Məhkəmə qərarları › İş №e-2(011)-6850/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6850/2021

27.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6850/2021 27.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Tələbkar ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Tələbkar MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu kreditor Tələbkar MMCnin xeyrinə 623 manat borc məbləği, 70 manat cərimə və 20 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 713 manat pulun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tələb Borclu 24.06.2020-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə 623 manat məbləğində qalıq borcun və 70 manat cərimə borcunun alınaraq kreditor Tələbkar MMC-yə ödənilməsi barədədir, tələbin əsasını cavabdehlə Vorld Telekom-un müdiri X1 (VÖEN:**********) arasında 24.06.2020-ci il tarixində bağlanmış nisyə alqı-satqı müqaviləsi təşkil edir, həmin müqavilənin predmeti “Huawei P Smart Z (ABC)” markalı əşyanın alıcıya verilməsindən, alıcının isə əşyanı qəbul edib əvəzində bu müqavilənin şərtlərini yerinə yetirməsindən ibarətdir, müqavilənin 7.3-cü bəndinə əsasən, bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilə bilər, həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, tərəflərin məhkəməyə müraciət etmək hüququ var. Lakin buna baxmayaraq, ərizə və ona əlavə olunmuş sənədlərdən, kreditorun pretenziya qaydasına əməl etməsi görünmür. Belə olan halda məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər işin əmr icraatı qaydasında baxılaraq məhkəmə əmri çıxarılması üçün yetərli hesab oluna bilməz və buna görə də ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd edilənlərlə bərabər, məhkəmə nəzərinizə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən, məhkəmə vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtınn itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268, 276 və 279-cu maddələrini rəhbər tutaraq qərara aldı: Tələbkar MMC-nin “Borclu kreditor Tələbkar MMC-nin xeyrinə 623 manat borc məbləği, 70 manat cərimə və 20 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 713 manat pulun tutulması barədə məhkəmə əmrinin çıxarılmasına” dair ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar