/xx-2023 nömrəli müqavilə bağlanmışdır. X2 (abunə kodu: **********00333) ilə Cavabdeh İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli, AKX- 05314xx/xx-2023 nömrəli müqavilə bağlanmışdır. Göründüyü kimi eyni ünvana qazın verilməsi ilə bağlı Cavabdeh İB tərəfindən fərqli tarixlərdə fərqli şəxslərlə müqavilə bağlamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, birinci müqavilə qüvvədə ola-ola eyni ünvana və eyni abunə koduna dair artıq ikinci müqavilənin bağlanması hüquqi nəticə etibarı ilə əsassız olur. Belə ki, müqavilə bağlamaqla üzərinə öhdəlik götürmüş icraçı növbəlik etibarı ilə sonrakı müqaviləni imzalamaq üçün artıq hər hansı səlahiyyətə malik olmur və həm bu, həm də digər əsaslarla sonradan bağlanmış müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqaviləyə çevrilməklə etibarsız olur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu baxımdan həm Zemfira Məmmədli, həm də İddiaçıla bağlanmış müqavilə eyni anda hüquqi qüvvəyə malik ola bilməz. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. xx.xx.2023-cü il tarixli, AKX-05298xx/xx-2023 nömrəli müqavilədən görünür ki, müqavilə bağlandığı andan iki il müddətinə qüvvədədir. Həmçinin müqavilənin ləğv edilməsi qaydası orda göstərilmişdir. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh təbii inhisarçı səlahiyyətlərindən istifadə edərək, qazın alqı-satqısına dair müqavilələr bağlamaqla, sonrakı müqavilə əsasında öz mülahizəsinə əsasən abonent kodunu digər şəxsin adına rəsmiləşdirməklə, qanunvericiliklə üzərinə düşən öhdəliyindən yayınmışdır, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Buna görə də sayğacın iddiaçının adına rəsmiləşdirilməsi, buna dair kommunal xidmətlərin göstərilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyularaq, iddia tələbi təmin edilərək, Ağsu rayonu, Kalva kəndində yerləşən ev üzrə qaz sayğacının və abonent kodunun iddiaçının adına qaytarılması və qaz verilişinin bərpa edilməsi öhdəliyi Cavabdeh İB-nin üzərinə qoyulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən **********00333 nömrəli qaz abunə hesabının İddiaçı adına qaytarılsın. İddiaçı yaşadığı Ağsu rayonu, Kalva kəndində yerləşən evə qaz verilişinin bərpa edilməsi öhdəliyi Cavabdeh İB üzərinə qoyulsun. Cavabdehndən 100 (yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar