Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6981/2025 10.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X9, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi ziyanın ödənilməsi və məhkəmə xərclərinin ödənilməsi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi ziyanın ödənilməsi və məhkəmə xərclərinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən mənəvi zərərə görə 35.000 manat məbləğində kompensasiyanın, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat və dövlət rüsumu olaraq ödənilmiş 195 manat pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya böyük bədbəxtlik üz vermişdir. Bu ərizəni iddiaçı faciə nəticəsində övladını itirən və beləliklə, yaşamaq həvəsini itirmiş çarəsiz bir ana kimi yazır. Bu dünyada yaşamaq üçün iddiaçıya böyük stimul verən oğlu var idi ki, o da faciəvi şəkildə dünyasını dəyişib. İddiaçının oğlu X12 "xxxx"nda dəmirçi olaraq işləyib. 2014-cü ilin aprel ayından iddiaçının oğlu göndərişlə Qaradağ rayonu ərazisində yerləşən Hərbi Dəniz Qüvvələrinin tikinti layihəsində işləməyə başlamışdır. 30 avqust 2014-cü il tarixində saat 19 radələrində oğlunun iş yerindən 5-6 nəfər şəxs gələrək İslamın yıxılmasını və səhhətinin pis olmasını bildiriblər. Həmin vaxtı iddiaçının gəlininin atası onlarla birgə getmiş, saat 21 radələrində isə evə zəng edərək X7 vəfat etdiyini bildirmişdir. Belə ki, məhkəmə hökmündən də göründüyü kimi, X7 ölümünə səbəb olmuş Cavabdeh ASC-nin işçisi Şahid1 ifadəsinə əsasən 30 avqust 2014-cü il tarixdə saat 16:40 radələrində o, körpülər cəbhəsi sahəsində yük boşaldıb qaraja qayıdarkən həmin sahənin kənarı ilə keçən istinad divarının qurtaracağında dəniz kənarı ilə təxminən 10-20 km/saat sürətlə hərəkət edib. Bu zaman o, istinad divarının kənarı ilə iddiaçının oğlunun yolun sağ kənarı ilə, təxminən 10-12 metr məsafədə onunla eyni istiqamətdə düzünə hərəkət etməsini görmüşdür. O, İslamın dayanması və ona yol verməsi üçün siqnal vermiş, İslam yoldan çıxmamışdır. Buna baxmayaraq, o, maşını sürməyə bir qədər də davam edərək maşınla iddiaçının oğlunu vuraraq üstündən keçmişdir. Oğlu aldığı ağır xəsarətlərə görə hadisə yerindəcə vəfat etmişdir. Bu xəbəri aldığı anda iddiaçı dərin sarsıntı keçirib. Həmin an keçirtdiyi mənəvi sarsıntı və övladını itirməyinin iztirablarını hələ də yaşayır. Çünki oğlunun yoxluğu ilə heç cür barışa bilmir. İddiaçı yaşlı ana olmaqla oğlunun himayəsində yaşayıb. Onun yoxluğunu heç bir dillə izah edə bilmir. Bir ana üçün övladını itirmək çox ağırdır. Oğlunun yoxluğu iddiaçıya həm mənəvi, həm də maddi olaraq ağır zərbə vurub. O, işləyərək iddiaçını və ailəsini saxlayıb. Onun ölümü ilə nəticələnən faciəvi qəza da məhz işdə olduğu vaxtda baş vermişdir. İşlə bağlı məhkəmə istintaqı yekunlaşmış və qəbul edilmiş məhkəmə hökmündə göstərilmişdir ki, Şahid1 xx.xx.2014-cü il tarixində saat 16:00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «QY25K-1» markalı, **-JP-*** dövlət nömrə nişanlı kran avtomobili ilə avtokrançı işlədiyi Bakı-Qazax magistral avtomobil yolunun 17-ci km-də, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yerləşən Cavabdeh ASC tərəfindən tikinti işləri aparılan Hǝrbi X8 ərazisində dəniz kənarı yolla hərəkətdə olarkən «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, habelə mövcud şəraitdə hərəkət zamanı diqqətini daim dəyişməkdə olan yol şəraitindən və avtomobil kranının idarə olunmasından ayırmamalı, yolun sağ kənarından 1,5 metr aralı məsafədə yol boyunca eyni istiqamətdə hərəkətdə olan piyadadan təhlükəsizliyi təmin edən lazımi yan məsafə saxlamaqla onun yanından keçib getməli, yol boyunca hərəkət edən piyadadan lazımi yan məsafəni təmin etmək imkanı məhdudlaşdığı halda vaxtında tormozlama əməliyyatı aparmaqla piyadaya çatmadan idarə etdiyi avtomobilin dayanmasını təmin etməli” olduğu halda bu qaydalara riayət etməmiş, atmosfer şəraiti ilə əlaqədar görünüş məsafəsinin kəskin məhdudlaşması səbəbindən idarə etdiyi «QY25K- 1» markalı, 90-JP-62 dövlət nömrə nişanlı kran avtomobilini ziq-zaq formada, yəni sağa, daha sonra sola istiqamətləndirərkən avtomaşının arxa sağ şini ilə eyni istiqamətdə yolun sağ hərəkət hissəsində avtomobildən 1,8 metr ara məsafədə hərəkət edən piyada, "xxxx" ASC-də dəmirçi işləyən və müvafiq əmrlə Cavabdeh ASC tərəfindən tikinti işləri aparılan Hərbi X8 ərazisinə ezam olunmuş X10 vuraraq üzərindən keçmiş, nəticədə ehtiyatsızlıqdan piyada İslam Cəlilovun hadisə yerində ölümünə səbəb olan qarın və çanaq boşluğu orqanlarının evakuasiyası (bayıra çıxması), sol bud və baldır sümüklərinin yuxarı 1/3-nin, qabırğalarının körpücük sümüklərinin, döş və fəqərələrinin, çanaq sümüklərinin sınıqları ilə müşayiət olunan, darəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. İş üzrə Qaradağ Rayon Məhkəməsinin 27 may 2015-ci il tarixli, 1(002)-108/2015 saylı hökmünə əsasən, Şahid1 Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin onun müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 may 2015-ci il tarixli, 1(002)-108/2015 saylı hökmü qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. Təqsirləndirilən şəxs Şahid1 təqsiri, yəni cinayət əməlini törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirildiyinə görə onun barəsində hökm çıxarılaraq o, məhkum edilmişdir. Hökmdən də göründüyü kimi, məhkum olunmuş Şahid1 cinayət hadisəsini törədərkən Cavabdeh ASC-də avtokrançı vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçının oğlunun ölümü Cavabdeh ASC-nin işçisinin təqsiri ucbatından baş vermişdir. Yuxarıda qeyd olunan faktlar və təqsir Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 may 2015-ci il tarixli, 1(002)-108/2015 saylı qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq olunur və hazırkı mülki işdə preyudisial əhəmiyyət daşıyır. Vəfat edən şəxs iddiaçının doğma övladı olub. Cavabdeh hüquqi şəxsin əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya bir ana kimi mənəvi zərər dəymiş, oğlunun faciəvi vəfatı onu çox üzmüşdür. Övladının faciəvi şəkildə həlak olmasından sonra onun psixoloji vəziyyəti pisləşib, səhhətində müxtəlif problemləri yaranıb. Bu günədək onun yoxluğunun iztirabını çəkir. Oğlu ilə birlikdə keçirdiyi günlər gözünün önündə canlanır və hələ də iddiaçının və ailəsinin keçirdiyi stresslər yaralarının və iztirablarının hər gün təzələnməsinə səbəb olur. İşin hallarına əsasən cavabdeh hüquqi şəxsin işçisinin hüquqazidd hərəkəti nəticəsində iddiaçının mənəvi əzab çəkməyi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun faciəvi şəkildə ölməsindən sonra düşdüyü halı hər gün müşahidə edərkən, məhkəmə hökmündə və ekspert rəyində sadalananları dinləyərkən həmin mərhum övladının ölmüş bədəni gözünün önündə canlanır. Məhkəmətibbi ekspertizasının rəyində oğlunun hansı hallara düşməsi açıq-aşkar qeyd edilib. Bu səbəbdən vurulmuş və vurulmaqla bitməyərək hər gün davam edən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır və qanunun tələbləri baxımından da buna hüququ var. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Cavabdehin inşaat sahəsində podratçılıq fəaliyyəti ilə məşğul olması, sosial şəbəkələrdə olunan reklamları maddi durumlarının kifayət qədər yüksək olduğunu və iddianın tam təmin edilməsinin mümkünlüyünü göstərir. Bu baxımdan mərhum oğlunun faciəvi şəkildə ölməsindən bu günədək davam edən stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. bu kimi halları nəzərə alaraq 25.000 manat məbləğində dəymiş mənəvi zərər cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən iddiaçının keçirtdiyi mənəvi iztirabların dərəcəsini, zərərin baş verməsinə səbəb olmuş hadisəsinin ağırlığını, yəni ölümlə nəticələnməsini, cavabdehin hüquqi şəxs olmasını, hüquqi şəxsin maddi vəziyyətinin kifayət qədər olmasını nəzərə almalıdır. Keçirilən mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan ya da unudulan hadisə deyildir. Bu hadisənin mənəvi ağrısını ömür boyu iddiaçının çəkəcəyi istisna deyil. Məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən “Ekol” Vəkil bürosu ilə xx.xx.2024-cü il tarixli, EM-913VK-15741/24 saylı müqavilə bağlanaraq 300 manat məbləğində pul ödənilmişdir. Həmin məhkəmə xərci də alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. O, bildirmişdir ki, cavabdeh tərəf etiraf edir ki, hadisə baş verib sadəcə olaraq burada mübahisəli hissə tapşırığın kim tərəfindən olunmasıdır. Cavabdeh tərəfindən bildirdiyinə görə bu özbaşına şəkildə atılan addımdır. Əgər təqsirləndirilən şəxs özbaşına hərəkət etmişdisə də belə yenə də onların əməkdaşıdır. Qarşı tərəf bütün məsuliyyəti "xxxx" ASC-nin üzərinə atmağa çalışır. Cavabdeh ASC-nin nümayəndəsi X14 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, həmin şəxs rəhbər şəxslərin razılığı olmadan işə başlamamalı idi. Yol vərəqəsindən də görünür ki, orada Cavabdeh ASC-nin rəhbər şəxsinin imzası yoxdur, yalnız Şahid3, yəni "xxxx" ASCnin səlahiyyətli şəxsinin imzası vardır. Həmin şəxs də Cavabdeh ASC-nin əməkdaşı deyildir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(002)-108/2015 saylı hökmündən və istintaq materiallarından görsənir ki, iş üzrə teqsirləndirilən şəxs qismində dindirilən Şahid1 bildirir ki o 2012-ci ildən Cavabdeh ASC– də avtokran köməkçisi sonradan isə avtokrançı işləmişdir. 2014-cü ilin avqust ayında o, Şahid3 adlı mexanikdən göstəriş alaraq hadisə törətdiyi nəqliyyat vasitəsini qanunsuz olaraq idarə etmişdir. Şahid3 Ağaddin oğlu isə öz növbəsində məhkəmədə şahid qismində ifadə verərək bildirmişdir ki, o təxminən 2010-cu ildən "xxxx" MMC-də maşınqayırma zavodunun yağlama ve səyyar təmir sexinin 11-ci dərəcəli sahə mexaniki vəzifəsində işləyib. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən şahidlər - "xxxx" ASC-nin bütün əməkdaşları öz ifadələrində hadisədən xəbərsiz olduqlarını və qeyd edilən kranın Şahid1 hansı şəraitdə verilməsini bilmədiklərini söyləyiblər. İş materiallarından və Şahid1 ifadəsindən də məlum olur ki, sonuncu məhz "xxxx" MMC-nin əməkdaşı olan Şahid3 Ağaddin oğlunun tapşırıqı əsasında idarə edib. Buradan da belə sual ortaya çıxır ki, tamamilə ayrı bir hüquqi şəxsin əməkdaşı olan Şahid3 Ağaddin oğlu "xxxx" ASC-yə məxsus texnika üzərində sərəncam verə bilərdimi? Faktiki olaraq Şahid3 Ağaddin oğlu "xxxx" ASC-nin tapşırığı olmadan kranı idarə etmiş və nəticədə hadisə törətmişdir. Beləliklə, bütün yuxarıda sadalananlardan belə məlum olur ki, Şahid1 hadisə törətdiyi krana tamamilə ayrı bir hüquqi şəxsin əməkdaşının göstərişinə əsasən qanunsuz sahiblənmiş, "xxxx" ASC-nin isə bundan xəbəri olmamışdır. Bundan əlavə Şahid1 Cavabdeh ASC-nin mülkiyyətində olan kranın idarə edilməsi üçün etibarnamə və kranın idarə olunması üçün digər hüquqi sənədlər verməmiş, görülən işlər "xxxx" ASC-nin nəzarətindən kənar olmuşdur. O cümlədən "xxxx" ASC-nin baş vermiş hadisədən öncə görüləcək işlərdə maddi marağı olmamışdır. Bütün bunlar iddianın əsassız olmasına gətirib çıxardır. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Daha sonra Cavabdeh ASC mülahizə təqdim edərək, bildirmişdir ki, iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci iİ tarixli, 1(002)- 108/2015 saylı hökmündən və istintaq materiallarından görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Şahid1 bildirir ki, o, 2012-ci ildən Cavabdeh ASC–də avtokran köməkçisi sonradan isə avtokrançı işləmişdir. 2014-cü ilin avqust ayında o, Şahid3 adlı mexanikdən göstəriş alaraq hadisə törətdiyi nəqliyyat vasitəsini qanunsuz olaraq idarə etmişdir. Şahid3 Ağaddin oğlu isə öz növbəsində məhkəmədə şahid qismində ifadə verərək bildirmişdir ki, o təxminən 2010-cu ildən "xxxx" MMC-də maşınqayırma zavodunun yağlama ve səyyar təmir sexinin 11-ci dərəcəli sahə mexaniki vəzifəsində işləyib. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən şahidlər - "xxxx" ASC-nin bütün əməkdaşları öz ifadələrində hadisədən xəbərsiz olduqlarını və qeyd edilən kranın Şahid1 hansı şəraitdə verilməsini bilmədiklərini söyləyiblər. İş materiallarından və Şahid1 ifadəsindən də məlum olur ki, sonuncu məhz "xxxx" MMC-nin əməkdaşı olan Şahid3 Ağaddin oğlunun tapşırığı əsasında idarə edib. Buradan da belə sual ortaya çıxır ki, tamamilə ayrı bir hüquqi şəxsin əməkdaşı olan Şahid3 Ağaddin oğlu "xxxx" ASC-yə məxsus texnika üzərində sərəncam verə bilərdimi? Faktiki olaraq Şahid3 Ağaddin oğlu "xxxx" ASC-nin tapşırığı olmadan kranı idarə etmiş və nəticədə hadisə törətmişdir. İddiaçının dəfələrlə istinad etdiyi yol vərəqəsinə diqqət yetirərək görmək olar ki, yol vərəqəsi məhz STP-nin əməkdaşı olan Şahid3 tərəfindən imzalanmışdır. Buradan da görünür ki, Cavabdeh ASC-də avtokrançı kimi çalışan Şahid1 öz vəzifə təlimatlarını kobud şəkildə pozmuşdur. Belə ki, vəzifə təlimatının 2.1-ci bəndində qeyd edilir ki: yol vərəqəsində səlahiyyətli rəhbər şəxslərin imzası olmadan işə başlamamalıdır. İddia müddətinin mahiyyətinə dair yuxarıda qeyd olunan şərhlərdən göründüyü kimi iddia müddətinin məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək, işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların mötəbərliyi itmədən məhkəməyə müraciət olunmasını təmin etmək, tərəfi əsaslandırılmamış çəkişmələrdən qorumaq, müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etmək məqsədi daşıyır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, vəzifə təlimatında təqsirləndirilən şəxsin Şahid1 həmin vəzifə təlimatı ilə tanış olmasına dair sənəd yoxdur. O vəzifə təlimatı bu gün də yazıla bilər, həqiqətən o tarixdə də yazılmış ola bilərdi. Tərəflərindən vəzifə təlimatı ilə tanış olunmasına dair hər hansısa bir qeyd görmədiyindən onun sübutlar siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 may 2015-ci il tarixli 1(002)-108/2015 saylı hökmünün surətindən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-108/2015 saylı, 27 may 2015-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Şahid1 xx.xx.2014-cü il tarixində saat 16:00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «QY25K-1» markalı **-JP-*** dövlət nömrə nişanlı kran avtomobili ilə avtokrançı işlədiyi Bakı-Qazax magistral avtomobil yolunun 17-ci km-də, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yerləşən Cavabdeh ASC tərəfindən tikinti işləri aparılan Hərbi X8 ərazisində dəniz kənarı yolla hərəkətdə olarkən «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, habelə mövcud şəraitdə hərəkət zamanı diqqətini daim dəyişməkdə olan yol şəraitindən və avtomobil kranının idarə olunmasından ayırmamalı, yolun sağ kənarından 1,5 metr aralı məsafədə yol boyunca eyni istiqamətində hərəkətdə olan piyadadan təhlükəsizliyi təmin edən lazımi yan məsafə saxlamaqla onun yanından keçib getməli, yol boyunca hərəkət edən piyadadan lazımi yan məsafəni təmin etmək imkanı məhdudlaşdırıldığı halda vaxtında tormozlama əməliyyatı aparmaqla piyadaya çatmadan idarə etdiyi avtomobilin dayanmasını təmin etməli olduğu halda, bu qaydalara riayət etməmiş, atmosfer şəraiti ilə əlaqədar görünüş məsafəsinin kəskin məhdudlaşması səbəbindən idarə etdiyi «QY25K-1» markalı 90-JP-67 dövlət nömrə nişanlı kran avtomobilini ziq-zaq formada, yəni sağa, daha sonra sola istiqamətləndirərkən avtomaşının arxa sağ şini ilə eyni istiqamətdə yolun sağ hərəkət hissəsində avtomobildən 1,8 metr ara məsafədə hərəkət edən piyada, "xxxx" ASC-də dəmirçi işləyən və müvafiq əmrlə Cavabdeh ASC tərəfindən tikinti işləri aparılan Hərbi X8 ərazisinə ezam» olunmuş X10 vuraraq üzərindən keçmiş, nəticədə ehtiyatsızlıqdan piyada İslam Cəlilovun hadisə yerində ölümünə səbəb olan qarın və çanaq boşluğu orqanlarının evakuasiyası (bayıra çıxması) sol bud və baldır sümüklərinin yuxarı 1/3-nin, qabırğaların körpücük sümüklərinin, döş fərəqərələrinin, çanaq sümüklərinin sınıqları ilə müşayiət olunan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadə verərək bildirmişdir ki, vəfat etmiş X12 onun əridir. O, İslam Cəlilov ilə 2002-ci ildə faktiki nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuş, nikahlarını 2008-ci ildə rəsmiləşdirmişlər. Təxminən 3-4 il olar ki, İslam Sumqayıt Texnologiyalar Parkında dəmirçi işləyirdi. 2014-cü ilin aprel ayından İslam göndərişlə Qaradağ rayonu ərazisində yerləşən Hərbi dəniz qüvvələrinin tikinti layihəsində işləməyə başlamış, İslamın iş yerində kimin tabeçiliyi altında işləməsini bilməmişdir. xx.xx.2014-cü il tarixində saat 19:00 radələrində İslamın iş yerində kimin tabeçiliyi altında işləməsini bilməmişdir. xx.xx.2014-cü il tarixində saat 19:00 radələrində İslamın iş yerindən tanımadığı 5-6 nəfər şəxs gələrək atasına İslamın yıxılmasını və səhhətinin pis olmasını bildirmiş, atası da onlarla birgə gəlmiş, həmin gün saat 21:00 radələrində atası ona zəng edərək İslamın ölməsini bildirmişdir. xx.xx.2014-cü il tarixdə İslamı dəfn etdikdən sonra İslamın hansı şəraitdə ölməsi ilə maraqlandıqda atası və yas mərasiminə gələn İslamın iş yoldaşları İslamın işlədiyi tikinti layihəsinin ərazisində avtokranın şini altında qalaraq ölməsini bildirmişlər. Təqsirləndirilən şəxs Şahid1 qohumları da yas mərasimində iştirak etmiş, burada maddi yardım göstərmişlər. Ona görə də hazırda onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Həmin hökmlə müəyyən edilmişdir ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, o, 2009-cu ildən Cavabdeh ASC-də işləyir. xx.xx.2013-cü il tarixdən isə həmin ASC-nin Puta qəsəbəsində Hərbi dəniz qüvvələrinin tikinti layihəsinin Quraşdırma sahəsində sahə rəisi vəzifəsində işləyir. Onun bir sahə rəisi olaraq vəzifə səlahiyyətlərinə tabeçiliyində olan işçilər arasında iş bölgüsünü aparmaq, iş zamanı işçilərin təhlükəsiz şəraitdə işləməsinə cavabdehlik daşımaq, işçilərə gündəlik və rüblük təlimatı keçib müvafiq kitabı imzalatdırmaq, işçilərin görəcəkləri işə birbaşa rəhbərlik etmək və sairdən ibarət olmuşdur. Sahə rəisi olaraq o, ilk növbədə HDQT layihəsinin rəisi vəzifəsini icra edən işin Gülüşova tabe olmuş və iş barədə bütün göstərişləri ondan almışdır. Onun tabeçiliyində 32 işçi vardır. Görəcəyi işlərə Puta layihəsinin müxtəlif sahələrində dəmir konstruksiyaların quraşdırılması, qaynağı və sair aid olmuşdur. Həmçinin Körpülər cəbhəsində əsgər yataqxanalarının konstruksiyalarını qurmalı olması səbəbindən xx.xx.2014-cü il tarixdə həmin sahəyə yük maşını ilə gətirilmiş metal konstruksiya materiallarını yük maşınından əraziyə boşaltmalı idi. Boşaltma üçün avtokran lazım duğundan bazanın sahə mexaniki İslamdan avtokran göndərməsini xahiş etmiş, saat 16:00 radələrində Şahid1 idarə etdiyi 25 tonluq sarı rəngli avtokranla əraziyə gəlmiş, ərazidə onun nəzarəti altında metal konstruksiya materialları boşaldılmışdır. Avtokrançı Şamil işini bitirdikdən sonra onlann yanından maşını ilə birgə uzaqlaşmış, bir qədər sonra Cəfərov Hüseyn adlı işçisi ona zəng edərək bildirmişdir ki, bazanın işçilərindən biri əraziyə çağırdıqları avtokranın altında qalaraq ölmüşdür. O, dərhal hadisə yerinə getmiş və sonradan İslam Cəlilov adlı Körpülər cəbhəsində işləyən "xxxx" MMCdən ezam gəldiyini bildiyi işçinin kranın təkəri altında qalaraq ölməsini görmüşdür. Həmin hökmlə müəyyən edilmişdir ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, o, 2011-ci ildən Cavabdeh ASC-nin Avtomobil nəqliyyatı və xüsusi təyinatlı maşın nexanizmlərinin istismarı idarəsinin kran təsərrüfatı sexinin rəisi vəzifəsində işləməklə sex rəisi olaraq vəzifə səlahiyyətləri rəhbərlik etdiyi sexdə olan bütün texnikanın düzgün və keyfiyyətli istismarını təşkil etmək, onları işçi tərkibi ilə təmin etmək, həmin işçilərə təhvil verilmiş texnikanın düzgün istismarı barədə, eləcə də ƏM və TT qaydaları barədə təlimatlar aparmaq, ildə bir dəfə onların biliyinin yoxlanılmasını təşkil etmək, kranların texniki vəziyyətinin ildə bir dəfə qismən, 3 ildən bir tam sınağını aparmaq və sairdən ibarət olmuşdur. Rəhbəri olduğu sexə məxsus kranların bir qismi HDQBTL-də saxlanılır. Orada olan kranların və kran sürücülərinin işinə birbaşa iş görülən sahədə sahə rəisi cavabdehlik daşıyır. Tikinti ərazisində kranı idarə edərkən isə sürücü özü cavabdehlik daşıyır. Tabeçiliyində olan işçilərdən biri olan Şahid1 xx.xx.2012ci ildən kran köməkçisi işləmiş, daha sonra krançı kimi işləmişdir. Şamil əvvəllər 25 tonluq kran idarə etmiş, XCMGY və QY markalı 25 tonluq kran Ruslan adlı işçinin adına təhkim olunsa da, xx.xx.2014-cü il tarixdə sonuncu istirahətdə olduğu üçün Şamil növbətçi kimi həmin avtokranı idarə etmişdir. xx.xx.2014-cü il tarixində saat 17:00 radələrində İslam ona zəng edərək Şamilin idarə etdiyi kranın şininin altında sonradan adının İslam olduğunu bildiyi bir işçinin qalaraq ölməsini bildirmiş, o, dərhal hadisə yerinə gəldikdə kranın layihə ərazisində körpülər cəbhəsi sahəsinin çıxışında dayanmasını və krandan bir qədər aralıda İ.Cəlilovun meyitini görmüş, hadisə barədə Şamildən soruşduqda kranı idarə edərkən tozanaq olduğuna görə qəflətən ehtiyatsızlığı nəticəsində İ.Cəlilovun üzərindən keçməsini bildirmişdir. O, İ.Cəlilovun hansı şəraitdə ölməsini birbaşa görməmişdir. Hadisə vaxtı kranda Şamildən başqa heç kim olmamışdır. Həmin hökmlə müəyyən edilmişdir ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Ağəddin oğlu ifadə verərək, bildirmişdir ki, o, təxminən 2010-cu ildən "xxxx" MMC-nin maşınqayırma zavodunun yağlama və səyyar təmiri sexinin 11-ci dərəcəli sahə mexaniki vəzifəsində işləmiş və 2011-ci ildən Cavabdeh ASC tərəfindən tikintisi aparılan HDQBTL-ə göndərişlə gəlmiş layihədə işdə avtomaşınların yerində təmiri yağlanması və mühərrik yağlarının verilməsi, maşınların saz vəziyyətə gətirilməsi olmuşdur. 2014-cü ilin avqust ayında sahə mexaniki vəzifəsindən kənarlaşdığı üçün həmin vəzifənin icra edilməsi STP-nin maşınqayırma idarəsinin rəisinin təqdimatı ilə ona həvalə olunmuş, sahə mexaniki olaraq vəzifə borcları maşınların işə çıxmasını təmin etmək, yol vərəqələrinin verilməsi və qəbul edilməsi, gündəlik iş qrafikasının həyata keçirilməsi və sairdən ibarət olmuşdur. Hər hansı bir kran sürücüsü istirahətə getdikdə həmin sürücüyə təhkim olunmuş texnika ehtiyatda olan digər kran sürücüsünə yol vərəqəsi əsasında təhkim edilir. O, xx.xx.2014-cü il tarixdə Şamilin sürücülük vəsiqəsini yoxlayıb ona bir günlük yol vərəqəsi vermiş. xx.xx.2014-cü il tarixində, saat 15:00 radələrində Quraşdırma sahəsinin rəisi Şahid2 ona avtomaşını boşaltmaq üçün kran lazım olduğunu bildirdikdə, o, Şahid1 körpülər cəbhəsi sahəsinə getməsi tapşırığını vermiş, saat 17:00 radələrində qarajda olarkən sürücülərdən biri ona Şamilin idarə etdiyi kranın şininin altında bir nəfərin qalaraq ölməsini demiş, o, dərhal hadisə yerinə gəldikdə körpülər cəbhəsi sahəsinin çıxışında dəniz sahili istiqamətində Şamilin idarə etdiyi avtokranın yanında dayanmasını görmüş, oraya yaxınlaşdıqda sonradan adının İslam olduğunu bildiyi bir fəhlənin meyidini görmüşdür. Dəqiq hadisəni görməsə də, İ.Cəlilovun avtokrançı Şamil tərəfindən hərəkətdə olan kranın altında qalmasını eşitmiş, hadisə baş verən gün hava küləkli və tozlu olmuşdur. O, Şamilin krançı vəsiqəsinin üzərində olmasını zənn etmiş, həmin vəsiqənin onun üzərində olub-olmamasını yoxlamadan kranı idarə etməyi ona tapşırmışdir. Hadisə vaxtı kranda Şamildən başqa heç kim olmamışdır. Həmin hökmlə müəyyən edilmişdir ki, məhkəmə baxışı zamanı şahid X4 elan edilmiş ifadəsindən görünür ki, 2007-ci ildən Cavabdeh ASC-də, xx.xx.2013-cü il tarixindən isə həmin ASC-nin Puta qəsəbəsində Hərbi dəniz qüvvələrinin tikinti layihəsinin quraşdırma sahəsində quraşdırıcı çilingər vəzifəsində işləməklə quraşdırma sahəsinin rəisi Şahid2 tabe olmuş və iş barədə bütün göstərişləri Şahid2 almışdır. Körpülər cəbhəsində əsgər yataqxanalarının konstruksiyalarını qurması səbəbindən xx.xx.2014-cü il tarixində həmin sahəyə "xxxx" MMC-dən yük maşını ilə gətirilmiş metal konstruksiya materiallarını yük maşınından əraziyə boşaltmaq üçün avtokran lazım olduğundan Babaağa müəllim sahəyə avtokran dəvət etmiş, saat 16:00 radələrində Şahid1 idarə etdiyi 25 tonluq sarı rəngli avtokranla əraziyə gəlmiş, ərazidə onun nəzarəti ilə metal konstruksiya materialları boşaldılmış, avtokranın köməkliyi ilə o, yükü boşaltmışdır. Yük boşaltma tam təhlükəsiz şəraitdə həyata keçirilmiş, avtokrançı Şamil idarə etdiyi maşınla ərazidən uzaqlaşmamışdan o, işini bitirdiyi üçün ərazidən ayrılmışdır. Ərazidən ayrıldıqdan təxminən 20 dəqiqə sonra o, paltardəyişmə otağında olarkən layihənin ərazisində avtokranın altında bir nəfərin qalaraq ölməsini eşitmiş, hadisə törədən avtokranın bir qədər əvvəl yük boşaltdıqları avtokran olduğunu bildikdə, o, dərhal hadisə barədə sahə rəisi olan Babaağa müəllimə məlumat vermişdir. Daha sonra eşitmişdir ki, Şamil adlı sürücünün idarə etdiyi avtokran işlədikləri ərazidə işini bitirib ərazidən aralaşdıqdan sonra "xxxx" MMC-nin işçisi olan İslam adlı şəxs hərəkətdə olan həmin avtokranın altında qalaraq ölmüşdür. Həmin vaxt sahədə işə Babaağa müəllim nəzarət etmiş, avtokranın gəldiyi qarajdan orada heç kim olmamışdır. Həmin hökmlə müəyyən edilmişdir ki, məhkəmə baxışı zamanı şahid X3 elan edilmiş ifadəsindən görünür ki, o, 2013-cü ilin noyabr ayından layihə rəhbəri vəzifəsini icra etmiş, 2014-cü ilin may ayın 22-dən tutduğu vəzifədən azad olunub Puta HDQTL-nin tikinti və avadanlıqların quraşdırılması və təmiri xidməti sahəsinə təyin olunmuşdur. Həmin layihənin tikintisi Müdafiə Nazirliyinin sifarişi əsasında həyata keçirilir. Layihə rəhbəri vəzifəsindən azad olunduqdan sonra həmin vəzifəyə heç kəs təyin olunmamışdır, həmin layihənin rəhbəri vəzifəsini rəsmi qaydada birbaşa ASC-nin idarə heyətinin sədri Xazin Hidayətov həyata keçirir. Lakin sözügedən layihəyə rəhbərliyin həyata keçirilməsi Xazin müəllim tərəfindən şifahi formada ona həvalə edilmişdir. HDQTL-da bir neçə sahələr vardır. Həmin sahələrdən biri körpülər cəbhəsi sahəsidir. Körpülər cəbhəsi sahəsində Cavabdeh ASC-nin işçiləri ilə birgə "xxxx" MMC-dən ezam olunmuş, daha dəqiq desək, göndərişdə olan işçilər işləyir. İslam Cəlilov və onunla birgə 2014-cü ilin aprel ayında "xxxx" MMC-dən ezam gəlmiş işçilər Xazin müəllimin göstərişi ilə işləmək üçün Körpülər cəbhəsinə göndərilmişdirlər. Həmin sahədə olan "xxxx" MMC-yə məxsus işçilər iş prosesində birbaşa onlarla birgə STP-dən göndərilmiş iş icraçılarına tabe olmuş, əvvəllər isə layihədəki STP işçilərinə Azad Hüseynov və Vüqar Eyyubov rəhbərlik edirdilər. Lakin onlar 2014-cü ilin avqust ayında Azad Hüseynovun xəstəliyi ilə əlaqədar məzuniyyətə çıxması, Vüqar Eyyubovun da əmrlə Cavabdeh ASC-yə keçməsi və körpülər cəbhəsində STP-yə məxsus işçilərin üzərində nəzarətin kimə həvalə olunması barədə məlumatı olmamışdır. İş bölgülərinin aparılmasını isə sahə rəisi Rafiq Şəfiyev həyata keçirirdi. İslam Cəlilovla onun arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. Layihəyə rəhbərlik etdiyi dövrdə Körpülər cəbhəsi sahəsində işləyən İslama tərəfindən yazılı formada heç bir gündəlik 3 aylıq və digər ƏM və TT qaydaları üzrə təlimat, biliklərin yoxlanması keçirilməmiş, bu barədə heç bir sənəd ya təlimat kitabı imzalanmamışdır. İslam əvvəllər onun rəhbərlik etdiyi layihədə STP ilə bağlamış olduğu əmək müqaviləsinə və həmin müqavilədən irəli gələn şərtlərə əsasən işləmişdir. HDQTL-da İslam STP-nin müvafiq əmrinə əsasən həftənin 6 günü (şənbə günü daxil olmaqla) işləyirdi. Layihədə olan digər işçilərin və İslamın iş saatları həftənin 6 günü saat 08:00-dan 17:00-dək olurdu. İş saatlarının müddəti, əlavə iş saatlarının olması, onun layihə rəhbəri olduğu vaxtda birbaşa sədrin yazılı əmri əsasında olmuşdur. O da həmin əmri şifahi formada sahə rəislərinə tapşırırdı. O, İslamın iş zamanı birbaşa kimə tabe olmasını dəqiq bilmirdi. xx.xx.2014-cü tarixində saat 16:55-də ona Rafiq Şəfiyev zəng edərək rəhbərlik etdiyi sahənin dəniz kənarı hissəsində istinad divarının qurtaracağında bir nəfərin kranın altında qalaraq ölməsini bildirmişdir. O, dərhal hadisə yerinə getmiş və İslamın avtokranın altında qalaraq ölməsini görmüşdür. İ.Cəlilov xx.xx.2014-cü il tarixində saat 16:50-də iş vaxtında avtokranın şini altında alaraq ölmüşdür. O, İslamın hansı şəraitdə ölməsini, eyni zamanda hadisəni kimin görməsindən xəbərsiz olduğunu bildirmişdir. O, hadisə vaxtı layihə rəhbəri vəzifəsini icra etməmişdir. Çünki o, xx.xx.2014-cü il tarixdən layihə rəhbəri vəzifəsinin icrasından azad olmuşdur. İslam Cəlilov və "xxxx" MMC-dən digər işçilərə ƏM və TT qaydaları üzrə əvvəllər rəhbərlik etmiş olduğu layihədə rüblük təlimat keçirilmişdir, İslam ezam olunduğu "Azenco” ASC-də tibbi müayinədən keçməmişdir, eyni zamanda onun "xxxx"' MMC-də tibbi müayinədən keçib-keçməməsini dəqiq bilmir. xx.xx.2014-cü il tarixdə Hərbi dəniz qüvvələri tikinti layihəsində işlərin gedişatına Cavabdeh ASC-nin idarə heyətinin sədri rəhbərlik etmişdir. Onun HDQTL-də işləyən "xxxx" MMC-yə məxsus işçilərin əməyin mühafizəsi və təhlükəsizlik qavdalarına uyğun işləmələrinə kimin rəhbərlik etməsi və cavabdehlik daşıması barədə məlumatı yoxdur. xx.xx.2014-cü il tarixdə Körpülər cəbhəsi sahəsində işləyən X11 birbaşa "xxxx" MMC-nin tikinti idarəsinin rəisi rəhbərlik etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ******* saylı yol vərəqəsinin surətindən görünür ki, Şahid1 mexanik Şahid3 tərəfindən yol vərəqəsi verilmişdir. Yol vərəqəsi mexanik Şahid3 tərəfindən imzalanmış, üzərinə Cavabdeh ASC-nin ümumi şöbəsinin möhür əksi vurulmuşdur. İş materiallarında olan 15 sentyabr 2014-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2014-cü il tarixində Bakı şəhəri, Qaradağ rayonunda ölmüşdür. İş materiallarında olan “X18” ASC tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış sorğuya cavab məktubun surətindən görünür ki, "xxxx" MMC-nin əməkdaşı olmuş X7 istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xx.xx.2014-cü il tarixində vəfat etməsinə görə “X18” ASC tərəfindən xx.xx.2015-ci il tarixində faydalanan şəxs olan İddiaçı "xxxx" ASC-də olan hesabına 8.269,69 manat məbləğində birdəfəlik sığorta ödənişi köçürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 384.0.1-ci maddəsinə görə şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti i şamil edilmir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 saylı, xx.xx.2025-ci il tarixli qərarının 4.36-cı bəndinə görə əmək münasibətlərinin həyata keçirilməsi zamanı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi əsasları və qaydası mülki qanunvericiliyin müvafiq tələblərinə uyğun tənzimlənir. Belə ki, Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən, işçinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurduğu zərərə görə onun işəgötürəni məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Bu maddənin məzmunu baxımından işçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən elə fiziki şəxs başa düşülür ki, o, işəgötürənin tapşırığı və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İşəgötürən dedikdə isə əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulur. İşçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə işəgötürənin məsuliyyətə cəlb edilməsi üçün üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində işəgötürənin nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın olmasıdır. Həmin Qərarın 2-ci maddəsində qeyd olunub ki, yaşamaq, sağlamlıq və bədən toxunulmazlığı hüququ insanın doğulduğu andan malik olduğu mütləq hüquqlardır – şəxsiyyət hüquqlarıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 82.4-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh ASC-nin işçisi Şahid1 xx.xx.2014-cü il tarixində kran avtomobilini idarə edərkən Cavabdeh ASC tərəfindən tikinti işləri aparılan Hərbi X8 ərazisində hərəkət edərkən "xxxx" ASC-də dəmirçi işləyən və müvafiq əmrlə Cavabdeh ASC tərəfindən tikinti işləri aparılan Hərbi X8 ərazisinə ezam» olunmuş piyada - X7 üzərindən keçmiş, nəticədə ehtiyatsızlıqdan piyada İslam Cəlilov hadisə yerində ölmüşdür. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 may 2015-ci il tarixli 1(002)-108/2015 saylı hökmü ilə Şahid1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda iddiaçı oğlu İslam Cəlilovun həyatdan məhrum edilməsində təqsiri olan Şahid1 cavabdeh şirkər - Cavabdeh ASC-nin işçisi olması əsası ilə cavabdeh təşkilatdan işçisinin törətdiyi deliktə görə mənəvi ziyanın ödənilməsini tələb edir. İş materiallarına qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hadisə xx.xx.2014-cü il tarixində Cavabdeh ASC-nin işçisi Şahid1 əmək vəzifələrinin icrası zamanı baş vermişdir. Hökmdən görünür ki, Şahid1 Cavabdeh ASC-nin işçisi qismində avtokran idarə edərkən "xxxx" ASC-də dəmirçi işləyən və müvafiq əmrlə Cavabdeh ASC tərəfindən tikinti işləri aparılan Hərbi X8 ərazisinə ezam» olunmuş X10 vurmuşdur. Daha sonra hökmlə müəyyən edilir ki, Cavabdeh ASC-də Puta qəsəbəsində Hərbi dəniz qüvvələrinin tikinti layihəsinin Quraşdırma sahəsində sahə rəisi işləyən Şahid2 hadisə günü - xx.xx.2014-cü il tarixdə (sahəyə yük maşını ilə gətirilmiş metal konstruksiya materiallarını yük maşınından əraziyə boşaldılması üçün) bazanın sahə mexaniki İslamdan (burada zərərçəkmiş İslam Cəlilov deyil, digər işçi Şahid3 nəzərdə tutulur) avtokran göndərməsini xahiş etmişdir. Saat 16:00 radələrində Şahid1 idarə etdiyi 25 tonluq sarı rəngli avtokranla əraziyə gəlmiş, ərazidə onun nəzarəti altında metal konstruksiya materialları boşaldılmışdır. İşdən görünür ki, hadisəni törətmiş Şahid1 bilavasitə Cavabdeh ASC-də avtomobil nəqliyyatı və xüsusi təyinatlı maşın nexanizmlərinin istismarı idarəsinin kran təsərrüfatı sexinin rəisi X1 tabe olmuşdur. Sonuncu ifadəsində bildirmişdir ki, kranların və kran sürücülərinin işinə birbaşa iş görülən sahədə sahə rəisi cavabdehlik daşıyır. Tikinti ərazisində kranı idarə edərkən isə sürücü özü cavabdehlik daşıyır. O bildirmişdir ki, hadisə günü Ruslan adlı işçi istirahətdə olduğu üçün Şamil növbətçi kimi avtokranı idarə etmişdir. İşdən görünür ki, Cavabdeh ASC-də Puta qəsəbəsində Hərbi dəniz qüvvələrinin tikinti layihəsinin quraşdırma sahəsində quraşdırıcı çilingər vəzifəsində işləmiş X4 ifadəsindən görünür ki, hadisə günü sahəyə "xxxx" MMC-dən yük maşını ilə gətirilmiş metal konstruksiya materiallarını yük maşınından əraziyə boşaltmaq üçün avtokran lazım olduğundan Babaağa müəllim (Şahid2) sahəyə avtokran dəvət etmiş, avtokrançı Şahid1 avtokranla əraziyə gəlmiş, ərazidə onun nəzarəti ilə metal konstruksiya materiallarını boşaltmışdır. Yük boşaltma tam təhlükəsiz şəraitdə həyata keçirilmişdir. Bununla da hadisə günü Cavabdeh ASC-də krançı işləyən Şahid1 Cavabdeh ASCnin və sonuncu təşkilatın işçilərinin nəzarəti altında, həmin şirkətin işlərinin görülməsi məqsədilə və sonuncunun iqtisadi maraqları naminə məlum sahədə avtokran idarə etməsi və yükün boşaldılması üzrə işlərin icrası ilə məşğul olması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının oğlu İ.Cəlilovun ölümü ilə nəticələnmiş hadisə həmin gün yüklərin boşaldılmasından sonra baş vermişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işçisinin törətdiyi deliktə görə mülki məsuliyyəti cavabdeh təşkilat daşıdığından, iddia əsaslı hesab edilərək, qismən təmin edilməlidir. Hadisə günü yol vərəqəsinin cavabdeh təşkilat deyil, "xxxx" MMC-nin müxaniki Şahid3 tərəfindən verilməsinə dair cavabdehin etirazına münasibətdə məhkəmə qeyd edir ki, yol vərəqəsinin üzərində Cavabdeh ASC-nin möhür əksi olduğu, yol vərəqəsini almış Şahid1 "xxxx" ASC-nin işçisi olaraq cavabdeh təşkilatın tapşırığı ilə və sonuncunun maraqarı naminə işləməsi öz təsdiqini tapdığı halda, yol vərəqəsinin cavabdeh təşkilat deyil "xxxx" MMC-nin mexaniki Şahid3 tərəfindən verilməsi iddianın rəddi üçün əsas ola bilməz. Həmçinin, işin mübahisəsiz halıdır ki, məlum ərazidə Cavabdeh ASC ilə "xxxx" MMC birgə işlər icra etmiş, zərərçəkmiş İslam Cəlilov hadisə günü "xxxx" MMC-nin işçisi olaraq Cavabdeh ASC ilə birgə işlərinin icrası üçün hadisə yerinə ezam edilmişdir. O, hadisə günü Cavabdeh ASC-nin işçisinin qanunazidd hərəkətləri nəticəsində həyatdan məhrum olmuşdur. İddianın əsasının delikt olması əsası ilə iddia müddətinin tətbiqinə dair cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin işçisinin delikti nəticəsində baş vermiş hadisə zərərçəkmiş şəxs İ.Cəlilovun həyatdan məhrum edilməsi ilə nəticələndiyindən, oğlunun vəfatı ilə əlaqədar mənəvi ziyanla bağlı verilmiş hazırki iddia tələbinə iddia müddəti tətbiq edilmir. (Mülki Məcəllə 384) Cavabdehin işçisinin vurduğu zərərə görə məsuliyyəti müəyyən edən hallarla bağlı məhkəmə həmçinin qeyd edir ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması işin mübahisəsiz hallarıdır. Cinayət qanunu ilə qadağan edilmiş əməllərlə yanaşı mülki hüquq pozuntusu törətmiş Ş.Əlizaddənin hərəkətlərinə görə cavabdeh təşkilatın məsuliyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar Mülki Məcəllənin qeyd edilən 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddə göstərilən şərtlər ödənildiyindən, yəni zərər vurmuş şəxs Şahid1 cavabdeh təşkilatın işçisi olduğundan, və cavabdehin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında işlədiyindən, iddia qismən təmin edilərək cavabdeh təşkilatdan iddiaçının xeyrinə 10.000 manat mənəvi ziyan məbləği tutulmalıdır. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçisinin təqsirindən iddiaçının ailə üzvü ölmüşdür. Şübhəsiz ki, ailə üzvünün itirilməsi iddiaçıda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin işçisinin təqsirli hərəkətləri ilə iddiaçının ailə üzvünün ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə əsaslar var. Məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının oğlunun ölməsini, lakin iddiaçının bu hadisə ilə bağlı mənəvi zərər tələbi ilə hadisədən 11 ilə yaxın müddət sonra məhkəməyə müraciət etməsini nəzərə alaraq, mənəvi zərərə görə tutulmalı olan pul məbləğinin 10.000 manat müəyyənləşdirilməsini ağlabatan hesab edir. Məhkəmə iddia ərizəsinin hüquqi yardım üçün tələb edilən məbləğə də qiymət verərək, hesab edir ki, hüquqi yardıma görə çəkilmiş xərcin məbləği ağlabatan şəkildə müəyyənləşdirilərək 200 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəməklə əlavə xərc çəkdiyindən və tələb qismən təmin edildiyindən, iddia tələbi ödənilmiş dövlət rüsumunun 120,3 manat hissəsinin cavabdehdən tutulması hissəsində də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Mənəvi zərərə görə 10.000 (on min) manat pul məbləği Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Hüquqi yardımla bağlı çəkilmiş xərclərə görə 200 (iki yüz) manat pul vəsaiti və ödənilmiş 120,3 (bir yüz iyirmi manat otuz qəpik) manat dövlət rüsumu olmaqla, 320,3 (üç yüz iyirmi manat otuz qəpik) manat pul məbləği Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-6981/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6981/2025
10.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver