Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7482/2025 25.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X2, İddiaçı Cavabdeh qarşı “yığılmış aliment borcunun ödənilməsi və sair” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “yığılmış aliment borcunun ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin: 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İcra haqqında Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə miivafıq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. İddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı birgə yaşayış dövründə doğulan -xx.xx.2022-ci il təvəllüdlü X1 üçün aliment məbləği müəyyən olunaraq cavabdehdən tutulması, 2019-cu ilin noyabr ayından 2025-ci ilin sentyabr ayınadək cavabdeh tərəfindən ödənilməkdən yayınılmış aliment məbləğinin ödənilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli 2(011)-6319/17 nömrəli qərarı ilə müəyyən olunmuş aliment məbləğinin “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarın tələblərinə uyğun olaraq indeksasiya edilərək yenidən hesablanması, cavabdeh ilə övladlarının görüş vaxtının müəyyənləşdirilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsində irəli sürülmüş tələblər iddia icraatı qaydasında deyil, qüvvədə olan qətnamənin və qərardadın icrası qaydasında həll olunmalı olduğundan ərizənin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə müraciət etmək, əks halda həmin orqanın hərəkətlərindən şikayətlə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Digər tərəfdən iddiaçının tələbinin “cavabdeh ilə övladlarının görüş vaxtının müəyyənləşdirilməsi” hissəsini araşdıraraq hesab edirəm ki, uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi ilə bağlı iddialara hüquqları pozulmuş şəxsin müraciəti əsasında iddia icraatında baxılmalıdır. Odur ki, hesab edirəm ki, hazırda himayəsində uşaqları olan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməklə bağlı subyektiv hüquqa malik deyil. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı “yığılmış aliment borcunun ödənilməsi və sair” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə müraciət etmək, əks halda həmin orqanın hərəkətlərindən məhkəməyə şikayətlə müraciət etmək hüququ izah olunsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlahə Abbasova İş № e-2(011)-7482/2025 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Bakı şəhəri Xətai Rayon Məhkəməsi Mən, Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X2, iddiaçı İddiaçı Cavabdeh qarşı “yığılmış aliment borcunun ödənilməsi və sair” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərardad qəbul etdim. Prosessual hərəkət saat 10:30-da başlandı Prosessual hərəkət saat 10:40-da başa çatdı. Protokol 25 sentyabr 2025-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-7482/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7482/2025
25.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver