Məhkəmə qərarları › İş №e-2(011)-6740/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6740/2022

11.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6740/2022 11.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müçtərək qaydada 122,91 manat məbləğində pul, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərcinin, cəmi 153,31 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, Şərifzadə küçəsində baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh2 məxsusu lakin, Cavabdeh1 etibarnamə ilə idarə etdiyi “Ford Fusion” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də “avtokasko” risklərindən qismən sığortalanmış “Chevrolet Cruze” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Yasamal RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı elektron qərara əsasən Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikasının İXM-nin 469.3-cü və 327.1-ci maddələri ilə 50 manat məbləğində inzibati cərimə edilmişdir. İddiaçı tərəfindən “Chevrolet Cruze” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 100 manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra qismən sığorta qaydasında 122,91 məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığorta üzrə xx.xx.2021-ci il tarixli **********21saylı sığorta şəhadətnaməsinin və xx.xx.2022-ci il tarixli, 1562/22 saylı sığorta aktının surətlərindən müəyyən olunur ki, “Chevrolet Cruze” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 100 manat azadolma məbləği müəyyən edilməklə 6300 manat sığortalanmışdır. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədəkdir. İddia əzrizəsinə əlavə edilmiş Yasamal RPİ DYPŞ tərəfindən tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərruatları barədə arayış”dan və xx.xx.2021-ci il tarixli, ƏN-V 636586 saylı etibarnamənin surətindən müəyyən olunur ki, “Chevrolet Cruze” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur və idrəetmə hüququna dair etibarnamə ilə Cavabdeh1 istifadəsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş əmlakın qiymətləndirilməsinə dair aktdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Cruze” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə 460 manat məbləğində ziyan dəymişdir. xx.xx.2022-ci il tarixli, 1562/22 saylı sığorta surətlərindən müəyyən olunur ki, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 460 manat müəyyən edilmişdir, sığortaçının zərər məbləğindəki payı 48,46% olduğu üçün sığortaçıya ödənilməli məbləğ 222,91 manat hesablanmışdır. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən müəyyən olunur ki, dəymiş zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən 122,91 manat məbləğində sığorta ödənişi həyata keçırılmişdir. İddia ərizəsinə əlavə edilmiş saytdan çıxarışdan göründüyü kimi, Cavabdeh2 məxsus olan Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “Ford Fusion” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadısəsi baş verən anda mövcud deyil. xx.xx.2022-ci il tarixli, BS-S-22-4559 saylı geriyə tələb məktubundan görünür ki, iddiaçı tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 122,91 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində cavabdehlərdən müştərək qaydada tutularaq geri ödənilməsi tələb edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada bildiriş göndərilsə də, onlar iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişlər. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli 1562/2022 nömrəli sığorta ödənişi ilə bağlı aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Ford Fusion” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə olunarkən “Chevrolet Cruze” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə 460 manat məbləğində maddi ziyan vurmuşdur. Sığortaçının zərər məbləğindəki payı 48,46% yəni 222,91 manat və çıxılmış şərtsiz azadolma məbləği 100 manat olduğundan, "xxxx" ASC tərəfindən sığorta ödəniş məbləği 122,91 manat hesablanmışdır. xx.xx.2021-ci il tarixli sığorta şəhadətnaməsinin surətinnən görünür ki, “Chevrolet Cruze” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müqavilə ilə sığortalanmışdır. xx.xx.2022-ci il tarixli **********21 nomrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 122,91 manat məbləğində sığorta ödənişi X1 ödənilmişdir. **********21 saylı dəymiş zərərin qiymətləndirilməsinə dair aktdan görünür ki, “Chevrolet Cruze” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə yekun olaraq 460 manat zərər dəymişdir. xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 barəsində İXM-nin 327.1 və 469.3-cü maddələri ilə protokol yazılmış və qərar qəbul edilərək cərimələnmişdir. BD seriyalı 119723 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Cruze” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. AE seriyalı 136173 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Ford Fusion” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dır. xx.xx.2021-ci il tarixli etbarnaməsi ilə Cavabdeh2 “Ford Fusion” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək səlahiyyətlərini Cavabdeh1 etibar etmişdir. "xxxx" ASC xx.xx.2022-ci il tarixli BS-S-22/4559 nömrəli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2022-ci tarixdə Yasamal rayonu, Şərifzadə küçəsində baç vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh2 məxsus olan Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “Ford Fusion” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də “avtokasko” risklərindən qismən sığortalanmış “Chevrolet Cruze” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Yasamal rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı elektron qərara əsasən Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 469.3cü və 327.1-ci maddələri ilə 50 manat məbləğində inzibati cərimə olunmuşdur. "xxxx" ASC tərəfindən “Chevrolet Cruze” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 100 manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra qismən sığorta qaydasında 122,91 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. "xxxx" ASC zərərin aradan qaldırılması üçün ödədiyi 122,91 manat məbləğində sığorta ödənişini cavabdehlərdən tələb etmiş və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barəsində xəbərdarlıq olunmuşdur. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, “Ford Fusion” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə idarə edilərkən, “Chevrolet Cruze” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-nə keçmişdir. Müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə “Ford Fusion” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə olunarkən “Chevrolet Cruze” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 qanunvericiliyin tələbini pozaraq AR İnzibati Xətalar Məcəlləsinin 469.3-cü və 327.1-ci maddəsi ilə 50 manat məbləğində inzibati cərimə olunmuşdur. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Chevrolet Cruze” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə 460 manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra zərərçəkən “Chevrolet Cruze” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 100 manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra qismən sığorta qaydasında 122,91 manat manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarından aydın olur ki, “Ford Fusion” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən deyil, Cavabdeh1 tərəfindən idarə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanundan görünür ki, “mülkiyyət hüququ ilə” və “digər qanuni əsasla” ifadələri arasında “və” deyil, “və ya” bağlayıcısından istifadə olunmuşdur. Ona görə də həm mülkiyyətçi, həm də digər qanuni sahib birgə məsuliyyət daşıya bilməzlər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 122,91 manat məbləğində pul vəsaiti "xxxx" ASC ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumuvə dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 122,91 (yüz iyirmi iki manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı Cavabdeh1 iddiaçı "xxxx" ASCnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar