Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7262/2024 21.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2024-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin, həmçinin azyaşlı övladının 3 yaşına çatanadək saxlanılması üçün 500 manat pulun və azyaşlı övladının müalicəsi üçün çəkilmiş 1.000 manat xərcin, 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya verilməsi, alimentin tutulmasının əvvəlinin mediasiyaya müraciət olunduğu 05 iyul 2024-cü il tarixdən hesablanması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə nikahını xx.xx.2022ci ildə rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2024-cü ildə X5 adlı bir uşaqları dünyaya gəlmişdir. Onlar bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonralar cavabdehin ailə problemlərinə laqeyd yanaşması, uşaqlarına münasibətdə diqqətsizlik göstərməsi və bəzi digər səbəblərdən aralarında müəyyən problemlər yaranmışdır. Bu səbəbdən də cavabdehlə faktiki olaraq ayrılmışdırlar və o, cavabdehlə birgə yaşadıqları evi tərk edərək anasının yanına getmişdir. O, cavabdehlə birgə yaşadıqları evi tərk edərkən cavabdehlə birgə nikahdan doğulmuş uşağı da özü ilə aparmışdır və hal-hazırda uşaq onun himayəsində qalmışdır. Keçən müddət ərzində cavabdeh uşağı ilə maraqlanmamış, onun saxlanılmasında hərhansı bir formada iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinin və “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 26-cı maddəsinin tələblərinə uyğun olaraq aralarında olan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün mediatora müraciət etmişdir. X4 tərəfindən xx.xx.2024-cü ildə MŞŞ/MT018/2024-01349 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İddiaçı cavabdehlə faktiki olaraq ayrıldıqdan sonra cavabdeh uşaqla maraqlanmamış, uşağın saxlanması üçün bütün yük onun, dolayısı ilə də onun anasının üzərinə düşmüşdür. Faktiki ayrıldıqdan sonra o, dəfələrlə cavabdehdən uşağın saxlanmasına köməklik göstərməyini xahiş etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Həmçinin Cavabdeh ilə birgə nikahdan 11 yanvar 2024-cü ildə doğulmuş X1 ciddi problemlər mövcuddur. Azyaşlı övladı doğulduğu gündən bir sıra xəstəliklərdən əziyyət çəkir. Həmçinin uşağa qulluq etdiyinə görə özü də işləyə bilmir. Halbuki, uşağın müalicəsi kifayət qədər xərc tələb etməkdədir. O, hər ay övladını müayinə və müalicə olunması üçün həkimlərə aparır. Ancaq keçən müddət ərzində cavabdeh nəinki uşağın saxlanılmasına heç bir köməklik göstərməmiş, ümumiyyətlə uşağı ilə maraqlanmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdehlə Şəki rayonunda tanış olmuşdur. Evləndikdən sonra cavabdehlə Bakı şəhərinə köçmüşlər. Cavabdeh onu hamiləlik dövründə dəfələrlə döydüyü üçün uşaq iflic xəstəliyi ilə doğulmuşdur. Uşaq ömrünün sonunadək xəstədir. Cavabdeh uşaqla maraqlanmır və onun müalicəsi və saxlanması xərclərinin ödənilməsində iştirak etmir. O, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, verdiyi izahatında bildirmişdir ki, onun aylıq gəliri 650 manatdır. Uşağın saxlanması üçün əlindən gələn köməkliyi edir. İddiaçının dedikləri həqiqəti əks etdirmir. İddiaçı anasının sözü ilə hərəkət edir və uşağı da ona göstərmir. İddiaçı təhsil alır, əgər uşağa baxa bilmirsə uşağı versin ki, onun özü uşağa baxsın. O, dövlət tərəfindən minimum şəkildə təyin edilmiş aliment çıxmaqla, qalan hissədə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X2 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin əslindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra arvada “Hüseynli” soyadı verilmişdir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də “idarə qulluqçusu, anbar/qeydiyyat və uçot” üzrə vəzifədə işləyir, əmək haqqısı 727 manat təşkil edir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı mediasiya xərci 60 manat məbləğində ödənilmişdir. İş materiallarından görünür ki, ilkin mediassiya sessiyasında hər iki tərəf iştirak etmişdir və Şəki 1 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli “İlkin mediassiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator, stasionar xəstənin tibbi kartasının surətindən görünür ki, X3 “mərkəzi sinir sisteminin zədələnməsi, inkişaf etaplarının ləngiməsi” diaqnozu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, yetkinlik yaşına çatmamış uşaq isə iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən alimentin tutulmasına dair iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbli qismən təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 235 manat məbləğində müəyyən edilməlidir. İş materialları ilə cavabdehdən 235 manat məbləğindən daha artıq məbləğdə alimentin tutulmasına əsas verə biləcək cavabdehə aid müvafiq gəlir məlumatları müəyyən edilmədiyindən, iddia tələbli qismən təmin edilməlidir. Həmçinin, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddianın “azyaşlı övladının 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 500 manat pulun iddiaçının xeyrinə tutulması” barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia göstərilən hissədə əsassızdır təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, uşaq 3 yaşına çatanadək arvada ödənilməli olan aliment öhdəliyinin bir sıra xüsusiyyətləri vardır. Birincisi ər (arvad) zəruri vəsaitə malik olmalıdır, ikincisi ərin (arvadın) ailə və maddi vəziyyəti nəzərə alınmalıdır, üçüncüsü tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmalıdır. Cavabdehin uşaq 3 yaşına çatanadək iddiaçıya aliment ödəməsi üçün zəruri vəsaitə malik olması iş materialları ilə təsdiq edilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddianın “azyaşlı övladın müalicəsi üçün çəkilmiş 1.000 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməlidir Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2024-cü il təvəllüdlü X5 “mərkəzi sinir sisteminin zədələnməsi, inkişaf etaplarının ləngiməsi” diaqnozu ilə xəstədir. Onun xəstəliyi ilə bağlı iddiaçı tərəfindən çəkilmiş xərclərin 1.000 manat məbləğində olması iş materialları ilə təsdiq olunmur. İddiaçı tərəfindən təqdim edilən ödəniş qəbzlərdən görünür ki, iddiaçı uşağa baxım məhsullarına və dərmanlara ümumilikdə 303,83 manat pul xərcləmişdir. Cavabdehin mövcud xərclərdə hər hansı şəkildə iştirak etməsi müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən 303,83 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Bununla bağlı iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin edilərək, alimentin tutulma müddəti iddianın verildiyi xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mediasiya xərclərinin cavabdehdən tutulması barədə iddia tələblərinə dair məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində xərc cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, 51,24 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 235 manat məbləğində sabit pul şəklində alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. 303,83 (üç yüz üç manat səksən üç qəpik) manat məbləğində uşağın müalicə xərcləri üçün çəkilmiş pul vəsaiti və 60 (altmış) manat mediasiya xərci olmaqla, cəmi 363,83 (üç yüz altmış üç manat səksən üç qəpik) manat pul məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 51,24 (əlli bir manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat məbləğində sabit pul şəklində alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-7262/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7262/2024
21.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver