Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6366/2024 26.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı iddiaçı LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prossesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən faydalanan şəxsə ödənilmiş 220,66 (iki yüz iyirmi manat altmış altı qəpik) manat sığorta ödənişi və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 251,06 (iki yüz əlli bir manat altı qəpik) manat pulun Cavabdeh tutularaq ləğv prossesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “DAEWOO BS090” minik markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixli, PDS**********8 saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) sığortalanmışdır. Cavabdeh (bundan sonra Cavabdeh) xx.xx.2020-ci il tarixdə, saat 08:49 radələrində həmin avtomobili ünvan 1ndə idarə edərkən “İVECO” minik markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Nəsimi rayonu DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, Nəsimi rayonu polis polkovnik leytenantı X1 xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 08:49 radələrində həmin avtomobili ünvan 1 ünvanında yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh hadisə yerindən yayındığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zərər dəymiş “İVECO ” minik markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında” qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, "xxxx" MMC tərəfindən qiymətləndirilərək 220,66 (iki yüz iyirmi manat altmış altı qəpik) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli № 12313/2022 saylı sığorta ödəniş aktına və xx.xx.2022-ci il tarixli № 44648 saylı ödəniş tapşırığına əsasən 220,66 (iki yüz iyirmi manat altmış altı qəpik) manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmişdir və iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti-nin tələbinə dair etirazlarının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim olunması təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, 26 avqust 2022-ci il tarixli 12313/2022 nömrəli sığorta ödənişi ilə bağlı aktından görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “DAEWOO BS090” minik markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtobus Cavabdeh tərəfindən idarə olunarkən “İveco” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtobusa 220,66 manat məbləğində maddi ziyan vurmuşdur. İş materiallarında olan “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüfatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Daewoo BS090” markalı, **-XJ-*** dövlət nömrə nişanlı minik avtomobil “Daewoo “İveco” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli “Daewoo BS090” markalı, **-XJ-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsini idarə edən şəxs (Cavabdeh) olmuşdur. Yolnəqliyyat hadisəsinin baş verməsi zamanı "xxxx" MMC-nin mülkiyyətində olan “İveco” markalı, **-JH-*** nömrə nişanlı avtobusa zərər dəymişdir. xx.xx.2022-ci il tarixli 44648 nömrəli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 220,66 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh barəsində İXM-nin 327.1 və 327.6-cı maddələri ilə qərar qəbul edilərək cərimələnmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2023-cü il tarixli, GS/07-922/2023 nömrəli pretenziya məktubundan görünür ki, xx.xx.2020-ci il tarixində, saat 08.49-da ünvan 1 ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra - Şirkət) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Daewoo BS090” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “İveco” avtobus markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Nəsimi rayon DYPŞ-in TP4067418 nömrəli inzibati tənbeh vermə haqqında Qərarına əsasən Cavabdeh qanunvericiliyin tələblərini pozaraq AR İXM-nin 327.1 və 327.6 (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "İveco” avtobus markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 220,66 (iki yüz iyirmi manat altmış altı qəpik) manat məbləğində müəyyənləşdirilərək şirkət tərəfindən faydalanan şəxslərin bank hesabına tam olaraq köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə istinadən, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və AR Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən yaranmış subroqasiya hüququ təmin edilərək 220,66 manat pul vəsaitini məktub rəsmi qaydada təqdim olunduqdan 7 gün ərzində qeyd olunan bank hesabına köçürməsi xahiş edilmiş, əks təqdirdə borcun ödənilməsi üçün aidiyyatı məhkəmə orqanına müraciət ediləcəyi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci və 63.1-ci maddələrinə görə həmin Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin iddiasının əsası kimi istinad etdiyi hallar, yəni Cavabdeh tərəfindən idarə olunan “Daewoo BS090” markalı, **-XJ-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin “İveco” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşması, bunun nəticəsində sonuncu avtobusa zərər dəyməsi və yol-nəqliyyat hadisəsi törətmiş Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınması iş materialları ilə təsdiq olunur. Sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış “Daewoo BS090” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtobusla “İveco” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusun toqquşması nəticəsində sonuncu avtobusla vurulmuş ziyanın iddiaçı LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən aradan qaldırılması və "xxxx" ASC-nin hesabına 220,66 manat məbləğində pul vəsaitinin köçürülməsi də iş materialları ilə təsdiq olunur. Bununla da, “Daewoo BS090” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinın sürücüsü olaraq yol nəqliyyat hadisəsi yerindən yayındığına görə LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh subroqasiya qaydasında dəymiş ziyanın aradan qaldırılması üçün ödənilmiş pul vəsaitini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu da Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 220,66 (iki yüz iyirmi manat altmış altı qəpik) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 251,06 (iki yüz əlli bir manat altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-6366/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6366/2024
26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver