Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6955/2022 21.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-3299/2019 saylı qətnaməsi ilə 21 sentyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı tutulan alimentin miqdarının dəyişdirilərək, 250 (iki yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər 19 iyul 2018-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşdurlar, birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X12 doğulmuşdur, Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(009)-225/2021 saylı qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan olan azyaşlı uşaq anası X3 himayəsində saxlanılmışdır, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-3299/2019 saylı qətnaməsi ilə iddiaçıdan 12 noyabr 2019-cu il tarixdən başlayaraq, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün bütün növ qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir, iddiaçı cavabdehlə nikahı pozulduqdan sonra yeni nikaha daxil olmuşdur, belə ki, 2022-ci ilin may ayında X7 ilə rəsmi nikaha girərək ailə qurmuşdur, yeni nikahdan 15 iyul 2022-ci il tarixdə X14 doğulmuşdur, göründüyü kimi, birinci nikahdan anadan olmuş X1 üçün məhkəmə qaydasında aliment müəyyən edildikdən sonra iddiaçının alə vəziyyətində dəyişiklik olmuşdur, yəni yeni ailə qurmuş və həmin nikahdan övladı doğulmuşdur, bu dəyişiklik onun maddi vəziyyətində də fərqli durum yaratmış, qaçılmaz maddi xərcləri artmışdır, ailənin bütün sosial qayğıları, dolanışıq, sağlamlıq xərcləri, yeni doğulmuş uşağın maddi rifahının təmin olunması və s. xərclər iddiaçının üzərindədir, qətnaməyə müvafiq olaraq hər ay iddiaçının qazancından orta hesabla 500 manat civarında aliment tutulur, nəzərə alınmalıdır ki, əvvəlki nikahdan doğulmuş uşağın maddi təminata ehtiyacı olduğu kimi, yeni nikahdan doğulmuş uşağa münasibətdə də iddiaçı tərəfindən maddi xərclər çəkilir, hər iki uşağa münasibətdə çəkilən maddi xərclər uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan təxminən 2-3 dəfə çox olduqda ailənin sosial xarakterli digər qayğılarını qarşılamaq olduqca çətin olur, iddiaçı ailədə qazanc gətirən yeganə şəxsdir, hazırkı iş üzrə cavabdeh uşaqlarla haqqı ödənilən fərdi tədrislə məşğuldur, iddiaçı özü də xəstədir, səhhətində problemlər var, o, əməliyyat olunmuşdur. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə rəsmi nikahda olmuş, daha sonra nikahları pozulmuşdur, birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X12 adlı uşaqları doğulmuşdur, qızı öz himayəsindədir, onun saxlanması üçün iddiaçıdan aliment tutulmuşdur, qızı xəstədir, həm boğaz-burun əməliyyatı olunmalıdır, onun bağırsaqlarında da problemləri var, bu barədə sənədlər, arayışlar da iş materiallarına əlavə olunub, özü anası ilə yaşayır, maddi vəziyyəti çox aşağıdır, uşağı azyaşlıdır, bu səbəbdən özü işləmir, iddiaçı tərəfindən verilən alimentlə heç uşağın müalicəsini edə bilmir, onun dərmanlarını çətinliklə alır, lakin digər tələbatlarını – paltar və s. ödəyə bilmir, iddiaçının isə imkanı yaxşıdır, onun evi, maşını var, uşağına baxmaqdan boyun qaçırdır, iddiaçı əməliyyat olunmuşdur, bunu bilir, lakin hazırda onun vəziyyəti, səhhəti yaxşıdır, hər hansı problemi yoxdur. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 3299/2019 nömrəli xx.xx.2019-cu il tarixli Qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı 12 noyabr 2019-cu il tarixdən başlayaraq, 21 sentyabr 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bütün növ qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, məhkəmə iclasında izahatıalınmış İddiaçı öz izahatında göstərmişdir ki, o , “X16” MMC-yə fəhlə işləyir, əmək haqqı 1000-1500 manat təşkil edir, həqiqətən uşaq anadan olandan maddi köməklik göstərməmişdir, lakin əmək haqqının ¼ hissəsi həddinə aliment tutulmasına etiraz etmir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-255/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə X10 arasında 19 iyul 2018-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət mərkəzi”nin Qeydiyyat şöbəsində bağlanmış və 1551 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 21 sentyabr 2019-cu il təvəllüdlü X6 anası X3 himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 370088 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X10 arasında bağlanmış nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən çıxarışın surətindən görünür ki, İddiaçı və X8 arasında nikah bağlanmışdır, nikah akt qeydinin tarixi xx.xx.2022ci il, aktın nömrəsi 1627-dir. İş materiallarında olan İİ-AYA seriyalı 536343 №-li doğum haqqında şəhadətnamənin notariat qaydada tərcümə olunmuş surətindən görünür ki, X14 15 iyul 2022-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur, atası İddiaçı, anası X2. İş materiallarında olan “Caspian Marine Services B.V.” və İddiaçı arasında bağlanmış 26 fevral 2020-ci il tarixli 1124 saylı əmək müqaviləsinə Dəyişiklik haqqında 2 saylı sazişin surətindən görünür ki, işçinin əmək haqqı vergilər və digər məcburi tutulmalar daxil olmaqla 1887 manat məbləğində təyin edilir, saziş 01 aprel 2021-ci il tarixdən qüvvəyə minir. İş materiallarında olan “Caspian Marine Services B.V.” tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli Arayışın surətindən görünür ki, İddiaçı “Caspian Marine Services B.V.” şirkətində çalışdığı müdət ərzində 2(009)-3299/2019-010 nömrəli icra sənədinə əsasən, xx.xx.2020-ci il tarixdə 1787,59, xx.xx.2020-ci il tarixdə 800, xx.xx.2020-ci il tarixdə 545,30, xx.xx.2020-ci il tarixdə 423,25, xx.xx.2020-ci il tarixdə 426,72, xx.xx.2020-ci il tarixdə 515,75, xx.xx.2020-ci il tarixdə 707,20, xx.xx.2020-ci il tarixdə 530,63, xx.xx.2021ci il tarixdə 505, xx.xx.2021-ci il tarixdə 420, xx.xx.2021-ci il tarixdə 636,48, xx.xx.2021-ci il tarixdə 863,25, xx.xx.2021-ci il tarixdə 653, xx.xx.2021-ci il tarixdə 512, xx.xx.2021-ci il tarixdə 504, cəmi 9830,17 ödəniş edilmişdir. İş materiallarında olan “X19” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli müayinə sənədinin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X13 zəif dolixosiqma, yoğun bağırsaqların hipokinetik diskineziyası diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X11 xroniki qəbzlik, dolixomeqakolon, ikincili meqarektosiqmoid, nəcis inkontinensiyası diaqnozu qoyulmuşdur. Xəstəyə uzunmüddətli konservativ müəlicə və daha sonra cərrahi müdaxil “yoğun bağırsağın soltərəfli rezeksiyası, kolorektoanastomozun qoyulması” əməliyyatı tövsiyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi 4 nömrəli Uşaq Poliklinikası tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 163 №-li məktubdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X12 xx.xx.2019-cu il tarixdən 4 nömrəli Uşaq Poliklinikasında tibbi qeydiyyatdadır, uşaq poliklinikada həkim-otorinolorinqoloqda “ikitərəfli seroz otit, adenoitit, damaq badamcıqlarının hipertrofiyası” diaqnozu ilə, həkim nevropatoloqda “sinir-reflektor gərginlik, əsəbilik” diaqnozu ilə, həkim-cərrahda “hər iki pəncədə yüngül valqus deformasyası” diaqnozu ilə dispanser qeydiyyatındadır, müalicə alır. İş materiallarında olan “Ege Hospital” tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli müayinə sənədinin surətindən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı qaraciyər parenxim exosu grade İİ steatoza sekonder yüksəlmiş, lipomatoz sıxlıq artmış, homogenlik pozulmuş, hepatik ven şəkli zəif aydındır. İş materiallarında olan “Xüsusi Müalicə Sağlamlıq Kompleksi” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli endoskopi müayinənin protokolunun surətindən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı - kolonoskop terminal ileuma qədər yeridilib, mukoza və mənfəz normaldır, çekum normaldır, baxış zamanı kolonun bütün şöbələrinin mukozası normal, damar şəkili aydın görünür, rektum mukoza ödəmlidir, 3 mm ölçüdə diminutif polip izləndi, anal kanalda Gr İİ hemorroidal düyünlər aşkar edilmişdir. İş materiallarında olan “X20” tərəfindən verilmiş 1052/21 saylı epikirizin surətindən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı öd daşı xəstəliyi, xroniki daşlı xolesistitin kəskinləşməsi, öd kisəsinin polipozu kliniki diaqnozu qoyulmuşdur, xəstə xx.xx.2021-ci il tarixdə daxil olmuş, xx.xx.2021-ci il tarixdə evə yazılmışdır. İş materiallarında olan 15 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir, İddiaçı nümayəndəsi Vəkil 50 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, İddiaçı “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialında matros işləyir, aylıq əmək haqqı 1887 manatdır, adına daşınar və daşınmaz əmlaklar (1 nəqliyyat vasitəsi, 1 mənzil) qeydə alınmışdır. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, Cavabdeh əmək müqaviləsi yoxdur, onun adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X12 adlı bir uşaqları var, uşaq “ikitərəfli seroz otit, adenoitit, damaq badamcıqlarının hipertrofiyası”, “sinir-reflektor gərginlik, əsəbilik”, “hər iki pəncədə yüngül valqus deformasyası” diaqnozları ilə 4 nömrəli Uşaq Poliklinikasında dispanser qeydiyyatındadır, hazırda müalicə alır, nikah pozulduqdan sonra xx.xx.2019-cu il təvəllüdlü N.A.İbrəhimli anasının – cavabdehin himayəsində saxlanmışdır, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 3299/2019 nömrəli xx.xx.2019-cu il tarixli Qətnaməsi ilə onun saxlanması üçün iddiaçıdan bütün növ qazancının ¼ hissəsi miqdarında aliment tutularaq cavabdehə ödənilməsi qət edilmişdir, iddiaçı yeni ailə həyatı qurmaqla Z.Alibayeva ilə rəsmi nikahdadır, onun həmin nikahdan 15 iyul 2022-ci il tarixdə X14 adlı ikinci uşağı doğulmuşdur, iddiaçı “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialında işləyir, aylıq əmək haqqı xx.xx.2021-ci il tarixindən etibarən 1887 manatdır, adına daşınar və daşınmaz əmlaklar (avtomobil və mənzil) qeydə alınmışdır, cavabdehin əmək müqaviləsi yoxdur, adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır, hazırki iddia tələbi alimentin azaldılaraq sabit pul məbləğində (250 manat) tutulması barədədir. Bununla belə, alimentin miqdarının azaldılmasına, habelə alimentin sabit pul məbləğində tutulmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddiaçının “ikinci dəfə ailə həyatı qurması, həmin nikahdan bir uşağının doğulması” barədə dəlilərinə münasibətdə hesab edir ki, bu hallar, iddiaçını əvvəlki nikahdan doğulmuş uşağın qanunvericiliklə nəzərdə tutulmuş qaydada saxlanması vəzifəsindən azad etmir. Belə ki, əvvəla, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideyn kimi iddiaçının da vəzifəsidir və aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladının olması, alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilə bilməz, ikincisi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-3299/2019 nömrəli xx.xx.2019-cu il tarixli Qətnaməsi ilə işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı məhkəməyə izahatında “əmək haqqının 1000-1500 manat olduğunu” bildirmiş, həmin tarixli qətnamə ilə aliment tutulduqdan sonra – 2021-ci ildə onun əmək haqqı 1887 manat həddində müəyyən edilmişdir, yəni iddiaçının əvvəlki dövrlə müqayisədə maddi vəziyyəti yaxşılaşmışdır, cavabdehin maddi və ailə vəziyyətində isə hər hansı bir dəyişiklik (yaxşılaşma) olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı alimentin sabit pul məbləğində müəyyən edilməsi barədə tələblə məhkəməyə müraciət etsə də, qanunvericiliyə əsasən, alimentin miqdarının hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməsi məhkəmənin öz təşəbbüsü və ya cavabdehin vəsatətindən deyil, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişindən asılı edilmişdir. Belə olan halda məhkəmə, xx.xx.2019-cu il təvəllüdlü N.A.İbrəhimlinin yaşını və onun sağlamlıq vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir...Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır...Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir...Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-3299/2019 saylı qətnaməsi ilə 21 sentyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı tutulan alimentin miqdarının dəyişdirilərək, 250 (iki yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsinə dair iddiası təmin edilməməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, İddiaçı hazırki iddia tələbi təmin edilmədiyindən və onun dövlət rüsumundan azad edilməsi halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-3299/2019 saylı qətnaməsi ilə 21 sentyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı tutulan alimentin miqdarının dəyişdirilərək, 250 (iki yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6955/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6955/2022
21.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver