Məhkəmə qərarları › İş №e-2(011)-6473/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6473/2024

31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6473/2024 31.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. Cavabdeh iddiaçının qardaşının həyat yoldaşı olmuşdur. Onun qardaşı ilə nikahları məhkəmə qaydasında pozulduqdan sonra cavabdeh həmin mənzildə yaşamamış, evi tərk etmişdir. Həmin vaxtdan etibarən Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 111 ünvanında yerləşən 26 saylı mənzildən cehiz əşyalarını çıxarmamışdır.

2. Cehiz əşyaları bunlardır: 1. 1 ədəd şkaf; 2. 1 ədəd taxt; 3. 1 ədəd güzgülü termo; 4. 1 ədəd güzgülü şkaf (kamod); 5. 1 ədəd 2 qapılı servan; 6. 1 ədəd 1 qapılı servant; 7. 1 ədəd stol; 8. 6 ədəd stul; 9. 1 ədəd çılçıraq (yataq otağı üçün); 10. 1 ədəd yorğan; 11. 1 ədəd döşək; 12. 1 ədəd pərdə; 13. 1 ədəd yataq örtüyü; 14. 2 ədəd balaca şkaf (tumba); 15. 1 ədəd uşaq beşiyi; 16. 1 ədəd 80X150 sm ölçülü xalça; 17. 1 ədəd balaca sandıq; 18. 1 ədəd uşaq vannası; 19. 1 ədəd uşaq vedrəsi; 20. 1 ədəd uşaq aftafası; 21. 1 ədəd uşaq pastel dəsti (yorğan və yastıq); 22. 1 ədəd qotazlı yataq örtüyü; 23. 1 ədəd qapaqlı konfet qabı; 24. 1 ədəd balaca meyvə qabı; 25. 6 ədəd şüşə mürəbbə qabı; 26. 2 ədəd sarı-qızılı rəngli konfet qabı, 27. 1 ədəd vaz; 28. 1 ədəd qabaqlı mürəbbə qabı; 29. 1 ədəd qapaqlı şirniyyat qabı; 30. 6 ədəd rəngli stəkan (bakal); 31. 1 ədəd ağ qaşlı, qırmızı güllü su qabı və 6 ədəd stəkanı; 32. 2 ədəd şam qabı; 33. 1 ədəd su qrafini və 6 ədəd stəkanı; 34. 1 ədəd ayaqlı meyvə qabı; 35. 12 ədəd ayaqlı su stəkabı; 36. 1 ədəd qapaqlı şüşə şirniyyat qabı; 37. 1 ədəd yemək dəsti (1 ədəd supnik, 6 ədəd bulud boşqabı, 6 ədəd salat boşqabı, 6 ədəd kasa, 12 ədəd kasa qaşığı, 2 ədəd duz qabı, 1 ədəd istiot qabı, 1 ədəd salfet qabı, 1 ədəd çömçə qaşığı, 1 ədəd böyük ölçülü bulud, 1 ədəd orta ölçülü bulud, 1 ədəd balaca bulud, 1 ədəd qulplu yağ qabı); 38. 1 ədəd çay servisi ( 1 ədəd çaynik, 1 ədəd balaca qənd qabı, 1 ədəd şəkər qabı; 6 ədəd çay nəlbəkisi, 6 ədəd çay stəkanı, 6 ədəd qaşıqla birlikdə kofe stəkanı və nəlbəkisi) 39. 1 ədəd güllü meyvə qabı; 40. 1 ədəd güldan; 41. 2 ədəd bənövşəyi rəngli qazan; 42. 1 ədəd “Üolf” markalı ətçəkən maşın; 43. 1 ədəd “Eurolux” markalı ütü; 44. 2 qutu stəkan və nəlbəki dəsti; 45. 3 ədəd böyük və 4 ədəd balaca şüşə duz qabı; 46. 1 ədəd doğrama taxtası; 47. 3 ədəd sadə şüşə, yaşıl rəngli duz qabı; 48. 1 ədəd çay stəkanı; 49. 1 ədəd rəndə; 50. 1 ədəd qaşıq kəfkir dəsti; 51. 12 ədəd aş boşqabı, 12 ədəd dolma boşqabı, 6 ədəd dərin boşqab, 12 ədəd balaca boşqab, 6 ədəd kasa, 4 ədəd dərin boşqab; 52. 6 ədəd rəngli nəlbəki və 5 ədəd stəkanı; 53. 1 ədəd sadə qənd qabı; 54. 6 ədəd şüşə balaca rumka;

55. 1 ədəd tort qabı və 6 ədəd boşqabı; 56. 1 ədəd qaçıq, bıçaq dəsti (çamadanda); 57. 1 ədəd meyvə şüşə qabı; 58. 1 ədəd tərəvəz doğrayıcı; 59. 6 ədəd mürəbbə qabı, 6 ədəd stəkan və 6 ədəd nəlbəkisi; 60. 1 ədəd soğan doğrayıcı; 61. 1 ədəd bənövşəyi rəngli aş qazanı; 62. 1 ədəd bənövşəyi rəngli tava; 63. 1 ədəd bənövşəyi rəngli qazan; 64. 2 ədəd uzunsov bulud və 2 ədəd şüşə uzunsov bulud; 65. 1 ədəd qırmızı güllü şüşə tort qabı; 66. 3 ədəd mecmeyi (padnos); 67. 1 ədəd qara çaynik; 68. 1 ədəd ağ çaynik; 69. 1 ədəd xallı çaynik; 70. 1 ədəd balaca qırmızı qapaqlı qazan; 71. 1 ədəd yaşıl qulplu qazan; 72. 1 ədəd “3WAYS” markalı elektrikli samavar; 73. 1 ədəd “Eurolux” markalı şirəçəkən maşın; 74. 1 ədəd toy güzgüsü; 75. 1 ədəd çıraq; 76. 2 ədəd 9ağ və sarı rəngli) hamam dəsmalı; 77. 7 ədəd balaca dəsmal; 78. 1 ədəd süfrə; 79. 10 ədəd balaca mətbəx dəsmalı; 80. 1 ədəd qutuda qaşlı süfrə; 81. 1 ədəd pastel; 82. 2 ədəd pastel (çantada); 83. Ağ rəngli döşəkağı (prastina); 84. 1 ədəd uşaq pasteli; 85. 1 ədəd uşaq yastıq üzü; 86. 2 ədəd ipək yastıq üzü;

87. 1 ədəd tül süfrə; 88. 1 ədəd yorğan üzü; 89. 2 ədəd istifadə edilmiş pastel; 90. 4 ədəd əlüz dəsmalı; 91. 3 ədəd hamam dəsmalı;

İddiaçının tələbi:

3. Cavabdeh tərəfindən iddia ərizəsində siyahı üzrə qeyd edilən cehiz əşyalarının ona məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 111 ünvanında yerləşən 26 saylı mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən iddia ərizəsində siyahı üzrə qeyd edilən cehiz əşyalarının mənə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 111 ünvanında yerləşən 26 saylı mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cehiz əşyalarının siyahısı: 1. 1 ədəd şkaf; 2. 1 ədəd taxt; 3. 1 ədəd güzgülü termo; 4. 1 ədəd güzgülü şkaf (kamod); 5. 1 ədəd 2 qapılı servan; 6. 1 ədəd 1 qapılı servant; 7. 1 ədəd stol; 8. 6 ədəd stul; 9. 1 ədəd çılçıraq (yataq otağı üçün); 10. 1 ədəd yorğan; 11. 1 ədəd döşək; 12. 2 ədəd balış ; 13. 1 ədəd pərdə; 14. 1 ədəd yataq örtüyü; 15. 2 ədəd balaca şkaf (tumba); 16. 1 ədəd uşaq beşiyi; 17. 1 ədəd 80X150 sm ölçülü xalça; 18. 1 ədəd balaca sandıq; 19. 1 ədəd uşaq vannası; 20. 1 ədəd uşaq vedrəsi; 21. 1 ədəd uşaq aftafası; 22. 1 ədəd çəhrayı rəngli qulplu sutökücü; 23. 1 ədəd uşaq pastel dəsti (yorğan və yastıq); 24. 1 ədəd qotazlı yataq örtüyü;

25. 1 ədəd qapaqlı konfet qabı; 26. 1 ədəd balaca meyvə qabı; 27. 6 ədəd şüşə mürəbbə qabı; 28. 2 ədəd sarı-qızılı rəngli konfet qabı, 29. 1 ədəd vaz; 30. 1 ədəd qabaqlı mürəbbə qabı; 31. 1 ədəd qapaqlı şirniyyat qabı; 32. 6 ədəd rəngli stəkan (bakal); 33. 1 ədəd ağ qaşlı, qırmızı güllü su qabı və 6 ədəd stəkanı; 34. 2 ədəd şam qabı; 35. 1 ədəd su qrafini və 6 ədəd stəkanı; 36. 1 ədəd ayaqlı meyvə qabı; 37. 12 ədəd ayaqlı su stəkabı; 38. 1 ədəd qapaqlı şüşə şirniyyat qabı; 39. 1 ədəd yemək dəsti (1 ədəd supnik, 6 ədəd bulud boşqabı, 6 ədəd salat boşqabı, 6 ədəd kasa, 12 ədəd kasa qaşığı, 2 ədəd duz qabı, 1 ədəd istiot qabı, 1 ədəd salfet qabı, 1 ədəd çömçə qaşığı, 1 ədəd böyük ölçülü bulud, 1 ədəd orta ölçülü bulud, 1 ədəd balaca bulud, 1 ədəd qulplu yağ qabı); 40. 1 ədəd çay servisi ( 1 ədəd çaynik, 1 ədəd balaca qənd qabı, 1 ədəd şəkər qabı; 6 ədəd çay nəlbəkisi, 6 ədəd çay stəkanı, 6 ədəd qaşıqla birlikdə kofe stəkanı və nəlbəkisi) 41. 1 ədəd güllü meyvə qabı; 42. 1 ədəd güldan;

43. 2 ədəd bənövşəyi rəngli qazan; 44. 1 ədəd “Üolf” markalı ətçəkən maşın; 45. 1 ədəd “Eurolux” markalı ütü; 46. 1 əddə ütü masası; 47. 2 qutu stəkan və nəlbəki dəsti; 48. 3 ədəd böyük və 4 ədəd balaca şüşə duz qabı; 49. 1 ədəd doğrama taxtası; 50. 3 ədəd sadə şüşə, yaşıl rəngli duz qabı; 51. 2 ədəd xurustal çay stəkanı; 52. 1 ədəd rəndə; 53. 1 ədəd qaşıq kəfkir dəsti (kalçuk və taxta materiallı); 54. 12 ədəd aş boşqabı, 12 ədəd dolma boşqabı, 6 ədəd dərin boşqab, 12 ədəd balaca boşqab, 6 ədəd kasa, 4 ədəd dərin boşqab; 55. 6 ədəd rəngli nəlbəki və 6 ədəd stəkanı; 56. 1 ədəd xallı fincan dəsti; 57. 1 ədəd sadə, ağ rəngli fincan dəsti; 58. 1 ədəd sadə qənd qabı; 59. 6 ədəd şüşə balaca rumka; 60. 1 ədəd tort qabı və 6 ədəd boşqabı; 61. 1 ədəd qaçıq, bıçaq dəsti (çamadanda); 62. 1 ədəd meyvə şüşə qabı; 63. 1 ədəd tərəvəz doğrayıcı; 64. 6 ədəd mürəbbə qabı, 6 ədəd stəkan və 6 ədəd nəlbəkisi; 65. 1 ədəd soğan doğrayıcı; 66. 1 ədəd bənövşəyi rəngli aş qazanı; 67. 1 ədəd bənövşəyi rəngli tava; 68. 1 ədəd bənövşəyi rəngli qazan; 69. 2 ədəd uzunsov bulud və 2 ədəd şüşə uzunsov bulud; 70. 1 ədəd qırmızı güllü şüşə tort qabı; 71. 3 ədəd mecmeyi (padnos); 72. 1 ədəd qara çaynik; 73. 1 ədəd ağ çaynik; 74. 1 ədəd xallı çaynik; 75. 1 ədəd balaca qırmızı qapaqlı qazan; 76. 1 ədəd yaşıl qulplu qazan; 77. 1 ədəd “3WAYS” markalı elektrikli samavar; 78. 1 ədəd Tefal çaynik; 79. 1 ədəd “Eurolux” markalı şirəçəkən maşın;

80. 1 ədəd toy güzgüsü; 81. 1 ədəd çıraq; 82. 2 ədəd (ağ və sarı rəngli) hamam dəsmalı; 83. 10 ədəd böyük (can) dəsmalı; 84. 12 ədəd balaca dəsmal; 85. 1 ədəd süfrə; 86. 12 ədəd balaca mətbəx dəsmalı; 87. 1 ədəd qutuda qaşlı süfrə; 88. 1 ədəd pastel; 89. 2 ədəd pastel (çantada); 90. Ağ rəngli döşəkağı (prastina); 91. 3 dəst uşaq pasteli; 92. 1 ədəd uşaq yastıq üzü; 93. 2 ədəd ipək yastıq üzü; 94. 1 ədəd tül süfrə; 95. 1 ədəd yorğan üzü; 96. 2 ədəd istifadə edilmiş pastel; 97. 4 ədəd əl-üz dəsmalı; 98. 3 ədəd hamam dəsmalı;

Cavabdehin iddia tələbinə münasibəti:

5. Cavabdehlər tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

Tərəflərin izahatı:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında iddia tələbini müdafiə etmiş, iddiaçıya məxsus cehiz əşyalarının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 111 ünvanında yerləşən 26 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh öz izahatında bildirmişdir ki, tərtib edilmiş siyahı ilə razıdır, onun cehiz əşyaları həqiqətən də həmin mənzildədir və aralarında mübahisə olduğu üçün sadalanan əşyalarını ordan çıxarmaqdan imtina etmişdir. İddianın təmin edilməsinə etirazı olmadığını bildirmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. Bakı 12 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/12/2024-00185 №-li, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı nümayəndəsi (vəkili) Vəkil mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir.

9. Əmlak Məsələləri Dövlət Xdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” “Çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51.54 kv.metr olan mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.

10. Fotoşəkillər.

11. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

13. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi (AR MM): 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

17. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə tərəflərin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. (§17)

20. Eyni zamanda həmin qərarda qeyd edilir ki, “...sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz”. (§17)

21. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

22. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51.54 kv.metr olan mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınması, (§9) cavabdehin əşyalarının iddiaçıya məxsus mənzildə olması (§7) işin mübahisəsiz hallarıdır.

23. Yuxarıda qeyd edilən Konstitusiya müddəaları (§12) və beynəlxalq hüquq normaları (§13) mülkiyyət hüququnun ən üstün hüquq olaraq qorunmasını tələb edir. Yalnız xüsusi hallarda və qanunla müəyyən edilmiş qaydada, habelə dövlətin təhlükəsizliyi və ya cəmiyyətin maraqlarının qorunması, dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququ ilə bağlı mülkiyyət hüququ məhdudlaşdırıla, yaxud müsadirə edilə bilər. Hazırkı mübahisə üzrə qeyd edilən halların hər hansı biri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu halda, iddiaçı mülkiyyətində olan Mənzilini cavabdehlərdən geri tələb etməkdə haqlıdır.

24. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsində qeyd edilir ki, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. (§14) Məhkəmə araşdırması zamanı cavabdehin cehiz əşyalarını iddiaçıya məxsus mənzildən çıxarmaması, bununla da iddiaçının mülkiyyətindən səmərəli istifadə etməsinə maneəl yaratması məlum olmuşdur. Qeyd edilənlər mənzildə cavabdehə məxsus əşyaların olması, mülkiyyətçinin hüquqlarını pozması, onların qanunsuz olaraq həmin mənzildə qalmaqda davam etməsini sübuta yetirir. Odur ki, iddiaçının ona məxsus Mənzil üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin mənzildən çıxarılmalı, mənzil iddiaçıya təhvil verilməklə iddia təmin edilməlidir.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) ayrı-ayrı presedentlərində mülkiyyət hüququnun müdafiəsi ilə bağlı qəbul olunmuş ümumi mövqe, təcrübə mövcuddur. Sporronq və Lonnpot İsveçə qarşı işdə (Case of Sporrong and Lönnroth v. Sweden, 1984) AİHM göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

26. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və iddiaçının pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması üçün iddia tələbi təmin edilməlidir. Cavabdeh tərəfindən iddia cehiz əşyaları: 1 ədəd şkaf; 1 ədəd taxt; 1 ədəd güzgülü termo; 1 ədəd güzgülü şkaf (kamod); 1 ədəd 2 qapılı servan; 1 ədəd 1 qapılı servant; 1 ədəd stol; 6 ədəd stul; 1 ədəd çılçıraq (yataq otağı üçün); 1 ədəd yorğan; 1 ədəd döşək; 2 ədəd balış; 1 ədəd pərdə; 1 ədəd yataq örtüyü; 2 ədəd balaca şkaf (tumba); 1 ədəd uşaq beşiyi; 1 ədəd 80X150 sm ölçülü xalça; 1 ədəd balaca sandıq; 1 ədəd uşaq vannası; 1 ədəd uşaq vedrəsi; 1 ədəd uşaq aftafası; 1 ədəd çəhrayı rəngli qulplu sutökücü; 1 ədəd uşaq pastel dəsti (yorğan və yastıq); 1 ədəd qotazlı yataq örtüyü; 1 ədəd qapaqlı konfet qabı; 1 ədəd balaca meyvə qabı; 6 ədəd şüşə mürəbbə qabı; 2 ədəd sarı-qızılı rəngli konfet qabı; 1 ədəd vaz; 1 ədəd qabaqlı mürəbbə qabı; 1 ədəd qapaqlı şirniyyat qabı; 6 ədəd rəngli stəkan (bakal); 1 ədəd ağ qaşlı, qırmızı güllü su qabı və 6 ədəd stəkanı; 2 ədəd şam qabı; 1 ədəd su qrafini və 6 ədəd stəkanı; 1 ədəd ayaqlı meyvə qabı; 12 ədəd ayaqlı su stəkabı; 1 ədəd qapaqlı şüşə şirniyyat qabı; 1 ədəd yemək dəsti (1 ədəd supnik, 6 ədəd bulud boşqabı, 6 ədəd salat boşqabı, 6 ədəd kasa, 12 ədəd kasa qaşığı, 2 ədəd duz qabı, 1 ədəd istiot qabı, 1 ədəd salfet qabı, 1 ədəd çömçə qaşığı, 1 ədəd böyük ölçülü bulud, 1 ədəd orta ölçülü bulud, 1 ədəd balaca bulud, 1 ədəd qulplu yağ qabı); 1 ədəd çay servisi ( 1 ədəd çaynik, 1 ədəd balaca qənd qabı, 1 ədəd şəkər qabı; 6 ədəd çay nəlbəkisi, 6 ədəd çay stəkanı, 6 ədəd qaşıqla birlikdə kofe stəkanı və nəlbəkisi); 1 ədəd güllü meyvə qabı; 1 ədəd güldan; 2 ədəd bənövşəyi rəngli qazan; 1 ədəd “Üolf” markalı ətçəkən maşın; 1 ədəd “Eurolux” markalı ütü; 1 əddə ütü masası; 2 qutu stəkan və nəlbəki dəsti; 3 ədəd böyük və 4 ədəd balaca şüşə duz qabı; 1 ədəd doğrama taxtası; 3 ədəd sadə şüşə, yaşıl rəngli duz qabı; 2 ədəd xurustal çay stəkanı; 1 ədəd rəndə; 1 ədəd qaşıq kəfkir dəsti (kalçuk və taxta materiallı); 12 ədəd aş boşqabı, 12 ədəd dolma boşqabı, 6 ədəd dərin boşqab, 12 ədəd balaca boşqab, 6 ədəd kasa, 4 ədəd dərin boşqab; 6 ədəd rəngli nəlbəki və 6 ədəd stəkanı; 1 ədəd xallı fincan dəsti; 1 ədəd sadə, ağ rəngli fincan dəsti; 1 ədəd sadə qənd qabı; 6 ədəd şüşə balaca rumka; 1 ədəd tort qabı və 6 ədəd boşqabı; 1 ədəd qaçıq, bıçaq dəsti (çamadanda); 1 ədəd meyvə şüşə qabı; 1 ədəd tərəvəz doğrayıcı; 6 ədəd mürəbbə qabı, 6 ədəd stəkan və 6 ədəd nəlbəkisi; 1 ədəd soğan doğrayıcı; 1 ədəd bənövşəyi rəngli aş qazanı; 1 ədəd bənövşəyi rəngli tava; 1 ədəd bənövşəyi rəngli qazan; 2 ədəd uzunsov bulud və 2 ədəd şüşə uzunsov bulud; 1 ədəd qırmızı güllü şüşə tort qabı;. 3 ədəd mecmeyi (padnos); 1 ədəd qara çaynik; 1 ədəd ağ çaynik; 1 ədəd xallı çaynik; 1 ədəd balaca qırmızı qapaqlı qazan; 1 ədəd yaşıl qulplu qazan; 1 ədəd “3WAYS” markalı elektrikli samavar; 1 ədəd Tefal çaynik; 1 ədəd “Eurolux” markalı şirəçəkən maşın; 1 ədəd toy güzgüsü; 1 ədəd çıraq; 2 ədəd (ağ və sarı rəngli) hamam dəsmalı; 10 ədəd böyük (can) dəsmalı; 12 ədəd balaca dəsmal;. 1 ədəd süfrə; 12 ədəd balaca mətbəx dəsmalı; 1 ədəd qutuda qaşlı süfrə; 1 ədəd pastel; 2 ədəd pastel (çantada); Ağ rəngli döşəkağı (prastina); 3 dəst uşaq pasteli; 1 ədəd uşaq yastıq üzü; 2 ədəd ipək yastıq üzü; 1 ədəd tül süfrə; 1 ədəd yorğan üzü; 2 ədəd istifadə edilmiş pastel; 4 ədəd əl-üz dəsmalı; 3 ədəd hamam dəsmalı; İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 111 ünvanında yerləşən 26 saylı mənzildən çıxarılmalıdır.

Məhkəmə xərcləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

1. İddia tələbi təmin edilsin.

2. Cavabdeh tərəfindən cehiz əşyaları: 1 ədəd şkaf; 1 ədəd taxt; 1 ədəd güzgülü termo; 1 ədəd güzgülü şkaf (kamod); 1 ədəd 2 qapılı servan; 1 ədəd 1 qapılı servant; 1 ədəd stol; 6 ədəd stul; 1 ədəd çılçıraq (yataq otağı üçün); 1 ədəd yorğan; 1 ədəd döşək; 2 ədəd balış; 1 ədəd pərdə; 1 ədəd yataq örtüyü; 2 ədəd balaca şkaf (tumba); 1 ədəd uşaq beşiyi; 1 ədəd 80X150 sm ölçülü xalça; 1 ədəd balaca sandıq; 1 ədəd uşaq vannası; 1 ədəd uşaq vedrəsi; 1 ədəd uşaq aftafası; 1 ədəd çəhrayı rəngli qulplu sutökücü; 1 ədəd uşaq pastel dəsti (yorğan və yastıq); 1 ədəd qotazlı yataq örtüyü; 1 ədəd qapaqlı konfet qabı; 1 ədəd balaca meyvə qabı; 6 ədəd şüşə mürəbbə qabı; 2 ədəd sarı-qızılı rəngli konfet qabı; 1 ədəd vaz; 1 ədəd qabaqlı mürəbbə qabı; 1 ədəd qapaqlı şirniyyat qabı; 6 ədəd rəngli stəkan (bakal); 1 ədəd ağ qaşlı, qırmızı güllü su qabı və 6 ədəd stəkanı; 2 ədəd şam qabı; 1 ədəd su qrafini və 6 ədəd stəkanı; 1 ədəd ayaqlı meyvə qabı; 12 ədəd ayaqlı su stəkabı; 1 ədəd qapaqlı şüşə şirniyyat qabı; 1 ədəd yemək dəsti (1 ədəd supnik, 6 ədəd bulud boşqabı, 6 ədəd salat boşqabı, 6 ədəd kasa, 12 ədəd kasa qaşığı, 2 ədəd duz qabı, 1 ədəd istiot qabı, 1 ədəd salfet qabı, 1 ədəd çömçə qaşığı, 1 ədəd böyük ölçülü bulud, 1 ədəd orta ölçülü bulud, 1 ədəd balaca bulud, 1 ədəd qulplu yağ qabı); 1 ədəd çay servisi ( 1 ədəd çaynik, 1 ədəd balaca qənd qabı, 1 ədəd şəkər qabı; 6 ədəd çay nəlbəkisi, 6 ədəd çay stəkanı, 6 ədəd qaşıqla birlikdə kofe stəkanı və nəlbəkisi); 1 ədəd güllü meyvə qabı; 1 ədəd güldan; 2 ədəd bənövşəyi rəngli qazan; 1 ədəd “Üolf” markalı ətçəkən maşın; 1 ədəd “Eurolux” markalı ütü; 1 əddə ütü masası; 2 qutu stəkan və nəlbəki dəsti; 3 ədəd böyük və 4 ədəd balaca şüşə duz qabı; 1 ədəd doğrama taxtası; 3 ədəd sadə şüşə, yaşıl rəngli duz qabı; 2 ədəd xurustal çay stəkanı; 1 ədəd rəndə; 1 ədəd qaşıq kəfkir dəsti (kalçuk və taxta materiallı); 12 ədəd aş boşqabı, 12 ədəd dolma boşqabı, 6 ədəd dərin boşqab, 12 ədəd balaca boşqab, 6 ədəd kasa, 4 ədəd dərin boşqab; 6 ədəd rəngli nəlbəki və 6 ədəd stəkanı; 1 ədəd xallı fincan dəsti; 1 ədəd sadə, ağ rəngli fincan dəsti; 1 ədəd sadə qənd qabı; 6 ədəd şüşə balaca rumka; 1 ədəd tort qabı və 6 ədəd boşqabı; 1 ədəd qaçıq, bıçaq dəsti (çamadanda); 1 ədəd meyvə şüşə qabı; 1 ədəd tərəvəz doğrayıcı; 6 ədəd mürəbbə qabı, 6 ədəd stəkan və 6 ədəd nəlbəkisi; 1 ədəd soğan doğrayıcı; 1 ədəd bənövşəyi rəngli aş qazanı; 1 ədəd bənövşəyi rəngli tava; 1 ədəd bənövşəyi rəngli qazan; 2 ədəd uzunsov bulud və 2 ədəd şüşə uzunsov bulud; 1 ədəd qırmızı güllü şüşə tort qabı;. 3 ədəd mecmeyi (padnos); 1 ədəd qara çaynik; 1 ədəd ağ çaynik; 1 ədəd xallı çaynik; 1 ədəd balaca qırmızı qapaqlı qazan; 1 ədəd yaşıl qulplu qazan; 1 ədəd “3WAYS” markalı elektrikli samavar; 1 ədəd Tefal çaynik; 1 ədəd “Eurolux” markalı şirəçəkən maşın; 1 ədəd toy güzgüsü; 1 ədəd çıraq; 2 ədəd (ağ və sarı rəngli) hamam dəsmalı; 10 ədəd böyük (can) dəsmalı; 12 ədəd balaca dəsmal;. 1 ədəd süfrə; 12 ədəd balaca mətbəx dəsmalı; 1 ədəd qutuda qaşlı süfrə; 1 ədəd pastel; 2 ədəd pastel (çantada); Ağ rəngli döşəkağı (prastina); 3 dəst uşaq pasteli; 1 ədəd uşaq yastıq üzü; 2 ədəd ipək yastıq üzü; 1 ədəd tül süfrə; 1 ədəd yorğan üzü; 2 ədəd istifadə edilmiş pastel; 4 ədəd əl-üz dəsmalı; 3 ədəd hamam dəsmalı; İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 111 ünvanında yerləşən 26 saylı mənzildən çıxarılsın.

3. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar