Məhkəmə qərarları › İş №e-2(011)-731/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-731/2025

01.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-731/2025 01.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-nə və Cavabdeh3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 MMC tərəfindən vurulmuş mənəvi zərərə görə 50.000 manat, maddi zərərə görə 50.000 manat pul vəsaitinin müştərək qaydada onlardan tutularaq İddiaçı ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 tərəfindən İddiaçı atası X7 cavabdeh "xxxx" Tibb Mərkəzində “RCP” əməliyyatı olunmuşdur. Cavabdeh3 səhlənkarlığı ucbatindan mərhumun bağırsaq və öd yolu deşilmiş, nəticədə X7 vəfat etmişdir. Cavabdeh3la yanaşı digər Cavabdeh1 da cərrahiyə əməliyyatı zamanı qüsurlara yol vermişdir ki, həmin qüsurlar sonda Şahmurad Əliyevin ölümü ilə nəticələnmişdir. İddiaçı atasının vəfatından sonra təbii olaraq ciddi mənəvi sarsıntılar və iztirab keçirmişdir ki, bu da cavabdehlər tərəfindən ona mənəvi ziyan vurulduğunu göstərir. Bundan əlavə dərmanların alınması, habelə atasının müalicəsi zamanı iddiaçı maddi xərcləri qarşılamalı olmuş, nəticədə xeyli məbləğdə maddi ziyan çəkmişdir. İddiaçı 2 fevral 2021-ci il tarixində xx.xx.1955-ci il təvəllüdlü atası Şahmurad Əliyevin səhhətindəki narahatlıqla bağlı “Bakı Sağlamlıq Mərkəzi”nə müraciət etmişdir. Orada atasının ödü və öd yollarında daş olması, müalicə metodu kimi də ya açıq əməliyyat, ya da RCP olunmalı olduğu Bəhruza bildirilmişdir. Daha sonra o, bu barədə araşdırdıqdan sonra ona Cavabdeh2ndə çalışan Rəfail həkim məsləhət görülmüşdür. Rəfail həkim Şahmuradın şəkər xəstəsi olması səbəbindən açıq əməliyyatın deyil, RCP əməliyyatının daha məqsədəuyğun olduğunu düşünərək həmin gün RCP əməliyyatı olunması barəsində Bəhruzla razılaşmışdır. 03 fevral 2021-ci il tarixində Bəhruz tərəfindən 1.200 manat ödəniş edildikdən sonra atası Rəfail həkim tərəfindən RCP əməliyyatı olunmuşdur. Əməliyyatdan sonra Rəfail həkim gələrək əməliyyatın baş tutmadığını, səbəb kimi də daşın pis yerdə olduğuna görə onu götürməyinin mümkünsüz olduğunu bildirdi. Halbuki əməliyyatdan qabaq o həmin əməliyyatın risksiz və sadə bir proses olduğunu bildirmişdi. Şahmurad əməliyyatdan çıxdıqdan sonra təxminən 5 saat klinikada saxlanılmış və həmin gün saat 17 radələrində evə buraxılmışdır. O, evə gəldikdən sonra sağ tərəf qarın boşluğunda güclü ağrılardan şikayət etməyə başlamışdır. Həmin gün axşam saatlarında onun səhhəti kəskin surətdə pisləşmiş, qızdırma və üşütmə ilə müşahidə olunan ağrıları davam etmiş, axşam saat 21:30 radələrində sarı su qaytarmağa başlamış və bu barədə Rəfail həkimə məlumat verilmişdir. Rəfail həkim öddə olan daşın yerindən tərpəndiyini, bu səbəbdən ağrıların artdığını bildirmiş və ona “parasetomol” dərmanını qəbul etməsini məsləhət görmüşdür. Ağrılar azalmaq yerinə daha da artmış olan Şahmurad gecə saat 3 radələrində vəziyyəti daha da pisləşmiş və qanla ödün qarışığını qaytarmağa başlamışdır. Ölümcül vəziyyətdə olan Şahmurad dərhal “Bakı Sağlamlıq Mərkəzinə” gətirildiyi zaman ona ilkin tibbi yardım göstərilmiş və KT müayinəsi zamanı bağırsağın deşildiyi və bu səbəbdən içəri hava və maye dolduğu məlum olmuşdur. X22 bağlı Rəfail həkimlə yenidən əlaqə saxladığı zaman o, bağırsaq və öd yolunun onun səhvi ucbatından deşildiyini etiraf etməklə atasını sağaldacağını bildirmişdir. 4 fevral 2021-ci il tarixində Şahmuradı “X23” aparıldığı zaman Rəfail həkim əməliyyata ehtiyac olmadığını antibiotiklərlə sağala biləcəyini, kəsiklərin qapanacağını bildirmişdir. Ertəsi gün həmin müəssisədə KT zamanı mayenin sürətlə artdığı görünmüşdür. Təcili əməliyyat zərurəti yarandığından Bəhruz “Bon Dea” klinikasında həkim tapsa da, Cavabdeh2 gözləmədən atası Şahmurad orada Cavabdeh1 və Tərxan Yusifov tərəfindən əməliyyat edilmişdir. Ərizəyə qoşma olaraq əlavə edilən izahatlarda Cavabdeh1 və Tərxan Yusifov əməliyyat zamanı 1.500 ml bulanıq ödlü ərpli mayenin ifraz olunduğunu təsdiq etmişlər. Əməliyyatla atasının qarın boşluğundan 3 litr öd mayesi götürülmüş və drenaj qoyulmuşdur. Lakin drenaj düzgün qoyulmadığına görə öd mayesi yenə də qarın boşluğuna axmışdır. Daha sonra onun hesabına “Trisiamin”, “Zafiçeftra”, “Fisit”, “Alqumin”, “Tpn”, “Hemopars”, “Sandostatin” kimi bahalı dərmanlar alınmış və güya atasının vəziyyətinin yaxşılaşdığı bildirilmişdir. Aldığı dərmanların hamısını ondan Zaur adlı reanimatoloq qəbul etmiş və Məhəbbət adlı tibb bacısı hesabatını aparmışdır. Lakin X20 Rəfail həkimin bacısının əri Xalid həkim bitişmə olmadığını və öd mayesinin hələ də qarın boşluğuna axdığını deyərək Rəfail həkimlə mübahisə etmişdir. Bütün bu əməliyyatlar fayda vermədiyinə görə Rəfail həkim Bəhruza “Respublika Diaqnostika Mərkəzində” qarın boşluğu üzrə cərrah Ağakişi həkimi məsləhət görmüşdür. Şahmurad sonuncu tərəfindən əməliyyat olunsa da, bu əməliyyat da uğursuzluqla nəticələnmişdir. Daha sonra Rəfail həkim bu dəfə Əliniyaz həkimi məsləhət görmüşdür. Bəhruz Əliniyaz həkimlə görüşüb mövcud vəziyyəti müzakirə etdikdən sonra o Rəfail həkimə və Ələddin adlı baş həkimə tapşırmışdır ki, xəstəni əməliyyat üçün hazırlasınlar və evə gedib qayıtdıqdan sonra əməliyyata başlayacaqdır. Lakin bir saatdan sonra nədənsə o Rəfail həkimə zəng edərək əməliyyatdan imtina etdiyini bildirmişdir. Bundan sonra Bəhruza “X31”da çalışan Kamal həkim məsləhət görülsə də, həmin klinika rəhbərliyi Rəfail həkimdən gələn xəstələri qəbul etmədiyini bildirmişdir. Bundan sonra Rəfail həkim Topçubaşov adına X12 çalışan Şahid1 məsləhət görmüş, sonuncu 2021-ci ilin fevralının sonlarında Cavabdeh2ndə Şahmuradı əməliyyat edərək ödünü təmizləmiş və 72 saat ərzində atasının səhhəti stabilləşəcəyi halda əməliyyatla ödü götürə biləcəyini bildirmişdir. Təqribən 4 gün sonra Rəfail həkim stend qoymağa cəhd göstərsə də, buna müvəffəq olmamış və Qurbanxan həkim səhhətinin stabilləşməməsi səbəbindən yenidən Şahmuradı əməliyyat etməkdən imtina etmişdir. X10 5 mart 2021-ci il tarixində Cavabdeh2ndə vəfat etmişdir. Şahmurad Əliyev "xxxx" Neft Şirkətinin Qaz İxracı İdarəsində işləyib təqaüdə çıxdığına görə tibbi sığortası olmuşdur. Lakin buna baxmayaraq atasının əməliyyatları və dərmanları ilə əlaqədar bütün xərclər İddiaçı tərəfindən qarşılanmışdır. Təkcə dərmanlara 43.000 manat, Bakı Sağlamlıq Mərkəzində qan alma, plazma və s. 1.000 manat, 30 gün ərzində yemək, tibb bacısı və digər xəstə ehtiyacları ilə bağlı 5000 manat, ümumilikdə 50.000 manat xərcləmişdir. Atasının meyiti gecə saat 23-dən səhər saat 5 radələrinədək ambulansda saxlanılmış, meyitin yarılması ilə bağlı Bəhruza heç bir təklif verilməmişdir. Meyit gecə saatlarında klinikadan çıxarılaraq ambulansda saxlanılmışdır ki, buna da çox güman ki, ölüm səbəbinin təyin edilməməsi və ekspertizanın keçirilməsinin qarşısının alınması əsas olmuşdur. Həmçinin Şahmurad vəfat etdikdən sonra xəstəxana tərəfindən bildirildi ki, onlar artıq ölümün səbəbini müəyyənləşdirib müvafiq qeydlər aparmışdılar və təkrar yoxlanışa ehtiyac yoxdur. Bəhruz bunun nəticəsi olaraq atasını aparıb dəfn etmiş və bu meyitin təkrar ekshumasiya olunmamasına səbəb olmuşdur. AR Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X13 PHŞ-dən daxil olmuş 1878 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilir ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, “ERXPQ” cərrahiyyə əməliyyatının gedişi zamanı əməliyyat olunan nahiyələrdə, yəni Fater məməciyində striktura və divertikulun olduğu müəyyən edilmişdir. Bu patoloji proseslər çətinliklərə səbəb olmuş və 12-barmaq bağırsağın arxa divarının perforasiyasına gətirib çıxarmışdır. Qeyd olunan texniki qüsur Səhiyyə sistemində 2012ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilir və buna məsul şəxs bu əməliyyatı icra edən həkim mütəxəssisdir. 5 fevral 2021-ci il tarixdə həkimlərin konsiliumu aparılmış və “Laparotomiya” cərrahiyə əməliyyatının aparılmasına qərar verilmişdir. Həmin tarixdə “Laparotomiya qarın boşluğunun təftişi sanasiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişi zamanı növbəti səhvə yol verilmiş, “ERXPQ” ilə əlaqəli olan perforasiya dəliyi aşkar edilməmişdir. Belə ki, əməliyyat zamanı öd peritonitinin olmasını nəzərə alaraq peritonitin mənbəyi olan periforativ dəlik mütləq qaydada müəyyən olunması üçün intraoperasion konsilium keçirilməli və aparıcı mütəxəssislərin konsultasiyası aparılmalı idi. Eyni zamanda intraoperasion qastroduadenoskopiya aparılmaqla periforativ dəliyin lokalizasiyası aşkar edilməli və əlavə cərrahi tibbi tədbirlər yerinə yetirilməli idi. Beləlikə, “Laparotomiya” cərrahi əməliyyatı tam icra edilməmişdir. Qeyd olunan texniki qüsur Səhiyyə sistemində 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilir və buna məsul şəxs bu əməliyyatı icra edən həkim mütəxəssisdir. Əlavə olaraq AR Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 PHŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, BŞŞ-434 saylı xx.xx.2022-ci il tarixli, 646 saylı oxşar məzmunlu olmaqla həkimlər tərəfindən yol verilmiş qüsurları təsdiqləyir. 24 aprel 2022-ci il tarixli, BŞŞ-434 saylı rəydə əlavə olaraq qeyd olunmuşdur ki, X2 üzərində 03 fevral 2021-ci il tarixində icra edilmiş “ERXPQ” cərrahiyyə əməliyyatı zamanı ağırlaşma Fater məməciyinin yaxınlığında 12 barmaq bağırsağın perforasiyası baş vermişdir. Bununla əlaqədar xx.xx.2021-ci il tarixdə təkrar cərrahiyə əməliyyatı “Laparotomiya” tam olaraq aparılmamış, 12 barmaq bağırsaqda olan perforasiya dəliyi müəyyən edilməmişdir. Daha sonra öd peritoniti davam etmiş və 15 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə “Relaparotomiya” cərrahi əməliyyatına qərar verilsə də, əməliyyat gecikdirilmiş və inkişaf edən iltihabi proses daha da dərinləşmişdir. Cərrahi təcrübədə 15 gün müddətində davam edən öd peritoniti yol verilməzdir. Bunlardan əlavə, X7 Cavabdeh2nin həkimi Cavabdeh3 12-barmaq bağırsağını deşməsi (peroforasiyası) səbəbindən ölməsi faktı Cavabdeh2 tərəfindən verilmiş tibbi şəhadətnamədə öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunan ekspert rəyləri 03 fevral 2021-ci il tarixli “ERXPQ” əməliyyatı zamanı Cavabdeh3 tərəfindən Şahmurad Əliyevin 12 barmaq bağırsağında perforasiyanın yaranması, eləcə də 5 fevral 2021-ci il tarixli əməliyyat zamanı digər Cavabdeh1 və Tərxan Yusifov tərəfindən həmin dəliyin aşkar edilməməsi ilə bağlı ciddi qüsurlara yol verildiyini və sonda iddiaçının atasının dünyasını dəyişdiyini təsdiq etməklə cavabdeh həkimlərin təqsirli olduqlarını göstərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Həkim-qastroenteroloqun nümunəvi vəzifə Təlimatları”da həkimqastroenteroloqun vəzifə öhdəlikləri qeyd edilmişdir. Belə ki, qeyd olunmuş vəzifə öhdəliklərinə əsasən həkim-qastroenteroloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir. Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır. İşin faktiki hallarından da məlum olduğu kimi həkim Cavabdeh3, Cavabdeh1 və Tərxan Yusifov vəzifə öhdəliklərini yerinə yetirməmiş kobud səhvlərə yol vermişdir. İddiaçının atası X20 müalicəsini davam etdirsə də, dərmanları almağı onun öhdəliyinə qoymuşlar və onlar təkcə dərmanlara 43.000 manat, yemək, tibb bacısı və digər xəstə ehtiyacları ilə bağlı 5.000 manat, Bakı Sağlamlıq Mərkəzindəki analizlərə 1.000 manat, ümumilikdə 5.000 manat sərf etmişdir. Həkim səhlənkarlığı ucbatından atası vəfat edən iddiaçı eyni zamanda mənəvi ziyana da məruz qalmışdır. Yuxarıda qeyd olunduğu kimi ilk əməliyyatdan vəfata kimi iddiaçının atası dəfələrlə əməliyyat olunmuş, proseslər uzun çəkmişdir. Beləcə iddiaçı uzun müddət cavabdehin səhlənkarlığı ucbatından stress və gərginlik keçirmişdir ki, bunlar da sonda onun atasının vəfatı ilə nəticələnmişdir. Beləcə iddiaçının uzun müddət keçirdiyi gərginlik azmış kimi, sonda doğma atasının vəfatı ilə üzləşməli olmuş, təbii olaraq ağır mənəvi sarsıntı keçirmişdir. Cavabdeh barəsində cinayət işi başlanılmış və həmin cinayət işi üzrə araşdırma hələ də davam etməkdədir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələblərinə etiraz edərək, iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, İddiaçı atası X2 ölüm səbəbi müəyyən edilməmişdir. Belə ki, iddiaçının tələbi ilə Ş.Əliyev dəfn edildiyindən və daha sonra ekshumasiyanın keçirilməsindən imtina olunduğundan, keçirilmiş tibbi əməliyyatlarla ölümün səbəbli əlaqəsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin gedişatında ekshumasiya ilə bağlı qərar verilmişdir, lakin qərar icrasız qalmışdır. Bundan başqa iddaçı İddiaçı atası X7 əməliyyata girməzdən öncə İddiaçı tibb müəssisəsindən şikayəti olmayacağına dair iltizamnamə imzalamışdır. Ölümün səbəbi müəyyən olunmadığına görə cinayət işinin də icraatı xitam edilmişdir. Ekshumasiya keçirilməyənədək və ölümün səbəbi dəqiq müəyyən edilməyənədək hazırki iddia tələblərinin əsaslı olub-olmadığını müəyyən etmək mümkün olmayacaqdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə “kəskin peritonit” səbəbindən ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Cavabdeh3, X15 və Şahid1 əməllərində cinayət tərkibinin olması müəyyən edilmədiyindən X2 və X4 ölməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, istintaq zamanı İddiaçı və X3 Cavabdeh2 MMC-də müalicə olunarkən öldükdən sonra onların meyitinin daxili müayinəsi aparıhnadığından və keçirilmiş komisyon məhkəmə-tibb ekspertizaları nəticəsində aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olubolmaması haqqında fikir söylənilməsi mümkün olmadığından, Şahmurad Əliyevin meyitinin Lerik rayonu ərazisində yerləşən qəbirstanlıqdan və Firəngiz Dadaşovanın meyitinin Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsinin ərazisində yerləşən qəbirstanlıqdan çıxarılması (ekshumasiya edilməsi) üçün Xətai Rayon Məhkəməsinə vəsatət və təqdimatla müraciət edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli. 5(011)-578/2O23 saylı qərarı İlə X2 Lerik rayonu ərazisində yerləşən qəbirstanhqda dəfn olunmuş meyitinin və X4 Bakı şəhəri, Nizami rayonu. Keşlə qəsəbəsinin ərazisində yerləşən qəbirstanlıqda dəfn olunmuş meyitinin qəbirdən çıxarılmasına (ekshumasiya edilməsinə) icazə verilmişdir. Lakin, iş üzrə zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınmış İddiaçı və X8 ərizə ilə rayon prokurorluğuna, müraciət edərək Şahmurad Əliyevin və Firəngiz Dadaşovanm meyitinin qəbirdən çıxarılmasına etiraz etdiklərini bildirmişlər. Cinayət işi üzrə aparılmış istintaq zamanı X2 və X4 üzərində icra edilmiş cərrahiyə əməliyyatları ilə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir. X2 və X4 ölümündə Cavabdeh3, X11, Şahid1, digər şəxs və ya şəxslərin ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizlik) o cümlədən, səhlənkarlığı yəni, vəzifəli şəxsin İşə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerin yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi müəyyən edilməmişdir. Həmçinin, X2 və X4 ölümünün Cavabdeh3 X11, Şahid1, digər şəxs və ya şəxslərin cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına einasızlığı səbəbindən baş verməsi müəyyən edilməmişdir. Beləliklə, iş üzrə aparılmış istintaq nəticəsində Cavabdeh3, X15 və Şahid1 əməlllərində cinayət tərkibinin olması müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarizli “izahatnamənin” surətindən görünür ki, İddiaçı atası Ş.Əliyevə qoyulmuş diaqnoza razıdır. Ölümün səbəbi ona izah olunub. Atasının meyidinin patoloji anatomik müayinəsindən qəti imtina edir və meyiti evə aparacaqdır. Tibbi personala və tibb mərkəzinə iradı yoxdur. Bütün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan “diaqnostik manipulyasiyaların və cərrahi müdaxilələrin aparılmasına xəstə və ya xəstənin qanuni nümayəndəsinin razılığı” barədə İddiaçı tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli iltizamnamənin surətindən görünür ki, “həkim” qrafasında həmin iltizamnaməni Cavabdeh3 imza etmişdir. İltizamnamənin mətni üzrə İddiaçı “ERPXQ” əməliyyatı və nəticələri barədə məlumatlandırması aparılmışdır. İş materiallarında olan Cavabdeh2ndə göstərilmiş tibbi yardıma dair tibbi sənədlərin ******* saylı xəstənin stasionar tibbi kartasından görünür ki, pasiyent Şahmurad Əliyevə “Xoledoxolitiaz. Xroniki kalkulyoz xolesistit. Şəkərli diabet” kliniki diaqnozu müəyyən edilmişdir. Tibbi kartasının məlumatlarına görə pasiyentə Cavabdeh3 tərəfindən xx.xx.2021-ci il tarixdə “ERXPQ”, T.Yusifov tərəfindən xx.xx.2021-ci il tarixdə “Laparotomiya, qarın boşluğunun təftişi, sanasiyası” və xx.xx.2021-ci ildə “Traxeostomanın qoyulması” kimi cərrahi əməliyyatlar aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sahiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X28 X6 tərəfindən verilmiş 847/KEŞ nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, 1) X2 meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi haqqında fikir söylənilməsi mümkün olmadı. 2) X20 Şahmurad Əliyevin adına tərtib edilmiş tibbi sənədlərdə xx.xx.2021-ci il tarixdə saat 18:00-da onda biolojı ölümünün baş verdiyi qeyd edilmişdir. 3) X20 Şahmurad Əliyevin adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, ona “Xoledoxolitiaz. Xroniki kalkulyoz xolesistit” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. 4) Şahmurad Əliyevə təyin edilmiş müayinələr ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. 5) Şahmurad Əliyevə təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “ERXPQ” cərahiyyə əməliyatının aparılması taktiki olaraq düzgün seçilmişdir. Lakin müdaxilənin icrası zamanı öd yolunda daşın (5 mm) götürülməsinə cəhd olunsa da öd sfinktorunda struktur və fater məməciyi ətrafında divertikul olduğundan öd yoluna daxil olmaq mümkün olmamışdır. X2 meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmadı. 6) Şahmurad Əliyevin müalicəsi zamanı istifadə olunmuş dərman preparatlarının dozaları optimal olmuşdur. 7) Şahmurad Əliyevin üzərində icra edilmiş “ERXPQ” cərahiyyə əməliyyatı endotraxeal anesteziya altında aparılmışdır. 8)Şahmurad Əliyevin üzərində icra edilmiş cərrahi əməliyyatının endotraxeal anesteziya altında aparılması düzgün seçim olmuş və istifadə olunmuş dərman preparatlarının dozaları cərrahiyyə əməliyyatının müddətinə uyğun olmuşdur. X18 Tibb Mərkəzində aparılmış müayinə və müalicələr Sahiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Sahiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X28 BŞŞ-434 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 1) X2 meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi haqqında fikir söylənilməsi mümkün olmadı. 2) "xxxx" Tibb X1 adına tərtib edilmiş tibbi sənədlərdə xx.xx.2021-ci il tarixdə saat 18:00-da onda bioloji ölümün baş verdiyi qeyd edilmişdir. 3) xx.xx.2021-ci il tarixdə X7 “Xoledoxolitiaz. Xroniki xolesistit” diaqnozu ilə "xxxx" Tibb Mərkəzinə daxil olmuşdur. Xəstə klinikaya daxil olmamışdan əvvəl xx.xx.2021-ci il tarixdə “Bakı Sağlamlıq Mərkəzi”ndə bir sıra laborator, instrumental müayinələrdən keçmiş və müayinə nəticələrini nəzərə alaraq ona “Xoledoxolitiaz. Xroniki kalkulyoz xolesistit” diaqnozu düzgün təyin edilmişdir. 4) X5 aparılmış müayinələr ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. 5) X5 təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “ERXPQ” cərrahiyyə əməliyyatının aparılmasına düzgün qərar verilmişdir 6) Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən “ERXPQ” cərrahiyyə əməliyyatının gedişi zamanı əməliyyat olunan nahiyələrdə, yəni Fater məməciyində striktura və divertikulun olduğu müəyyən edilmişdir. Bu patoloji proseslər əməliyyatın texniki çətinliklərinə səbəb olmuş və 12-barmaq bağırsağın arxa divarının perforasiyasma gətirib çıxarmışdır. Bununla əlaqədar xəstə “ERXPQ” cərrahiyyə əməliyyatından sonra dinamik nəzarətdə saxlanılmış, dəfələrlə laborator və instrumental müayinələrdən keçirilmişdir. Qeyd olunan texniki qüsur Səhiyyə sistemində 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilir və buna məsul şəxs “ERXPQ” əməliyyatını icra edən həkim mütəxəssisdir. xx.xx.2021-ci il tarixdə həkimlərin konsiliumu aparılmış və “Laparotomiya” cərrahiyyə əməliyyatının aparılmasına qərar verilmişdir. xx.xx.2021-ci il tarixdə “Laparotomiya, qarın boşluğunun təftişi, sanasiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Cərrahi əməliyyatın gedişi zamanı növbəti səhvə yol verilmiş, “ERXPQ” ilə əlaqəli olan perforasiya dəliyi aşkar edilməmişdir. Belə ki, əməliyyat zamanı öd peritonitinin olmasını nəzərə alaraq peritonitin mənbəyi olan perforativ dəlik mütləq qaydada müəyyən olunması üçün intraoperasion konsilium keçirilməli və aparıcı mütəxəssislərin konsultasiyası aparılmalı idi. Eyni zamanda intraoperasion qastroduadenoskopiya aparılmaqla perforativ dəliyin lokalizasiyası aşkar edilməli və əlavə cərrahi tibbi tədbirlər yerinə yetirilməli idi. Beləliklə, “Laparotomiya” cərrahiyyə əməliyyatı tam icra edilməmiş, yəni yanaşı tibbi müdaxilələr aparılmamışdır. Qeyd olunanlar Səhiyyə sistemində 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilir və buna məsul şəxs “Laparotomiya” cərrahiyyə əməliyyatını icra edən həkim cərrahdır. 7) X2 üzərində icra edilmiş “ERXPQ” cərrahiyyə əməliyyatı endotraxeal anesteziya altında aparılmışdır. 8) X2 üzərində icra edilmiş cərrahi əməliyyatın endotraxeal anesteziya altında aparılması düzgün seçim olmuş və istifadə olunmuş dərman preparatlarının dozaları cərrahiyyə əməliyyatının müddətinə uyğun olmuşdur. 9) X2 üzərində xx.xx.2021-ci il tarixdə icra edilmiş “ERXPQ” cərrahiyyə əməliyyatı zamanı ağırlaşma - Fater məməciyinin yaxınlığında 12-barmaq bağırsağın perforasiyası baş vermişdir. Bununla əlaqədar xx.xx.2021-ci il tarixdə təkrar cərrahiyyə əməliyyatı “Laparotomiya” tam olaraq aparılmamış, 12-barmaq bağırsaqda olan perforasiya dəliyi müəyyən edilməmişdir. Daha sonra, öd peritoniti davam etmiş və 15 gün sonra - xx.xx.2021-ci il tarixdə “Relaparotomiya” cərrahi əməliyyata qərar verilsə də, əməliyyat gecikdirilmiş və inkişaf edən iltihabi proses daha da dərinləşmişdir. Cərrahi təcrübədə 15 gün müddətində davam edən öd peritoniti yol verilməzdir. “Relaparotomiya” cərrahiyyə əməliyyatının icrası zamanı 12-barmaq bağırsaqda olan defektin tapılmasına baxmayaraq həmin nahiyəyə axan ödün və mədə şirəsinin axıntısının qarşısının alınması üçün əlavə cərrahi tədbirlər görülməli olduğu halda görülməmişdir. Qeyd olunanlar Səhiyyə sistemində 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilir və buna məsul şəxs “Relaparotomiya” cərrahiyyə əməliyyatını icra edən həkim cərrahdır. 10) X2 meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmadı.11) "xxxx" Tibb Mərkəzi MMC-nin həkim qastroenteroloqu Cavabdeh3 sözügedən “ERXPQ” cərrahiyyə əməliyyatını icra etmək səlahiyyəti olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Sahiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X28 646 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 1) tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Ş.Əliyevin üzərində “ERXPQ” əməliyyatının gedişi zamanı əməliyyat olunan nahiyələrdə, yəni Fater məməciyində striktura və divertikulun olduğu müəyyən edilmişdir. Bu patoloji proseslər əməliyyatın texniki çətinliklərinə səbəb olmuş və 12-barmaq bağırsağın arxa divarının perforasiyasına gətirib çıxarmışdır. Qeyd edilən texniki qüsur Səhiyyə sistemində 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilir və buna məsul şəxs “ERXPQ” əməliyyatını icra edən həkim mütəxəssisdir. Texniki qüsur tibbi manipulyasiya ilə əlaqəli olduğundan sağlamlığa zərərvurmanın dərəcəsinin təyinində nəzərə alınmır. 2) Ş.Əliyevin üzərində xx.xx.2021-ci il tarixdə “Laparotomiya, qarın boşluğunun təftişi, sanasiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Cərrahi əməliyyatın gedişi zamanı növbəti səhvə yol verilmiş, “ERXPQ” ilə əlaqəli olan perforasiya dəliyi aşkar edilməmişdir. Belə ki, əməliyyat zamanı öd peritonitinin olmasını nəzərə alaraq peritonitin mənbəyi olan perforativ dəlik mütləq qaydada müəyyən olunması üçün intraoperasion konsilium keçirilməli və aparıcı mütəxəssislərin konsultasiyası aparılmalı idi. Eyni zamanda intraoperasion qastroduadenoskopiya aparılmaqla perforativ dəliyin lokalizasiyası aşkar edilməli və əlavə cərrahi tibbi tədbirlər yerinə yetirilməli idi. Beləliklə, “Laparotomiya” cərrahiyyə əməliyyatı tam icra edilməmiş, yəni yanaşı tibbi müdaxilələr aparılmamışdır. Qeyd olunanlar Səhiyyə sistemində 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilir və buna məsul şəxs “Laparotomiya” cərrahiyyə əməliyyatını icra edən həkim cərrahdır. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. 3) Təkrar aparılmış “Relaparotomiya” cərrahiyyə əməliyyatının gedişi zamanı 12- barmaq bağırsaqda olan defektin tapılmasına baxmayaraq həmin nahiyəyə axan ödün və mədə şirəsinin axıntısının qarşısının alınması üçün əlavə cərrahi tədbirlər görülməli olduğu halda görülməmişdir. Qeyd olunanlar Səhiyyə sistemində 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilir və buna məsul şəxs “Relaparotomiya” cərrahiyyə əməliyyatını icra edən həkim cərrahdır. Ş.Əliyevin meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi və aparılmış qüsurlu müalicələrlə onun ölümü arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Sahiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X28 148/KEŞ nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 1) Cavabdeh2ndə X2 adma tərtib edilmiş stasionar xəstənin tibbi kartası və ******* saylı ölüm haqqında tibbi şəhadətnamədə onun ölümünün səbəbi kimi “12-barmaq bağırsağın perforasiyası nəticəsində baş vermiş yayılmış peritonit” göstərilmişdir. Lakin bu, mərhum X2 ölümünün klinikada klinisistlər tərəfindən təyin edilmiş səbəbidir, məhkəmə-tibbi müayinə nəticəsində təyin edilmiş ölüm səbəbi deyil. 2) Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən Ş.Əliyevin üzərində “ERXPQ” əməliyyatının gedişi zamanı əməliyyat olunan nahiyələrdə, yəni Fater məməciyində struktura və divertikulun olduğu müəyyən edilmişdir. Bu patolojı proseslər əməliyyatın texniki çətinliklərinə səbəb olmuş və 12-barmaq bağırsağın arxa divarının perforasiyasına gətirib çıxarılmışdır. Qeyd edilən texniki qüsur Sahiyyə sistemində 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilir və buna məsul şəxs “ERXPQ” əməliyyatını icra edən həkim mütəxəssisdir. 3) Ş.Əliyevin üzərində xx.xx.2021-ci il tarixdə “Laparotomiya, qarın boşluğunun təftişi, sanasiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Cərrahi əməliyyatın gedişi zamanı növbəti səhvə yol verilmiş, “ERXPQ” ilə əlaqəli olan perforasiya dəliyi aşkar edilməmişdir. Belə ki, əməliyyat zamanı öd peritonitinin olmasını nəzərə alaraq peritonitin mənbəyi olan perforativ dəlik mütləq qaydada müəyyən olunması üçün intraoperasion konsilium keçirilməli və aparıcı mütəxəssislərin konsultasiyası aparılmalı idi. Eyni zamanda intraoperasion qastroduadenoskopiya aparılmaqla perforativ dəliyin lokalizasiyası aşkar edilməli və əlavə cərrahi tibbi tədbirlər yerinə yetirilməli idi. Beləliklə, “Laparotomiya” cərrahiyyə əməliyyatı tam icra edilməmiş, yəni yanaşı tibbi müdaxilələr aparılmamışdır. Qeyd olunanlar Səhiyyə sistemində 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilir və buna məsul şəxs “Laparotomiya” cərrahiyyə əməliyyatını icra edən həkim cərrahdır. 4) Təkrar aparılmış “Relaparotomiya” cərrahiyyə əməliyyatının gedişi zamanı 12-barmaq bağırsaqda olan defektin tapılmasına baxmayaraq həmin nahiyəyə axan ödün və mədə şirəsinin axıntısmın qarşısının alınması üçün əlavə cərrahi tədbirlər görülməli olduğu halda görülməmişdir. Qeyd olunanlar Səhiyyə sistemində 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilir və buna məsul şəxs “Relaparotomiya” cərrahiyyə əməliyyatını icra edən həkim cərrahdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış 30 aprel 2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş 1955-ci il təvəllüdlü X7Cavabdeh2 MMC-də xx.xx.2021-ci il tarixində ERXPQ əməliyyatı olunmuşdur. Əməliyyatı edən həkim Cavabdeh3. xx.xx.2021-ci il tarixində “Yayılmış peritonit, onikibarmaq bağırsağın perforasiyası ERXPQ-dən sonrakı vəziyyət” diaqnozu ilə “Laparotomiya, qarın boşluğunun təftişi, sanasiyası” əməliyyatı icra olunmuşdur. Əməliyyatı icra edən həkim cərrah Yusifov Tərxan, həkim cərrah Cavabdeh1, həkim anestezioloq reanimatoloq İbrahimov Ümüd icra etmişdir. xx.xx.2021-ci il tarixində Respublika Diaqnostika Mərkəzində “X25” əməliyyatı icra olunmuşdur, əməliyyatı icra edən həkim Uzman doktor Yahyayev Ağakişi. xx.xx.2021-ci il tarixində “Post ERPXQ duodenal perforasiya, davam edən peritonit” əməliyyatı icra olmuşdur, əməliyyat icra edən həkim professor Şahid1, həkim cərrah Cavabdeh1, anestezioloq reanimatoloq Qəribov Zaur. xx.xx.2021ci il tarixində təkrar ERPXQ əməliyyatı icra olundu, icra edən həkim Cavabdeh3. İş materiallarında olan “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadənaməsi”ndən görünür ki, Cavabdeh3 20 may 2021-ci il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində “qastroenterologiya” ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İş materiallarında olan “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadənaməsi”ndən görünür ki, Cavabdeh1 21 sentyabr 2021-ci il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində “ümumi cərrahiyyə” ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasında praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri barədə məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Tibb kadrlarının vahid reyestri"nə daxil edilir. Sözügedən reyestrdə ******* nömrəli kod ilə qeydiyyata alınmış Cavabdeh3 “ Qastroenterologiya” ixtisası üzrə sertifikasiyadan keçmiş və ona xx.xx.2021-ci il tarixində verilmiş AH seriyalı 039959 nömrəli sertifikasiya şəhadətnaməsi xx.xx.2026-cı il tarixinədək qüvvədədir “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, Cavabdeh3 Cavabdeh2 MMC-də həkim (ümumi) vəzifəsində işləyir. Əmək haqqı 300 manat təşkil edir. O, həmçinin “X9-Bakı” QSC-də şöbə müdiri vəzifəsində işləyir. Əmək haqqı 8.000 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1099-cu maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş bilavasitə xəstələrlə bağlanmış müqavilələr; üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr; icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə sığortaçılar ilə bağlanmış müqavilələr; xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən, özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri aşağıdakılardır: tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək; təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərmək; özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxsi bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərmək; xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək; tibbi statistik hesabatları qanunvericilikdə müəyyən olunmuş qaydada və vaxtında təqdim etmək; xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək; özəl tibbi praktikanın həyata keçirilməsinə hüquqi əsas verən sənədlərlə xəstəni tanış etmək; həkim sirrinə əməl etmək; zəruri hallarda xəstənin vəziyyəti barədə başqa mütəxəssislərlə məsləhətləşmək, xəstəni tibb müəssisəsinə göndərmək; qanunvericiliklə müəyyən olunmuş müddətlərdə öz vəsaiti hesabına, göstərilən tibbi yardım maliyyələşdirilən müəssisələrlə müqavilələrdə bu nəzərdə tutulmayıbsa, öz ixtisasını artırmaq və ya yenidən hazırlıq keçmək; qanunvericiliyə uyğun olaraq tədrisə cəlb olunmaq və sertifikasiyadan keçmək. Həmin Qanunun 19-cu maddəsinə əsasən, bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş həkim- qastroenteroloqun nümunəvi vəzifə Təlimatının 5ci bəndinə əsasən, həkim-qastroenteroloq aşağıdakıları bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman yardımının təşkilinin əsaslarını; öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını; qastroenterologiya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə bağlı məsələləri; öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri; tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını; əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial ekspertizanın aparılması qaydasını; dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını; tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını; həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın əsaslarını; insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını; təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını; sanitarmaarifləndirmənin əsaslarını; daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını. Həmin Təlimatın 9-cu bəndinə əsasən, həkim-qastroenteroloq stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir. Həmin Təlimatın 15-ci bəndinə əsasən, həkim-qastroenteroloq tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir. Həmin Təlimatın 24-cü bəndinə əsasən, həkim-qastroenteroloq aşağıdakılara görə məsuliyyət daşıyır: ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə; öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə; daxiliintizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə; qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş qaydada təqdim edilməsinə; ona tabe işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə; tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə. Həkim-qastroenteroloq əmək intizamının, qanunvericilik və normativhüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün ilk növbədə cavabdehlərin iddiaçının atasına qüsurlu tibbi xidmət göstərilməsində təqsirli olub-olmamaqları araşdırılmalıdır. İşin halları ilə müəyyən edilir ki, iddiaçının atası 1955-ci il təvəllüdlü X5 Cavabdeh2 MMC-də “xoledoxolitiaz, xroniki kalkulyoz xolesistit, şəkərli diabet kliniki diaqnozu qoyulmuşdur. Tibbi kartasının məlumatlarına görə pasiyentə həkim Cavabdeh3 tərəfindən xx.xx.2021-ci il tarixdə “ERXPQ”, həkim T.Yusifov tərəfindən xx.xx.2021-ci il tarixdə “Laparotomiya, qarın boşluğunun təftişi, sanasiyası” və xx.xx.2021-ci ildə “Traxeostomanın qoyulması” kimi cərrahi əməliyyatlar aparılmışdır. xx.xx.2021-ci il tarixində “ERXPQ” əməliyyatını icra edən həkim – Cavabdeh3 olmuşdur. Əməliyyatdan sonra xəstənin vəziyyəti pisləşmişdir və buna görə də ağırlaşmanın nəticələrinin aradan qaldırılması məqsədilə pasiyentin üzərində əlavə tibbi müdaxilələr icra edilmişdir. İş materialları, xüsusən də Azərbaycan Respublikası Sahiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X28 148/KEŞ nömrəli, xx.xx.2023-cü il tarixli; xx.xx.2022-ci il tarixli, 646 nömrəli; BŞŞ-434 nömrəli, xx.xx.2022-ci il tarixli rəyləri ilə müəyyən edilmişdir ki, X2 üzərində xx.xx.2021-ci il tarixdə keçirilmiş “ERXPQ” əməliyyatı qüsurlu olmuşdur. Rəylər üzrə görünür ki, tibbi xidmət göstərilərkən ardıcıl şəkildə əməliyyatın keçirilməsi qaydası və proseduru pozulmuş, Səhiyyə sistemində 2012-ci il tarixli 70 saylı əmrin tələblərinə riayət olunmamışdır. Azərbaycan Respublikası Sahiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X28 X6 tərəfindən verilmiş 847/KEŞ nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyi qüsurlu tibbi xidmətin aparılmadığını qeyd etsə də, digər 3 rəyin bunun əksini qeyd etdiyindən və pozuntu müəyyən edən rəylərin məzmunu biri-digəri ilə uzlaşdığından, məhkəmə 148/KEŞ nömrəli, xx.xx.2023-cü il tarixli; xx.xx.2022-ci il tarixli, 646 nömrəli; BŞŞ-434 nömrəli, xx.xx.2022-ci il tarixli rəyləri əsas götürür. Belə ki, qüsurlu tibbi xidmətin göstərilməsi iş materialları ilə müəyyən edildiyindən iddia tələbləri qismən olmaqla, cavabdehlər Cavabdeh2 MMC-nə və Cavabdeh3 aid hissədə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tibbi xidmətin göstərilməsi üçün Cavabdeh2 MMC-nə və həmin müəssisədə çalışan həkim Cavabdeh3 müraciət olunmuşdur (“diaqnostik manipulyasiyaların və cərrahi müdaxilələrin aparılmasına xəstə və ya xəstənin qanuni nümayəndəsinin razılığı” barədə xx.xx.2021-ci il tarixli iltizamnamə xəstənin qanuni təmsilçisi İddiaçı və həkim Cavabdeh3 tərəfindən imzalanmışdır). Həkim-cərrah Cavabdeh3 xx.xx.2021-ci il tarixdə “ERXPQ” əməliyyatını icra edərkən sonuncunun əməliyyatın keçirilməsi qaydası və prosedurunu pozması, Səhiyyə sistemində 2012-ci il tarixli 70 saylı əmrin tələblərinə riayət olunmaması iş materialları ilə öz təsdiqini tapmışdır. (148/KEŞ nömrəli, xx.xx.2023-cü il tarixli; xx.xx.2022-ci il tarixli, 646 nömrəli; BŞŞ-434 nömrəli, xx.xx.2022ci il tarixli rəylər). Bununla da, tibbi xidmətin göstərilməsi tibbi əməliyyatın keçirilməsi qaydası və prosedurunun pozulması öz təsdiqini tapdığından və həmin həkimin Cavabdeh2 MMCnin işçisi olduğundan, iddia tələbləri qismən olmaqla, qeyd edilən cavabdehlərə münasibətdə təmin edilməlidir. Məhkəmə qeyd edir ki, xəstənin müraciəti əsasında “ERXPQ” əməliyyatının aparılması tərəflər arasında razılaşdırılmış, əməliyyatın aparılması həkim Cavabdeh3 tapşırılmışdır. Sonrakı tibbi müdaxilələr əvvəlcədən razılaşdırılmamaqla, yol verilmiş qüsurlu tibbi xidmətin nəticələrinin aradan qaldırılmasına yönəlmişdir. Dəymiş ziyanın ödənilməsi tələblərinə gəldikdə isə məhkəmə qeyd edir ki, maddi ziyanı əsaslandıran müvafiq ödəniş sənədləri iddiaçı tərəfindən təqdim olunmadığından, bu hissədə iddia təmin edilməməlidir. Bununla bağlı iş materiallarından görünür ki, məhkəmə iclasında iştirak edən İddiaçı tibbi xərclərlə (tibbi müayinələr, dərman preparatları və sair) bağlı ödəniş qəbzlərinin onda saxladığını bildirmiş, lakin məhkəmənin təklifinə baxmayaraq, həmin qəbzlər iş materiallarına əlavə edilməmişdir. Buna görə də maddi ziyanın ödənilməsi hissəsində iddia təmin edilməməlidir. Mənəvi ziyanın ödənilməsi hissəsində iddia tələbləri cavabdehlər Cavabdeh2 MMC-nə və Cavabdeh3 aid hissədə qismən təmin edilməlidir. Bununla bağlı məhkəmə xüsusilə vurğulayır ki, iddia tələblərinin təmin olunduğu hissədə “mənəvi ziyan” dedikdə Ş.Əliyevin vəfatı ilə əlaqədar iddiaçıya dəymiş mənəvi ziyan deyil, Ş.Əliyevin cərrahiyyə əməliyyatı olduğu zaman həkim tərəfindən tibbi prosedurların pozulması nəticəsində xəstəyə (onun hüquq varisinə) dəymiş mənəvi ziyan nəzərdə tutulur. Belə ki, mənəvi zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Bununla da, mülki hüquq pozuntusu (prosedur qaydalarını pozmaqla tibbi əməliyyatın icrası) törətmiş həkim Cavabdeh3 hərəkətlərinə görə Cavabdeh2 MMC məsuliyyət daşıdığından, bu məsələ ilə bağlı qanuni əsaslar Mülki Məcəllənin qeyd edilən 1099 və 1112-ci maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrdə sübutetmə yükü zərərvuranın üzərinə düşür və məhz zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Lakin cavabdeh tibb müəssisəsi və həkim Cavabdeh3 tərəfindən bu hallar sübuta yetirilməmiş, onların təqsirinin olmaması ilə bağlı məhkəməyə hər hansı sübutu təqdim olunmamışdır. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, Cavabdeh2 MMC-nin həkimi Cavabdeh3 təqsirindən iddiaçının atası qüsurlu şəkildə əməliyyat olunmuşdur. Şübhəsiz ki, bu hal pasiyentə və onun övladı olan iddiaçıya mənəvi sarsıntılar, şüurda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdeh2 MMC-dən 10.000 manat, Cavabdeh3 onun xx.xx.2021-ci il tarixə olan bir aylıq əmək haqqı məbləğinin tutulması hissəsində təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, məhkəmənin təklif etməsinə baxmayaraq, Cavabdeh3 Cavabdeh2 MMC-də tam maddi məsuliyyət daşımasına dair sənədlər iş materialları ilə müəyyən edilmədiyindən, sonuncuya münasibətdə mülki məsuliyyətin həcmi onun bir aylıq əmək haqqı məbləği ilə müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edildiyindən, 121 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən mənəvi zərərin əvəzi qismində 10.000 (on min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh3 mənəvi zərərin əvəzi qismində onun 2021-ci ilin fevral ayı üçün müəyyənləşdirilmiş bir aylıq orta əmək haqqı məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 121 (bir yüz iyirmi bir) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar