Məhkəmə qərarları › İş №e-2(011)-7333/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7333/2025

09.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7333/2025 09.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Aygün Tərlan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı alimentin bir hissəsinin uşaqların adına açılmış bank hesabına köçürülməsi qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra Cavabdeh İddiaçı qarşı alimentin bir hissəsinin uşaqların adına açılmış bank hesabına köçürülməsi qarşılıqlı iddia tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda ilkin İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh ilə mübahisənin məhkmədən kənar həlli barədə razılığa gəldiklərindən aliment tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia tələbini, iş materiallarını və iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə qəbul edilməli, ilkin və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa;. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ilkin iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə qəbul edilməli və aliment tələbinə dair ilkin iddia ərizəsi baxılmamış saxlanılmalıdır. O cümlədən, aliment tələbinə dair ilkin iddia baxılmamış saxlanıldığından alimentin bir hissəsinin uşaqların adına açılmış bank hesabına köçürülməsinə dair qarşılıqlı iddia tələbi də baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Cavabdeh İddiaçı qarşı xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə minimum əmək haqqının 0.62 misli həcmində alimentin təyin edilməsi və Cavabdeh qazancının 1/3 hissəsindən bu alimentin miqdarı çıxılaraq yerdə qalan vəsaitin hər ay uşaqların adına açılacaq bank hesabına köçürülməsi və uşaqlar 18 yaşına çatanadək həmin bank hesablarından İddiaçı və digər şəxslərin istifadəsi, onlar barədə sərəncam verməsinin qadağan edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2025-ci il tarixli, **********45 nömrəli mədaxil qəbzinə “ASAN” ödəniş” sistemi vasitəsi ilə dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən cavabdehin vəkili-nümayəndəsi Vəkil qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar