Məhkəmə qərarları › İş №e-2(011)-7286/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7286/2025

24.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7286/2025 24.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüldü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay İddiaçı Cavabdeh xeyrinə hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə artıq pozulmuş birgə nikahdan xx.xx.2017-ci il təvəllüldü X10 və xx.xx.2012-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-1680/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçıdan cavabdeh X6 xeyrinə hər uşağa görə 130 manat sabit pul məbləğində alimentin tutulmasına qət edilmişdir. Cavabdeh iddia tələbi əsasında Xəzər Rayon Məhkəməsinin 2(003)-1683/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissə miqdarda aliment tutulub Cavabdeh ödənilməsi qət edilərək, aliment miqdarı dəyişdirilmişdir. Lakin sonuncu qətnamədən bu günədək şərait əsaslı dəyişmiş, qətnamənin verilmə əsasları aradan qalxmışdır. Belə ki, iddiaçı xx.xx.2024-cü ildə X7 ilə rəsmi nikaha girmiş və həmin nikahdan xx.xx.2025-ci il təvəllüdlü X19 adlı bir övladı doğulmuşdur. Habelə, təqdim edilmiş “ASC Xalq Bank”-ın xx.xx.2024-cü il tarixli kredit cədvəlindən görünür ki, iddiaçı arvadının və yeni körpəsinin müalicə xərclərini qarşılamaq üçün arvadı X1 adına xx.xx.2024-cü ildən – xx.xx.2028-ci ilədək aylıq 921.68 manat ödəniş etmək şərti ilə kredit götürmüş və bu borc ailədə tək işləyən insan kimi iddiaçı tərəfindən ödənilir. Bundan başqa, mənə yazılan 1585 manat aylıq maaşdan vergilər və sığorta tutulandan sonra iddiaçının əlinə çatan konkret məbləğ 1200 manatdır. Yəni bu gün, həmin gəlirin 1/3 hissəsi iddiaçıdan tutularkən iddiaçının, yeni dünyaya gəlmiş övladının və yeni doğum etmiş arvadının yaşayış standartları enir, habelə borcların ödənməsi və yaşayış xərclərinin planlanmasında ciddi problemlər yaranır. Lakin sabit pul məbləğində aliment olarsa ədalətlilik və humanizm prinsipi baxımından iddiaçının və yeni doğulmuş körpəsinin də hüquqları pozulmamış olar. Belə ki, iddiaçı bu məqsədlə şəhəri 2 saylı Mediasiya Təşkilatına müraciət etmiş lakin qarşı tərəf mediasiya sessiyasında iştirak etməkdən imtina etdiyi üçün iddiaçıya müvafiq mediasiya arayışı verilmişdir. Bu iddia ərizəsini vermək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddiaçının hazırda yeni ailəsində tək işləyən şəxs olduğunu və bütün maddi məsuliyyətin onun üzərinə düşməsi səbəbindən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1683/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1680/2020 nömrəli qətnaməsi əsasında cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməsi və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1680/2020 nömrəli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissə miqdarda aliment tutulub iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Xəzər Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-V seriyalı, 118062 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 13 iyun 2025-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X11, anası isə X3r. Xəzər Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 606994 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Zeynalova (İsaqova) Sevinc İbrahim qızı 14 iyun 2024-cü il tarixdə 75 nömrəli qeyd ilə nikahları rəsmişləşmişdir. "xxxx" ASC ilə iddiaçının həyat yoldaşı X7 arasında bağlanmış kredit müqaviləsinə Əlavədən görünür ki, X4 35000 manat kredit verilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. (8.7-ci bənd) Azərbaycan Respublikası MPM-nin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndələrinin çıxışını dinləyib, mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, İddiaçı hazırda yeni rəsmi nikaha daxil olması və həmin nikahdan xx.xx.2025-ci il təvəllüdlü X19 adlı bir övladının doğulmuş olması, həmçinin İddiaçı həyat yoldaşı X9 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinin İddiaçı tərəfindən ödənilməsi onun əvvəlki nikahdan doğulmuş uşaqları üçün məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş aliment ödənişlərinin azaldılması üçün əsas hesab edilə bilməz. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq ödənilməli olan 50 manat; mediasiya təşkilatına ödənilmiş 60 manat. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar