Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6793/2023 05.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – Kreditor MMC-nin məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Kreditor borcludan 27 mart 2022-ci il tarixli, ZBK6168252 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1066 manat əsas borc, 21 avqust 2022-ci il tarixli, ZBK6169126 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1369 manat əsas borc və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2450 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçınn hesabına ödənilməs barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, məhkəmə əmrinin çıxarılmasından imtina edilməlidir. Belə ki, kreditor ərizəsində borclu ilə aralarında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli nisyə-alqı satqı müqavilələri əsasında borclu tərəfindən alınmış avadanlıqlar üçün qalıq borcun ödənilməsi barədə tələb irəli sürsə də, tələbini əsaslandırdığı sənədləri – avadanlıqların borcluya təhvil verilməsi barədə sənədləri (təhvil-təslim aktı) və əşyanını ödənilməsi ilə bağlı hesabdan çıxarış məlumatlarını ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Yenə həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, kreditor ərizəsinə tələbini əsaslandırdığı sənədləri əlavə etmədiyindən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 150-152-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Kreditor MMC-nin Borclu qarşı qarşı borcun tutulması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Kreditora izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməsi həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-6793/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6793/2023
05.09.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver