Məhkəmə qərarları › İş №e-2(011)-6381/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6381/2025

07.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6381/2025 07.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi mülkiyyətləri kimi tanınmış və ½ hissədə payları tanınmış Bakı şəhəri Sabunçu rayonu Nardaran qəs.Bağlar massivi 598 ünvanlı evin təmirinə xərclənmiş 80.000 manat borc məbləğinin 40.000 manatının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.1995-ci ildə rəsmi nikaha daxil olmuşuq. Nikahımız Nizami rayon məhkəməsinin xx.xx.2023-tarixli e-2(007)- 275/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Nardaran qəs. Bağlar massivi 598 ünvanlı ev 2007-ci ildə tərəfimdən əldə olunmuş şəxsi vəsaitim ilə inşa olunmuşdur. 2021 ci ildə təmirsiz olmaqla tam yararsiz hala düşmüşdü.Bu səbəbdən 80.000 manat pulu X4 borc olaraq aldım və həmin borc vəsaiti hesabına Nardaran qəs.Bağlar massivi 598 ünvanlı evi tam təmir etdim,evin dəyərini bir neçə dəfə artırdım.Bütün əmlaklar mənim tərəfimdən və 25 illik zəhmət çəkərək (müxtəlif şırkətlərdə maliyə direktoru) qazandığım pullarla əldə edilmişdir. Bütün bu dövrdə o, üzrsüz səbəbdən heç bir yerdə işləməmiş buna səbəb isə onun içki düşkünü və qumar aludəçisi olması ilə əlaqələndirmişdir və evdə birgə kəbindən doğulan qızıma da baxmamısdır. 2021-ci ilin noyabr ayında ünvan 2 ünvanda yerləşən bağ evi 2007 ci ildə inşa oldugundan və ilk dəfə Cavabdeh tikintidə bir başa iştirak etmişdir .Təssüflər olsun ki, uzun illər sonra aydınlaşdırdım ki,evin tikintisində təxmini 45000 manat dəyərində pulu mənimsəmmiş və keyfiyyətsiz tikinti materiaallrından istifadə edilmişdir.Basseyn tikintisi zamanı guya heyete düzülən tamet styajka olunmuşdur və evakuator heyete girən zaman bütün tametler qırıldı və onun daha bir yalanı,bir daha ailəsinə xəyanət etməsi və pullarımı mənimsəməsi məlum oldu. Satmaq istərkən satışa yararsız olması səbəbi ilə alıcı tələbatı olmadığından həmin evi təmir etmək, avadanlıqlar almaq,əlavə olaraq basseyn və yay mətbəxi də tikdirmək qərarını verdim.Lakin tikinti bitənə yaxın birlikdə iş ortagım olan X10 pullarımı mənimsəyrək ölkəni tərk etdiyi üçün (bu barədə Yasamal rayon polis idarəsinə müraciət edərək cinayət işi acılıb),daha pulum qalmadığından tanışım X4 115000(bir yüz on beş min)manat borc müqaviləsi əsasında pul götürdüm.Hazırda həmin məbləğin cəmi 20000(iyirmi min)manatını qaytarmışam və öhdəliyi yerinə yetirə bilmədiyimə görə Abuzərov Abuzər məndən Binəqədi rayon polis idarəsinə şikayət etmişdir və mulki məsələ olaraq məhkəməyə müraciət olunması barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın2(103)-798/2025 xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş,Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2705/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi, 598 ünvanında yerləşən bağ evinə ½ payın tanınması ilə bağlı iddianın rədd edildiyi hissədə ləğv edilmiş həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi həmin hissədə təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi, 598 ünvanında yerləşən bağ evi üzərində iddiaçı Cavabdeh ½ hissədə və cavabdeh Səfərəliyeva (Tərlanova) Sevinc Xasay qızının ½ hissədə payları müəyyən edilmişdir. Ali Məhkəmənin MK-nın xx.xx.2025-ci il tarixli qərarı iləkassasiya şikayətim təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-798/2025 xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3397/2025 xx.xx.2025-ci il tarixli qətnaməsi iləiddiaçı X8 cavabdehlər İddiaçı və Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş,cavabdeh İddiaçı 80000 (səksən min) manat borc pul və 299,55 (iki yüz doxsan doqquz manat əlli beş qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı X6 ödənilməsi qət edilmişdir.Qətnamə qanuni qüvvəsini almış,icra olunması göndərilmişdir. Birgə nikah dövründə əldə etdiyimiz fərdi yaşayış-bağ evinin tam təmirinə xərclənmiş,dəyəri dəfələrlə artırılmış ümumi mülkiyyətmiz kimi bölünərək ½ hissədə paylar müəyyən olunduğundan,həmin evin yarxşılaşdırılmasına sərf edilmiş borc məbləğinin ödənilməsi də bərabər şəkildə bölünməlidir. Cavabdeh xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı mənə qarşı irəli sürdüyü "birgə nigah dövründə yaranmış borca dair payın müəyyən ediləsi tələbinə dair" iddia tələbi tamailə əsassızdır və mən onu qəbul etmirəm. İddia tələbi məhkəmə tərəfindən araşdırıldıqda məlum olacaq ki, tələb əsassızdır və rədd edilməlidir. Çünki onun tələbi ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə bir neçə məhkəmə qərarları mövcuddur. İddiaçı tərəfindən də təqdim edilən Apellyasiya Məhkəməsinin 2(103)-798/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-798/2025 saylı qərarı da bu iddianın rədd edilməsinə əsasdır. İddiaçı öz iddia tələbində ünvan 4 ünvanda yerləşən bağ evində aparılan tikintiyə sərf edilən 80000 (səksən min) manat pulun yarısının 40000 (qırx min) manatın cavabdehdən alınaraq iddiaçıya veriləsini məhkəmədən xahiş etmişdir. Möhtərəm hakim! 2007-ci il dən tərəflərin boşandıqları günədək, yəni 2023-cü ilədək tərəflər 16 il bir evdə ailə olaraq yaşamışdırlar. Bu illər ərzində cavabdeh də müəyyən işlərdə işləmişdir. Təmir işlərini də birgə nigah dövründə əldə edilən ümumi gəlirlərlər hesabına birlikdə etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-798/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə də qeyd edilən bağ evi tərəflər arasında 2/1 pay hissəsində tanınmışdır. Bununla da qeyd edilən ünvanla bağlı bütün mübahisələr öz həllini tapmışdır. Əgər iddiaçının təmirə sərf etdiyi vəsaitin hamısının onun olduğunu sübut edən hər hansı bir fakt, dəlil varsa məhkəməyə təqdim edə bilər. Sonda cavabdeh qeyd edilənləri və iddia tələbinin əsassız olduğunu nəzərə alaraq bu iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndə və vəkili Vəkil etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmədə şahid qismində ifadə verən Cəfərov Elxan ifadəsində bildirdi ki, İddiaçıi və Cavabdeh tanıyır, heç bir problemi olmayıb, onların evində usta kimi fəaliyyət göstərib, sanitexnik, elektrik, boyama işləri görülüb evdə, 2021-2022-ci illərdə usta kimi işləyib. Ona işlədiyi işə görə əməkhaqqı İddiaçı tərəfindən verilib. Məhkəmədə şahid qismində ifadə verən Hüseynov Ceyhun oğlu ifadəsində bildirdi ki, tərəfləri çox yaxından tanıyır, uzun müddətdir ki, onların evlərinə gəlib gedir, İddiaçıin Əhmədov Günaya aralarında kommerisya münasibəti olduğuna görə borca pul verdiyini və hətda buna görə polis idarəsinə İddiaçılə bir yerdə getdiyini, İddiaçıinin öz pulunu Günaya verdiyinə görə özündə maddi imkan olmadığından evin tikintisi üçün X4 80000(səksən min) borc aldığını təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X2 ifadəsində bildirdi ki, atası Cavabdeh ilə 3 ildən artıq müddətdir ki, danışmır və əlaqəsi yoxdur. Atasının ona qarşı heç vaxt maddi və mənəvi dəstək olmamış, içki aludəçisi olduğunu və zorakıyönümlü hərəkətlər etdiyini, hətda öz ailəsinin atsına görə dağıldığını demişdir. Belə ki, atası Cavabdeh onun qaynatasından bir dəfə 6000, bir dəfə isə 4000 olmaqla borc almış və geri qaytarmayacağını demişdir. Anası İddiaçıin borcları barədə xəbəri olsada ətraflı bilmədiyni, Abuzər adlı şəxsi tanıdığını və sadəcə 3-4 dəfə uzaqdan görmüşdür. Anası İddiaçılin yüz mindən çox borcu olduğunu qeyt etmiş, əlavə olaraq anası İddiaçılin ona dəyəri təxmini 25000 manat olan “HAVAL” markalı maşın aldığını, bundan əlavə təxmini qırx və ya əlli min dəyərində Sumqayıtdakı evinə görə pul aldığını, bununla yanaşı əlavə olaraq bir neçə dəfə 1000 və 2000 manat məbləğində olmaqla ara sıra anası İddiaçıdən pul vəsaitləri aldığını bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3397/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı 80000 (səksən min) manat borc pul və 299,55 (iki yüz doxsan doqquz manat əlli beş qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı X6 ödənilməsi qət edilmiş, İddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, X8 ilə, Sevinc Səfərəliyeva arasında 11 noyabr 2021-ci il tarixli “Borc” müqaviləsi bağlanmış, X8 01 yanvar 2022-ci il tarixədək qaytarmaq şərtilə X3 115000 (yüz on beş min) manat borc pul vermişdir. Həmin qətnamə ilə həmçinin müəyyən olunmuşdur ki, İddiaçı 35.000 manat pulu qaytarmış, 80.000 manat borcun qalmış, Cavabdeh borc pul götürdüyündən xəbəri olmamışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 798/2025 nömrəli, xx.xx.2025-ci il tarixli İddiaçı Cavabdeh Səfərəliyeva (Tərlanova) Sevinc Xasay qızına qarşı iş üzrə qətnaməsindən görünür ki, Apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2705/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi, 598 ünvanında yerləşən bağ evinə ½ payın tanınması ilə bağlı iddianın rədd edildiyi hissədə ləğv edilmiş, Həmin hissədə yeni qətnamə çıxarılmış, İddia tələbi həmin hissədə təmin olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi, 598 ünvanında yerləşən bağ evi üzərində iddiaçı Cavabdeh ½ hissədə və cavabdeh Səfərəliyeva (Tərlanova) Sevinc Xasay qızının ½ hissədə payları müəyyən edilməsi qət edilmiş, Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı 16 saylı Mediasiya təşkilatının “Mediasiya sessiyasıda iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli, MŞB/2-00152/2025 nömrəli Arayışından görünür ki, Tərlanova X1 iştirak etmiş, Cavabdeh isə Mediasiya sessiyasıda iştirak etməmişdir. Mübahisənin predmeti Birgə nikah dövründə əldə olunmuş əmlak üzərində payların müəyyən edilməsi və birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evinin satışından əlda olunmuş gəlirin bölünməsi barədədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 200 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.1995-ci il tarixdə nikaha daxil olmuşlar, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(008)- 275/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçıdan 80000 manat borc pulun tutularaq, iddiaçı X6 ödənilməsi qət edilmişdir, hazırda iddiaçı həmin borc məbləğinin 40.000 manatının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. Hazırki iş üzrə də bu cür hal mövcuddur, belə ki, cavabdehin iddiaçının bağladığı xx.xx.2021-ci il tarixli “Borc” müqaviləsindən xəbərdar olmaması iddiaçı tərəfindən etiraf edilmişdir (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fakt). Bu səbəbdən borc öhdəliyin tərəfi olan İddiaçı öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etməlidir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, bu sübutetmə yükü ilə bağlıdır, iddiaçı xx.xx.2021-ci il tarixli “Borc” müqaviləsi üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunması barədə sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin bu cür hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə iddiaçının dəlillərinə - şahid ifadələrinə münasibətdə qeyd edir ki, şahid ifadələri ilə bağ evinin təmiri üçün xərclərin çəkilməsi müəyyən olunsa da, həmin xərclərin bilavasitə xx.xx.2021-ci il tarixli “Borc” müqaviləsi üzrə əldə edilmiş vəsait olduğu müəyyən edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Həmin Məcəllənin 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 2021-ci il 23 iyul tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir və bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunubolunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli Qərarının 3.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Qərarın 3.2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Qərarın 3.3-cü bəndinə əsasən, beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Həmin Qərarın 3.4-cü bəndinə əsasən, prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Həmin Qərarın 3.14-cü bəndinə əsasən, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Həmin Qərarın 3.15-ci bəndinə əsasən, qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. Həmin Qərarın 3.16-cı bəndinə əsasən, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225, Ailə Məcəlləsinin 32 və 41.2- ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunubolunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı “ümumi mülkiyyətləri kimi tanınmış və ½ hissədə payları tanınmış Bakı şəhəri Sabunçu rayonu Nardaran qəs.Bağlar massivi 598 ünvanlı evin təmirinə xərclənmiş 80.000 manat borc məbləğinin 40.000 manatının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair” iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimə aid edilməsi məsələsinə münasibətdə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçının ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “ümumi mülkiyyətləri kimi tanınmış və ½ hissədə payları tanınmış Bakı şəhəri Sabunçu rayonu Nardaran qəs.Bağlar massivi 598 ünvanlı evin təmirinə xərclənmiş 80.000 manat borc məbləğinin 40.000 manatının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair” iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar