Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6702/2022 05.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan 26 iyul 2010-cu ildə doğulmuş qızı X2 və 16 noyabr 2012-ci ildə doğulmuş qızı X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində 600 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər 03 fevral 2010-cu il tarixdə Moskva şəhərində rəsmi nikaha daxil olmuşdurlar, birgə nikahdan 26 iyul 2010-cu ildə X2, 16 noyabr 2012-ci ildə X3 anadan olmuşdur, ailə münasibətləri pozulduğuna görə Moskva şəhəri, Cənubi Çertanova rayonu 227 sahə məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qərarı ilə nikah pozulmuşdur, nikah pozulan zaman uşaqlar cavabdehin razılığı ilə iddiaçının yanında saxlanılmışdır, tərəflər uşaqların saxlanması üçün aliment ödənilməsi barədə şifahi olaraq razılığa gəlsələr də cavabdeh nikah pozulandan bu günə kimi aliment verməmişdir, ilkin mediasiya sessiyasında iştirak etmişdir, iddiaçıda olan məlumata əsasən, cavabdeh müxtəlif yerlərdə işləyir, onun kifayət qədər gəliri olur, uşaqlar həmişə iddiaçının yanında qalmış, onları o tərbiyə etmişdir, hazırda da iddiaçı ilə birlikdə yaşayırlar, uşaqların saxlanmaları üçün hər ay ən azı hər bir uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat vəsait xərclənir, himayəsində olan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 600 manat alimentin tutularaq iddiaçıya ödənilməsi ədalətli və qanuna uyğun olardı. Sonda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı № 498764 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 24 iyul 2010cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2010-ci il tarixdə 2858 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdir. İş materiallarında olan AZ-İİİ seriyalı № 011054 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 16 noyabr 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2012-ci il tarixdə 4446 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/9-00350 saylı “İlkin mediasiya iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişdirlər, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 AZN məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan notariat qaydada təsdiq və tərcümə olunmuş İV-MYU seriyalı, 742701 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikah Moskva ş., Cənubi Çertanovo 227 sahə məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qərarına əsasən xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin fevral ayının 3-cü günündə 193 № ilə qeyd edilmişdir, nikah pozulduqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan Cavabdeh 2 saylı Bakı ASAN xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu N.M.Səmədovun imzasının həqiqiliyini təsdiq etdiyi 06 noyabr 2015-ci il tarixli ərizəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh, İddiaçı ilə nikahının pozulmasına, boşanmağa razıdır, nikah pozulduqdan sonra azyaşlı qızları 24 iyul 2010-cu il təvəllüdlü X2 və 16 noyabr 2012-ci il təvəllüdlü X1 anaları ilə daimi yaşamalarına razıdır və heç bir etirazı yoxdur. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır, xx.xx.2020ci il tarixdən vergi ödəyicisi kimi qeydə alınmışdır (fəaliyyət istiqaməti: şəxsi maşınların sürücü ilə icarəsi), cari işəgötürəni “X4”, vəzifəsi administrator, əmək haqqı 200 manatdır, qaçqınlıq statusu yoxdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan 24 iyul 2010-cu il təvəllüdlü X2 və 16 noyabr 2012-ci il təvəllüdlü X3 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır, uşaqlar hazırda ananın – iddiaçının himayəsindədir, onlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşür, iddiaçı Rusiya Federasiyası vətəndaşıdır, cavabdeh uşaqların saxlanması xərclərində iştirak etmir, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur, cavabdeh vergi ödəyicisi kimi qeydə alınmışdır, fəaliyyət istiqaməti şəxsi maşınların sürücü ilə icarəsidir, onun adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Bununla belə, uşaqların saxlanılmasına görə cavabdehdən alimentin tutulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə hesab edir ki, bu zaman tərəflərin ailə vəziyyəti, uşaqların saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olması, uşaqların mənafeyinin müdafiəsi zəruriliyi, onların yaşları, cavabdehin maddi və əmlak vəziyyəti (adına daşınar və daşınmaz əmlak olmaması, əmək haqqının həcmi, peşəsi, vergi ödəyicisi kimi qeydə alınması, fəaliyyəti və s.), uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu və diqqətəlayiq digər hallar, habelə iddiaçının alimentin sabit pul məbləğində tutulması barədə xahişi nəzərə alınmalı və aliment sabit pul məbləğində, miqdarı isə hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat həddində müəyyən edilməlidir. Alimentin sabit pul məbləğində təyin olunmasını istisna edən, həmçinin aliment məbləğinin daha çox miqdarda müəyyən edilməsini mümkün edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Alimentin tutulması vaxtına münasibətdə məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, alimentin tutulma müddəti də iddia ərizəsinin məhkəməyə verildiyi həmin tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 440.2-ci maddəsinə əsasən, məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 443-cü maddəsinə əsasən, aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda (m.443.0.1) və nikahın pozulması işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda və ya ər-arvaddan heç olmazsa biri Azərbaycan Respublikasının vətəndaşı olduqda (m.443.0.9) Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır....Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-сi il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 24 iyul 2010-cu il təvəllüdlü X2 və 16 noyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı (MAMEDOVA NAİLİA) ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı aliment alınması barədə iddia üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan, cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti olaraq bir il ərzində ödəniləcək alimentin məbləği 1000 manatdan artıq (386 x 12 ay = 4632 manat) olduğundan, cavabdehdən dövlət mədaxilinə 66,32 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarda dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 24 iyul 2010-cu il təvəllüdlü X2 və 16 noyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 66 (altmış altı) manat 32 (otuz iki) qəpik məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6702/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6702/2022
05.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver