Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(011)-6647/2021 18.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı ünvan 1 ünvanında yerləşən Kreditor MMC-nin borclular Borclu2 və Borclu1 qarşı “borc tələbi” nə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə əmr icraatı qaydasında baxaraq müəyyən etdi: Kreditor MMC borclular Borclu2 və Borclu1 qarşı “borc tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, kreditor ilə Borclu2 arasında bağlanmış 17 fevral 2018-ci il tarixli XQDK01212 saylı nisyə satış müqaviləsinə əsasən borcluya 999.60 manat məbləğində məişət məhsulu kreditlə nisyə satılmışdır. Kreditor ilə Borclu1 arasında bağlanmış 17 fevral 2018-ci il tarixli XQDK01212-Z saylı zaminlik müqaviləsinə əsasən Borclu1 Borclu2 nisyə satış müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Nisyə satış müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə borclular tərəfindən əməl edilməmiş, onlar kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onların kreditor qarşısında öhdəliyi yaranmışdır. Borclulara dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar öhdəliyini yerinə yetirməmişlər. Ona görə də borclulardan 395.60 manat əsas, 123.42 manat cərimə borcu olmaqla, cəmi 519.02 manat pulun və ödənilmiş 20.40 manat dövlət rüsumunun Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması xahiş olunur. İş materiallarından görünür ki, Kreditor MMC ilə Borclu2 arasında bağlanmış 17 fevral 2018-ci il tarixli XQDK01212 saylı nisyə satış müqaviləsinə əsasən alıcı Kreditor MMC-dən 999.60 manat dəyərində məişət məhsulu almışdır. Kreditor ilə Borclu1 arasında bağlanmış 17 fevral 2018-ci il tarixli XQDK01212-Z saylı zaminlik müqaviləsinə əsasən Borclu1 Borclu2 nisyə satış müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Borcluların cəmi 519.02 manat borcu vardır. Kreditor MMC tərəfindən məhkəmə əmrinin verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığının təsdiq olunduğu üçün məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdi: xx xxxxx 1993-cü ildə ünvan 2ində anadan olmuş, Xaçmaz rayonu, Ləcət kəndi ünvanında qeydiyyatda olan Borclu2 və xx xxxx 1978-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan Borclu1 müştərək qaydada 395.60 (üç yüz doxsan beş manat altmış qəpik) manat əsas, 123.42 (yüz iyirmi üç manat qırx iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 519.02 (beş yüz on doqquz manat iki qəpik) manat pul vəsaiti və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu Kreditor MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-6647/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(011)-6647/2021
18.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver