Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6699/2025 20.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi olmaqla zərərin əvəzinin ödənilməsi və öhdəliyin qoyulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh X2 qarşı – Cavabdeh MMC-dən tutulmalı olan Bakı şəhəri, Yasamal rayonu, X9 8 ünvanında yerləşən 28 saylı binanın, 1-ci girişinin, 4-cü mərtəbəsinin ümumi sahəsi 58.85 kv.m. olan 16 saylı mənzilin təmiri üçün xərclənmiş 8782 manat məbləğinin, əldən çıxmış fayda qismində 26400 manatın və 3722,89 manat dəyərində cərimə məbləğinin, mənəvi ziyana görə 10000 manatın, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 200 manatın, cəmi 49.104,89 manat dəyərində pulun 28 avqust 2019-cu il tarixli maliyyə arayışına əsasən tərəfindən cavabdehə ödənilməli olan 13000 manat məbləği ilə əvəzləşdirilməsi, qalan 36104,89 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 238 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; Cavabdeh MMC-nin üzərinə iddiaçının Bakı şəhəri,Yasamal rayonu, X9 8 ünvanında yerləşən 28 saylı binanın, 1-ci girişinin, 4-cü mərtəbəsinin ümumi sahəsi 58.85 kv.m. olan 16 saylı mənzilə görə Cavabdeh MMC-yə heç bir borcunun olmaması barədə maliyyə arayışının verilməsi öhdəliyinin qoyulması; Bakı şəhəri, Yasamal rayonu, X9 8 ünvanında yerləşən 28 saylı binanın istismara yararlı vəziyyətdə (sakinlərinin ümumi istifəsində olan sahələrinin təmir işləri, su, qaz, işıq və s. kommunal xidmətlərinin sayğacları, daxili liftlər və s. binanın fəaliyyətinin təmin edilməsi üçün lazımi olan sistemlərinin quraşdırılması daxil olmaqla) təhvil verilməsi və bununla bağlı müvafiq dövlət orqanlarına müraciət olunaraq lazımi sənədlərin əldə olunması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması; Cavabdeh MMC-nin üzərinə Bakı şəhəri,Yasamal rayonu, X9 8, bina 28, giriş 1 ünvanında yerləşən 16 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə olunması üçün müvafiq sənədlərin ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında 18 aprel 2019-cu il tarixdə çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinin tələblərinə uyğun olaraq “Podratçı” Cavabdeh MMC müqavilədə göstərilən bütün şərtləri icra edib 6 (altı) ay müddətində Bakı şəhəri, Yasamal rayonu, X9 8 ünvanında yerləşən 28 saylı binanın, 1-ci girişinin, 4-cü mərtəbəsinin ümumi sahəsi 58.85 kv.m. olan 16 saylı mənzilini daxili təmir işləri, su, elektrik, istilik xətləri, mətbəx mebelləri, avadanlıq və daxili qapılar olmaq şərti ilə iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Artıq təyin edilmiş müddətin bitməsindən (18 oktyabr 2019-cu il) uzun müddət ötməsinə baxmayaraq bu günədək mənzildə aparılan təmir işləri tamamlanmamışdır. Baş verənlərlə bağlı dəfələrlə cavabdehə iddiaçı və binanın digər sakinləri tərəfindən müraciət edilmişdir. Lakin aparılan danışıqlar zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin təsisçi heyəti arasında yaranmış pul mübahisələrinə görə şirkətin hazırkı rəhbərliyi tərəfindən binada təmir-bərpa işlərini aparmaq nəzərdə tutulmayıb. Həmçinin, Cavabdeh MMC-nin təsisçiləri qanunsuz əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və barələrində cinayət işi aparılmışdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(101)-470/2022 saylı hökmünə əsasən təsisçilərdən biri X4 Cinayət Məcəlləsinin 178.4-cü 32.4, 312.1-ci və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-cimaddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Digər təsisçi X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Beləliklə, iddiaçı cavabdeh tərəfindən mənzilinin təmir edilməyəcəyini anlamış və məcbur qalıb mənzili özü təmir etmişdir. Lakin bundan əvvəl iddiaçı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin tərtib olunması üçün "xxxx" MMC-yə müraciət etdim ki, təmir xərcləri dəyərləndirilsi və müvafiq mütəxəssis rəyi tərtib olunsun. Həmin MMC tərəfindən hazırlanan 14 iyun 2021-ci il tarixli, LP-098/21 nömrəli mütəxəssis rəyində təmirin tamamlanması üçün 8782 manat dəyərində xərcin çəkilməli lazım olduğu qeyd olunmuşdur. Beləliklə, təmirin tamamlanması üçün iddiaçının 8782 manat xərci yaranmışdır. Həmçinin, "xxxx" MMC-nin kassa mədaxil qəbzindən göründüyü kimi həmin mütəxəssis rəyinin əldə olunması üçün tərəfimdən 200 manat məbləğində pul "xxxx" MMC-yə ödənilmişdir. Nəzərinizə çatdırım ki,Cavabdeh MMC tərəfindən heç bir üzrlü səbəb olmadan mənzili təhvil verilmədiyinə görə iddiaçı mülkiyyət hüququndan məhrum edilmişdir İddiaçı bildirir ki, cavabdeh tərəfindən mənzil vaxtında təhvil verilsə idi o ən azından mənzili kirayə verib gəlir əldə edə bilərdi. 18 oktyabr 2019-cu ildən indiyədək (18 aprel 2025-ci ilədək) hesablanmış mənzilin kirayə haqqı məbləğinin əvəzi kompensasiya qismində iddiaçıya ödənilməlidir. Belə ki, həmin ərazidə 2 otaqlı mənzillərin ortalama aylıq 400 manata kirayə verildiyini nəzərə alsaq, 2019-2025-ci illər (66 ay) üçün əldən çıxmış fayda məbləği 26400 manat (66x400 manat) təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan əlavə, cavabdehlə aralarında bağlanılmış müqavilənin 9.1.2-ci bəndinin tələblərinə uyğun olaraq tikinti işlərinin müddəti pozulduqda “Podratçı hər gecikdirilmiş gün üçün ödənilən məbləğin 0,01% məbləğində cəriməni, müqavilənin ümumi dəyərinin 5,0% artıq olmamaq şərti ilə “Sifarişçi”yə ödəməlidir. Cavabdeh tərəfindən bugünədək mənzilin təmir edilib təhvil verilmədiyini nəzərə alaraq Cavabdeh MMC tərəfindən 3722,89 manat məbləğində cərimə məbləği də ödənilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh MMCnin uzun müddət sürən qanunsuz hərəkətləri nəticəsində ailədaxili bir sıra problemlər yaşamaqla birlikdə bir sıra mənəvi sarsıntılar və sağlamlığının pozulması ilə bağlı fiziki əzablar çəkmişdir. Cavabdehin qəsdən etdiyi bu hərəkətlərin qurbanı olduğunu anladığı andan sinir sistemində ciddi problemlər yaranmışdır. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində keçirtdiyim mənəvi sarsıntı və iztirablara görə 10000 manat məbləğində mənəviziyanın sonuncudan tutulması da tam məqsədə uyğundur. Cavabdeh MMC-nin 28 avqust 2019-cu il tarixli maliyyə arayışına əsasən mübahisə predmeti olan mənzilin ümumi dəyərindən iddiaçının Cavabdeh MMC-yə ümumi 13000 manat borcu vardır. Yəni, Müqavilənin 3.2-ci bəndində qeyd olunan 74457.9 manat müqavilə dəyərindən mənim cəmi 13000 manat ödənilməmiş borcu vardır. Həmin borcun cavabdehə ödənilməsi üçün iddiaçı dəfələrlə məsul şəxslərə müraciət etsə də, şirkətdə daxili maliyyə problemləri mövcud olduğuna görə heç kəs ödənişi qəbul etmək və maliyyə arayışı tərtib etmək üçün tədbir görməmişdir və borc indiyədək ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən Cavabdeh MMC tərəfindən ona ödənilməli olan məbləğlər həmin 13000 manat borc ilə əvəzləşdirilməsi və qalan məbləğin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Bundan əlavə, mənzilin yerləşdiyi bina tikilmə ərəfəsində olanda Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X9 8, bina 28, giriş 1, mənzil 16 ünvanında yerləşən mülkiyyətlə bağlı daşınmaz əmlakın dövlət reyestrinə müraciət olunaraq, hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən 17 yanvar 2018-ci il tarixliarayış əldə olunmuşdur. Lakin bina tikildikdən sonra cavabdeh mənzilə dair adına nə hüquqların qabaqcadan qeydiyyatı barədə arayışın, nə də ki dövlət reyestrindən çıxarışın alınması üçün heç bir tədbir görməmişdir. Hazırda mənzil faktiki istifadəsində olsa da, adına dövlət reyestrindən çıxarış mövcud deyil. Belə ki, mənzilin daşınmaz əmlakın dövlət reyestrində adıma qeydiyyata alınması üçün cavabdeh tərəfindən müvafiq sənədlərin təqdim olunması zərurəti vardır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı tələbi məzmununda izahat verərək bildirmişdir ki, 18 aprel 2019-cu il tarixdə çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə bağlanmışdır. Həmin müqavilənin tələblərinə uyğun olaraq “Podratçı” Cavabdeh MMC müqavilədə göstərilən bütün şərtləri icra edib 6 ay müddətində mənzilini daxili təmir işləri, su, elektrik, istilik xətləri, mətbəx mebelləri, avadanlıq və daxili qapılar olmaq şərti ilə iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Artıq təyin edilmiş müddətin bitməsindən (18 oktyabr 2019-cu il) uzun müddət ötməsinə baxmayaraq bu günədək mənzildə aparılan təmir işləri tamamlanmamışdır. Baş verənlərlə bağlı dəfələrlə cavabdehə tərəfindən müraciət edilmişdir. Lakin aparılan danışıqlar zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin təsisçi heyəti arasında yaranmış pul mübahisələrinə görə şirkətin hazırkı rəhbərliyi tərəfindən binada təmir-bərpa işlərini aparmaq nəzərdə tutulmayıb. Həmçinin, Cavabdeh MMC-nin təsisçiləri qanunsuz əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və barələrində cinayət işi aparılmışdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(101)-470/2022 saylı hökmünə əsasən təsisçilərdən biri X4 Cinayət Məcəlləsinin 178.4-cü 32.4, 312.1-ci və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-cimaddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Digər təsisçi X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Beləliklə, iddiaçı cavabdeh tərəfindən mənzilinin təmir edilməyəcəyini anlamış və məcbur qalıb mənzili özü təmir etmişdir. 2021-ci ildə mütəxəssis çağırmış mənzilin təmir bərpa üçün 8782 manat xərc hesablanmışdır, 2024-cü ilə kimi dəfələrlə müraciət edilmiş, lakin ona qarşı öhdəliklər yerinə yetirilməmişdir. İndiyə kimi həmin mənzildə yaşaya bilməmiş mənzili kirayə verə bilərdi, rəydəndə görünür ki, aylıq 400 manat kirayə haqqı ala bilərdi. İddiaçı qeyd etdi ki, mənzili şəxsən özü tərəfindən təmir edilmiş və 2024-cü ilin noyabr ayından həmin məznilə köçüb, hal-hazırda da orada yaşayır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: "Podratçı" olaraq Cavabdeh MMC ilə "Sifarişçi" olaraq İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilədən görünür ki, "Sifarişçi" bu müqaviləni əsas tutaraq sifariş edir, "Podratçı" isə Bakı şəhəri, Yasamal rayonu, X9 8 ünvanında 28 saylı bina, 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 58.86 m2 olan, 16 saylı mənzilin tikintisini öz öhdəsinə götürmüş, "Podratçı" müqavilədə göstərilən bütün şərtləri icra edib 6 (altı) ay müddətində "Sifarişçi"-yə mənzili daxili təmir işləri, su, elektrik, istilik xətləri, mətbəx mebeli, avadanlıq və daxili qapılar olmaq şərti ilə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 9.1.2-ci bəndindən görünür ki, tikinti işlərinin müddəti pozulduqda “Podratçı” hər gecikdirilmiş gün üçün ödənilən məbləğin 0,01% məbləğində cəriməni, müqavilənin ümumi dəyərinin 5,0% artıq olmamaq şərti ilə “Sifarişçi”yə ödəməlidir. "xxxx" MMC tərəfindən verilən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X9 8 ünvanında 28 saylı bina, 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 58,86 kv.m olan 16 saylı mənzilin təmirinin tamamlanması üçün tələb olunan məbləğ 8782 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilən xx.xx.2021-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, qiymətləndirmə xidməti 200 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli **********44 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən, tərəfindən 238 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı (Şəxsiyyət vəsiqəsi: AZE № 18022647, ASAN 1, xx.xx.2018. Ünvan: Bakı şəh., Nərimanov ray., Çəmənzəminli, küç., ev 127A, m5) ondan ötəri ki, o həqiqətən Bakı şəhəri, Yasamal rayonu, X9 8 ünvanında 28 saylı bina, 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 58.86 m2 olan, 16 saylı mənzilin ümumi dəyərindən Cavabdeh MMC-nə olan borcu 13000 (on üç min) manat təşkil edir. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X9 8, bina 28, giriş 1, 16 saylı mənzil xx.xx.2018-ci il tarixdən Cavabdeh MMC-nin tam mülkiyyətindədir. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçıCavabdeh MMC-yə pretenziya məktubu ünvanlayaraq, məktubun əldə olunduğu gündən 3 gün ərzində qeyd olunan tələblərin icra olunmasını, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 413088 saylı qaimədən görünür ki, pretenziya məktubu xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən əldə olunmuşdur. Caspian Experts tərəfindən verilən xx.xx.2025-ci il tarixli M25/15 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X9 8 ünvanında 28 saylı bina, 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 58.86 m2 olan, 16 saylı mənzilin 2019-2025-ci illər üzrə orta aylıq icarə dəyəri 400 manat təşkil edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-470/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü 32.4,312.1-ci və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4- cü maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə, həm də əsas cəzaya əlavə cəza birləşdirilməklə X3 qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cəza təyin edilməmiş, İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə X1 cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2020-ci il tarixdən hesablansın. X1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X4 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cəza təyin edilməsin. X6 barəsində ibtidai araşdırma zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş ürzə həbs qoyulmuş əmlakların həbsdən azad edilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Pocius Povilasın mülki iddiası qismən – ******* (üç milyon dörd yüz otuz beş min altı yüz əlli səkkiz) manat 57 qəpik maddi ziyanının ödənilməsi ilə bağlı hissədə qismən təmin edilməsi, ümumi sahəsi 377,47 kv.metr olmaqla ümumi dəyəri 490711 manat təşkil edən mənzillərin və ümumi sahəsi 599,45 kv.metr olmaqla ümumi dəyəri ******* manat təşkil edən qeyri-yaşayış sahələrinin zərərçəkmiş şəxs (mülki iddiaçı) Pocius Povilasun artıq mülkiyyətinə verilməsi nəzərə alınmaqla təmin edilmiş mülki iddia məbləğinin - ******* (üç milyon dörd yüz otuz beş min altı yüz əlli səkkiz) manat 57 qəpik maddi ziyanının ******* (bir milyon beş yüz doqquz min yeddi yüz yetmiş altı) manatı ödənilmiş kimi hesab olunması, "xxxx" MMC-nin mülkiyyətində olmuş, 13 iyun 2018-ci il tarixli B01/18 saylı barter (dəyişdirmə) müqaviləsinə əsasən 48 mənzillə dəyişdirilmiş ünvan 5 ünvanında yerləşən ərazi və tikililərdən ibarət ******* (dörd milyon səksən altı min üç yüz əlli dörd) manat dəyərində qiymətləndirilmiş əmlak kompleksi - beton və sement zavodunun (Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış Seriya MH № 0138544, reyestr № **********43-12301, qeydiyyat №**********, xx.xx.2008 və Texniki pasporta əsasən İnventar nömrəsi 11/623, xx.xx.2008) Cavabdehndən başqa digər şəxslərin adına özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulsun, həmin zavodun Cavabdeh MMC-nin adına rəsmiləşdirilməsi prosesi qanunla nəzərdə tutulmuş qaydada sona çatdırılsın, bundan sonra həmin beton və sement zavodu müvafiq qaydada satılmaqla əldə olunacaq pul vəsaitinin ******* (bir milyon doqquz yüz iyirmi beş min səkkiz yüz səksən iki) manat 57 qəpiyi mülki iddianın ödənilməmiş qalan hissəsi kimi zərərçəkmiş şəxs (mülki iddiaçı) Pocius Povilasa ödənilsin, satışdan əldə olunacaq məbləğin artıq qalan hissəsi isə Cavabdeh MMC-yə məxsus vəsait kimi sonuncunun hesabına keçirilməsi, ünvan 5 ünvanında yerləşən ərazi və tikililərdən ibarət əmlak kompleksinin - beton və sement zavodunun qanunla nəzərdə tutulmuş qaydada satıldığı vaxtda mümkün likvidliyin nəzərə alınması üçün X1 adına rəsmiləşdirilmiş Salyan rayonu, Varlı kəndində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin (JN-16117H KOD 00301016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”) üzərinə qoyulmuş həbslər iddianın təmini tədbiri kimi qüvvəsində saxlanılsın. Mümkün likvidlik riski nəzərə alınmaqla mülki iddanın təmin edilmiş hissəsinin tam ödənilməsi üçün yuxarıda qeyd olunan əmlak kompleksinin satışından əldə olunacaq vəsait kifayət etməyəcəyi halda qeyd olunan hər iki torpaq sahəsi müvafiq qaydada satılmaqla çatışmayan hissədə Pocius Povilasa ödənilsin, pul vəsaitindən artıq qalacağı halda isə həmin məbləğ X3 qaytarılsın. Əmlak kompleksinin satışından əldə olunacaq vəsait mülki iddianın təmin edilmiş hissəsinin ödənilməsinə kifayət edəcəyi halda hər iki torpaq sahəsi həbsdən azad edilməsi barədə hökm çıxarılmışdır. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2.6 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Maddə 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "Podratçı" olaraq Cavabdeh MMC ilə "Sifarişçi" olaraq İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən "Sifarişçi" bu müqaviləni əsas tutaraq sifariş edir, "Podratçı" isə Bakı şəhəri, Yasamal rayonu, X9 8 ünvanında 28 saylı bina, 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 58,86 m2 olan, 16 saylı mənzilin tikintisini öz öhdəsinə götürmüş, "Podratçı" müqavilədə göstərilən bütün şərtləri icra edib 6 (altı) ay müddətində "Sifarişçi"-yə mənzili daxili təmir işləri, su, elektrik, istilik xətləri, mətbəx mebeli, avadanlıq və daxili qapılar olmaq şərti ilə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Lakin müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş mübahisəli mənzil müqavilənin şərtlərinə uyğun olaraq, iddiaçıya təhvil verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci madəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər qismən yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh direktoru işləmiş X4 öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmiş, vəzifəli şəxs kimi rəsmi sənədlərə sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmiş, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 470/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü çıxarılmışdır. Məhkəmə iddia tələbinin “mənzilin təmiri üçün xərclənmiş 8782 manat və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 200 manatın cavabdehdən tutulmasına” dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, podratçı yəni cavabdeh tərəfindən mənzil müqavilə şərtlərinə uyğun olmadan verildiyindən, iddiaçı öz hesabına mənzilin təmir bərpa işlərini apardığından, mənzilə dair çəkdiyi təmir bərpa xərlərini cavabdehdən tələb etməkdə haqlıdır. "xxxx" MMC tərəfindən verilən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X9 8 ünvanında 28 saylı bina, 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 58,86 kv.m olan 16 saylı mənzilin təmirinin tamamlanması üçün tələb olunan məbləğ 8782 manat, mütəxəssis rəyinin alınması isə 200 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 764.1- ci maddəsinə əsasən, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda kimi 26400 manat və 3722,89 manat dəyərində cərimə məbləğinin cavabdehdən tutulmasına dair hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin məzmunundan görünür ki, mənzil 6 ay ərzində yəni xx.xx.2019-cu ildə təhvil verilməli idi, lakin müqavilənin şərtlərinin pozulması nəticəsində iddiaçı sonradan mənzili öz hesabına təmir etdirərək, 2024-cü ilin noyabr ayında həmin mənzilə köçmüşdür. Göründüyü kimi iddiaçı xx.xx.2019-cu il tarixdə 2024-cü ilin noyabr ayınadək öz əmlakından məhrum olmuşdur. Odur ki, iddiaçı Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin məhkəmə hesab edir ki, iddiaçının əmlakından məhrum olması nəticəsində ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə dəymiş ziyan iddiaçıya ödənilməli olsa belə, iddia tələbi dəymiş ziyanın həcminə görə – yəni, dəymiş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. İddiaçının əmlakından məhrum olması nəticəsində dəymiş ziyanın hesablanması üçün məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində mübahisəli mənzilin aylıq kirayə haqqı 400 manat qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının öz əmlakından məhrum olma müddəti 60 ay olduğundan dəymiş ziyanın məbləği aylıq kirayə haqqı 400 manatdan hesablanmaqla 24000 manat müəyyən edilməlidir. Dəbbə pulu əldə edilməsi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən də öz üzərinə düşən öhdəliklər tam yerinə yetirilmədiyindən iddianın 3722,89 manat dəyərində cərimə məbləğinin tutulmasına dair hissəsi təmin edilməməlidir. Məhkəmə tələbin “mənəvi ziyana görə 10000 manatın cavabdehdən tutulmasına” dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilərək, iddiaçının xeyrinə 1000 manat məbləğində mənəvi ziyanın əvəzi cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçı cavabdehin təqsirli hərəkətlərinə görə mənzilindən məhrum olmuş və umduğu vaxtda, yəni müqavilədə nəzərdə tutulan zamanda mənzilinə köçə bilməmişdir. Bu hallar da iddiaçıda narahatlıq, məyusluq hissləri doğurmuşdu ki, bunun üçün də əlavə sübutların təqdim edilməsinə ehtiyac yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır Məhkəmə hazırkı mülki işə baxarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum qərarındakı mövqeyi əsas götürür. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Habelə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Plenum Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Ümumilikdə 33982 manat cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X9 8 ünvanında 28 saylı bina, 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 58.86 m2 olan, 16 saylı mənzilin ümumi dəyərindən Cavabdeh MMC-nə olan borcu 13000 manat təşkil edir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə ödənilməli olan 13000 manat pul məbləği 33982 manat pul vəsaiti əvəzləşdirilməli, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 20982 manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə olan halda Cavabdeh MMC-nin üzərinə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X9 8 ünvanında yerləşən 28 saylı binanın, 1-ci girişinin, 4-cü mərtəbəsinin ümumi sahəsi 58.85 kv.m olan 16 saylı mənzilə görə Cavabdeh MMC-yə heç bir borcunun olmaması barədə maliyyə arayışının verilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Yasamal rayonu, X9 8 ünvanında yerləşən 28 saylı binanın istismara yararlı vəziyyətdə (sakinlərinin ümumi istifəsində olan sahələrinin təmir işləri, su, qaz, işıq və s. kommunal xidmətlərinin sayğacları, daxili liftlər və s. binanın fəaliyyətinin təmin edilməsi üçün lazımi olan sistemlərinin quraşdırılması daxil olmaqla) təhvil verilməsi və bununla bağlı müvafiq dövlət orqanlarına müraciət olunaraq lazımi sənədlərin əldə olunması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmasına” dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı ümumi bina sakinlərinin adından deyil yalnız öz mənzilinə münasibətdə tələb irəli sürə bilər. Məhkəmə iddia tələbinin “Cavabdeh MMC-nin üzərinə Bakı şəhəri,Yasamal rayonu, X9 8, bina 28, giriş 1 ünvanında yerləşən 16 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə olunması üçün müvafiq sənədlərin ona verilməsinə dair” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən müvafiq mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. Həmin Qanunun 12.1- ci maddəsinə əsasən, Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 238 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, X9 8 ünvanında yerləşən 28 saylı binanın, 1-ci girişinin, 4-cü mərtəbəsinin ümumi sahəsi 58.85 kv.m olan 16 saylı mənzilin təmiri üçün 8782 (səkkiz min yeddi yüz səksən iki) manat, əldən çıxmış fayda olaraq 24.000 (iyirmi dörd min) manat, 1.000 (min) manat məbləğində mənəvi ziyanın əvəzi, mütəxəssis rəyinin alınması üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 33.982 (otuz üç min doqquz yüz səksən iki) manat məbləğində pul məbləği 28 avqust 2019-cu il tarixli maliyyə arayışı əsasında İddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməli olan 13.000 (on üç min) manat pul məbləği ilə əvəzləşdirilsin. Bu məqsəd ilə Cavabdeh MMC-dən İddiaçı xeyrinə (33.982-13.000=) 20.982 (iyirmi min doqquz yüz səksən iki ) manat məbləğində pul tutulsun. İddia ərizəsinin verilməsinə üçün iddiaçı tərəfindən ödənilən 238 (iki yüz otuz səkkiz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin Cavabdeh MMC-nin üzərinə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X9 8 ünvanında yerləşən 28 saylı binanın, 1-ci girişinin, 4-cü mərtəbəsinin ümumi sahəsi 58.85 kv.m olan 16 saylı mənzilə görə Cavabdeh MMC-yə heç bir borcunun olmaması barədə maliyyə arayışının verilməsi öhdəliyi qoyulsun. Cavabdeh MMC-nin üzərinə Bakı şəhəri, Yasamal rayonu, X9 8, bina 28, giriş 1 ünvanında yerləşən 16 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə olunması üçün müvafiq sənədlərin İddiaçı təqdim olunması öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-6699/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6699/2025
20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver