Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7415/2023 20.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən iddiaçının xeyrinə azyaşlı qızı - X3, baldızı - X7 və baldızının 2 yaşlı uşağı - X4 faciəvi surətdə ölmələri ilə bağlı 80.000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın, həmçinin ödənilmiş 330 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ana kimi qızını - X5, baldız kimi– X10 və bibi kimi isə baldızı qızı – X8 birdən faciəvi surətdə itirmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində oxuduğu məktəbdə məktəb birincisi seçilən 12 yaşlı azyaşlı qızının, orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyən baldızının və baldızının 2 yaşında olan uşağının faciəvi surətdə ölməsi ilə müvafiq qurum cavabdehlik daşıyır. Cavabdeh qurumun məsuliyyətsiz, işlərinə səhlənkar yanaşan əməkdaşlarının səhvi nəticəsində iddiaçı bu ağrı-acını yaşayır. Ana kimi bunlara dözmək çox çətindir. X17 Azərbaycan Respublikası CM-in 314.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, təqsirləndirilən şəxs X2 Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işləyən vəzifəli şəxs olmaqla, işə laqeyd münasibət göstərib, öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməklə ehtiyatsızlıqdan üç nəfər şəxsin ölümünə, bir nəfər şəxsin isə sağlamlığına yüngül zərər yetirilməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuşdur. Belə ki, verilmiş ittihamda göstərilmişdir ki X2 Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarına” uyğun olaraq, tərtib edilmiş xx.xx.2017-ci il tarixli 17841 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin” 2.1.2-ci, həmçinin X26 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 09 dekabr 2016-cı il tarixli X26 İstismarı İdarəsinin inzibati rayonlar üzrə Təbii qazın qəbulu və satışı xidməti rəisinin peşə təlimatının 1.1-ci bəndinin 3-cü abzasına əsasən xidmətin işçiləri tərəfindən evdaxili qaz cihazlarının təhlükəsiz istifadə qaydalarına dair bütün əhali və qeyri-əhali abonentlərə il ərzində bir dəfədən az olmayaraq, təlimatın keçirilməsini təmin etmək, o cümlədən həmin Təlimatın 1.1-ci bəndinin 19-cu abzasına əsasən tabeçiliyində olan işçi heyətinin fəaliyyətini təşkiletmək, istiqamətləndirmək və rəhbərlik etmək funksiyalarının yerinə yetirilməsinin ona həvalə edilməsinə baxmayaraq, işə laqeyd münasibət göstərib öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib xidməti ərazidə olan evdaxili qaz cihazlarının təhlükəsiz istifadə qaydalarına dair tabeliyində olan əməkdaşların abonentlərlə təlimatın keçirilməsini düzgün təmin etməmiş, həmçinin tabeliyində olan işçi heyətinin fəaliyyətini düzgün təşkil etməmiş, nəticədə X26 İstismarı İdarəsinin Zaqatala rayonu üzrə onun rəisi olduğu Təbii qazın qəbulu və satış xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri vəzifəsində işləyən X11 üzərinə müvafiq əmrlə Zaqatala şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən mənzillərdə abonentlərlə təlimatın keçirilməsi vəzifəsi qoyulmasına baxmayaraq, sonuncu “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisiarasında qazın alqı-satqısı barədə müqaviləsinin” 2.1.2-ci həmçinin çilingərin peşə Təlimatının 2.3-cü bəndinə əsasən, istehlakçının ildə bir dəfədən az olmayaraq “X9 tələblərinə uyğun olaraq təlimatlandırmalı, o cümlədən, həmin Müqavilənin 2.1.4-cü və Qaydaların 2.9-cu bəndinin “a” yarımbəndinə əsasən, abonentin yaşadığı ünvanda istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaqla əlavə qaz cihazlarının quraşdırılması hallarını aşkar etdikdə bu barədə xidmət rəisinə rəsmi məlumat təqdim etməli olduğu halda, bunları etməməklə qeyd olunan müqavilənin və peşə təlimatının tələblərini kobud surətdə pozaraq ünvan 1 ünvanında mənzilin mülkiyyətçisi, eyni zamanda isteklakçı olan X18 deyil, qanunsuz olaraq istehlakçı hesab edilməyən X1 xx.xx.2017-ci il tarixdə qazdan istifadə qaydaları ilə bağlı təlimatlandırıb, bununla bağlı müvafiq jurnalda qeydiyyat aparmış, həmçinin 2017-ci ilin təqribən noyabr ayında göstərilən ünvanda sayğac göstəricilərini çıxaran zaman, evin mətbəxinin pəncərəsindən bayıra çıxarılmış axımlı su qızdırıcısının yanma məhsullarının xaric olunma borusunu gördükdən sonra, abonentin yaşadığı ünvanda əlavə qaz cihazının quraşdırıldığını bilib, həmin ünvanda qaz qurğularının tam və dəqiq uçotunu aparmamış, müvafiq olaraq bu barədə xidmət rəisinə rəsmi məlumat verməmiş və nəticədə qazdan istifadə qaydaları ilə bağlı təlimatlandırılmayan istehlakçı X21 və 2017-ci ilin oktyabr ayından öz ailəsi ilə həmin ünvanda kirayədə yaşayan X19 qazdan istifadə qaydalarından xəbərsiz olmuş, həmçinin 2017-ci ilin oktyabr ayında Nuranə Muxtarlının iştirakı ilə həmin evin mətbəxində qazla işləyən axımlı su qızdırıcısı quraşdırılarkən su qızdırıcısı olan otaq lazımı şəraitlə yəni, ventilyasiya kanalları və qəfəsə, yaxud otağa hava keçməsi qapı ilə döşəmə arasında sahəsi 0.02 kv.m.-dan az olmayan məsafənin kəsilməsi təmin olunmadığından, quraşdırılması və istifadə olunması normativ aktların tələblərinə uyğun olmamış, axımlı su qızdırıcısı qurularkən tüstü borusu müvafiq qaydaların tələblərinə zidd olaraq polad materialdan olmamaqla olmamaqla qızdırıcının yuxarı hissəsindən 0.5 metrə qədər şaquli vəziyyətdə çəkilmədiyindən, borunun çölə çıxarılmış hissəsi dam örtüyündən ən az 0.5 metr hündürlüyə qaldırılmadığından, yanma məhsullarının xaric olunma borusu qızdırıcının tüstüçıxanına kip birləşdirilmədiyindən, həmin hissədə boru yüksək temperaturun təsirindən əriyərək təxminən 3 sm məsafədə olduğundan, mətbəxə davamlı hava (normal yanma prosesi üçün zəruri olan həcmdə oksigen ) axını təmin edilmədiyindən, oksigen çatışmazlığı şəraitində su qızdırıcısının odluğunda ifrat dərəcədə açılmış təbii qazın tam yanmaması səbəbində yaranan dəm qazının 31 dekabr 2017-ci il tarixdə gecə saatlarında mənzilə dolması nəticəsində ehtiyatsızlıqdan 3 nəfərin yəni, X19, X14 və X3 dəm qazından zəhərlənərək ölməsinə, X6 isə sağlamlığına yüngül zərər yetirilməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuşdur. Zaqatala rayon məhkəməsinin 1(033)-25/2018 saylı, 22 may 2018-cu il tarixli hökmünə əsasən X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarda rəhbər və maddi – məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Zaqatala Rayon Məhkəməsinin 1(033)-25/2018 saylı, 22 may 2018-ci il tarixli hökmü X17 münasibətdə qanuni qüvvəyə minmiş və hökm icraya yönəldilmişdir. Bu baş vermiş hadisə ilə əlaqədar cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə X26 İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisinin-Cavabdeh əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində oxuduğu məktəbdə məktəb birincisi seçilən 12 yaşlı azyaşlı qızının, orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyən baldızının və baldızının 2 yaşında olan uşağının faciəvi surətdə ölməsi ilə bağlı iddiaçının və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan stresslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Bu baxımdan azyaşlı qızı - X3, baldızı -X7 və baldızının 2 yaşlı uşağı - X4 faciəvi surətdə ölmələri nəticəsində keçirdiyi narahatlıq, məyusluq, mənəvi sarsıntı, iztirab və s. kimi halları nəzərə alaraq 80.000 manat məbləğində mənəvi zərər tam həcmdə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq iddiaçıya ödənilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh təşkilatın əməkdaşının səhlənkarlığı ucbatından iddiaçı qızını, baldızını və baldızı qızını itirmişdir. 31 dekabr 2017-ci il tarixdə baş vermiş hadisə nəticəsində X3, X7 və X4 ölməsi işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 1(033)-25/2018 nömrəli 22 may 2018-ci il tarixli hökmü ilə X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdən təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli 1(107)-151/2018 saylı hökmü ilə X15 müdafiəçisi tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-550/20196 saylı 23 aprel 2019-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli 1(107)-151/2018 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan şəhadətnamələrdən görünür ki, X12 iddiaçının qızıdır və 31 dekabr 2017-ci il tarixdə dəm qazından zəhərlənmə səbəbindən vəfat etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı: Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarı: 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İşə baxan məhkəmənin mövqeyi: Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qızı, baldızı və sonuncunun qızının vəfatında cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, şübhəsiz ki, iddiaçının doğma qızını itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının övladının ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərəri nəvələrinin yanğından aldıqları xəsarətlər nəticəsində tələb edir. Ailə, məkanından və milliyətindən asılı olmayan bütün cəmiyyətlərin özəyi, milli və mənəvi dəyərlərin daşıyıcısı hesab edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyası ailənin dövlətin xüsusi himayəsində olmasını təsbit etmişdir. Göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşının səhlənkarlığı, işə laqeyd münasibəti, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının qızının dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz Cavabdeh İB-nin əməkdaşının Cavabdeh İB-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçı cavabdehin işçisinin təqsiri üzündən öz qızını itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsi isə uzun illər birlikdə ailə bağları ilə yaşamış insanın ölümü həddindədir. Beləliklə, işin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh təşkilatın əməkdaşının təqsirli hərəkəti nəticəsində iddiaçının qızının ölməsi iddiaçının yüksək dərəcədə mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, qızının ölümü nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər. Bununla yanaşı, məhkəmə iddiaçıya vurulmuş mənəvi ziyanın məbləğini müəyyən edərkən işin hallarını, o cümlədən cavabdehin də maddi imkanlarını nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 30.000 manat pulun tutulmasını ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin iddiaçının baldızının və baldızının qızının ölmələri ilə bağlı mənəvi ziyana görə kompensasiyanın ödənilməsinə münasibətdə qeyd edir ki, iddiaçının baldızı və sonuncunun qızı ilə mənəvi bağlılıqları, onların birlikdə yaşaması və sonuncuların ölməsi nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi kimi hallar iddiaçı tərəfindən əsaslandırılmamış və həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Odur ki, iddia tələbi iddiaçının baldızının və baldızının qızının ölmələri ilə bağlı mənəvi ziyana görə kompensasiyanın ödənilməsinə münasibətdə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 330 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 180 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, qalan 150 manat iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçıya dəymiş mənəvi ziyanın ödənilməsiın əvəzi olaraq Cavabdehndən 30.000 (otuz min) manat məbləğində pul vəsaiti və ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 150 (bir yüz əlli) manatı onun özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-7415/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7415/2023
20.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver