Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(011)-6898/2020 20.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə ünvan 1 ünvanında yerləşən kreditor Tələbkar MMC-nin Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə əmr icraatı qaydasında baxaraq müəyyən etdi: Kreditor Tələbkar MMC Borclu qarşı “borc tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu Tələbkar MMC-dən xx xxxx 2019-cu il tarixli WTCN-001260 saylı və xx xxxxxx 2019-cu il tarixli WTCN-006975 saylı alğı-satqı müqavilələrinə əsasən kredit yolu ilə dəyəri 714 manat olan X1 7 4/64 markalı mobil telefonu və dəyəri 528 manat olan Samsung A305 32 DS markalı mobil telefonu almışdır. Borclunun xx xxxx 2019 və xx xxxxxx 2019-cu il tarixlərdən başlayaraq hər ayın 23-ü və 23-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 34 manat və 44 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 694 manatı və 528 manatı ödəməmişdir. Ona görə də borcludan 694 manat və 528 manat əsas, 20 manat dövlət rüsumunun, cəmi 1.242 manat pulun Tələbkar MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması xahiş olunur. İş materiallarından görünür ki, kreditor Tələbkar MMC ilə Borclu arasında bağlanmış xx xxxx 2019-cu il tarixli WTCN-001260 saylı və xx xxxxxx 2019-cu il tarixli WTCN-006975 saylı alğı-satqı müqavilələrinə əsasən alıcı Tələbkar MMC-dən 528 manat və 714 manat dəyərində mobil telefonlar almışdır. Borclunun 1.222 manat borcu vardır. Kreditor Tələbkar MMC tərəfindən məhkəmə əmrinin verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor Tələbkar MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığının təsdiq olunduğu üçün məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdi: xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 103 saylı evin 109 saylı mənzilində qeydiyyatda olan Borclu 1.222 (bir min iki yüz iyirmi iki) manat əsas və 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 1.242 (bir min iki yüz qırx iki) manat pul vəsaiti Tələbkar MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-6898/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(011)-6898/2020
20.11.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver