Məhkəmə qərarları › İş №e-2(011)-7244/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7244/2025

13.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7244/2025 13.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı Cavabdeh xx.xx.2022-ci il tarixdən bu günə qədər olan son 3 il müddət üçün hər uşağa hər ay üzrə tutumalı olan aliment məbləğinin tutulması, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 xeyrinə uşaqlar yetkinlik yaşına çatanadək hər biri üçün hər ay 246 manat sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(10)-144/2022 saylı qətnaməsi ilə iddiaçı X7 ilə Cavabdeh arasında 2007-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. X11 ərlik familyasını dəyişib qızlıq familyasına qayıtmış, Qurbanova familiyasını götürmüşdür. Həmin dövrdə, yəni xx.xx.2022-ci il tarixdə tərəflər xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 analarının himayələrində saxlanılması və cavabdehin uşaqlarla görüş məsələlərini tənzimləyən Saziş, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 50 faizi, həm də 300 manat məbləğində sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsinə dair mülki mübahisəni barışıq yolu ilə həll etmək barədə razılığa gələrək Barışıq sazişi bağlamış, Barışıq sazişin şərtlərinə görə Cavabdeh uşaqların saxlanılmasında iştirak etməsi əvəzində iddiaçı bu hissədə iddia tələbindən imtina etmişdir. Lakin keçən bu üç il ərzində cavabdeh bir dəfə də olsun uşaqların saxlanılması və tərbiyəsində iştirak etməmişdir. Uşaqların maddi təminatı iddiaçının özü və atası tərəfindən təmin edilmişdir. Cavabdeh bu 3 il ərzində uşaqların sağlanması üçün heç bir maddi dəstək göstərməmişdir. Halbuki, uşaqların saxlanamasında və tərbiyəsində uşaqlar da iştirak edə bilərdilər. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmişdir. İşin halları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-144/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı X7 ilə Cavabdeh arasında Suraxanı rayon Qeydiyyat Şöbəsində 14 iyul 2007-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 810 №-si ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. xx.xx.2022-ci il tarixli Barışıq müqaviləsinə əsasən, xx.xx.2007-ci il tarixdə bağlanmış nikahın ləğv edilməsi, xx.xx.2008-ci il təvvüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 analarının himayənlərində saxlanılması, hər üç uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 50 faizi, həm də 300 manat sabit pul məbləğində aliment tutularaq analarına ödənilməsi barədə tərəflər arasında razılıq əldə edilmişdir. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. Onun atası Cavabdeh, anası X6r. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. Onun atası Cavabdeh, anası X6r. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. Onun atası Cavabdeh, anası X6r. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan aşkar edilir ki, İddiaçı "xxxx" MMC-də stomatoloq köməkçisi vəzifəsində 350 manat əmək haqqı alır. Cavabdeh isə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində mühafizəçi vəzifəsində 541 manat əmək haqqı alır. “Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB18- 2025/00592 nömrəli Bakı 18 saylı Mediasiya Təşkilatının arayışında məlum olur ki, İddiaçı 60 manat məbləğində ilkin mediasiya sessiyası xərcini ödəmişdir. Məhkəmə iclasında dindirilmiş X9 bildirmişdir ki, 17 yaşı var. Hal-hazırda atası ilə yaşayır. Ondan əvvəl anası və bacıları ilə qalmışdır. O zaman atası heç bir köməklik etməyib. Anası ilə qaldığı zaman atası ilə münasibəti olmayıb, sadəcə bor yerdə qalmağa başlayanda münasibətləri yaranıb. Atası ilə təxmini 2025-ci ilin may ayından birlikdə qalır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsasları Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Maddə 110. Alimentin indeksasiyası 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13. Uşaqların zəruri maddi təminat hüququ Uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 234. Qətnamənin icra edilməsi 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; 234.2.2. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iddiaya Cavabdeh xx.xx.2022-ci il tarixdən bu günə qədər olan son 3 il müddət üçün hər uşağa hər ay üzrə tutumalı olan aliment məbləğinin tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Hazırki mülki iş üzrə tərəflər arasında xx.xx.2022-ci il tarixində barışıq müqaviləsi bağlanmış və barışıq müqaviləsinə əsasən Cavabdeh birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə əmək haqqı və başqa gəlirlərinin 50 faizi məbləğində və 300 manat sabit pul məbləğində alimenti ödəməyi öz üzərinə götürmüşdür. Lakin iddiaçı iddia etmişdir ki, tərəflərin alimentin ödənilməsi ilə bağlı razılığın əldə edilməsinə baxmayaraq cavabdeh aliment öhdəliklərini həyata keçirtməkdən boyun qaçıraraq müqavilə üzrə müəyyənləşdirilmiş aliment məbləğini iddiaçıya ödəməmişdir. Cavabdeh isə məhkəmə iclasında etirafedici izahat verərək aliment öhdəliklərini yerinə yetirmədiyini vurğulamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən üzərinə götürdüyü aliment öhdəliklərini icra etməməsi öz təstiqini tapmışdır. Məhkəmə əvvəlki dövr üçün alimentin hesablanmasının aparılması ilə bağlı hesab edir ki, əvvəlki dövr üçün alimentin hesablanması iddiaçının məhkəməyə müraciət etdiyi tarix, yəni xx.xx.2025-ci il, əsas götürülərək müəyyən edilməlidir. Əlavə olaraq məhkəmə iclasında dindirilmiş xx.xx.2008-ci il təvəllüdlü X9 bildirmişdir ki, 2025-ci ilin may ayından atası, mülki iş üzrə Cavabdeh ilə birgə yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallar nəzərə alınaraq, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üçün xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 1/2 hissəsində və 300 manat sabit pul məbləğində aliment, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üçün xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsində və 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iddiaya xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 xeyrinə uşaqlar yetkinlik yaşına çatanadək hər biri üçün hər ay 246 manat sabit pul məbləğində alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə də qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, birgə uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Hazırki mülki işin faktiki hallarından və uşağın öz ifadəsindən müəyyən edilir ki, xx.xx.2008-ci il təvvüdlü X9 atası, mülki iş üzrə Cavabdeh ilə birgə yaşayır. Belə olan halda xx.xx.2008-ci il təvvüdlü X4 hazırda cavabdehin yanında yaşadığı nəzərə alınaraq, İddiaçı xx.xx.2008-ci il təvvüdlü X2 üçün alimentin tutulması tələbi əsassızdır. Digər tərəfdən müəyyən edilmişdir ki, digər iki uşaq, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X10, anaları, mülki iş üzrə İddiaçı himayəsində olmaqla onunla birgə yaşayır. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından olan uşaqlarının maddi cəhətdən təmin edilməsi hər iki valideynin vəzifəsi olaraq qəbul edilərək və cavabdehin maddi vəziyyəti nəzərə alınaraq, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən, hər ay hər uşaq üçün 246 manat məbləğində aliment alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən, başlanmalı və qətnamə dərhal icra edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən uşaqlar üçün təyin edilmiş alimentin miqdarı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun olaraq müəyyən edilərək, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində aliment tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 5904 manat (492 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 79,04 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən Cavabdeh İddiaçı xeyrinə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üçün xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 1/2 hissəsində və 300 manat sabit pul məbləğində aliment, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üçün xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsində və 200 manat sabit pul məbləğində aliment tutulsun. xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində aliment tutulsun. 79,04 (yetmiş doqquz manat dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar