Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-688/2024 09.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən onun xeyrinə anasının və atasının faciəvi surətdə ölmümünə görə 50.000 (əlli min) manat məbləğində mənəvi ziyana görə kompensasiyanın və ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının 17 yaşında ona qəfil anasının və atasının ölüm xəbəri gəlmişdir. O, dərhal evə gəlmiş və gördüyü mənzərə qarşısında çaş-baş qalmışdır. Ata və anasının cansız bədənləri otaqda yerə uzadılmış vəziyyətdə idi. Həmin vaxtı evə təcili tibbi yardım maşını gəlmişdir və həkimlər ona ana və atasının keçindiyini demişlər. Evdə olan bacısı ona ana və atasının dəm qazından zəhərləndiklərini söyləmişdir. Ata və anasının məcburi köçkün həyatı yaşaması, Kəlbəcər rayonundan gəlib Tərtər rayonunda məskunlaşmaları - bütün bunların ağrıacısı bir yana, uşaqlıqdan çəkdiyi mənəvi sarsıntı və iztirabları daha da artırdı. Belə ki, X7 və X11 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə ittiham elan edilmişdir ki, onlar X20 sahəsində işlədikləri müddətdə vəzifəli şəxslər olmaqla, işə laqeyd münasibət göstərib, öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməklə ehtiyatsızlıqdan onun valideynlərinin ölümünə səbəb olmuşlar. Belə ki, verilmiş ittihamda göstərilmişdir ki, X3 Qaz İstismarı Sahəsində 1 saylı yaşayış sahələrində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin rəisi işləyən, X20 Sahəsinin rəisinin xx.xx.2011-ci il tarixli əmri ilə 1 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin rəisi təyin edilərək vəzifəli şəxs olmaqla işlədiyi dövrdə işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini X20 Sahəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli Cavabdeh X5 istismarı sahəsinin 1 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin rəisi təyin edilərək vəzifəli şəxs olmaqla, işlədiyi dövrdə işə laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini-X20 Sahəsi rəis tərəfindən təsdiq edilmiş 01 noyabr 2011-ci il tarixli “X6 Tərtər” qaz istismarı Sahəsinin 1 saylı yaşayış yerlərində qaz xəttlərinə və məişət qaz cihazlarına nəzarət xidməti rəisinin vəzifə “Təlimatın” da göstərilən istismarda olan bina daxili qaz xətlərinin və avadanlıqlarının texniki vəziyyətinə nəzarət etmək, qaz yanacağı istifadəsindən təhlükə yaranacağını aşkar etdikdə qaz təchizatını dayandırmaq və akt tərtib etmək, abonentlərin mənzillərində olan qaz avadanlıqlarına müəyyən edilmiş qaydada və müddətlərdə texniki baxışların keçiriləməsini təşkil etmək, istehlakçı tərəfindən texniki qaydaların pozulması faaktları aşkar edildikdə təbii qazın verilişini dayandırmaq, bu faktı müəyyən edilmiş qaydada sənədləşdirmək, tabeçiliyində olan işçi heyətin fəaliyyətini təşkil etmək, istiqamətləndirmək və rəhbərlik etmək kimi xidmət rəisinin vəzifə funksiyalarını yerinə yetirməmiş, ünvan 1 ünvanında həyətdə yerləşən hamam otağının qazla işləyən su qızdırıcı quraşdırılmış duş otağının içəri açılan giriş qapısının aşağı hissəsində hava axınıın təmin edilməsi üçün aralıq və dəliklər olmadığı, nəfəsliyi dəmir lövhə ilə bağlanmaqla ventilyasiya sistemi ilə təmin edilmədiyi, tüstü bacasının kip qoşulmadığı, tüstü borusunun nəfəslikdən çölə çıxan ucu aşağıya doğru maili olmaqla, heç bir yerə bərkidilmədiyi, hamam otağı və hamamda quraşdırılmış qazla işləyən su qızdırıcının tüstü bacasının vəziyyəti, eləcə də hamam otağı və hamamda quraşdırılmış qazla işləyən suqızdırıcının tüstü bacasının 26 iyun 1979-cu il tarixli “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş ”Qazdan istifadə qaydalarının” normativ tələblərinə uyğun olmadığı şəraitdə suqızdırıcı cihazdan istifadə olunmasına dair tabeçiliyində olan işçi heyət tərəfindən tərtib edilmiş 17 may 2013-cü il və 08 oktyabr 2013-cü il tarixli “Daxili qaz avadanlığına texniki baxış profilaktiki xidmət işlərinin keçirilməsi haqqında” aktlarda ünvan 1 ünvanında texniki baxış keçirilərkən vanna otağında nəfəslik olmadığı üçün qaz təminatının dayandırılması və abonentin təlimatlandırılması barədə ona məlumat verildiyi halda, hadisənin baş verməsinə texniki səbəb olmuş təhlükəli şəraitdə qaz avadanlığından istifadə edilməsinin qarşısının alınması üçün normativ aktların tələblərinə uyğun tədbilərin görülməsini (su qızdırıcının qaz xəttinin şəbəkədən açılmaqla tıxacla bağlanması və plomblanmasını) təmin etməyərək 26 iyun 1979-cu il tarixli “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının” 3.79, 3.81, 3.96, 9.239, 9.241-ci bəndlərinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 3.1.5-ci bəndinin tələblərini yerinə yetirməməsi ilə səbəbli əlaqədə olan xx.xx.2013-cü il tarixdə, saat 23 radələrində X19 və X8 hamamda çimərkən tənəffüs yolu ilə daxil olmuş dəm qazı (CO) ilə letal dozada zəhərlənmələri, qan tipli (hemoqlobinotrop) asfiksiya, tənəffüs mərkəzinin iflic olması, dəm qazı ilə qanın zəhərlənməsi şəraitində hər iki şəxsin ehtiyyatsızlıqdan ölümlərinə səbəb olan səhkənkarlıq cinayət əməlini törətmişdir. Tərtər rayon məhkəməsinin 1(61)-18/2014 saylı, 03 aprel 2014-cü il tarixli hökmünə əsasən X7 və X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək hər biri ayrı - ayrılıqda 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarda təçkilatı sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Tərtər rayon məhkəməsinin 1(61)-18/2014 saylı, 03 aprel 2014-cü il tarixli hökmü qanuni qüvvəyə minmiş və hökm icraya yönəldilmişdir. Bu baş vermiş hadisə ilə əlaqədar cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə X20 İdarəsinin əməkdaşlarının-Cavabdeh əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz və hüquqa zidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində atası və anasının eyni gündə faciəvi surətdə ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır. İddiaçının nümayəndəsi və və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli ölüm haqqına şəhadətnamədən görünür ki, X19 xx.xx.2013-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü ildə 148 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli ölüm haqqına şəhadətnamədən görünür ki, X16 xx.xx.2013-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü ildə 149 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tərtər rayon İcra Qrupu tərəfindən Tərtər Rayon Məhkəməsinin sədrinə ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, X15 barəsində olan Tərtər rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(61)-18/2014 saylı hökmü Tərtər rayon icra qrupunun icraatına qəbul edilərək icraya yönəldilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tərtər rayon İcra Qrupu tərəfindən Tərtər Rayon Məhkəməsinin sədrinə ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, X7 barəsində olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(61)-18/2014 saylı hökmü Tərtər rayon icra qrupunun icraatına qəbul edilərək icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının Əsrik kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı valideynləri 1993-cü il aprel ayında Kəlbəcər rayonunun işğal olunması nəticəsində məcburi köçkün düşmüşlər. Həmin vaxtdan etibarən vəfat edənə qədər mücəqqəti olaraq Tərtər rayonunda məskunlaşmışlar. İddiaçı atası X19 və anası X8 xx.xx.2013-cü ildə vəfat etmələri qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(61)-18/2014 saylı hökmü ilə X7 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında təşkilati sərəncamverici vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası və X15 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında təşkilati sərəncamverici vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün ilk növbədə cavabdehin işçilərinin iddiaçının ailə üzvlərinin ölümündə təqsirli olub-olmamaqları, habelə cavabdehin öz işçisilərinin hərəkətinə görə məsuliyyət daşıyıb-daşımaması araşdırılaraq hüquqi qiymət verilməlidir. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdeh təşkilatın X20 Sahəsinində 1 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cıhazlarına nəzarət xidmətinin rəisi X4 və X20 Sahəsinində 1 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cıhazlarına nəzarət xidmətində 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər X9 əməllərinin qanuna zidd olması, cinayətin baş verməsində onların təqsirli olması, habelə onların əməlləri nəticəsində iddiaçının ailə üzvlərinin ölməsi iş materialları ilə öz təsdiqini tapır. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının ailə üzvlərinin ölməsində cavabdeh təşkilatın işçilərinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilir. Cinayət qanunu ilə qadağan edilmiş əməllərlə yanaşı mülki hüquq pozuntusu törətmiş X4 və X9 hərəkətlərinə görə cavabdeh təşkilatın məsuliyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar isə Mülki Məcəllənin qeyd edilən 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəaya əsasən hüquqi və ya fiziki şəxsin öz işçsinin törətdiyi deliktə görə məsuliyyət daşıması üçün əsasən iki şərt tələb olunur: birinci, deilikt törətmiş şəxs hüquqi və ya fiziki şəxsin işçisi olmalıdır. Mülki Məcəllənin 1099.1-ci maddəsinin mənası baxımından işçinin dairəsi Mülki Məcəllənin 1099.2-ci maddəsində (işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun) göstərilmişdir. İkincisi, delikt işçinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı törədilməlidir. X4 və X9 cavabdeh təşkilatın işçiləri olması işin mübahisəsiz halıdır. X1 və X9 əmək vəzifələrinin icrası zamanı törətməsi qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçilərinin təqsirindən iddiaçının ailə üzvləri ölmüşdür. Şübhəsiz ki, ailə üzvlərinin itirilməsi iddiaçıda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin işçilərinin təqsirli hərəkətləri ilə iddiaçının ailə üzvlərinin ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 50.000 manat pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəməklə əlavə xərc çəkdiyindən iddia tələbi ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də əsaslı olduğundan iddia tələbi o hissədə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. X2 və X8 vəfatı ilə əlaqədar İddiaçı dəymiş mənəvi zərərə görə 50.000 (əlli min) manat pul məbləği Cavabdehndən tutularaq İddiaçı ödənilsin. 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-688/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-688/2024
09.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver