Məhkəmə qərarları › İş №e-2(011)-735/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-735/2024

08.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-735/2024 08.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş ziyanın ödənilməsi barədə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hərəsindən ayrı-ayrılıqda 4029 manat cəmi 8058 manat pul reqres qaydasında tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, iş üzrə digər cavabdehlər "xxxx" ASC və Cavabdeh1 cavadbehlərin siyahısından xaric edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı “subroqasiya qaydasında pul tələbinı dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək olaraq subroqasiya qaydasında iddiaçının xeyrinə 31136 manatın və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 17 sentyabr 2020- ci il tarixli 2(011)-1839/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 22411 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 21,30 manat hissəsinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 71 manatının cavabdeh İddiaçı, 29 manatının iddiaçı "xxxx" ASC-dən tutulub dövlət nəfinə keçirilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla cavabdeh İddiaçı mülkiyyətində olan İsuzu SAZ NP 37 markalı **- RZ-*** dövlət qeydiyyat nişanlı avtobusun Cavabdeh2 təhkim olunması, yol vərəqəsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2019-cu il tarixdə 104 saylı marşrut üzrə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq yolnəqliyyat hadisəsi törətməsi nəticəsində “İsuzu NPR 75K.D” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi ziyan vurması, iddiaçı tərəfindən zərərçəkənə 1000 manat azadolma məbləği çıxıldıqdan sonra 36004 manat sığorta ödənişinin həyata keçirilməsi, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 4868 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilməsi, ekspert rəyi ilə dəymiş ziyanın 28279 manat olduğu müəyyən edildiyindən iddia tələbi qismən təmin edilərək işçisi Cavabdeh2 vurduğu zərərə görə 22411 manat məbləğində pul vəsaiti işəgötürən İddiaçı alınıb "xxxx" ASC-yə ödənilməli, Cavabdeh2 qarşı ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququnun olması cavabdeh İddiaçı izah edilməlidir. Həmin qətnamədən narazı qalan hər iki tərəf apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-224/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1839/2020 saylı iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan sığorta ödənişi 8058 manat məbləğində müəyyən edilmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat (100+100) məbləğində pul vəsaitinin 100 manatının iddiaçı "xxxx" ASCdən, 100 manatının isə cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xüsusi hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2847/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-224/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsin almış və icraya yönəldilmişdir. İddiaçı məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsində göstərilən 8058 manat məbləği xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə 4079.3 AZN və xx.xx.2023-cü il tarixli mədaxil qəbzi ilə 3980 AZN cəmi 8058 manat pulu Paşa Sığorta Şirkəti ASC hesabına ödəmişdir. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, İddiaçı işçisi olmuş, onun mülkiyyətində olan “İsuzu SAZ NP 37” markalı **- RZ-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən qəza baş vermişdir, qəzada onun da təqsiri müəyyən olunmuşdur, İddiaçı onun işəgötürəni və avtobusun mülkiyyətçisi olduğundan dəymiş zərərin əvəzi kimi 8058 manat İddiaçı tutulmuşdur. Qəzanın baş verməsində təkcə onun təqsiri olmamışdır, buna görə də, həmin zərərin yarısını, yəni 4029 manatı ödəməli olduğunu qəbul edir. Sonda Cavabdeh2 qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)- 1839/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 22411 (iyirmi iki min dörd yüz on bir) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 21,30 (iyirmi bir manat otuz qəpik) manat hissəsi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin Qətnamə ilə işinin müəyyən olunmuş hallarından görünür ki, məhkəmə iclasında araşdırılmış sübutlarla cavabdeh İddiaçı mülkiyyətində olan İsuzu SAZ NP 37 markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtobusun Cavabdeh2 təhkim olunması, yol vərəqəsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2019-cu il tarixdə 104 saylı marşrut üzrə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində “İsuzu NPR 75K.D” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-224/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1839/2020 saylı iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilməklə, cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan sığorta ödənişi 8058 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat (100+100) məbləğində pul vəsaitinin 100 manatı iddiaçı "xxxx" ASC-dən, 100 manatı isə cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xüsusi hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2847/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" ASC və cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-224/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-1876/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X1 Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(011)-1876/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, iş üzrə Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011 )-1729/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə İddiaçı tərəfindən 4079.3 manat və 3980.0 manat məbləğlərdə subroqasiya ödənişləri həyata keçirilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh2 müvafiq sənəd əsasında idarə etdiyi və İddiaçı mülkiyyətində olan “İsuzu SAZ NP 37" markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtobus xx.xx.2019-cu il tarixdə yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “İsuzu NPR 75K.D” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir, bununla bağlı mübahisəyə dair Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(103)- 224/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" ASC-nin xeyrinə 8058 manat məbləğində sığorta ödənişinin tutulmalı olması, həmçinin İddiaçı Cavabdeh2 qarşı reqres qaydasında tələb hüququnun olması məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir, İddiaçı icra vərəqəsi üzrə 8058 manat məbləğində subroqasiya ödənişini ödəmişdir və hazırda həmin məbləği Cavabdeh2 tələb edir, Cavabdeh2 iddia tələbini qismən (4029 manat məbləğində) qəbul edir. Bununla belə, iddiaçının ödəmiş olduğu məbləğin cavabdeh tərəfindən ona qaytarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-224/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta ödənişinə görə tutulmalı olan 8058 manat məbləğ tam həcmdə ödənildiyindən, o da həmin məblği məlum yol nəqliyyat hadisəsində təqsirli olan və ona məxsus avtomobili idarə edən Cavabdeh2 tələb etməkdə haqlıdr. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 qeyd edilənən öhdəliklə bağlı məsuliyyətini istisna edən hallar müəyyən edilmədiyindən onun tərəfindən 8058 manat məbləğ iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh2 8058 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin həcminin (8058 manat) nəzərə alınmaqla, dövlət rüsumu cavabdehə aid edilməli və 100,58 manat ondan alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh2 vurulmuş maddi ziyanın əvəzi kimi 8058 (səkkiz min əlli səkkiz) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh2 100 (yüz) manat 58 (əlli səkkiz) qəpik alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar